Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11962/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-126/2021 saylı işi üzrə 24 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(003)-126/2021 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 müştərək qaydada 31.10.2014-cü il tarixli 021R********** nömrəli kredit müqaviləsi üzrə 4338,20 manat məbləğində əsas, 876,28 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5614,48 manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. 18.08.2021-ci il tarixədə Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-126/2021 saylı işi üzrə 24 avqust 2021ci il tarixli qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(003)-126/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(003)-126/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda Mülki Prosesual Məcəllənin 130.1, 130.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 məhkəmənin 12.03.2021-ci il tarixli 2(003)-126/2021 saylı qətnaməsi 17.03.2021-ci il tarixdə poçt vasitəsilə göndərilmiş və ünvan üzrə (Bakı şəh., Xəzər ray., Ş/Dress qəs., L.Starçuk küç., 4, 8) Cavabdeh4 tərəfindən 20.05.2021-ci il tarixdə imza edilməklə rəsmi qaydada təqdim edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə 21.06.2021-ci il tarixə kimi apellyasiya şikayəti verə bilərdi. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti məhkəməyə 18.08.2021-ci il tarixdə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qətnamədən qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti 2 ay 18 gün ötürmüşdür. Cavabdeh prosessual müddətin ötürülməsinə səbəbin səhhəti ilə bağlı olmasını göstərsədə, bu barədə məhkəməyə sübut təqdim etməmişdir . Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-126/2021 saylı 24 avqust 2021-ci il tarixli qərardadını ləğv edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəmi təmin edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, qətnamə çıxan zaman səhhətində, xüsusi ilə ürəyində ciddi problemlər olmuşdur. Həmçinin infarkt keçirmişdir. Hal-hazırda da müalicəsi davam etməkdədir. Bununla bağlı olaraq həkim reseptlərini, analizlərin surətini şikayət ərizəsinə əlavə etmişdir. Həmçinin aprel ayının 23-ü atası rəhmətə getmiş və onun dəfn mərasiminə və digər işlərlə məşğul olmuşdur. Bütün bu səbəblər apellyasiya şikayəti üzrə müddəti buraxmağına gətirib çıxarmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-126/2021 saylı işi üzrə 01.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qətnamə qəbul edilən zaman infakt keçirdiyini, bununla bağlı resept və analiz nəticələrini işə əlavə etdiyini, eyni zamanda atasının rəhmətə getdiyini, bu səbəblərə görə şikayət verməkdə gecikdiyini bildirmiş və müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 ataları vəfat etməmişdən əvvəl xəstə olduğunu və qardaşının bu zaman həm də infakt keçirdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 135,146, 357, 360, 385.2, 387.1, 395.1, 395.2, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, şikayətçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri qismən (atasının ölməsi hissəsində) sübuta yetirilsədə, əsas gətirilən digər dəllər (xəstəlik) sübuta yetirilməmişdir. Bununla belə qeyd edilməlidir ki, ərizə(müddətin bərpası barədə vəsatət) verilən zaman cavabdehin atasının ölməsi əsasları müzakirə predmeti olmamış və bu barədə dəlil-sübutlar ərizədə göstərilməmişdir. Ərizədə (müddətin bərpası barədə vəsatətdə) qətnamənin almaması və xəstəliyi kimi ziddiyyətli – sübuta yetirilməyən dəlillər ərz edilmiş, şikayət veriləndə isə cavabdeh mövqeyini dəyişmiş, atasının ölməsi və xəstəliyini üzürlü səbəb kimi göstərmiş, bunların prosessual imkanlar baxımından hansı müddətlərə şamil edildiyini sübuta yetirən dəlillər müzakirəyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, prosessual imkan daxilində hər günə münasibətdə sübuta yetirilməyən, müəmmalı və aşkar olmayan dəlillər əsasında ötürülmüş müddətin üzrlü hesab edilməsi hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 126/2021 saylı işi üzrə 24 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-11962/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11962/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver