Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh4, onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, X8, Cavabdeh4,Cavabdeh5 və X1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-4/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən və 21 aprel 2021-ci il tarixli əlavə qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 18 faizlə 385.000 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Həmin məbləğdə kredit Cavabdeh1 verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2013-cü tarixdə 601/01/13, 601/02/13, 601/03/13,həmçinin xx.xx.2013-cü il tarixdə 601/04/13 saylı ipoteka müqavilələrindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh1ına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində olan 0.18428 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 12 mərtəbəli binada, 90 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 84 nömrəli mənzil, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mikrorayonda olan 0.07 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41.37 kv.m ümümi, 28.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzil, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray Bağları massivində xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 0.12 hadan ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsi, mülkiyyət hüququ ilə Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğluna, Cavabdeh8 Kəmaləddin oğluna və Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123.1 kv.m yaşayış, 101.2 kv.m köməkçi sahədən ibarət 9/29 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı ödənilməmiş borcun tutulmasını və borcun ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, X8, Cavabdeh4,Cavabdeh5 və X1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçının nümayəndəsi bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 18 faizlə 385.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan bu müqavilə əsasında krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən kreditdən istifadə müddəti 36 aydır. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2013-cü tarixdə 601/01/13, 601/02/13, 601/03/13, həmçinin xx.xx.2013-cü il tarixdə 601/04/13 saylı ipoteka müqavilələri bağlanmış və aşağıda qeyd olunan əmlaklar ipoteka ilə yüklü edilmişdir. Mülkiyyət hüququ ilə Cavabdeh1ına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində olan 0.18428 ha. torpaq sahəsində yerləşən 18 nömrəli, 12 mərtəbəli binada, 90 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 84 nömrəli mənzil, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mikrorayonda olan 0.07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41.37 kv.m ümümi, 28.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzil, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray Bağları massivində xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 0.12 ha. ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsi, mülkiyyət hüququ ilə Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğluna, Cavabdeh8 Kəmaləddin oğluna və Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində olan 0.06 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123.1 kv.m yaşayış, 101.2 kv.m köməkçi sahədən ibarət 9/29 nömrəli fərdi yaşayış evi. Cavabdeh1 vəsaitlərdən istifadə etsə də, lakin kredit borcunu və ona hesablanmış faizləri layiqincə ödəməmişdir. Cavabdehə kredit borcunun qaytarılması barədə dəfələrlə yazılı və şifahi müraciət edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh kredit borcunu və ona hesablanmış faizləri ödəməmişdir. Hal-hazırda cavabdehin 169.914,97 manat əsas, 14.125,60 manat faiz, 95970.52 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 39459,20 manat faiz borcu, cəmi 319470,29 (üç yüz on doqquz min dörd yüz yetmiş manat 29 qəpik) manat borcu vardır. Bundan başqa işə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh1 bankın xeyrinə 319470,29 (üç yüz on doqquz min dörd yüz yetmiş manat 29 qəpik) manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutrmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində istifadədə olan 0.18428 ha. torpaq sahəsində yerləşən 18 nömrəli, 12 mərtəbəli binada, 90 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 84 nömrəli mənzilə, X9 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mkr-da istifadədə olan 0.07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41.37 kv.m ümumi, 28,07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilə, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, Saray bağları massivində xüsusi mülkiyyətində olan, ümumi sahəsi 0.12 ha. ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğluna, Cavabdeh8 Kəmaləddin oğluna və Cavabdeh7 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində mülkiyyət hüququ ilə məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123.1 kv.m yaşayış, 101.2 kv.m köməkçi sahədən ibarət 9/29 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakların ilkin satış qiyməti (likvid) müəyyən edilməklə, həmin əmlakların açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində istifadədə olan 0.18428 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 12 mərtəbəli binada, 90 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 84 nömrəli mənzil satıldıqda Cavabdeh1 1 ay ərzində həmin mənzili tərk etmədiyi halda məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mkr-da istifadədə olan 0.07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41.37 kv.m ümumi, 28,07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzil satıldıqda Cavabdeh3, Cavabdeh2 və X10 1 ay ərzində həmin mənzili tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri, Nizamri rayonu, M.X.Şərifli küçəsində mülkiyyətdə olan 0.06 ha. torpaq sahəsində yerlışən 2 mərtəbəli, 5 otaqlı 123.1 kv.m yaşayış, 101.2 kv.m köməkçi sahədən ibarət 9/29 nömrəli fərdi yaşayış evi satıldıqda Cavabdeh4n, X5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlun və Cavabdeh7n həmin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması və fərdi yaşayış evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-4/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 169914,97 (yüz altmış doqquz min doqquz yüz on dörd manat, 97 qəpik) manat əsas borc, 14125,60 (on dörd min yüz iyirmi beş manat, 60 qəpik) manat faiz borcu, 30.000 (otuz min) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 39459,20 (otuz doqquz min dörd yüz əlli doqquz manat, 20 qəpik) manat faiz borcu, cəmi 253499,77 (iki yüz əlli üç min dörd yüz doxsan doqquz manat, 77 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın likvid dəyəri 108.772 manat məbləğində müəyyən edilməsi, bank qarşısında ipoteka ilə yüklü olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində olan 0.18428 ha. torpaq sahəsində yerləşən 18 nömrəli, 12 mərtəbəli binada, 90 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 84 nömrəli mənzilə, likvid qiymətinin 53.585 manat məbləğində müəyyən edilməsi, bank qarşısında ipoteka ilə yüklü olan Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mikrorayonda olan 0.07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41.37 kv.m ümümi, 28.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilə, likvid qiymətinin 37.800 manat məbləğində müəyyən edilməsi, bank qarşısında ipoteka ilə yüklü olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray Bağları massivində xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 0.12 ha. ibarət B- 4520 nömrəli torpaq (bağ) sahəsinə, likvid qiymətinin 135.506 manat məbləğində müəyyən edilməsi, bank qarşısında ipoteka ilə yüklü olan Cavabdeh4, X3, Cavabdeh6 Kəmaləddin oğluna, Cavabdeh8 Kəmaləddin oğluna və Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində olan 0.06 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123.1 kv.m yaşayış, 101.2 kv.m köməkçi sahədən ibarət 9/29 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılmaları, bankın kredit tələbi satılmış əmlaklar hesabına ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində istifadədə olan 0.18428 ha. torpaq sahəsində yerləşən 18 nömrəli, 12 mərtəbəli binada, 90 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 84 nömrəli mənzil satıldıqda Cavabdeh1 1 ay ərzində həmin mənzili tərk etmədiyi halda məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mkr.-da istifadədə olan 0.07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41.37 kv.m ümumi, 28,07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzil satıldıqda Cavabdeh3, Cavabdeh2 və X6 1 ay ərzində həmin mənzili tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri, Nizamri rayonu, M. X. Şərifli küçəsində mülkiyyətdə olan 0.06 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123.1 kv.m yaşayış, 101.2 kv.m köməkçi sahədən ibarət 9/29 nömrəli fərdi yaşayış evi satıldıqda Cavabdeh4, X5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlu və Cavabdeh7 həmin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4/2021 saylı 21 aprel 2021-ci il tarixli əlavə qətnaməsi ilə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə ekspertiza xərci kimi "xxxx" MMC-nin xeyrinə 1.000 (min) manat pul tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və hər iki tərəf öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. Bank öz öhdəliklərinə əməl edərək müqavilə üzrə müəyyən olunan məbləğdə pulu cavabdehə versə də, sonuncu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməmişdir. Belə ki, hal-hazırda cavabdehin iddiaçıya 169914,97 manat əsas, 14125,60 manat faiz, 95970.52 manat cərimə borcu, kredit müqaviləsi bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 39459,20 manat faiz borcu, cəmi 319470,29 (üç yüz on doqquz min dörd yüz yetmiş manat 29 qəpik) manat borcu vardır. Məhkəmə hesab etmişdir ki, əsas borc, faiz borcu və ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə 95970.52 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab etmişdir ki, 95970.52 manat məbləğində dəbbə pulu azaldılmalı və 30.000 manat məbləğində müəyyən edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-4/2021 saylı qətnaməsindən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin qismən – faiz və cərimə borcunun tutulması, əmlakların qiymətləndirilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4/2021 saylı 21 aprel 2021-ci il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, iddianın həmin hissədə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması, həmçinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə mübahisə predmeti olan mənzilin real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti də təmin etməmişdir. Belə ki, işdən göründüyü kimi, tərəflər Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 18 faiz olmaqla 36 ay müddətinə 385.000 manat kredit götürülməsi nəzərdə tutulmuşdur. Həmin kreditin təminatı kimi cavabdehlərin mülkiyyətində olan 4 (dörd) ədəd daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, işdən göründüyü kimi, tərəflər arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 385.000 manat kredit borcundan iddia qaldırılan tarixə 216.843 manat əsas borc, 14.189 manat faiz borcu qalmışdır. İşdən göründüyü kimi, iddia qaldırıldıqdan sonra, yəni işə məhkəmədə baxıldığı müdddətdə cavabdehlər tərəfindən əsas borcdan 42.500 manat ödəniş edilmişdir. Beləliklə, 169914,97 manat əsas borc qalmışdır. Bundan başqa, işdən göründüyü kimi, iş məhkəmənin icraatına daxil olana qədər ümumi borcdan 14.000 manat ödəniş edilmiş (həmin qəbzin əsli işə əlavə edilmişdir), lakin iddia qaldırılan zaman həmin məbləğ nəzərə alınmamışdır. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə versə də, ümumi borcdan ödənilmiş 14.000 manatı, onlarda olan məlumata görə, yalnız faiz borcuna silmişdir. Halbuki, hesab edirlər ki, ümumi borcdan ödənilmiş 14.000 manatın ən azı yarısı əsas borca silinməli idi. Bundan başqa, işdən göründüyü kimi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində dəbbə puluna dair heç bir müddəa yoxdur. Halbuki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilən zaman dəbbə puluna da münasibət bildirilməli idi. Ona görə də hesab edirlər ki, hazırkı iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertiza keçirilməsi barədə qərardad qəbul edilməli və yuxarıda qeyd olunan hallara münasibət bildirilməli idi. Bundan başqa, nəzərə alınsa ki, tərəflər arasında kredit müqaviləsinə əsasən 385.000 manat kredit götürülmüş, həmin kredit götürülən zaman kreditin təminatı kimi cavabdehlərin mülkiyyətində olan 4 (dörd) ədəd daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir və bu gün artıq əsas borc üzrə cəmi 169.914 manat əsas borc, faiz borcu üzrə 14.125 manat borc qalmışdır, o halda ipoteka ilə yüklü edilmiş 4 (dörd) ədəd daşınmaz əmlakdan 2-nin ipotekadan azad edilməsi haqqında qərardad qəbul edilə bilər. Çünki artıq ümumi borc məbləğinin yarısından çoxu ödənilmişdir. Ona görə də hesab edirlər ki, ipoteka ilə yüklü edilmiş 4 (dörd) ədəd daşınmaz əmlakdan ikisinin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 14 saylı evin 2 otaqlı 23 saylı mənzilin və Cavabdeh5 və qeyrilərinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 9/29 saylı evin ipotekadan azad edilməsi haqqında qərardad qəbul edilməlidir. Belə ki, nəzərə alınsa ki, kredit müqaviləsinə əsasən götürülmüş 385.000 manat əsas borc məbləğinin yarısından çoxunun ödənilməsi təmin edilmişdir və ipoteka ilə yüklü edilmiş 4 (dörd) ədəd daşınmaz əmlakdan iksinin borclu Cavabdeh1 mülkiyyətində olan mənzilin bazar qiyməti 350.000 manat, digər Cavabdeh3 mülkiyyətində olan torpaq (bağ) sahəsinin bazar qiyməti 180.000 manat, yəni təkcə iki əmlakın dəyəri 530.000 manat müəyyən edilir, bu günə qalan borc isə 169.914,97 manat əsas borc, 14.125 manat faiz borcu təşkil edir, beləliklə, ipoteka ilə yüklü edilmiş 4 (dörd) ədəd daşınmaz əmlakdan iksinin dəyəri kredit üzrə borcdan 3 dəfəyə yaxın artıqdır, o halda həmin əmlakdan 2-nin ipotekadan azad edilməsi haqqında qərardad qəbul edilməlidir. İşdən göründüyü kimi, ipoteka ilə yüklü edilmiş 4 (dörd) ədəd daşınmaz əmlak real dəyərindən dəfələrlə ucuz qiymətə sənədləşdirilmişdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Hesab edirlər ki, mübahisə predmeti olan həmin mənzilin real bazar dəyərinin, həmçinin ilkin satış qiymətinin müəyyən edilməsi zəruridir. Ona görə də işin tam, hərtərəfli və obyektiv araşdırılması, həmçinin ilkin satış qiymətinin müəyyən edilməsi mədsədilə mübahisə predmeti olan mənzilin real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməlidir. Əlavə qətnamədən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-4/2021 saylı iş üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 qarşı "kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia qaldırılmışdır. Nizami rayon Məhkəməsinin 2(007)-4/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmişdir. Bundan sonra "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması fondu ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMCnə iddiaçı tərfindən ekspertiza xərci olaraq 1.000 manat ödənilməsinə baxmayaraq məhkəmə qəbul etdiyi qətnamədə həmin məsələyə qiymət verməmişdir. Halbuki, iş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən həmin məbləğdə ekspertiza xərci "Hüquq və Torpaq Məsələləri MMC-nə ödənilmişdir. Odur ki, iş üzrə əlavə qətnamə çıxarılması və Cavabdeh1 iddiaçının xeyrinə 1.000 manat tutulmasını xahiş etmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-4/2021 saylı xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi ilə ərizə təmin edilmiş, Cavabdeh1 "xxxx" ASCnin xeyrinə ekspertiza xərci kimi "xxxx" MMC-nin xeyrinə 1.000 (min) manat pul tutulması qət edilmişdir. Aşağıdakı əsaslara görə, həmin əlavə qətnaməni qanunsuz və əsassız hesab edilir. Belə ki, işdə çoxsaylı ekspert rəyləri olmasına baxmayaraq, həmin epizod üzrə ekspertizanın keçirilməsi və "xxxx" MMC-yə həvalə edilməsi barədə vəsatət iddiaçı tərəfindən verilmişdir. Bu səbəbdən həmin rəyə görə ödənişin cavabdehdən tutulması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, göründüyü kimi birinci instansiya məhkəməsinin nəticəsi tamamilə qanunsuz olmaqla yanaşı, həm də ədalətsizdir və ləğv edilməlidir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli 2(103)- 9287/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi "xxxx"nin ekspertlərinə həvalə edilmişdir. "xxxx"nin 23 dekabr 2021-ci il tarixli, ƏEM/D 124-1247/21 nömrəli rəyi məhkəməyə daxil olduqdan sonra mülki iş üzrə icraat təzələnmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)-485/2022 saylı qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir. "xxxx" MMC-nin 11 may 2022-ci il tarixli, MB 15/0482 nömrəli rəyi məhkəməyə daxil olduqdan sonra mülki iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-485/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-27/2024 saylı, 24 iyul 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025 ci il tarixli, 3-16-16/2-9/71xx-xx/6863/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Qiymətləndirmə "xxxx" MMC-nin mütəxəssislərinə həvalə olunmuşdur. "xxxx" MMC-nin 18 noyabr 2025-ci il tarixli, MEB-m335-1125 saylı məktubu ilə rəy daxil olmuşdur və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh4 və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyatorlar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini göstərsələr də, şikayətin məzmunundan aydın şəkildə aşkar görünür ki, apellyatorlar qətnamənin faiz, cərimə və ipoteka predmetlərinin dəyəri hissəsində mübahisələndirmişlər. Bu halı kollegiyanın iclasında iştrak edən apellyatorlar da təsdiq etmişlər. Beləliklə də apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsi faiz, cərimə və ipoteka predmetlərinin dəyəri hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcu hissəsində, eləcə də ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4/2021 saylı, 21 aprel 2021-ci il tarixli əlavə qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və əlavə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və hər iki tərəf öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. Bununla belə iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Göründüyü kimi cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda müəyyən edilir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla da birinci instansiya məhkəməsi iddia tələbi mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən faiz və cərimə bocunun məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 18 faizlə 385.000 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, həmin məbləğdə kredit Cavabdeh1 verilmişdir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan bu müqavilə əsasında krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən kreditdən istifadə müddəti 36 aydır. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2016-cı il tarixli, 6159 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 06 iyun 2013-cü il tarixli 601/013 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka olan əsas kredit borcu 212.414,97 manat, faiz borcu 4.248,3 manat (cəmi 216.663,27 manat) təşkil edir. 06 iyun 2013-cü il tarixli 601/013 saylı kredit müqaviləsinin 7.1, 9.1, 5.4 və 10.2-ci bəndlərinə əsasən kredit üzrə dəbbə pulu kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hesablanmalı olduğu üçün ekspert tərəfindən hazırki ekspertiza zamanı dəbbə pulu hesablanmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2018-ci il tarixli, 28133 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 06 iyun 2013-cü il tarixli 601/013 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka olan əsas kredit borcu 216.843,27 manat, faiz borcu 28.189,63 manat təşkil edir. İş materiallarında 06 iyun 2013-cü il tarixli 601/013 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilov tərəfindən tərtib olunmuş 24 dekabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06 iyun 2013-cü il tarixli, 601/013 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 06 iyun 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 226.957,27 manat, o cümlədən xx.xx.2016-cı il tarixə əsas borc üzrə 212606,34 manat, faiz borcu üzrə 14.350,93 manat məbləğində müəyyən olunur. Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06 iyun 2013-cü il tarixli, 601/013 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (qərardadın tarixinə) banka olan borcu 220367,16 manat, o cümlədən xx.xx.2019-cu il tarixə əsas borc üzrə 211.248,30 manat, faiz borcu üzrə isə 9.118,85 manat məbləğində müəyyən olunur. Birinci instansiya məhkəməsi isə iddia tələbinin cavabdehdən tutulmalı olan məbləğə münasibətdə hesab etmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 169.914,97 manat əsas borc, 14.125,60 manat faiz borcu, 30.000 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 39.459,20 manat faiz borcu, cəmi 253.499,77 (iki yüz altmış üç min dörd yüz doxsan doqquz manat, 77 qəpik) manat borcu Cavabdeh1 LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır. Bununla belə Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Həmin halın müəyyən edilməsi, yəni cavabdehə göndərilmiş xəbərdarlığın tarixinə borcun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısında xx.xx.2014-cü il tarixə kimi (bildirişin göndərildiyi tarixə) cavabdehin əsas, faiz və cərimə borcunün müəyyən edilməsi barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 fevral 2025-ci il tarixli 9/7165 saylı rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 06 iyun 2013-cü il tarixli, 601/013 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə sualda qeyd edilən tarixə, yəni xx.xx.2014-cü il tarixə olan borcu 403.892,50 manat, o cümlədən əsas borc üzrə 385.000 manat, faiz borcu üzrə 18.892,50 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatı zamanı Cavabdeh1 06 iyun 2013-cü il tarixli, 601/013 saylı kredit müqaviləsi üzrə sualda qeyd edilən xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 324.415,00 manat məbləğində ödənişi müəyyən edilir. Tərəflər arasında bağlanmış 06 iyun 2013-cü il tarixli, 601/013 saylı kredit müqaviləsində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmadı. İşdən görünür ki, kredit müqaviləsi üzrə müqavilə müddəti bitməmiş xx.xx.2016-cı il tarixə 4248.30 manat, xx.xx.2016-cı il tarixə 28189.63 manat, müqavilə müddəti bitdikdən sonra xx.xx.2016-cı il tarixə 14350,93 manat və məhkəmənin xx.xx.2019-cu il tarixdə qəbul edilən qərardadın tarixinə 9.118 manat faiz hesablanmışdır. Kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixə 4248.30 manat, xx.xx.2016-cı il tarixə 28189.63 manat faiz hesablanarkən müqavilə müddəti bitməmişdir. Lakin müqavilə müddəti bitdikdən sonra faiz borcu xx.xx.2016-cı il tarixə 14350,93 manat hesablansa da, faizin hesablanması ilə bağlı qəbul edilən qərardadın tarixinə, yəni xx.xx.2019-cu il tarixə keçən müddət ərzində aparılan ödənişlər nəzərə alınmaqla 9.118,85 manat təşkil edildiyindən faiz borcu da bu məbləğdə müəyyən edilməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, əsas borc apellyasiya şikayətinin dəlili olmasa da ekspert rəyi ilə əsas borc 211.248,30 manat müəyyən edilsə də, iddiaçı tələbində əsas borca münasibətdə 169.914,97 manat tələb etdiyindən, MPM-nin 218.3-cü maddəsinə əsasən əsas borc iddia ərizəsində göstərilən məbləğdə tutulmalıdır, çünki həmin maddəyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borca münasibətdə düzgün nəticəyə gəlmişdir. Bundan başqa borcun hesablanması barədə istinad edilən ekspert rəyini şübhə altına alan hər hansı hal müəyyən edilməmiş, həmçinin cavabdeh tərəfindən qeyd edilən - nəzərə alınmayan ödənişlər barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə Kollegiyası cavabdehlərdən tutulmalı olan cərimə borcunun məbləğinə münasibətdə həmçinin qeyd edir ki, hazırki işin hallarından görünür ki, kredit borclusunun 169.914,97 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 95970.52 manat məbləğində cərimə borcu hesablayıb tələb etmişdir və birinci instansiya məhkəməsi həmin məbləğin azaldılmaqla 30.000 manat məbləğində müəyyən edilməsi barədə nəticəyə gəlməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, həmin məbləğ əsas borca mütənasib olmadığından cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 15.000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, hazırda cavabdeh tərəf ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir və belə olan halda da ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılmışdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 14 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi ev 18, 84 saylı mənzilin hazırkı vəziyyətdə real bazar dəyəri 127.968,00 manat, likvid qiyməti təqribən 108.772,00 manat, Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 14, 23 nömrəli mənzilin real bazar dəyəri 63.041,00 manat, likvid qiyməti təqribən 53585,00 manat, Cavabdeh3 məxsus məxsus Sumqayıt şəhəri, Saray Bağları massivində B-4520 nömrəli torpaq (bağ) sahəsinin real bazar dəyəri 44.400 manat, likvid qiyməti təqribən 37800 manat, Cavabdeh4, X3, Cavabdeh6 Kəmaləddin oğluna, Cavabdeh8 Kəmaləddin oğluna və Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 9/29 nömrəli fərdi yaşayış sahəsinin hazırkı vəziyyətdə real bazar dəyəri təqribən 159.419 manat, likvid qiyməti təqribən 135.506,00 manat təşkil edir. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin 23 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi ev 18, 84 saylı mənzilin 23 dekabr 2021ci il tarixinə bazar dəyəri 275.000 manat, likvid dəyəri 247.500 manat, Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 14, 23 nömrəli mənzilin 23 dekabr 2021-ci il tarixinə real bazar dəyəri 80.000 manat, likvid dəyəri 72.000 manat, Cavabdeh3 məxsus məxsus Sumqayıt şəhəri, Saray Bağları massivində B-4520 nömrəli torpaq (bağ) sahəsinin 23 dekabr 2021-ci il tarixinə real bazar dəyəri 280.000 manat, likvid dəyəri 238.000 manat, Cavabdeh4, X3, Cavabdeh6 Kəmaləddin oğluna, Cavabdeh8 Kəmaləddin oğluna və Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 9/29 nömrəli fərdi yaşayış sahəsinin 23 dekabr 2021-ci il tarixinə real bazar dəyəri 696.000 manat, likvid dəyəri 600.000 manat təşkil edir. Daha sonra təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən təqdim edilmiş "xxxx" MMC-nin 11 may 2022-ci il tarixli, MB 15/0482 nömrəli rəyindən görünür ki, həmin rəydə Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi ev 18, 84 saylı mənzilin bazar dəyəri 260.000 manat, likvid dəyəri 240.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 18, 23 saylı mənzilin bazar dəyəri 75.000 manat, likvid dəyəri 71.000 manat, Sumqayıt şəhəri, Saray bağları massivi B-4520 nömrəli torpaq (bağ) sahəsinin üzərində tikili ilə birlikdə bazar dəyəri 250.000 manat, likvid dəyəri 225.000 manat və Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 9/29 nömrəli fərdi yaşayış sahəsinin isə bazar dəyəri 649.000 manat, likvid dəyəri 584.000 manat müəyyən edilmişdir. Beləliklə apellyasiya baxışı zamanı təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilsə də, kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakların real bazar dəyəri nəzərə alınmaqla likvid qiymətləri arasında ziddiyyətlər aradan qaldırılmamışdır. Bununla da, apellyasiya baxışı zamanı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində 0,18428 ha torpaq sahəsində yerləşən 18 nomrəli, 12 mərtəbəli binada, 90 kv.m.yaşayış sahəsindən ibarət 4 otaqlı, 84 nömrəli mənzilin, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü m/r, 0,07 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41,37 kv.m.ümumi, 28,07 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilin, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivində ümumi sahəsi 0,12 ha ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsinin və üzərindəki tikilinin, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlu və Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123,1 kv.m.yaşayış, 101,2 kv.m.köməkçi sahəsindən ibarət 9/29 nömrəli fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınmaqla likvid qiymətinin müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli, 9/71xx-xx/6863 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 41.37 kv.metr təşkil etdiyini nəzərə alaraq, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü m/r, 0,07 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 23 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 91500,0 manat (2204 x 41.37 kv.m), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 191500-10%) 82000,0 manat məbləğində müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Ekspert baxışına təqdim edilmiş Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlan massivində ümumi sahəsi 0,12 ha ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən bağ evinin yerləşmə yerinə və təmirlilik səviyyəsinə uyğun olaraq həmin ərazidə yerləşən torpaq sahələrinin və yarımtikili bağ evlərinin satışına dair məlumat olmadığından, həmin torpaq sahəsi və bağ evi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Bundan əlavə, ekspert qarşısında qoyulmuş suallarda göstərilən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Məsud Əlizadə küçəsində 0,18428 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 12 mərtəbəli binada, 90 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 84 nömrəli mənzil və Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlu və Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123,1 kv.m.yaşayış, 101,2 kv.m.köməkçi sahəsindən ibarət 9/29 nömrəli fərdi yaşayış evi göstərilən xüsusatlar üzrə baxışa təqdim edilmədiyindən həmin tədqiqat obyektləri üzrə qiymətləndirmə aparılmadı. Göründüyü kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində 0,18428 ha torpaq sahəsində yerləşən 18 nomrəli, 12 mərtəbəli binada, 90 kv.m.yaşayış sahəsindən ibarət 4 otaqlı, 84 nömrəli mənzilin, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivində ümumi sahəsi 0,12 ha ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsinin və üzərindəki tikilinin, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlu və Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123,1 kv.m.yaşayış, 101,2 kv.m.köməkçi sahəsindən ibarət 9/29 nömrəli fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınmaqla likvid qiyməti ilə bağlı ziddiyyətlər mövcud olduğu halda ekspert qarşısında qoyulmuş suallar əsasında likvid qiymətlər müəyyən edilməmişdir. Halbuki, Məhkəmə Kollegiyası qeyd edir ki, qeyd olunan daşınmaz əmlakların likvid qiymətinin müəyyən edilməsi zəruridir. Qeyd olunanlara əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində 0,18428 ha torpaq sahəsində yerləşən 18 nomrəli, 12 mərtəbəli binada, 90 kv.m.yaşayış sahəsindən ibarət 4 otaqlı, 84 nömrəli mənzilin, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü m/r, 0,07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41,37 kv.m.ümumi, 28,07 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilin, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivində ümumi sahəsi 0,12 ha. ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsinin və üzərindəki tikilinin, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlu və Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123,1 kv.m.yaşayış, 101,2 kv.m.köməkçi sahəsindən ibarət 9/29 nömrəli fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınmaqla likvid qiymətinin edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınması və bu "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilməsi barədə qərardad qəbul edilmişdir. "xxxx" MMC-nin 18 noyabr 2025-ci il tarixli, MEB-m335-1125 saylı rəyindən görünür ki:
1. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində 0,18428 ha torpaq sahəsində yerləşən 18 nomrəli, 12 mərtəbəli binada, 90 kv.m.yaşayış sahəsindən ibarət 4 otaqlı, 84 nömrəli mənzilin bazar dəyəri – 350.500 manat, likvid dəyəri isə 315.400 manat;
2. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü m/r, 0,07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41,37 kv.m.ümumi, 28,07 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilin bazar dəyəri – 111.500 manat, likvid dəyəri isə 100.350 manat;
3. Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivində ümumi sahəsi 0,12 ha. ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsinin ( evsiz) bazar dəyəri – 71.600 manat, likvid dəyəri isə 64500 manat;
4. Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivində ümumi sahəsi 0,12 ha. ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsi üzərindəki tikili (ev) nəzərə alınmaqla birlikdə hazırki bazar dəyəri 207.300 manat, likvid dəyəri 186.600 manat;
5. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlu və Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123,1 kv.m.yaşayış, 101,2 kv.m.köməkçi sahəsindən ibarət 9/29 nömrəli fərdi yaşayış evinin hazırki bazar dəyəri – 818.500 manat, likvid dəyəri isə 736.650 manat təşkil edir. Məhkəmə Kollegiyası işin qeyd edilən hallarına münasibətdə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi qanunun imperativ tələbidir. Göründüyü kimi, cavabdehin ipoteka predmetlərinin dəyərinin yüksək olması barədə dəlilləri əsaslı olmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, ipoteka predmetlərinin qətnamədə ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilən likvid dəyəri kimi göstərilən məbləğlər qeyd edilməlidir. Çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan yaşayış sahəsinin yerləşdiyi ərazi, yaşayış sahəsi bazarında olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivində ümumi sahəsi 0,12 ha. ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsinin ipoteka predmeti olsa da, üzərində tikili (ev) mövcuddur ki, həmin evə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi çıxarış alınması üçün məhkəmə müstəvisində cəhd olunmuşdur. Başqa sözlə, tələbkar cavabdehin qeyd edilən bağ və torpaq sahəsinə vahid əmlak kimi çıxarış alınmasına etiraz etməsə də, buna dair iddia təmin edilməmişdir. Məhkəmə Kollegiyası iddiaçı tərəfin ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən, həmin torpaq sahəsində yerləşən tikilinin də qiymətinin hesablandığı, lakin həmin tikilinin ipoteka predmeti olmadığından ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən həmin tikilinin dəyərinin hesablanmalı olmaması barədə iddiaçının kollegiyanın iclasında etirazı üzrə bildirir ki, əmlakın ilkin satış qiyməti müəyyən edilərkən həmin torpaq sahəsində sonradan aparılan tikili də nəzərə alınmalıdır ki, həmin tikili iqtisadi dəyərə malik olmaqla ipoteka predmetinin ümumi dəyərini əhəmiyyətli dərəcə artıran xüsusiyyətə malikdirlər. Təbii ki, ipoteka predmeti hərracda satışa bir vahid əşya kimi çıxarılacaqdır və bu baxımdan həmin tikili və əmlakın ilkin satış qiyməti müəyyən edilərkən nəzərə alınmaması ipoteka qoyanın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmaqla yanaşı, ədalətli də olmazdı. Beləliklə, ipoteka predmeti olan cavabdehin mülkiyyətindəki torpaq sahəsi üzərində olan tikili torpaqla möhkəm bağlı olan daşınmaz əşya olmaqla vahid mülkiyyət obyektidir, həmin tikili ipoteka predmetinin ümumi dəyərini artırdığından, ipoteka predmetinin hərracdan satılması halında ipoteka predmeti olan torpağın üzərində yerləşən daşınmaz əşya kimi tikili də satılacağından həmin ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən onun dəyərinin də hesablanması labüddür. Bundan başqa cavabdehlər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli əlavə qətnaməsini mübahisələndirmişlər. Məhkəmə Kollegiyası hesab edir ki, əlavə qətnamədən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Hazırda mübahisələndirilən əlavə qətnamə də məhz "xxxx" MMC-nə iddiaçı tərəfindən ekspertiza xərci olaraq 1.000 manat ödənilməsinə baxmayaraq məhkəmə qəbul etdiyi qətnamədə həmin məsələyə qiymət verməsi olmuşdur. Məhkəmə Kollegiyası cavabdehlərin dəlillərinə münasibətdə qeyd edir ki, qeyd edilən rəyin verilməsi üçün vəsatətin onlar tərəfindən verilməməsi həmin rəyə görə ödənilməli olan vəsaitin onlardan tutulmaması anlamına gəlmir, çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda da birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edildiyindən göstərilən rəyin verilməsinə görə çəkilmiş xərcin məhz Cavabdeh1 tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə tutulmalı olan faiz və cərimə borcu hissəsində dəyişdirilməli, Cavabdeh1 həmin müqavilə üzrə tutulmalı olan faiz borcu 9118.85 manat, cərimə borcu isə 15.000 manat müəyyən edilməli, həmçinin 4 ədəd ipoteka predmetlərinin ilkin satış qiyməti - "xxxx" MMC-nin 18 noyabr 2025-ci il tarixli, MEB-m335-1125 saylı rəyində göstərilən likvid dəyərə münasibətdə müəyyən edilməli və mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4/2021 saylı, 21 aprel 2021-ci il tarixli əlavə qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və əlavə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, qiymətləndirmə xərci olan 1000 manat vəsait iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür ki, həmin məbləğin 500 manat hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, qalan 500 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)- 4/2021 saylı qətnaməsi - kredit müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan faiz və cərimə borcu hissəsində dəyişdirilsin. Cavabdeh1 iddiaçı ləğv prosesində olan "xxxx" ASC xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu 9118.85 (doqquz min yüz on səkkiz manat, səksən beş qəpik), cərimə borcu 15.000 manat müəyyən edilsin. İpoteka predmeti olan:
1. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində 0,18428 ha. torpaq sahəsində yerləşən 18 nomrəli, 12 mənrtəbəli binada, 90 kv.m.yaşayış sahəsindən ibarət 4 otaqlı, 84 nömrəli mənzilin ilkin satış qiyməti 315.400 manat;
2. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü m/r, 0,07 ha. torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 41,37 kv.m.ümumi, 28,07 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 100.350 manat;
3. Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivində ümumi sahəsi 0,12 ha ibarət B-4520 nömrəli torpaq (bağ) sahəsi üzərindəki tikili (ev) nəzərə alınmaqla birlikdə hazırki likvid dəyəri 186.600 manat;
4. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kəmaləddin oğlu, Cavabdeh8 Kəmaləddin oğlu və Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 123,1 kv.m.yaşayış, 101,2 kv.m.köməkçi sahəsindən ibarət 9/29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 736.650 manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən əlavə qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4/2021 saylı, 21 aprel 2021-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmiş qiymətləndirmə xərci olan 1.000 manat vəsaitin 500 manat hissəsi Cavabdeh1 iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan 500 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər