Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-120/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)-2672/2018 nömrəli qətnaməsindən İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASCcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsininə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 9203,81 ABŞ dolları məbləğində əsas borcun, 9015 ABŞ dolları məbləğində faiz borcun, 2208,91 ABŞ dolları məbləğində cərimə, cəmi 20427,72 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 müllkiyyətində olan və banka ipoteka qoyulmuş “MG 350” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, İddiaçı ASC-nin Bİnəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 14989 ABŞ dolları məbləğində kredit vermişdir. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında xx xxxxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır, Verilən krediti təmin etmək üçün Cavabdeh1 məxsus olan “MG 350” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuşdur. Cavabdeh1 bank qarşısında öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun banka 9203,81 ABŞ dolları məbləğində əsas borcu, 9015 ABŞ dolları məbləğində faiz borcu, 2208,91 ABŞ dolları məbləğində cərimə, cəmi 20427,72 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu banka ödəməmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən avtomobilin qiyməti ilə bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)-2672/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC-nin xeyrinə 9203,81 ABŞ dolları məbləğində əsas borcun, 722,20 ABŞ dolları məbləğində faiz borcunun və 100 ABŞ dolları məbləğində cərimənin, cəmi 10026,01(bir min iyirmi altı dollar bir sent) ABŞ məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan 2011-ci il buraxılışlı «MG 350» minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 9000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin İddiaçı ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi və iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZO**********000003944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi və iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. İddiaçı ASC Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(003)- 2672/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin faiz və cərimə borcu hissəsində tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə faiz borcunu azaldarkən qətnamədə: “...İddiaçı 9015 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməsinə baxmayaraq maliyyə arayışınına əsasən cavabdehin xx.xx.2014-cü il tarixə, yəni müqavilənin sonuna 722.2 ABŞ dolları məbləğində faiz borcu vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə 722.2 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır...” əsaslanmışdır. Halbuki məhkəmənin şifahi sorğusuna əsasən Bankın əməkdaşı qeyd olunan müqavilə müddətinin sonuna olan maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Lakin məhkəmənin həmin maliyyə arayışında olan göstəricilər əsasında qətnamənin çıxarılması ilə bağlı Bankla razı olmamışdır.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bundan başqa, cavabdehdən tutulmalı dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “...Bu məcəllənin 467-ci maddəsində isə göstərilib ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Lakin maliyyə arayışına əsasən cavabdehin xx.xx.2014-cü il tarixə, yəni müqavilənin sonuna 1311.67 ABŞ dolları məbləğində cərimə borcu vardır. Məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksək olduğu üçün 100 ABŞ dollarınadək azladılmalı və iddiaçının xeyrinə tutulmalıdır...”. Bununla bağlı bildiririk ki, məhkəmə sonradan təqdim olunmuş müqavilə müddətinin sonuna olan maliyyə arayışına əsasən faiz borcunu nəzərə alsa da, əlavə olaraq cəriməni də müqavilənin müddəti sonuna 1311,67 ABŞ dolları məbləğində nəzərə alması düzgün deyildir. Belə ki, cərimənin hesablanması müqavilə müddəti ilə məhdudlaşmır və borclu öhdəliyini tam icra edənədək hesablana bilər. Bundan əlavə məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 100 ABŞ dolları müəyyən edilməsi 2208.91 ABŞ dolları dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)-2672/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və “xxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı 20427,72 ABŞ dollar məbləğində kredit borcunun tutulmasına dair iddia ərizəsinin təmin edilmədən saxlanmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırırlar ki, kredit müqaviləsinə uyğun olaraq xx.xx.2012-ci il tarixdə 500, xx.xx.2012-ci il tarixdə 760, xx.xx.2013-cü il tarixdə 550, 27.11.201 l-ci il tarixdə 500, xx.xx.2012-ci il tarixdə 550, xx.xx.2012-ci il tarixdə 550, xx.xx.2012-ci il tarixdə 750, xx.xx.2012-ci il tarixdə 580, xx.xx.2012-ci il tarixdə 200 ABŞ dolları, cəmi 5040 ABŞ dolları məbləğində pul vermişdir. Bundan başqa “xxxxxxxxxx ASC”-nin əməkdaşları x xxxxxxxx 2012-ci il tarixdə Cavabdeh1 fiziki və mənəvi təzyiq göstərərək ipoteka ilə yüklü edilən avtomobili ondan almışlar. Daha sonra onu 6 saylı notariat kontoruna apararaq, Hüseynov Eldar adlı şəxsə baş etibarnamə verilməsinə məcbur edilmişdir. Bundan sonra “xxxxxxxxxx” ASC-nin əməkdaşları iddiaçı Cavabdeh1 bildirmişlər ki, kredit bağlanmışdır və ona görə də şikayət verməsin. Lakin 2017-ci ildə “xxxxxxxxxx” ASC Xəzər Rayon məhkəməsinə müraciət edərək, iddia ərizəsi vermişdir. İddia tələbi təmin edilə bilməz rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. “xxxxxxxxxx” ASC ilə bağlanan kredit müqaviləsinin 2.4-cü bəndinə görə kredit 36 (otuz altı ay) müddətinə verilmişdir.Yəni Cavabdeh1 Cavabdeh2 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri xx.xx.2014-cü il tarixdə bitmişdir. Bundan sonra faiz hesablanması dayandırılmalıdır. Lakin “xxxxxxxxxx” ASC qanunsuz olaraq hələ də faiz hesablayır. Bundan başq xxxxxxxxxx ASC-nin əməkdaşları zor gücünə xx xxxxxxxx 2012-ci avtomobili ondan alarkən, avtomobilə 6 saylı notariat kontorunda Hüseynov Eldar adlı şəxsə baş etibarnamə verməyə məcbur edərkən, özbaşnalıq etməklə yanaşı ona maddi və mərəvi zərər vurmuşdurlar. Bundab başqa, Şükürov Ceyhunla “xxxxxxxxxx” ASC arasında zaminlik müqaviləsi xx xxxxxxxx 2011-ci il tarixdə bağlanmışdır. Belə olan halda qanunla müəyyən edilən müddət ən azından 3 dəfə keçmişdir. Buna baxmayaraq iddiaçı kreditin ödənilməsini 2017-ci il tarixdən hələ də tələb edir. Bundan başqa “xxxxxxxxxx” ASC-nin əməkdaşları zor gücünə 21 sentiyabr 2012 ci l! il tarixdə minik avtomobilini ondan alarkən, avtomobilə dair 6 saylı notariat kontorunda Hüseynov Eldar adlı şəxsə baş etibarnamə verməyə məcbur edərkən özbaşnalıq etməklə yanaşı mənə maddi və mənəvi zərər vurmuşlardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X7 iddia tələbinə istinad etməklə, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnaməni qismən ləğv edib. iddia tələbinin faiz və cərimə borcu hissəsində tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X5 iddiaçının apelyasiya şikayətinə etiraz edərək, cavabdehlərin apelyasiya şikayətinin dəlillərinə iyğun izahat vermiş Kollegiyadan cavabdehlərin apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə, tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1-ci və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, İddiaçı ASC-nin apelyasiya şikayəti qismən təmin olunmalı, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)-2672/2018 nömrəli qətnaməsi qismən ləğv olunmalı, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İddiaçı» ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli 684/A-11 nömrəli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 14989 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanan xx xxxxxxxx 2011-ci il tarixli 684/A-11 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxxxx 2011-ci il tarixli 684/A-11 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin öz üzərinə götürür. xx xxxxxxxx 2011-ci il tarixli 684/A-11 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 ona məxsus olan MAYAK-A markalı MG-350 model minik avtomobili (motor N15SUA1GB6130308 sassi N LSJA16E34BG041845) xx xxxxxxxx 2011-ci il tarixli 684/A-11 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana-İddiaçı ASC-yə ipotekaya verir. AR DİN BDYPİ Qeydiyyat imtahan şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2011-ci il tarixli 092853 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışdan müəyyən olunur ki, ipoteka qoyan Cavabdeh1 MG-350 model minik markalı 90MH874 qeydiyyat nişanlı nəqliyyat vasitəsini ipoteka saxlayan İddiaçı ASC-yə ipotekaya qoymuşdur və ipoteka müqviləsinin qüvvədə olma müddəti xx xxxxxxxx 2011-ci il tarixdən xx xxxxxxxx 2014-cu il tarixədəkdir. xx xxxxxxxx 2011-ci il tarixli 640874 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90MH874 qeydiyyat nişanlı, MG-350 model minik markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. xx xxxxxxxx 2014-cü il tarixli müştəri Cavabdeh1 adına olan maliyə arayışından görünür ki, xx xxxxxxxx 2011-ci il tarixdə 36 ay müddədinə 14 989 ABŞ dolları məbləğində 18 faiz dərəcəsi ilə verilmiş əsass borcub qalığı 9203,81 ABŞ dolları, faiz borcun məbkləği 722,20 ABŞ dolları, cərimənin məbləği 1311,67 ABŞ dolları və Banka olan cəmi borc 11237, 68 ABŞ dolları təşkil edir. xx xxxx 2017-ci il tarixli müştəri Cavabdeh1 adına olan maliyə arayışından görünür ki, xx xxxxxxxx 2011-ci il tarixdə 36 ay müddədinə 14 989 ABŞ dolları məbləğində 18 faiz dərəcəsi ilə verilmiş əsas borcdan 5789,19 ABŞ dolları, faizdən ödənilən cəmi məbləğ 3588,81 ABŞ dolları təşkil edir. Qrafik üzrə aparılan ödənişlər xx xxx 2013-cü il tarixdə 178,83 ABŞ dolları, xx xxx 2013-cü il tarixdə 201,67 ABŞ dolları, əsas borcun qalığı 9203,81 ABŞ dolları, faiz borcun qalığı 9015,00, cərimənin məbləği 2208,91 ABŞ dolları və Banka olan cəmi borc 20427,72 ABŞ dolları təşkil edir. xx xxxx 2013-cü il tarixli xx-xx/1033 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 xx xxxx 2013-cü il tarixə olan borcu –kreditin qaytarılmayan ümumi məbləği 9361,0, cədvəli üzrə qaytarılması nəzərdə tutulan kreditin məbləği 1545,8 cari faiz borcu 50,6 ABŞ dolları və gecikdirilməyə görə əlavə faiz borcu 106,5 ABŞ dolları təşkil edir və bu bardədə bank tərəfindən xəbərdar olunmuşdur. Həmçinin ona 1703,0 ABŞ dolları məbləğində borcun 3 iş günü ərzində ödənilməsi təklif olunur və rəsmi xəbərdarlıq edilir ki, əgər qeyd olunan tarixədək borcun ödənilməsi təmin edilməzsə, borcun məcburi, o cümlədən digər əmlakın hesabına ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəkdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli 2 nömrəli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ona məxsus olan MAYAK-A markalı MG-350 model minik avtomobili, buraxılış ili 2011-ci il, 90MH874 qeydiyyat nişanlı mühərrik 15SUA1GB6130398, ban LSJA16E34BG041845, ağ rəngli nəqliyyat vasitəsinə tutma yönəldilmişdir. xx xxxxxx 2014-cü il tarixli İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 ünvanlanan ərizənin təsdiq olunmuş surətindən görünür ki, Bank ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını İdarədən xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli 3642 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 2011-ci il buraxılışlı, “MG350” markalı avtomobilin 2018-ci il tarixə olan orta bazar qiyməti təxminən 9000,0 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 8046 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx xxx 2013-cü il tarixə əsas borc üzrə 9203,87 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları, cəmi 9203,87 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq müəyyən etmişdir ki, xx xxxxxxxx 2011-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 14989 ABŞ dolları məbləğində kredit vermiş və kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında xx xxxxxxxx 2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin verilən borc məbləğini təmin etmək üçün Cavabdeh1 məxsus olan “MG 350” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuşdur. Cavabdeh1 Bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya 9203,81 ABŞ dolları məbləğində əsas borc və 100 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə-hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Bununla da, müqavilədə nəzərdə tutulmuş öhdəliyini, yəni kredit ödənişlərinin edilməsindən ibarət müqavilənin mühüm şərtini pozmuşdur. Müqavilə üzrə kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış cərimə ilə birgə iddiaçıya ödəməlidir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas və cərimə borcun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin cavabdehə münasibətədə hesabladığı 722,20 ABŞ dollar faiz borcu ilə razılaşmır. Belə ki, hesabdan çıxarış məlumatlarına və ekspert tədqiqatını rəyində də qeyd olunlara əsasən belə bir qənaətə gəlmək olur ki, cavabdehin faiz borcunun ödənilməsinə dair Bank qarşısında öhdəliyi yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası apelyatorun apelyasiya şikayətindəki “xxxxxxxxxx” ASC ilə bağlanan kredit müqaviləsinin 2.4-cü bəndinə görə kredit 36 (otuz altı ay) müddətinə verilmişdir.Yəni Cavabdeh1 Cavabdeh2 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri xx.xx.2014-cü il tarixdə bitmişdir” dəlilinə dair bildirir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı iddia ərizəsini xx xxxxxx 2017-ci il tarixdə (iddia ərizəsində göstərilən tarix) vermişdir və mülki qanunvericiliyin göstərilən tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Bu Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bükür oğlundan pulun tutulmasına dair tutmanın Cavabdeh1 mülkiyyətində olan və bank qarşısında ipoteka ilə yüklü olunan avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsinə və qalan məbləğin Cavabdeh1 qaytarılmasına dair mövqeyi düzgündür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə ekspertinin rəyini nəzərə alıb ipoteka predmetinin ilkin satış qiymətinin 9000 manat məbləğində müəyyən etməsinə dair mövqeyi düzgündür. Bundan başqa xx xxxxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 Cavabdeh1 bağladığı müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Borclu Cavabdeh1 öz öhdəliklərini yerinə yetirmədiyi, krediti lazımi qaydada ödəmədiyi halda o, öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə qaydada məsuliyyət daşımasını öz üzərinə öhdəlik kimi götürmüşdür. Mülki Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bu Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da görünür ki, zaminlik müqaviləsi xx xxxxxxxx 2011-ci il tarixdə 36 ay müddətinə bağlanmış, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən (iddiaçı iddia ərizəsini xx xxxxxx 2017-ci il tarixdə birinci instansiya məhkəməsinə vermişdir.) zaminlik müqaviləsinin müddəti xx xxxxxxxx 2015-ci il tarixdə bitmişdir. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız 722,20 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv olunmalı və iddia həmin hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (zamin) münasibətdə rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmçinin kollegiya qeyd edir ki,işin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0**********000003944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)-2672/2018 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə 722,20 ABŞ dolları faiz borcunun və zamin Cavabdeh2 münasibətdə borcun (9203,81 ABŞ dolları məbləğində əsas borcun, 722,20 ABŞ dolları məbləğində faiz borcunun və 100 ABŞ dolları məbləğində cərimənin, cəmi 10026,01 (on min iyirmi altı dollar bir sent) ABŞ məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun) tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İşin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti 145 (bir yüz qırx beş) məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0**********000003944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-120/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-120/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver