Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1199/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(003)-1027/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18.08.2015-ci il tarixli, 3001 saylı kredit müqaviləsinəəsasən banka ödənilməmiş 1741,55 ABŞ dolları icra edilməmişəsas borc, 253,44 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014–cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddesine uyğun olaraq) hesablanmış məbləğ, 135,16 ABŞ dolları faiz olmaqla ümumilikdə 2130,15 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Mercedes Benz” C-220 markalı, 1999-cu il buraxılışlı, gümüşü metal rəngli, 90– HG-391 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinəödənilməsi və 18.08.2015-ci il tarixli, 3002 saylı kredit müqaviləsinəəsasən isə banka ödənilməmiş 2175,85 ABŞ dolları icra edilməmişəsas borc, 316,80 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 4457-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 204,11 ABŞ dolları faiz olmaqla ümumilikdə 2696,76 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC– nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18.08.2015-ci il tarixli, 3001 saylı kredit müqaviləsinəəsasən banka ödənilməmiş 1741,55 ABŞ dolları icra edilməmiş əsas borc, 253,44 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014–cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsine uyğun olaraq) hesablanmış məbləğ, 135,16 ABŞ dolları faiz olmaqla ümumilikdə 2130,15 ABŞ dolları məbləğində borcun və 18.08.2015-ci il tarixli, 3002 saylı kredit müqaviləsinə əsasən isə Banka ödənilməmiş 2175,85 ABŞ dolları icra edilməmiş əsas borc, 316,80 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014–cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM–nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 204,11 ABŞ dolları faiz olmaqla ümumilikdə 2696,76 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC–nin hesabına ödənilməsi, tutmanın 18.08.2015–ci il tarixli, 3001 saylı kredit müqaviləsi üzrə girov predmeti olan “Mercedes Benz” C-220 markalı, 1999–cu il buraxılışlı, gümüşü metal rəngli, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh arasında bağlanmış 18.08.2015-ci il tarixli, 3001 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 22% ödənilmək şərtilə 2000 ABŞ dolları və 18.08.2015–ci il tarixli, 3002 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 22% ödənilmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2–ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. 18.08.2015–ci il tarixli, 3001 saylı kredit müqaviləsinin təminatı olaraq bankla cavabdeh arasında 18.08.2015–ci il tarixli, 3001 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus “Mercedes Benz” C-220 markalı, 1999-cu il buraxılışlı, gümüşü metal rəngli, 90- HG–391 dövlət qeydiyyat nişanlı avtomobil girov qoyulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh İsrafıl oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuşşifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin 18.08.2015-ci il tarixli, 3001 saylı kredit müqaviləsinəəsasən Banka ödənilməmiş 1741,55 ABŞ dolları icra edilməmişəsas borc, 253,44 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014–cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 135,16 ABŞ dolları faiz olmaqla,ümumilikdə 2130,15 ABŞ dolları və 18.08.2015-ci il tarixli, 3002 saylı kredit müqaviləsinə əsasən isə banka ödənilməmiş 2175,85 ABŞ dolları icra edilməmişəsas borc, 316,80 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7– ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 204,11 ABŞ dolları faiz olmaqla ümumilikdə 2696,76 ABŞ dolları məbləğində borcu mövcuddur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(003)-1027/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18.08.2015-ci il tarixli, 3001 saylı kredit müqaviləsinə əsasən 1741,55 ABŞ dolları əsas borc, 253,44 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz borcu, 135,16 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2130,15 ABŞ dolları məbləğində borc pulun qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və 18.08.2015–ci il tarixli, 3001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə girov qoyulmuş “Mercedes Benz” C-220 markalı, 1999–cu il buraxılışlı, gümüşü metal rəngli, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq həracdan satılması və əldə olunan vəsait hesabına Cavabdeh 2130,15 ABŞ dolları məbləğində borc pulun qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində İddiaçı ASC-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18.08.2015-ci il tarixli, 3002 saylı kredit müqaviləsinə əsasən isə 2175,85 ABŞ dolları icra edilməmiş əsas borc, 316,80 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz borcu, 204,11 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2696,76 ABŞ dolları məbləğində borc borc pulun qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(003)-1027/2020 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanında vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmış, qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması, eyni zamanda bu məqsədlə məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri banklaratövsiyə edilmişdir. İşdə olan problemli kreditlərin kompensasiyası barədə məlumatlardan görünür ki, hazırki kredit müqaviləsi üzrə qalıq borc məbləği Fərmanın təsiri dairəsinə düşmüş. Lakin işdən görünür ki, qalıq kredit borcunun restrukturizasiyası öz həllini tapmamış, bu istiqamətdə pretenziya qaydasına əməl edilməmişdir. Bundan başqa, cavabdeh hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi haqqında ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.08.2015-ci il tarixli, 3001 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 18 ay müddətinə, illik 22% ödənilmək şərtilə 2000 ABŞ dollarıməbləğindəkredit vermişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.08.2015-ci il tarixli, 3001 saylı kredit müqaviləsi üzrə 18.09.2015-ci il tarixdən 18.02.2017-ci il tarixədək İddiaçı ASC-yə hər ay 131,46 ABŞ dolları (sonuncu ay 131,44 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.08.2015-ci il tarixli XRD**********0160001 saylı kredit müqaviləsi üzrə 10 yanvar 2020-ci il tarixinə 1741,55 ABŞ dollarıəsas borc, 253,44 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ, 135,16 ABŞ dolları faiz olmaqla,ümumilikdə 2130,15 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 15.01.2020-ci il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh 3 gün ərzində borcunun ödənilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan 18.08.2015–ci ci il tarixli, 3002 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 18 ay müddətinə, illik 22% ödənilmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.08.2015-ci il tarixli, 3002 saylı kredit müqaviləsi üzrə 18.09.2015-ci il tarixdən 18.02.2017-ci il tarixədək İddiaçı ASC-nə hər ay 164,32 ABŞ dolları (sonuncu ay 164,31 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.08.2015-ci il tarixli XRD**********0160002 saylı kredit müqaviləsi üzrə 10 yanvar 2020-ci il tarixinə 2175,85 ABŞ dollarıəsas borc, 316,80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ, 204,11 ABŞ dolları faiz olmaqla ümumilikdə 2696,76 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 15.01.2020-ci il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh 3 gün ərzində borcunun ödənilməsi və ya ipotekaya predmetinə tutmanın yönəldilməsinin təmin edilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarında olan 18.08.2015–ci il tarixli, 3001 saylı kredit müqaviləsinin təminatı olaraq bankla cavabdeh arasında 18.08.2015–ci il tarixli, 3001 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus “Mercedes Benz” 220 CDİ markalı, 1999-cu il buraxılışlı, gümüşü metal rəngli, 90-HG–391 dövlət qeydiyyat nişanlı avtomobil girov qoyulmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” 220 CDİ markalı, 1999–cu il buraxılışlı, gümüşü metal rəngli, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarına əlavə olunmuş Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respubliası Baş X4 İdarəsinəünvanlanmış17 yanvar 2020-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi İddiaçıASC ilə bağlanmış 18.08.2015- ci il tarixli ipoteka müqaviləsinəəsasən Cavabdeh 1999-cu il buraxılışlı, “Mercedes Benz” 220 CDİ markalı, WDB2021931F888490 ban nömrəli, gümüşü metal rəngli, avtomobili İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iştirak etmiş Cavabdeh verdiyi izahatında iddianı qismən qəbul etmiş, borcunun olduğunu etiraf etmiş, lakin maddi imkanı zəif olduğu üçün borcunu tam ödəyə bilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən işin o hallarına istinad etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələri əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında isə dəbbə ödəmək barədə öhdəlik götürmüş, həmin kreditin təminatı olaraq Cavabdeh ona məxsus olan avtomobili girov qoymuş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, nəticədə onun bank qarşısında yaranmış borcu ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakcılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə müqavilələr üzrə ayrı-ayrılıqda 1741,55 ABŞ dolları və 2175,85 ABŞ dolları olmaqla, cəmi 3917,4 ABŞ dolları məbləğində əsas borc və müqavilələr üzrə ayrı-ayrılıqda 135,16 ABŞ dolları və 204,11 ABŞ dolları olmaqla, cəmi 339,27 ABŞ dolları məbləğində faiz borcu əsaslı olduğundan, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının pul vəsaitini vaxtında qaytarmadığı üçün iddiaçı həmin vəsaitdən yenidən istifadə edə bilməmiş və ona ziyan dəymişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə müqavilənin müddətinin bitdiyi tarixdən bu günə kimi 5% dərəcəsi ilə hesablanmaqla müqavilələr üzrə ayrı-ayrılıqda 253,44 ABŞ dolları və 316,80 ABŞ dolları olmaqla, cəmi 570,24 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmalı olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin-tutmanın Cavabdeh məxsus avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracdan satılması və borcun avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiasıüzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən utma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmişöhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh pulun tutulmasına dair tutmanın ona məxsus olan və banka girov qoyulmuş avtomobilə yönəldilməli olması, avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılmalı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi ipoteka ilə yüklü edilmiş “Mercedes Benz” C-220 markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.08.2015–ci il tarixli, 3001 saylı kredit müqaviləsi üzrə cavabdehin bank qarşısındakı öhdəliklərinin təminatı kimi İddiaçı ASC-yə girov qoyulmuşdur. İpoteka ilə yüklü edilmiş həmin avtomobilin hərracdan satışı nəticəsində əldə edilmiş vəsait hesabına yalnız 18.08.2015–ci il tarixli, 3001 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinin təminatı ola bilər. Cavabdehlə bank arasında bağlanmış 18.08.2015–ci il tarixli, 3002 saylı kredit müqaviləsi üzrə “Mercedes Benz” C-220 markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında cavabdehin öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmədiyindən, həmin avtomobilin hərracdan satışı nəticəsində əldə edilmiş vəsait hesabına cavabdehin 18.08.2015–ci il tarixli, 3002 saylı kredit müqaviləsi üzrə banka olan borcu ödənilə bilməz. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh hazırkı kredit müqavilələrinin Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünü, lakin bu fərmana ziddi olaraq onun borcunun restrukturizasiya olunmadığı və ona kompensasiya ödənilmədiyini bildirsə də, qeyd edilən hal iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, cavabdeh apellyasiya şikayətində hazırki kredit müqaviləsi üzrə qalıq borc məbləğinin Fərmanın təsiri dairəsinə düşdüyünü, lakin buna baxmayaraq qalıq kredit borcunun restrukturizasiyasının öz həllini tapmadığını və bu istiqamətdə pretenziya qaydasına əməl edilmədiyini qeyd etsə də, həmin dəlilin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu verilmiş, Mərkəzi Bankın 17 mart 2022-ci il tarixli, 01.16-2-2022-4111 saylı cavab məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) İcrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh (FİN: xxxxxxx) barəsində sistemləşdirilmiş məlumatlar sırasına "xxxx" ASC ilə bağlanmış 18.08.2015-ci il tarixli kredit müqavilələri barədə məlumatlar qeyri-dəqiq ötürüldüyündən vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir, həmçinin “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Qeyd edilən məktubun məzmunundan bəlli olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələri Fərmanın təsiri altına düşsə də, məlumatların düzgün ötürülməməsi səbəbindən onun borcunun restrukturizasiyası və kompensasiyanın hesablanaraq ödənilməsi həyata keçirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu halların mövcud olması cavabdehin bank qarşısında müqavilə öhdəliklərini aradan qaldırmır. Bununla yanaşı, kollegiya izah edir ki, cavabdeh göstərilən hallarla əlaqədar müvafiq məhkəməyə müraciət edərək öz pozulmuş hüquqlarının müdafiəsini tələb edə bilər. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddia müddətinin tətbiqi barədə ərizə yalnız məhkəmə qərarı çıxarılanadək verilməlidir. Hazırkı halda isə cavabdeh bu ərizəni birinci instansiya məhkəməsində verməmiş, habelə bunun ağlabatan səbəblərini izah etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(003)-1027/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(003)-1027/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1199/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1199/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver