Məhkəmə qərarları › İş №2(103)-1196/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1196/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1196/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə İddiаçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5398/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh 2712,25 manat əsas borc, 905,01 manat faiz borcu və 1947,29 manat cərimə borcu, 399,76 manat gecikdirilmiş vaxt üçün illik 5 % borcu, cəmi 5964,31 manat məbləğində borc pulun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək sоnuncudаn İddiaçı ASC ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 413 saylı kredit müqaviləsi üzrə 2712.25 manat əsas borc, 905.01 manat faiz borcu və 1947.29 manat cərimə borcu, 399.76 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borc olmaqla ümumilikdə cəmi 5964.31 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 413 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC ASC-dən 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh banka xx.xx.2015-ci il tarixli, 413 saylı kredit müqaviləsi üzrə 2712.25 manat əsas borc, 905.01 manat faiz borcu və 1947.29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5964.31 manat borcu vardır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh оğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Tərəfindən məhkəməyə təqdim etdiyi etiraz ərizəsində heç bir müqaviləyə imza etmədiyini bildirsə də, məhkəmə imzaların həqiqiliyini müəyyən etmək üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiаçı İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, kollegiyanın əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh оğlunun izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan İddiaçı ASC ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 413 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC ASC Cavabdeh istehlak məqsədi ilə 3000 manat məbləğində kredit vermişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçı ASC-yə 2712.25 manat əsas borcu, 905.01 manat faiz borcu və 1947.29 manat cərimə borcu, 399.76 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu olmaqla ümumilikdə cəmi 5964.31 manat borcu vardır. İşdə olan xx.xx.2015-ci il tarixli, 413 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı ASC ASC-dən 3000 manat məbləğində kredit götürmüşdür. İşdə olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 413 saylı kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı ASC-dən alınmış krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh apellyasiya şikayətində, eləcə də,kollegiyanın iclasında verdiyi izahatında iddiaçı bankdan heç vaxt kredit götürmədiyini, həmin bankdan ona bu vaxtadək xəbərdarlıq məktubu gəlmədyini və müqavilədə və məxaric orderdəki imzanın ona məxsus olmadığını bildirmiş və məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Kollegiya tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Mülki iş üzrə təyin olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizanın keçirilməsi barədə qərardadın icrası ilə əlaqədar iş üzrə Cavabdeh həm rəsmi məktubla, həm də istifadəsində olan 055 ******* №-li mobil telefonuna Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli vəsatətinə əsasən onun 2000-2015-ci il tarixlərdə sərbəst imza nümunələrinin ekspertə təqdim edilməsi barədə təklif olunmuşdur. Lakin qeyd olunan sənədlər iddiaçı tərəfindən ekspertə təqdim edilmədiyindən, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli vəsatətinə əsasən xx.xx.2020-ci il tarixli 3440 saylı ekspertiza aparmaqdan imtina etməsi barədə ekspertin məlumatı məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5.-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunan normanın tələblərini əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsində və kassa məxaric orderindəki imzaların ona məxsus olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegıya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar