Məhkəmə qərarları › İş №2(103)-11997/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11997/2021

15.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11997/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseẏn qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Maknirin və İddiaçı9 Cavabdeh-yə (üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) qarşı "manelərin aradan qaldırılması və torpağın yerində ölçülərək kimə məxsus olunmasının müəyyən edilməsinə dair" ilk və iddiaçı Cavabdeh-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseẏn qızına, İddiaçı4n, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Maknirə, İddiaçı9 və "xxxx" Birgə Müəssisəsinə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizələrinə dair iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)-100/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh-yə (üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) "manelərin aradan qaldırılması və torpağın yerində ölçülərək kimə məxsus olunmasnın müəyyən edilməsinə dair" iddia ərizəsi, məhkəməyə müraciət edərək, Cavabdeh-yə (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) həvalə edilməsi və torpağın (mübahisəli ərazinin) yerində ölçülərək kimə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən qanunsuz zəbt edilmiş (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseẏn qızına, İddiaçı4n, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Maknirə, İddiaçı9 və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTKnın əsl cavabdeh "xxxx" Birgə Müəssisəsi ilə əvəz olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)- 100/2021 saylı qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh isə apelyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)- 100/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar