Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1200/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, X19, X20, Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi və Qala Bələdiyyəsi olmaqla) qarşı “torpaq sahəsindən və mağazadan istifadə edilməsində maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(torpaq sahəsindən və mağazadan istifadə edilməsində maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X23 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(003)-1927/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdehlə birgə etibarnamə əsasında aldığını iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yerləşən, 0.01 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən (ərzaq məhsulları mağazasından) istifadə olunmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, X19, X20, Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi və Qala Bələdiyyəsi olmaqla) qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu kənarında yerləşən təzə tikilidə ərzaq məhsulları mağazasından və torpaq sahəsindən istifadə edilməsində maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi qonşu kimi, həm də dülgər kimi tanıyır. 2021ci ilin yanvar ayının axırlarında cavabdeh onlara gəlmiş və təklif etmişdir ki, 8000 manata 1 sot torpaq satılır. Torpağı satan şəxsin adı Xudaverdidir. İddiaçı cavabdehlə birlikdə Xudaverdi adlı şəxsin evinə getmiş, orada məlum olmuşdur ki, həmin torpaq sahəsi X17 adınadır. X24 etibarnamə verərək, torpaq sahəsini ona satmasını bildirmişdir. Ona görə də, X4 vasitəsi ilə X17 adından ona və cavabdehə qeyd edilən torpaq sahəsinə dair etibarnamə vermiş və həmin etibarnamə 55 il 3 ay 14 gün müddətinə verilməklə xx.xx.2076-cı il tarixədək qüvvədədir. Cavabdeh ona 4000 manat vermiş və o, da 4000 manat əlavə edərək, cəmi 8000 manat pulu Xudaverdiyə vermişdir. Qeyd edilən torpaq sahəsini üzərində olan mağaza ilə birlikdə iki yerə bölərək, mağazada ticarətə başlamışlar. Cavabdeh mütəmadi olaraq ona mane olmağa başlamış və onun torpaq sahəsinə zibil tökmüş, ona demişdir ki, torpağın ikinci hissəsi də onundur, buradan çıxın gedin. O, məcburiyyət qarşısında qalaraq xx.xx.2022-ci ildə cavabdehin qanunsuz hərəkətləri barədə Xəzər rayonu 3-cü Polis şöbəsində ərizə ilə müraciət etmiş, orada araşdırma aparılmış və cavabdeh videogörüntü ilə izahat yazaraq, həqiqətən də, o torpaq sahəsinin şərikli aldığını, iki hissəyə böldüklərini, heç bir vaxt onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməyəcəyini və bir daha belə qanun pozuntusuna yol verməyəcəyini bildirmişdir. Təhqiqatçı ona izah vermişdir ki, torpaq sahəsindən istifadə edilməsində maneələrlə bağlı cavabdehə qarşı məhkəmədə mülki qaydada iddia qaldıra bilər. O, mağazanı iki ilə yaxındır ki, işlədir, Binə Bələdiyyəsinə vergi ödəyir, işıq pulunu ödəyir. Üzərində mağaza olan torpaq sahəsi onun istifadəsindədir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olur. Odur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu kənarında yerləşən təzə tikilidə ərzaq məhsulları mağazasından və torpaq sahəsindən istifadə edilməsində maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin izahatında bildirmişdir ki, mübahisəli əmlaka dair mülkiyyət hüququnu təstiqləyən sənədi yoxdur. 5.Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, həmin mağazaya görə o vaxtı Xudaverdiyə pul vermiş, Xudaverdinin xahişi ilə Mirkamal orada mağaza işlədirdi. Xudaverdi öləndən sonra onun həyat yoldaşı Ədalət xanım həmin yeri başqa şəxsə satıb oraya verilmiş etibarnaməni ləğv eləmək istəmişdir. Şəxsən gedib Ədalət xanımla danışmış və sonuncu yalnız onun adına etibarnamə vermişdir. Həmin yerə görə, Mirkamal ona pul verməmişdir. Ona görə də, həmin yer ona məxsusdur. Bu səbəbdən də, iddianın rədd edilməsini xahiş etmişdir. 6.Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahatında göstərimişdir ki, mübahisəli torpaq sahəsini və obyekti etibarnamə əsasında mərhum Xudaverdi Xəlilova vermişdir. Lakin həmin torpaq sahəsinin və obyektin hüquqmüəyyənedici sənədi olmamışdır. O, torpaq sahəsini nə Rəşata, nə də ki, Mirkamala satmamışdır. Lakin torpaq sahəsində əvvəldən mağaza mövcud olmuşdur. 7.Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında göstərmişdir ki, hər iki tərəfi uzun müddətdir tanıyır. Mübahisəli ərazini Rəşat Bayramovdan 2023-cü ildə 17000 manata almışdır. Lakin ərazinin sənədi olmadığı üçün, Rəşat ona etibarnamə vermişdir. Lakin sonradan İddiaçı ona bildirdi ki, obyektin 50 kv.metri ona məxsusdur. Hazırda həmin obyekti Rəşatdan aldığı üçün, ona məxsusdur. Lakin bu günə kimi, obyektə sənəd almamışdır. 8.Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 göstərmişdir ki, mərhum həyat yoldaşı Xudaverdi Xəlilova torpağa görə o vaxt 8000 manat pulu Rəşat vermişdir. Mirkamal isə onun mərhum ərinə pul verməmişdir. 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Mirkamalı və Rəşatı tanıyır. Onların birlikdə dükan işlətdiyini görmüşdür. Mirkamal orada balaca maqazin, Rəşat isə özünə taxta sexi açmışdır. Rəşat üstünü də düzəldib “çayçı kafe” kimi bir yer etmişdir. Mirkamalın mağazasından dəfələrlə alver etmişdir. Mirkamal işlətdiyi mağazada yuyucu tozları və sair xırda şeylər satmışdır. Onu bilir ki, tərəflər hər biri 4-5 min manat miqdarında pul verərək həmin torpaq sahəsindən istifadə etmişlər. 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı təxminən 10 il müddətdir ki, qonşuluqda yaşayırlar. Mirkamalın mağazasından alver etmiş, sonradan isə mağaza bağlanmışdır. Eşitdiyinə görə torpaq sahəsini Cavabdeh ilə şərik 8000 manata alıblar. Halhazırda isə obyekt tamamilə sökülmüşdür. 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, AR DİN-nin Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. Mübahisə predmeti üzrə tərəflərin mübahisələndirdiyi obyektlə bağlı icraatında iş olmuş və qanuna müvafiq qaydada araşdırma apararaq, hüquqi nəticə vermişdir. Araşdırma nəticəsində toplanmış materialları məhkəməyə təqdim etmişdir. 12.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 noyabr 2023-cü il tarixli, 2(003)-1927/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Ramilə Xəzri) iddia tələbi təmin edilməmiş, iddiaçıya izah edilmişdir ki, vurulmuş maddi ziyanla bağlı ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. 13.İş materiallarında olan İddiaçı Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, İddiaçı mübahisəli ünvanda mağazası vardır, hal-hazırda vaxtı olmadığı üçün işlədə bilmir. Həmin mağazanı oğlu işlədirdi. Həmin torpaq sahəsində qonşuluqda Cavabdeh taxta emalatxanası açmışdır və indi də işlədir. Cavabdeh tərəfindən etibarnamənin ləğv edilərək, 50 kv.metr torpaq sahəsinin satılması nəticəsində ona 10250,0 manat məbləğində ziyan dəyib. 14.İş materiallarında olan Cavabdeh Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, həmin yeri 3 ilə yaxındır alıb. İddiaçı onun qonşuluğundakı mağazanı işlədir və həmin mağazanı onun köməkliyi ilə tikib. O, öz mağazasında su satır, buna görə də İddiaçı öz ərzaq mağazasında su satmamağı demiş və buna görə aralarında münaqişə yaranmışdır. 15.İş materiallarında olan X10 Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, sözügedən torpaq sahəsini 17000,0 manata Cavabdeh satın almışdır. İddiaçı torpağın yarısını aldığını və elektrik enerjisinin çəkilməsinə 3000,0 manat xərc çəkdiyini bildirmişdir. Daha sonra isə polisə müraciət etdiyini öyrənmişdir. Həmin torpaq sahəsinə verilmiş etibarnaməni Xudaverdinin həyat yoldaşı Xəlilova Ədalət ləğv etmiş və Cavabdeh yeni etibarnamə vermişdir. 16.İş materiallarında olan Cavabdeh Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, onun əvvəllər Binə qəsəbəsi zavod yolu adlanan ərazidə özünə məxsus 100 kv metr torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini Xudaverdi adlı şəxsdən 8000 manata almışdır. Həmin torpaq sahəsi ücün etibarnaməni Xudaverdi ona 31 saylı notariat kontorunda vermişdir. Bir müddətdən sonra Xudaverdi ona aldığı 100 kv metr torpaq sahəsinin 50 kv metr sahəsini İddiaçı verməsini demişdir. O, torpaq sahəsinin 50 kv metr hissəsini İddiaçı vermişdir. Həmin torpaq sahəsi üçün İddiaçı pul almamışdır. Xudaverdi 50 kv.metr torpaq sahəsinə görə İddiaçı etibarnamə vermişdir. Həmin etibarnamə mülki deyil, yalnız 50 kv.metr torpaq sahəsi üçün olmuşdur. Bir necə il bundan əvvəl Xudaverdi vəfat etmişdir. Həmin yerdə əvvəldən mağaza var idi. Həmin ərazidə olan yarım tikilinin bir hissəsi də ona qalan torpaq sahəsinə düşmüşdür. 17.İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başladılmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başladılması rədd edilmişdir. 18.İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başladılmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başladılması rədd edilmişdir. 19.İş materiallarında olan Azərbaycan Respublikası Qala bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin sürətindən və tədiyyə bildirişlərindən görünür ki, İddiaçı (12031xxxxxxx) vergi ödəyicisidir. 20.İş materiallarında olan ərizədən görünür ki, X5 qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsini Cavabdeh istifadəyə vermişdir. 21.İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021ci il tarixdə ölmüşdür. 22.İş materiallarında olan ərizənin surətindən görünür ki, Cavabdeh Qala qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsini X15 istifadəyə vermişdir. 23.Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, İddiaçı cavabdehlə birgə etibarnamə əsasında aldıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yerləşən, 0.01 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən (ərzaq məhsulları mağazasından) istifadə olunmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etmişdir. 24.Məhkəmə hesab etmişdir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. 25.Məhkəmə iddianın təmin edilməməsi ilə bağlı iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mağazanın və torpaq sahəsinin ona məxsus olduğu bildirsə də, buna dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi, sonradan ləğv edilmiş (hüquqi qüvvəsini itirmiş), X17 adından səlahiyyətlər ötürülmüş Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı olaraq onu müvafiq idarə, təşkilatlarda təmsil etmək və sair səlahiyyətlər etibar edilmişdir. 26.Bundan əlavə mübahisə gedən mağazanın və torpaq sahəsinin ümumiyyətlə sənədinin olmaması mağazanın və torpaq sahəsinin həqiqətən kimə məxsus olması, kimin bu işdə əsl cavabdeh olması iş üzrə müəyyən olunmamışdır. Bundan əlavə torpaq sahəsində tikilinin daha əvvəldən mövcud olması və tərəflər tərəfindən inşa edilmədiyi aydın olmuşdur. Lakin həmin tikilinin (mağazanın) hazırda mövcud olması şübhə yaradan hallardan biridir. Məhkəmə iclasında dindirilən şahidlərin ifadələrində mağazanın tamamilə sökülməsi, həmçinin mağazanın bir hissəsinin sökülməsi kimi ziddiyətli ifadələr verilmişdir. 27.İşin hallarından da görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yerləşən, 0.01 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən və torpaqdan istifadə olunmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun (mülkiyyət sənədi, icarə müqaviləsi və sair) olması müəyyən olunmamışdır. 28.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan mübahisəli torpaq sahəsinə və üzərində tikilmiş mübahisəli tikiliyə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Buna görə də İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və mağazadan istifadə edilməsində maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilməməlidir. 29.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 4.1, 180; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.2, 48.4, 50.1, 55; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 77.1, 14.2, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 30.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 31.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci İnstansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, hazırki mübahisə üzrə torpaq sahəsindən və üzərində inşa edilmiş tikililərə dair hər hansı hüquq müəyyən edici sənəd olmadığından həmin sahə mülki dövriyyənin predmeti ola bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, mübahisə üzrə torpaq sahəsinin və üzərindəki tikilinin kimə məxsus olmasına dair sübut olmadığından cavabdehin iş üzrə müəyyən edilməsinin mümkünsüz olduğunu qeyd etmişdir. Qeyd edilməsi zəruridir ki, hazırki iş üzrə iddiacı İddiaçı mübahisəli sahədən istifadə etməsi X10 polis idarəsində verdiyi ifadədə sahənin bir hissəsinin İddiaçı satılmasını üç min manat elektrik şəbəkəsinin çəkilməsi ilə əlaqədar bildirməsi həmin sahənin və üzərindəki tikilinin İddiaçı məxsus və onun həmin sahənin sahibi olmasını dəlalət edir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə Mülki Məcəllənin 159, 163.1, 164.1 və 165.1-ci maddələrini tətbiq etməməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə hazırkı şikayətin maddi hüquq normalarının pozulmasına aid olan birinci birinci bəndində qeyd edilən İddiaçı mübahisəli sahədən uzun müddət istifadə etməsi X10 polis idarəsində verdiyi ifadədə sahənin bir hissəsinin İddiaçı satılmasını habelə üç min manat elektrik şəbəkəsinin çəkilməsinə vəsait sərf etməsini bildirməsini nəzərə almadan məhkəmə iddianın əsassız olmasına dair qənaətə gələrək hesab edir ki, işdə olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmamışdır. Göründüyü kimi məhkəmə qətnaməsnin əsaslandırıcı hissəsini iş üçün zəruri və mötəbər olmayan sübutlarla əsaslandırmışdır. Birinci İnstansiya Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsini yanlış tətbiq və təfsir etməklə yanlış nəticəyə gəlmişdir. Birinci İnstansiya Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88,217.1,385.1.1 və 385.1.2 tələbi pozulmuş nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 33.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. 34.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, torpaq sahəsinin sənədi ancaq Qala Bələdiyyəsinin sənədidir. O, torpaq sahəsini özü 8000 manata etibarnamə əsasında X12 yoldaşı Xudaverdidən almışdır. Xudaverdi rəhmətə getdikdən sonra etibarnamə də ləğv olunduğundan 4 saylı Asan Xidmətdə X8 yenidən etibarnamə almışdır. İddiaçı oğlu ilə dost idi, bir hissəsini Kamala işlətməyə verdi, sonra ondan polisə şiakyət etdi, ona orada da hədə-qrxu gəldilər ki, sakit dur. Daha sonra başına bir hadisə gəldi və mağazanı X1. İddiaçı Qadir Hüseynovla söhbət etdi, necə razılaşdıqlarını bilmir. 35.Məhkəmə kollegiyasının əvvəlki iclasında mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izhatında qeyd etmişdir ki, həyat yoldaşı sağılığında o evi Rasimdən almışdır. Ev idi və həyətində mağaza var idi. Daha sonra həyat yoldaşının sağlamlığı ilə əlaqədar əməliyyat olmalı idi. Mağazanı 8000 manata razılaşıb satdılar. Oranı Rəşad aldı. Mirkamal da onunla birgə gəlirdi deyirdi əmisidir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ona (yoldaşına) pulu Rəşad vermişdir. Mirkamalı Rəşadın əmisi kimi tanımışdır.Yoldaşı rəhmətə getdikdən sonra Mirkamalı orada işləyən görmüşdür. O, orada Mirkamalı görməmidir. Daha sonra Rəşad ona demişdir ki, etibarnamə ləğv olunub. Ondan pul alınıb, yenidən ona etibarnamə verilsin. O, Rasimə yenidən 500 manat verdi, Rasim Ədalətə etibarnamə verdi, Ədalət də Rəşada yenidən etibarnamə verdi. Hazırda o mağaza mövcuddur. Mağazanın arxası onun evinin həyətinə baxır. Ev hazırda Anarın mülkiyyətindədir. Evin həyətindən baxanda mağazanın divarı görsənir. 36.Məhkəmə kollegiyasının əvvəlki iclasında mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında və sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, o, mağazanı Rəşatdan almışdır. Almamışdan qabaq 8 ay idi ora işləmirdi. Alıb mağazaya daxil olduqda gördü ki, içərisi dağılıb və zibillidi. Mirkamal mağazaya gəldi və bildirdi ki, o buranı Rəşadla şərik almışdır, orada olan soyuducu və işıq sayğacı onundur götürüb aparacaq. Daha sonra Mirkamal ona bildirdi ki, mağazada olan soyuducunu satır və bir halallıq vermir. O (Qadir) ondan (Mirkamaldan) soruşduqda ona bildirdi ki, 4 min manat bura xərc çəkmişdir və ondan (Qadirdən) şikayəti yoxdur. Öz növbəsində Qadir də ona bildirdi ki, 4 min manat xərci ona hissəhissə ödəyəcək. Xərçəng xəstəsi olduğundan halallıq almaq istədi. Lakin növbəti gün polis idarəsinə şikayət etdi ki, bəs Qadir onun ailəsini hədələyir. Sonradan arşadırma zamanı məlum oldu ki, həmin vaxt o, xəstəxanada əməliyyatda olmuşdur. Mağazanın içərisində soyuducu qalmışdır. Sayğacı götürmədi, heç bir barışıq mümkün deyil çünki, onu bütün orqanlara şikayət etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 37.Maddə 4.1.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 38.Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 39.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 40.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 41.Maddə 180.3.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 42.Maddə 48. 2-ci hissə.Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 43.Maddə 48. 4-cü hissə.Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 44.Maddə 50. 1-ci hissə. “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.
45. Maddə 67. 1-ci hissə. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 46.Maddə 67. 3-cü hissə. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 47.Maddə 67. 4-cü hissə.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 48.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 49.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53.Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(003)- 1927/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 54.Belə ki, işin araşdırılmış halları ilə məlum olmuşdur ki, İddiaçı mağazanın və torpaq sahəsinin ona məxsus olduğu bildirsə də, buna dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. 55.Bu qənaətə gələrkən məhkəmə qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 56.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
57. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 58.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 59.Belə ki, torpaq sahəsi və üzərində olan tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd olmasa da, işdə olan etibarnamələrə və tərəflərin izahatlarına əsasən X26 tərəfindən torpaq sahəsi ilə bağlı etibarnamə mərhum X6, sonuncu isə Cavabdehh oğluna vermişdir. Sonradan torpağın bir hissəsi ilə bağlı Cavabdehh oğlu tərəfindən etibarnamə İddiaçı verilmişdir. X4 vəfatından sonra X26 tərəfindən etibarnamə mərhumun həyat yoldaşı X16 verilmiş, sonuncu isə Cavabdehh oğluna vermişdir. 60.Kollegiya qeyd edir ki, İddiaçı mağazanın və torpaq sahəsinin ona məxsus olduğu bildirsə də, buna dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi, sonradan ləğv edilmiş (hüquqi qüvvəsini itirmiş), X17 adından səlahiyyətlər ötürülmüş Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı olaraq onu müvafiq idarə, təşkilatlarda təmsil etmək və sair səlahiyyətlər etibar edilmişdir. 61.Bundan əlavə mübahisə gedən mağazanın və torpaq sahəsinin ümumiyyətlə sənədi mövcud deyildir. Torpaq sahəsində tikilinin daha əvvəldən mövcud olması və tərəflərin inşa etmədiyi müəyyən olunur. Mağazanın yerləşdiyi torpaq sahəsi mərhum X4 yaşadığı evin (hazırda orada mərhumun həyat yoldaşı X20 yaşayır) həyatyanı torpaq sahəsinə daxildir. 62.İşin hallarından da görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yerləşən, 0.01 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən və torpaqdan istifadə olunmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun (mülkiyyət sənədi, icarə müqaviləsi və sair) olması müəyyən olunmamış, bundan əlavə sonuncu dəfə Cavabdeh etibarnamənin X4 həyat yoldaşı X20 tərəfindən verildiyi müəyyən olunur. X20 isə torpaq sahəsini Cavabdeh aldığını bildirmişdir. Hal-hazırda isə torpaq sahəsi X13 istifadəsindədir. 63.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan mübahisəli torpaq sahəsinə və üzərində tikilmiş mübahisəli tikiliyə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. 64.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 65.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 66.Göründüyü kimi iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yerləşən, 0,01 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən və torpaqdan istifadə olunmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun (mülkiyyət sənədi, icarə müqaviləsi və sair) olması müəyyən olunmamışdır. 67.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə və üzərində tikilmiş mübahisəli tikiliyə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqa malik olmamaqla hazırki iddia üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. 68.Kollegiya apellyatorun mübahisəli sahədən uzun müddət istifadə etməsi ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki, qeyd olunan dəlil hazırki iddianın təmin olunması üçün əsas yaratmır. Bununla bağlı yalnız mötəbər sübutlara istinad olunmalıdır. 69.Kollegiya apellyatorun mübahisəli sahənin bir hissəsini alması ilə bağlı X10 polisdə ifadə verməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsinin qeyri-rəsmi olaraq alınması X18 tərəfindən aparılmış, sonuncu polisdə verdiyi izahatlarında həmin ərazini Xudaverdidən 8000 manata özü aldığını bildirmişdir. Həmçinin mərhum Xudaverdinin həyat yoldaşı X20 məhkəmədə verdiyi izahatında həmin sahəni 8000 manata X9 aldığını bildirmişdir. X19 isə mübahisəli sahəni qeyri-rəsmi olaraq X7 əldə edən şəxsdir. Buna görə də, kollegiya apellyatorun qeyd olunan dəlilini əsassız hesab edərək, iddianın təmin edilməsi üçün əsas hesab etmir. 70.Kollegiya apellyatorun dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı ona dəymiş maddi ziyanlı bağlı ona zərər vurmuş şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. 71.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 72.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 73.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 74.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 75.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 76.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(003)-1927/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov