Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1209/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əsassız hesablanmış borcun silinməsi ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil2, cavabdeh X13 kredit təşkilatının nümayəndəsi X3, audit X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-240/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış (14000 manat) borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 mart 2019-cu il tarixdə X13 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən illik 30 % olmaqla 36 ay müdətinə 28000 min manat pul krediti götürmüşdür. Həmin 28000 manat puldan 3360 manat məbləğində pul sığorta məbləği olaraq iddiaçıdan dərhal 15 mart 2019-cu il tarixdə tutulub. Qalıq məbləğ iddiaçı tərəfindən banka ödənilmişdir.Hazırki mövcud borc məbləği qanunsuz hesablanmış və silinməlidir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-240/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, aparılmış ekspertiza üzrə 200 manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ekspert rəylərini (ilkin və təkrar) əsaslı hesab edir. Məhkəmənin iqtisadi (mühasibatlıq) bilikləri olmadığından müvafiq ekspertiza rəyində göstərilən xüsusatlar üzrə mübahisəni həll etməyi əsaslı hesab edir. Bundan əlavə, iddia ərizəsinə əsasən iddiaçı tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilməmiş olması mülki işin mübahisəsiz halıdır. İddiaçının mülki iş üzrə məhkəmədə bildirdikləri şəxsi mülahizə xarakteri daşıyır, sübuta yetirilmir. Belə ki, müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11456,77 manat əsas, 2568,23 manat faiz borcu vardır. Yəni, həmin müqavilə üzrə öhdəlik münasibətləri mövcuddur və qanunidir. Öhdəliyin həcmində cüzi fərqin olması (ekspert rəyi ilə Kəpəz BOKT” MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı arasındakı ziddiyyət) öhdəliyin olmaması kimi və ya borcun əsassız olması kimi qiymətləndirilə bilməz. Lakin öhdəliyin həcminin dəqiqləşdirilməsi başqa mövzudur və hazırki iddia tələbinin mahiyyəti ilə birbaşa əlaqəli deyildir. Müqavilə tərəfinin öhdəliklərinə əməl etməməsi onun öhdəlikdən azad edilməsi ilə nəticələnə bilməz. İddiaçı tərəfin vəsatəti əsasında mülki iş üzrə 2 (iki) dəfə ekspertiza təyin edilmiş və ekspert rəyləri üzrə müvafiq qiymətləndirmələr aparılmışdır. İddiaçı tərəf ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə etiraz etsə də, bunu əsaslandıra bilməmiş, vəsatətini formal mülahizələr üzrə tərtib etmişdir. Ekspert rəyi nəzərə alınmasa belə, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olması barədə heç bir sübut təqdim edilməmişdir. İddiaçının vəsatəti üzrə dindirilmiş şahid isə iş üzrə faktiki hallar barədə məlumat vermişdir ki, həmin hallar mülki işin taleyini həll edə biləcəkdə xüsusda deyildirlər. Məhkəmə tərəfindən iddiaçıya prosessual hüquqlarının təmin edilməsi məqsədilə tam ətraflı şərait yaradılmışdır. Əgər Borcalan tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilmiş və kredit məbləği qaytarılmışdırsa, bu barədə sübutetmə yükü Borcalanın üzərindədir. İddiaçı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və ona əlavə edilmiş müvafiq kredit-maliyyə materialları əlavə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12018,94 manat əsas, 2717,18 manat faiz borcu vardır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9831 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11456,77 manat əsas, 2568,23 manat faiz borcu vardır. Ekspertiza xərci 100 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4741 nömrəli xx.xx.2024-cü il tarixli təkrar ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11456,77 manat əsas, 2568,23 manat faiz borcu vardır. Ekspertiza xərci 100 manat təşkil edir. Rəy üzrə ekspert tərəfindən ümumilikdə 7 suala (suallar məhz iddiaçı tərəfindən təklif edilmişdir) cavab verilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-240/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16; “Məhkəmə qətnaməsi haqqında” AR-nın Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarın 3.6cı bəndinə; Avropa İnsan Hüquqları Məhkəməsinin (Deleourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli, və X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2007-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 62.2, 62.3,77.1, 77.3, 88, 172.1, 217, 218, 238.4, 238.5,273, 274.1, 241.4, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı(iddiaçı) "xxxx" Bank olmayan kredit təşkilatın Məhdud Məsuliyyətli Cəmiyyətindən (BOKT) illik 30% olmaqla 36 ay müddətinə 28000 manat məbləğində pul krediti götürmüşdür. Həmin 28000 manat pulun iddiaçıya ödənişi zamanı bankın xəzinədarı tərəfindən bu puldan 140 manat pul saxlanılmış və ona 27860 manat pul ödənilmişdir. Həmin puldan da 3360 manat məbləğində olmaqla cəmi 3500 manat pul tutulmuşdur. Tutulan pulun bank xərcləri olduğu ona şifahi olaraq bildirilmiş, lakin bu faktı təsdiq edən heç bir rəsmi sənəd iddiaçıya təqdim edilməmişdir. Bundan sonra iddiaçı 2019-cu ilin 9 ayı ərzində bank hesabına hər ay mütəmadi olaraq 1189-1230 manat olmaqla cəmi 10816 manat pul ödəmişdir. 2020-ci ilin məlum pandemiya xəstəliyi ilə əlaqədar dövlətimiz əhalinin ağır maddi dönəmdən keçdiyini nəzərə alaraq vətəndaşlara güzəştli imtiyazlar vermişdir. Bununla əlaqədar iddiaçı banka dəvət edilərək aylıq ödənişin 1200 manat deyil, 600 manat məbləğində ödənilməsi ilə müdiriyyətlə razılığa gəlmiş və bu barədə ərizə ilə banka müraciət etmişdir. Əvvəlcə onlar bu şərtin 6 ay müddətinə, lakin pamdemiya xəstəliyinin qısa müddətə bitmədiyindən kredit müddətini 1 il artırmaqla 4 ilə nəzərdə tutularaq uzadılmışdır. Yeri gəlmişkən, pandemiya bəlası rəsmi olaraq 2020-ci ilin 11 martından 2023-cü ilin may ayınadək 3 il 1 ay 24 gün davam etmişdir. İddiaçı bankın rəhbərinə ayı 600 manat deyil, artıq ödəniş etdiyi halda (məsələn 1100-1500 manat arası) həmin pulun aylara bölünərək mədaxil edilməsi şərti ilə razılaşmışdır. O, bunu gecikmə halına yol verməmək üçün etmişdir. Beləliklə, iddiaçı 2021-ci il üzrə banka 8080 manat, 2022-ci il üzrə isə 8250 manat məbləğində pul ödəmişdir. Halbuki, 600 manat olmaqla iddiaçının illik ödəniş məbləği 7200 manat olmalı idi. Lakin müdiriyyət ödənilən artıq pulları aylara bölməyərək onu 1 aya mədaxil edib, iddiaçıya gecikmə ilə əlaqədar faiz və peniya məbləğlərini yazaraq, ödənilən pulların əsas borcdan deyil, faiz və peniya borclarına yönəltmişdir. 2022-ci ilin 31 avqust və 09 sentyabr aylarında iddiaçıya bank tərəfindən guya onun banka 25565.83 manat və 25957.43 manat qalıq borcunun olmasına dair bildirişlər göndərilmişdir (iş materiallarına əlavə edilib). Həmin dövrə qədər iddiaçının banka 31146 manat məbləğində pul ödənişi olmuşdur. Bu bildirişlərə əsasən iddiaçının banka 28000 manat kredit müqabilində 56711 manat ödəniş etməsi nəzərdə tutulurdu. Bu isə iddiaçıya təyin edilən faiz əmsalından 30 deyil, 100 faizi ilə nəzərdə tutulmasını göstərirdi. Bununla əlaqədar iddiaçı bankın rəhbəri R.Əliyevlə görüşərək, məsələyə aydınlıq gətirməsini xahiş etmişdi. R.Əliyev isə bunu işçilərin yol verdiyi texniki səhv olduğunu deyərək əslində iddiaçının banka 13000 manat borcu qaldığını və həmin pulu ödədikdən sonra evini girovdan çıxara biləcəyini bildirmişdir. İddiaçı bununla razılaşaraq xx.xx.2022-ci ildə banka bir dəfəyə 8900 manat ödəniş edib, yenə də rəhbərlikdən bu pulun aylara bölünərək mədaxil edilməsini xahiş etmişdi. Qalan 4000 manatı isə yaxın zaman kəsiyində ödəyəcəyini bildirmişdi. Lakin iddiaçının ürəyində yarananan xəstəliyin kəskinləşməsi ilə əlaqədar mütəmadi müalicə olunmasına baxmayaraq, 2023-cü ilin mart ayında açıq ürək əməliyyatına (şuntlama) alınmışdır. Bununla əlaqədar iddiaçı, 2023-cü ilin may ayınadək ilkin əməliyyat sonrası müalicədə olmuş və ayağa qalxar-qalxmaz 2023-cü ilin 05 iyun tarixində banka gələrək, 4000 manat qalıq borcunu ödəmək istədiyini bildirmişdir. Lakin R.Əliyev iddiaçının banka 4000 manat deyil, 15000 manat borcu olduğunu bildirmişdir. Məlum olmuşdur ki, R.Əliyev iddiaçının banka ödədiyi 8900 manat pulu aylara deyil, 1 aya mədaxil etmişdir ki, bu vəziyyətdə də qalan aylara olan borca görə faiz gəlsin. Aralarında olan şifahi razılaşmaya isə əhəmiyyət vermədən iddiaçının faiz borcunu şişirdilməsinə səbəb olmuşdur. Əslində 6 ay müddətinə 4000 manat qalıq borcuna görə 11000 manat faizin hesablanması özüdə qanunsuzdur. Ümumiyyətlə, R.Əliyev bu xüsusda bütün illər üzrə şifahi razılaşmaları pozaraq, 600 manat əvəzinə ödənilən artıq pul vəsaitlərini aylara bölərək mədaxil etməyib, iddiaçıya süni gecikmələr üzrə faizlər hesablamışdır. 2023-cü ilin may ayına qədər iddiçı banka 40046 manat ödəniş etmişdir. Bu məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddiaçı Mərkəzi Banka müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubla bank rəhbərliyi, qeyd edilən məsələni guya araşdıraraq, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixində “əsassız hesablanmış borcun silinməsi tələbi barəsində” iddia qaldıraraq, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə işin icraatı hakim A.Məmmədova həvalə edilmişdir. Məhkəmənin ilkin və sonrakı çağırışlarına məhəl qoymayan cavabdeh iclaslara gəlməmiş və iddiaya heç bir münasibət bildirilməmişdir. Belə ki, keçirilən iclaslarda hakim iclası açaraq tərəfin gəlməməsi səbəbindən məhkəmənin işini başqa vaxta təxirə salmışdır. İddiaçının bu proseslərdə işin faktiki halları barəsində müfəssəl izahat verməsinə baxmayaraq, onun məhkəmədə bildirdiyi, mübahisə doğuran heç bir xüsusatlar hakim tərəfindən diqqətə alınmamış, ona heç bir hüquqi qiymət verilməmiş, hətta verilən izahatlar məhkəmə protokolunda belə qeydiyyata alınmamışdır. 2023-cü ilin noyabr ayına qədər uzun-uzadı süründürüldükdən sonra cavabdehin məhkəməyə gəlmədiyini görən iddiaçı və onun vəkili mühasibatlıq ekspertizasının təyin edilməsi və məhkəmə baxışı dövründə bankın faiz hesabının dayandırılması barədə məhkəməyə vəsatət verib. Lakin məhkəmə faiz hesabının dayandırılmasına heç bir münasibət bildirmədən, bu hesabı dayandırmadı. Yalnız məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul etdi. Mülki işin baxışı zamanı hakim ayda 1 dəfə olmaqla məhkəmə baxışını təyin edib, baxış zamanı heç bir konkret araşdırma aparmadan cavabdehin məhkəməyə gəlməməsini bəhanə edərək işin məhkəmə baxışını növbəti aya təxirə salıb süründürməçiliyə yol vermişdir. Beləliklə də məhkəmə baxışını uzadan hakim cavabdeh üçün faiz hesabının artırılaraq şişirdilməsinə şərait yaratmışdır. Məhkəmə prosesi zamanı tərəflərin işin faktiki halları üzrə ifadələri alınmadan, sübutların səsləndirilməsinə dair protokollar tərtib edilmədən mülki işin materialları mühasibatlıq ekspertizasının keçirilməsi üçün ekspertiza mərkəzinə göndərilmişdir. Axı məsələ ilə əlaqədar tərəflərin izahatlarının olmadığının, kifayət qədər sübutların toplanmadığı iş üzrə hansı qaydada obyektiv ekspertiza keçirmək olar? Hətta hakim A.Məmmədovun iş üzrə xx.xx.2023-cü il tarixli qərardadında qeyd etdiyi “iddiaçının məhkəməyə müraciət edərək” "xxxx" MMC tərəfindən əsassızca hesablanmış borcun – 14000 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir” ifadəsi bir daha onu sübut edir ki, hakim işin faktiki hallarını müfəssəl mənimsəməmiş, tərəfləri dindirmədən faktiki halları dərindən araşdırmamışdır. Çünki iddiaçının ərizə və yazılı izahatlarında “bank müdirinin onun 4000 manat pulu banka ödəmək üçün getdikdə, ona 4000 manat deyil, 15000 manat borcu olduğunu” qeyd etməsi, ondan istənilən artıq pulun 11000 manat olduğunu göstərir. Məhz bu fakt hakimin işin materiallarının natamam şəkildə araşdırmasına və bu xüsusda işə qeyri obyektiv münasibətinə dəlalət edir. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi məhkəməyə göndərildikdən sonra xx.xx.2024-cü il tarixdə iddiaçı və onun vəkili tərəfindən ekspertizanın rəyinin əsassız və qanusuzluğu səbəbindən müvafiq qaydada təkrar ekspertizanın təyin edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. Bundan başqa, iddiaçı ilə bütün bank görüşmələrində iştirak edən və iddiaçıya zaminlik edən Şahid qismində dindirilməsi də məhkəmədən xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən növbəti məhkəmə prosesində cavabdeh yenə də iştirak etmədiyindən hakim işi təxirə salaraq onsuz prosesin aparılmasının qeyri mümkünlüyü ilə əsaslandırmışdır. Lakin qeyri rəsmi olaraq Şahid dindirmiş, işin faktiki hallarını onun dilindən eşitmişdir. Şahid şəxsiyyət vəsiqəsinin surəti isə işə əlavə edilsə də, verdiyi izahat protokola yazılmamışdır (səhifə 73). Beləliklə, hakim A.Məmmədov prosessual qanunvericiliyin normalarını pozaraq xx.xx.2023-cü il tarixdə icraatına qəbul etdiyi 2(004)-5072/2023 saylı mülki işin baxışını 6 ay müddətə süründürüb, cavabdehin məhkəməyə gətirilməsi və ya məhkəmənin onsuz keçirilməsinə dair heç bir prosessual hərəkət etmədən, işin faktiki hallarını araşdırmadan, keçirilən mühasibatlıq ekspertizasının rəyini öyrənib müzakirə edərək ona hüquqi qiymət vermədən, şəxsi ambisiyasına uyğun olaraq bir tərəfli münasibət göstərib məhkəmənin müddətini cavabdehin xeyrinə uzadaraq, onun hərəkətdə olan faiz əmsalının böyüməsi üçün şərait yaratmışdır. xx.xx.2024-cü il tarixdə A.Məmmədovun başqa yerə təyin edilməsi ilə əlaqədar, işin icraatı hakim F.Əlizadəyə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə işin icraatı hakim F.Əlizadəyə həvalə edildi. xx.xx.2024- cü il tarixdə hakim F.Əlizadənin təyin etdiyi hazırlıq iclasına cavabdeh yenidən gəlmədi. xx.xx.2024-cü il tarixdə keçirilən növbəti məhkəmə iclasında da cavabdeh tərəf iştirak etmədi. Məhkəmə işi xx.xx.2024-cü il tarixə təxirə saldı. xx.xx.2024-cü il tarixdə cavabdehin iştirakı olmadan iddiaçı və onun vəkili təkrar mühasibatlıq ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatət qaldırdılar. Hakim təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etdi. Lakin bu prosesdə də iddiaçı işin faktiki halları üzrə dindirilmədi.xx.xx.2024-cü ildə təkrar mühasibatlıq ekspertizasının rəyi məhkəməyə daxil oldu. Növbəti məhkəmə xx.xx.2024-cü il tarixə təyin edildi. İddiaçı və onun vəkili təkrar mühasibatlıq ekspertizasının qanusuz və əsassız rəyinə etiraz edərək onun sübut kimi qiymətləndirilməməsi barədə məhkəməyə vəsatət təqdim etdilər. Onlar bunu onunla əsaslandırdılar ki, keçirilən ekspertiza zamanı ekspertin qarşısına bir sıra suallar qoyulmuş və bunların araşdırılması zamanı nöqsanlara yol verilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçıya "xxxx" tərəfindən təyin edilən 28000 manat pulun Muğan Bank tərəfindən ödənişi zamanı xəzinədarın ona verdiyi 28000 manat puldan 3360 manat və 140 manat məbləğində pul tutulmuşdur. 3360 manat pulun ödəniş məbləğinin 12%-lik komission haqqı olması nəzərdə tutulmuş, lakin iddiaçıya bu faktı təsdiq edən heç bir rəsmi sənədlər təqdim edilməmişdir. Ekspert bu məsələyə etinadsız yanaşaraq araşdırmamışdır. Belə ki, komission ödənişi olaraq iddiaçıdan tutulan 12% miqdarında olmaqla 3360 manat pulun əsaslı olub olmadığı və ümumiyyətlə komission xərclərin dəqiq faiz əmsalının miqdarı göstərilməmişdir. Nədənsə, ekspert bu xüsusda məsələyə hüquqi qiymət verilməsinin, onun səlahiyyət dairəsinin xaricində olduğunu qeyd etmişdir. Halbuki, ekspertin mütəxəssis olaraq bu məsələyə aydınlıq gətirməsi zəruridir və ona hüquqi qiymət verməməsi qanun pozuntusudur. Belə ki, 2015-ci ilə qədər komission haqlarının faiz əmsalı 7%, daha sonra devalivasiya ilə əlaqədar 2% olmaqla kreditorlardan pul tutulması tənzim olunmuşdur. Lakin "xxxx" bu faizi 12% artırmaqla iddiaçıdan əsassız və qanunsuz olaraq 3360 manat pul tutmuşdur. Götürülən 28000 manat pulun 30% olmaqla 3 illik faiz məbləği 14791.19 manat təşkil etdiyi halda, bank tərəfindən 3 illik faiz haqqı 18049.87 manat müəyyən edilmişdir. Bu xüsusat bankın təqdim etdiyi xx.xx.2019-cu il tarixli cədvəldə öz əksini tapmışdır. Lakin ekspert bu xüsusatı təhrif edərək, guya xx.xx.2019-cu il tarixli 2019/00565 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 30% olmaqla 28000 manat kreditə görə ödənilən faizin 14791.19 manat məbləğində olduğunu qeyd etmişdir. Halbuki, bu əmsal xx.xx.2019-cu il cədvəldə 18049.87 manat miqdarında göstərilmişdir. Ekspert bunu xx.xx.2020-ci il tarixli 1 saylı əlavəyə əsasən edilən dəyişiklik kimi qələmə verərək, guya xx.xx.2022-ci il tarixdən faiz miqdarı 18049.87 manat hesablanmasını rəydə göstərmişdir. Bir saylı əlavəyə əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək guya bank güzəşt edərək, yalnız faizlərin ödənilməsini nəzərdə tutmuşdur. Ekspertin göstərdiyi bu xüsusat heç bir rəsmi sənədlə və sübutlarla təsdiq olunmur. Belə bir faktın olması barədə iddiaçıya məlumat verilməmişdir. Bundan başqa, ödəniş qrafiklərində qeyd edilən dövr üzrə ödənişlərin əsas borca və faiz borcuna mədaxil edilməsi göstərilir ki, bu da ekspertizanın rəyində göstərilən faktla təzad təşkil edir. Deməli, bu fakt ekspert tərəfindən uydurulmuşdur., Pandemiya şəraitində insanların işə buraxılmaması və aylıq məvacib alma imkanının olmaması nəzərə alınaraq, dövlət tərəfindən güzəştli şərtlər irəli sürülmüşdür. Bununla əlaqədar, iddiaçının kredit müddəti 1 il artırılaraq, 4 il müddətinə müəyyən edilmişdir. Belə olduqda, 6 aylıq güzəşt barəsində ekspertin göstərdiyi xüsusat nə ilə izah edilir. Belə ki, ekspert rəydə göstərir ki, 6 aylıq güzəşt müddətində ödənilən məbləğlər yalnız faiz ödənişi kimi qəbul edilmişdir. Halbuki, o dövrün qrafiklərində bu məbləğlər istər əsas borca, istərsə də faiz borcuna mədaxil edilmişdir. Əgər pandemiya 3 ildən artıq davam edibsə, 6 aylıq güzəşt hansı hüquqi nəticələrə səbəb ola bilərdi? İddiaçıya bu xüsusda heç bir izah və ya rəsmi sənəd verilməmişdir. 600 manat olmaqla 1 illik ödəniş haqqı 7200 manat təşkil etdiyi halda, iddiaçı 2020-ci ilin 12 ayı üzrə 8080, 2021-ci ilin 12 ayı üzrə isə 8250 manat məbləğində ödəniş edərək heç bir gecikməyə yol verməmişdir. 2023-cü ilin iyun ayının 5də iddiaçı banka 4000 manat qalıq borcunu ödəmək istədikdə, R.Əliyev ona 4000 deyil, onun banka 15000 manat borcunun olduğu bildirmişdir. Beləliklə, iddiaçı banka 40000 manat ödədiyi halda, nədənsə bu miqdar pulun 16543.23 manatı əsas borca, 23422.77 manat faiz borcuna tutularaq, bundan əlavə hələ iddiaçının 15000 manat borcunun olduğu bank tərəfindən iddia edilmişdir. Görünən odur ki, iddiaçının bankdan aldığı faktiki olaraq 24500 manatın müqabilində bu banka 27000 manat faiz, 28000 manat əsas borc pulu olmaqla 54000 manat ödəməlidir. Beləliklə də "xxxx" BOKT-un 2022-ci ilin avqust-sentyabr aylarında iddiaçıya göndərdiyi bildirişlərdə göstərilən şişirdilmiş məbləğin ondan tutulması, bankın əsas hədəfi olmuş və buna saxtakarlıq yolu ilə nail olmuşdur. Belə ki, iddiaçı bank tərəfindən faiz miqdarı üzrə aldadılaraq, müqavilədə 40.2%, qrafikdə 30% faiz göstərilməklə, əslində 100% olmaqla faiz miqdarı hesablanmışdır. Bütün bu xüsusatlar məhkəmənin son xx.xx.2024cü il tarixli iclasında iddiaçı tərəfindən səsləndirilsə də, məhkəmənin diqqətini cəlb etməmiş, heç bir müzakirə belə aparmadan deyilənlərə hüquqi qiymət verməmişdir. İddiaçının və vəkilin həmin tarixdə məhkəməyə təqdim etdikləri “təkrar mühasibatlıq ekspertizasının rəyinə etirazları barədə” vəsatəti məhkəmə tərəfindən müzakirə edilməmiş və heç bir münasibət bildirilməmişdir. Həmin məhkəmə iclasında vəkilin təkidinə əsasən Şahid da dindirilmiş, lakin onun verdiyi izahata məhkəmə heç bir münasibət bildirməmişdir. Beləliklə, cavabdehin iştirakı olmadan 1 il müddətində keçirilən məhkəmə proseslərində heç bir araşdırma, dindirmə, çəkişmə aparılmadan faktiki olaraq qiyabi qətnamə qəbul edilmişdir. Belə ki, 1 il müddətində cavabdehin məhkəmə çağırışlarına əhəmiyyət verib məhkəməyə gəlməməsi heç bir mötəbər sübutla izah edilməmişdir. Cavabdehin məhkəmə prosesindən yayındığı halda məhkəmənin işə qiyabi icraatda baxmaq kimi hüququ vardır, lakin bu barədə tərəfin, yəni iddiaçının razılıq ərizəsi alınmalıdır. Lakin məhkəmə iddiaçıya nə şifahi, nə də yazılı şəkildə belə bir təklifdə bulunmamışdır. Həmçinin hər iki hakim tərəfindən qanunun bu tələbi icra edilməmişdir. 1 il müddətində cavabdehin məhkəməyə gəlməməsi heç bir üzürlü səbəblə əsaslandırmamışdır ki, bu da məhkəmə tərəfindən sükutla qarşılanmışdır. Cavabdehin heç bir səbəbi onun məhkəməyə gəlməməsi üçün bəhanə ola bilməz. Cavabdehin məhkəməyə gəlməməsinin səbəbi onun həqiqətlə üzləşməkdən ehtiyyat etməsi olmuşdur. Məhkəmə iddiaçının iddia tələbini yoxlamadan, əlavə sübutlara hüquqi qiymət vermədən, şahid ifadəsini dinləmədən, məhkəmə çəkişməsi keçirilmədən, cavabdehin özünü müdafiə xarakterli etirazı belə olmadan, iddianı təmin etməmişdir. İddiaçının iddiası əsaslı və qanunidir, belə ki, ödənilən 40000 manat pulun böyük hissəsini faizə çıxan bank rəhbərliyinin qanuna zidd mövqeyi, onun ədalət mühakiməsindən yayınmasının əsas səbəbidir. Məhz bu baxımdan məhkəmənin yol verdiyi bu prosessual pozuntu iddianı təmin edilməsinə səbəb olan şərtlərdən biri və birincisidir. Çünki məhkəmə çəkişməsi keçirilmədən obyektiv reallığı aşkar etmək qeyri mümkündür. Qətnamənin qəbulu zamanı məhkəmə iddianın şəxsi mülahizələr zəminində tərtib edilməsini qeyd edir. Əvvəlla bütün iddia tələbləri şəxslər tərəfindən tərtib edilir. Bu şəxslər iddia tələbini bədii və ya elmi əsərlərdən götürmürlər. Təbii ki, iddialar iddiaçının şəxsi mülahizəsi üzərində tərtib edilir. Onların qanuniliyinin yoxlanılması isə məhkəmənin vəzifəsidir. Əgər bunun düzgün və ya səhv olduğunu məhkəmə əsaslandıra, yoxlaya, sübut edə bilmirsə, bunu belə bəsit şəkildə qiymətləndirə bilməz. İrəli sürülən hər bir xüsusat iddiaçının təqdim etdiyi sənəd və sübutlarla izah edilir. Ona görə də hakimin iş üzrə mövqeyi əsassız, qanunsuz və bir tərəflidir. Hesab edirik ki, həmin qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Əvvəla qeyd etməliyik ki, 1 il müddətində “Məhkəmə qətnaməsi haqqında” AR-nın Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarın 3.6-cı bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib edilməməsinin səbəbi orada izah edilməlidir. Keçirilən məhkəmə proseslərində heç bir prosessual araşdırma, dindirmə, məhkəmə çəkişməsi aparılmamış və buna uyğun da məhkəmə protokollarında təxirə salınma barədə qeydlər edilmişdir. Yalnız məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən son iclasında iddiaçının ətraflı izahat verməsinə baxmayaraq heç bir araşdırma aparılmamış, şahidin ifadəsinə də etinadsız yanaşılaraq verdiyi izahata heç bir hüquqi qiymət verilməmiş, iddiaçı və vəkilin həmin tarixdə məhkəməyə “təkrar mühasibatlıq ekspertizasının rəyinə etirazları barədə” olan vəsatəti də məhkəmə tərəfindən müzakirə edilməmiş və ona heç bir münasibət bildirilməmişdir. Beləliklə, cavabdehin iştirakı olamadan 1 il müddətində süründürülmüş məhkəmə proseslərində heç bir araşdırma, dindirmə, çəkişmə aparılmadan sözdə adi, faktiki olaraq qiyabi qətnamə qəbul edilmişdir. Qətnamənin qəbulu zamanı məhkəmə iddianın şəxsi mülahizələr zəminində tərtib edilməsini qeyd etmişdir. Əvvəla bütün iddia tələbləri şəxslər tərəfindən tərtib edilir. Bu şəxslər iddia tələblərini bədii və elmi əsərlərdən götürmürlər. Təbii ki, iddialar şəxsi mülahizələr üzərində qanuna müvafiq qaydada tərtib edilir. Bunların qanuniliyinin yoxlanılması isə məhkəmənin vəzifəsidir. Əgər bunların düzgün və yanlış olmasını məhkəmə əsaslandıra bilmirsə və ya əsaslandırmaq istərmirsə, yoxlaya, sübut edə bilmirsə bunu belə bəsit şəkildə qətnamədə şərh edə bilməz. İrəli sürülən hər bir xüsusat iddiaçının təqdim etdiyi sənəd və sübutlarla izah edilir. Ona görə də məhkəmənin iş üzrə mövqeyi bir tərəfli, əsassız və qanunsuzdur. Belə ki, məhkəmə iddiaçının banka etdiyi ******* manat məbləğində ödənişinə və bu ödəniş üzrə əsas və faiz borcunun bank tərəfindən düzgün mədaxil edilməməsinə, qalıq borcun şişdirilməsinə baxmayaraq məhkəmə bu xüsusda heç bir araşdırma aparmadan, mühasibatlıq ekspertizasının formal, qeyri dəqiq və qanusuz rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Ümumiyyətlə, faktiki olaraq cavadehin iştirakı olmadan keçirilən məhkəmə proseslərində qəbul edilən qətnamə qiyabi qətnamə kimi qiymətləndirilməlidir. Lakin nədənsə hər iki hakim bu məsələyə hüquqi müstəvidə qiymət verməyərək, prosessual qanunun tələblərinə uyğun prosesi idarə etməmişlər. Qərarda göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilən son məhkəmə iclasında iddiaçının ətraflı izahat verməsinə baxmayaraq heç bir araşdırma aparılmamış, şahidin ifadəsinə də etinadsız yanaşılaraq verdiyi izahata heç bir hüquqi qiymət verilməmiş, iddiaçı və vəkilin həmin tari xdə məhkəməyə “təkrar mühasibatlıq ekspertizasının rəyinə etirazları barədə” olan vəsatəti də məhkəmə tərəfindən müzakirə edilməmiş və ona heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən 1 il müddətinə iddiaçının izahatı belə rəsmi qaydada alınaraq protokol tərtib edilməmiş, bu xüsusda heç bir araşdırma, təqdim edilən sübutlara heç bir hüquqi qiymət verilməyərək işin faktiki halları dəqiqləşdirlməmişdir. Məhkəmə cavabdehin mövqeyindən çıxış edərək yalnız onun təqdim etdiyi saxta maliyyə arayışı əsasında qanunsuz nəticəyə gəlmişdir. Cavabdeh məhkəmədə iştirak etməmiş, məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar isə proses zamanı araşdırılmamış və sübutlara qanuna müvafiq qaydada məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş, yalnız ekspert rəyi əsasında əsassız və qanunsiz qətnamə çıxarmışdır. İddiaçının banka ödədiyi 40000 manat pulun böyük hissəsini faizə çıxan bank rəhbərliyinin qanuna zidd mövqeyi, onun ədalət mühakiməsindən yayınmasının əsas səbəbidir. Bank rəhbəri məhkəmədə iştirak etsəydi həqiqətlə üzləşməli və verilən sualların cavablandırılma məcburiyyətində qalmalı olacaqdı. Bu həqiqəti sükutla qarşılayaraq ona göz yuman məhkəmənin yol verdiyi peosessual pozuntu iddianın təmin edilməməsinə səbəb olan şərtlərdən biri və birincisidir. Çünki, məhkəmə çəkişməsi keçirilmədən obyektiv reallığın aşkar edilməsi qeyri mümkündür. Son xx.xx.2024-cü il tarixli etirazlarını iddia məqamı onunla əsaslandırmışdır ki, keçirilən təkrar ekspertiza zamanı ekspert qarşısında qoyulan sualların araşdırılarkən bir sıra nöqsanalara yol verilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə iddiaçıya "xxxx" BOKT tərəfindən təyin edilən 28000 manat pulun Muğan Bank tərəfindən ödənişi zamanı xəzinədarın ona verilən 28000 manat puldan 3360 manat və 140 manat məbləğində pul tutulmuşdur. 3360 manat pulun ödənilən məbləğin 12% komission haqqının olması nəzərdə tutulmuş, lakin ona bu faktı təsdiq edən heç bir qanuni sənədlər təqdim edilməmişdir. Ekspertiza zamanı bu məsələyə ekspert etinadsız yanaşaraq araşdırmamışdır. Belə ki, komission ödənişi olaraq iddiaçıdan tutulan 12% miqdarında olmaqla 3360 manat pulun əsasıslılığının və ümumiyyətlə komission xərclərinin dəqiq faiz əmsalının miqdarı göstərilməmişdir. Ekspert bu xüsusda məsələyə hüquqi qiymət verməsinin, onun səlahiyyət dairəsinin xaricində olduğunu qeyd etmişdir. Halbuki, ekspertin mütəxəssis olaraq belə bir məsələyə aydınlıq gətirməsi zəruridir və ona hüquqi qiymət verməməsi qanun pozuntusudur. 2015ci ilə qədər komission xərclərinin faiz əmsalı 7% idi, daha sonra isə 2% olmaqla kreditorlardan tutulması tənzim olunmuşdur. Lakin "xxxx" bu faizi 12% artırmaqla iddiaçıdan 3360 manat pulu qanunsuz və əsassız olaraq tutmuşdur. Götürülən 28000 manat puluunb 30% olmaqla 3 illik faiz məbləği 14791.19 manat təşkil edir, lakin b a nk tərəfindən bu faiz haqqı 18047.87 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçıdan 4000 manat olmaqla artıq faiz məbləği tutulmasımüəyyən edilmişdir. Lakin ekspert bu xüsusatı tamamilə yanlış olaraq təhrif edib, guya xx.xx.2019-cu il tarixli 2019/00565 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 30% olmaqla 28000 manat kreditə görə ödənilən faizi 14791.19 manat müəyyən edilmişdir. Halbuki, bu əmsal xx.xx.2019-cu il tarixli cədvəldə 18049.87 manat miqdarında göstərilmişdir. Ekspert bunu xx.xx.2020-ci il tarixdə 1 saylı əlavəyə əsasən edilən dəyişiklik kimi qələmə verərək, guya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, bank güzəşt edərək yalnız faizlərin ödənişini nəzərdə tutmuşdur. Pandemiya dövrü 3 ildən artıq davam edibsə, 6 aylıq güzəşt hansı hüquqi nəticələrə səbəb ola bilərdi. İddiaçıya bank tərəfindən bu xüsusda heç bir izah və ya rəsmi sənəd verilməmişdir. Göründüyü kimi, ekspert tərəfindən verilənrəy işin faktiki halları üzrə deyil, bankın təqdim etdiyi maliyyə arayışı əsasında tərtib edilmiş və cavabdehin şəxsi maraqları əsasında əsaslandırılmışdır. Ekspertin səlahiyyəti yoxdursa nədən buişin icrasından imtina etməmiş, əsas məsələlərin cavablanmasına gəldikdə bu hissədə özünün səlahiyyət məhdudiyyətindən bəhs etmişdir. Səlahiyyəti olmayanekspertin verdiyi rəyin heç bir qanuni əsası olmadığından sübut növü kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəmə baxışı zamanı məhkəməyə sübut olaraq "xxxx" BOKT-un ona 31 avqust və 09 sentyabr 2022-ci il tarixli bildirişlərini təqdim etmişdir. Bu bildirişlərə əsasən iddiaçının göstərilən dövrə görə banka 25565.83 manat, ikinci bildirişə görə isə 25957.43 manat qalıq borcunun olması göstərilmişdir. 2022-ci ilin sentyabr ayınadək iddiaçı banka 31147 manat ödəniş etmişdir. İddiaçı məsələni aydınlaşdırmaq üçün bank rəhbəri R.Əliyevlə görüşərək bu borcun verilən ödənişlə cəmi 56000 manat olduğunu və bu ödənişinin faiz miqdarını soruşduqda, R.Əliyev bunun texniki səhv olduğunu bildirmişdir. İddiaçının isə banka 13000 manat borcu qaldığını söyləmişdir. Bu iki bildiriş bank rəhbəri R.Əliyevinhələ 2022-ci ildə iddiaçını aldadaraq ondan 56000 manat pul almaq niyyətində olmasını sübut edir. Məhkəmə bu qədər tutarlı sübutların mahiyyətini araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. İddiaçı 2023-cü ilin 27 sentyabrında Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Hər ayda bir dəfə olmaqla məhkəmə işin baxışını təyin etmişdir. Lakin cavabdeh heç bir mötəbər səbəb göstərmədən 1 il müddətində davam edən məhkəmə proseslərində iştirak etməkdən yayınmışdır. Məhkəmə isə bu xüsusda heç bir qanuna müvafiq qaydada tədbir görməmiş və məhkəmə prosesinin keçirilməməsinə sükutla yanaşmışdır. Proses zamanı tərəfin olmamasını səbəbindən heç bir araşdırma, dindirmə və çəkişmə aparılmamışdır. 3 ay ekspertiza müddəti olmaqla 9 ay müddətinə məhkəmə heç bir prosessual hərəkət icra etmədən süründürməçiliyə yol verərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin yol verdiyi süründürməçiliyin əsas səbəbi cavabdehin xeyrinə, onun açıq qalan faiz makinasının işləməsi olmuşdur. Belə ki, iki dəfə iddaçının məhkəmədə davam edən prosesin müddətinə faizin dayandırılması barədə vəsatət verilməsinə baxılmayıb məsələyə də hakim məhəl qoymayaraq, hətta münasibət belə bildirməmişdir. Beləliklə, məhkəmə cavabdehin faiz üzrə pul kisəsinə xidmət etmişdir. Bu isə keçirilməyən lakin vaxt itkisinə səbəb olan məhkəmənin iddaçıya qarşı qanusuz, qərəzli münasibəti kimi qiymətləndirilir. Bir il müddətində cavabdeh heç bir məhkəmə çağırışına əhəmiyyət vermədən iclaslarda iştirak etməmişdir. Belə vəziyyətdə bir tərəfli prosesin aparılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən sükutla qarşılanaraq heç bir qanuni tədbir görülməmişdir. Halbuki, məhkəmə prosesinin qiyabi baxışda keçirilməsi üçün iddiaçı ilə razılaşaraq onun ərizəsini almalı və bu prosesi qərardadla rəsmiləşdirməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.
7. Audit rəyi xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Audit rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “iddiaçı” İddiaçı və “X13 Kredit Təşkilatı” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00565 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il vəziyyətinə “iddiaçı” İddiaçı "xxxx" MMC-nə -əsas borc üzrə 3415,74 manat, faiz borcu üzrə 765,69 manat olmaqla, cəmi 4181,43 manat borcunun olduğu müəyyən edilmişdir.
8. Cavabdeh “ Kəpəz BOKT “ MMC audit rəyinə qarşı yazılı etirazını elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etmiş etirazda qeyd edilmişdir ki, 22 aprel 2025-ci il tarixində iş üzrə təqdim edilmiş auditor rəyinə qarşı rəsmi etirazını bildirir və onun obyektivlikdən, peşəkarlıqdan və hüquqi əsaslardan kənar tərtib olunduğunu əsaslandıraraq, iş materiallarında sübut kimi qəbul edilməməsini xahiş edir. Etirazları aşağıdakı faktlara əsaslanır: Auditorun borc məbləğini yanlış hesablamışdır və ekspert rəyləri arasında ciddi ziddiyyət vardır. Auditor rəyində borcalan İddiaçı xx.xx.2023-cü il tarixinə olan əsas və faiz borcu 4181,43 manat olaraq göstərilmişdir. Bu rəqəm, kredit müqaviləsinin müddəaları və rəsmi ödəniş cədvəlləri nəzərə alınmadan təxmini yanaşma ilə hesablanmışdır. Halbuki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilmişdir və iş materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 18 yanvar 2024-cü il tarixli, 9/9831 saylı ekspertiza rəyi əlavə olunmuşdur. Həmin rəsmi ekspertiza rəyində göstərilir ki, İddiaçı xx.xx.2023-cü il tarixinə olan borcu: Əsas borc – 11 456.77 AZN, Faiz borcu – 2 568.23 AZN, Cəmi borc – 14 025 AZN təşkil edir. Beləliklə, auditorun təqdim etdiyi rəylə rəsmi ekspertiza rəyi arasında təxminən 10 000 manat fərq vardır. Bu fərq, auditorun hesablamalarının tam əsassız, qeyri-peşəkar və hüquqi cəhətdən etibarsız olduğunu açıq şəkildə sübut edir. Auditor rəyi iş üzrə aparılmış rəsmi ekspertiza nəticələri ilə ziddiyyət təşkil edir və bu səbəbdən hesab edirik ki, hüquqi əsası yoxdur. Auditorun digər əsas iddiası ondan ibarətdir ki, pandemiya dövründə borcalana güzəşt tədbirləri tətbiq edilməmişdir. Bununla bağlı bildirmək istərdi ki, istinad edilən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, 16/1-1 saylı qərarı normativ hüquqi akt deyil, tövsiyə xarakterlidir və hüquqi məcburiyyət daşımır. Həmin sənəddə yalnız əlavə cərimələrin və dəbbə pullarının tətbiqinin dayandırılması tövsiyə olunmuş, əsas borc və razılaşdırılmış faizlərə dair heç bir hüquqi məhdudiyyət qoyulmamışdır. Kredit təşkilatları pandemiya dövründə fəaliyyətlərini öz risk siyasətlərinə uyğun şəkildə tənzimləmək hüququna malik olmuşlar. Nəticə olaraq, güzəştin tətbiq edilməməsi auditor tərəfindən sanki qanun pozuntusu kimi qiymətləndirilmiş, halbuki bu, hüquqi əsası olmayan və subyektiv yanaşmadan irəli gələn qərəzli mövqedir. Kredit müqaviləsindəki komissiya haqqına auditor subyektiv yanaşmışdır. Auditor rəyində kredit müqaviləsində nəzərdə tutulmuş 12% komissiya haqqı yüksək hesab edilərək tənqid edilmişdir. Halbuki, bu komissiya haqqı kredit müqaviləsinin 1.10-cu bəndində açıq şəkildə nəzərdə tutulmuşdur və borcalan həmin şərtlərlə razılaşaraq vəsaiti qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə və “Bank Olmayan Kredit Təşkilatları haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, komissiya və digər haqlar tərəflərin razılığı ilə müəyyən olunur. Bu baxımdan, auditorun bazar təcrübəsi ilə müqayisə apararaq hüquqi müqavilə şərtlərini “sorğulaması” nə hüquqi, nə də iqtisadi cəhətdən əsaslandırıla bilməz. Bu, kommersiya müstəqilliyinə müdaxilədir və rəyin qeyri-obyektiv hazırlandığını göstərir. Yuxarıda təqdim olunan əsaslardan açıq şəkildə görünür ki: Auditor rəyindəki borc məbləği rəsmi ekspertiza rəyi ilə ziddiyyət təşkil edir; Mərkəzi Bankın sənədi yanlış şərh olunmuş və hüquqi öhdəlik kimi təqdim edilmişdir; Komissiya haqqı ilə bağlı yanaşma subyektiv və hüquqi prinsiplərə ziddir. Bu səbəbdən, xx.xx.2025-ci il tarixli auditor rəyinin qərəzli, qeyri-peşəkar və hüquqi sübut yükünü daşıya bilməyən bir sənəd olduğunu bildiririrlər. Əlavə olaraq qeyd edir ki, rəyin borcalan İddiaçı maraqlarına uyğun tərtib edilməsi, obyektiv ekspertiza prinsiplərinə ziddir və bu hal rəyin qərəzli olduğunu daha da gücləndirir. Yuxarıda göstərilən halları nəzərə alaraq xx.xx.2025-ci il tarixli auditor rəyinin etibarsız və hüquqi sübut kimi qəbul edilməməsini, iş üzrə birinci instansiyada təqdim olunmuş rəsmi mühasibatlıq ekspertiza rəyinə istinad edilməklə apellyasiya şikayətinin rədd edilməsini, zərurət yaranarsa iş üzrə təkrar və ya əlavə kompleks maliyyə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edirlər. 9.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş izahatda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ci il tarixdə keçirilən məhkəmə iclasında aparılan araşdırma zamanı məlum oldu ki, iddia ərizəsində iddia tələbi 14000 manat göstərilmişdir., həmin iddia ərizəsi vəkili tərəfindən tərtib edilərkən texniki yalnışlığa yol verilmiş, ona "xxxx" MMC tərəfindən hesablanmış əsassız borcun məbləği 14000 manat göstərilmişdir.Məhkəməyə təqdim etdiyi sənədlərdən də (vəsatət, ərizə və s.) göründüyü kimi o, 2019cu ilin mart ayının 15-də "xxxx" MMC-dən 28000 manat miqdarında 3 il müddətinə kredit götürmüşdür.Həmin kredit məbləğindən banka 40400 manat ödəniş etmişdir. Hesablamalara görə "xxxx" MMC-yə 4000 manat borcum qalmışdır.2023-cü ilin 5 iyun tarixində qalıq borcu olan 4000 manatı banka ödəmək üçün ora getdikdə bank rəhbəri R.Əliyev ona borcunun 4000 manat deyil, 15000 manat olduğunu bildirmişdir. O maliyyə arayışı tələb etdikdə bank tərəfindən ona 14736,12 manat borcunun, ondan 12018,94 manat əsas borcunun və 2717,18 manat faiz borcunun olduğu barədə arayış təqdim edilmişdir.xx.xx.2025-ci il tarixdə ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı təkrar mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti təmin edilmiş, elə həmin tarixdə qəbul edilən qərardada əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekpertizanın keçirilməsi “X14” MMC-yə həvalə edilmişdir. Keçirilmiş ekspertizanın rəyi məhkəməyə təqdim edilmiş və bu rəyə əsasən "xxxx"a olan əsas və faiz borcunun miqdarının 4181, 43 manat olduğu müəyyən edilmişdir.Nəticə etibarı ilə müəyyən edilmişdir ki, həqiqətən "xxxx" MMC ona 10554,69 manat məbləğində əsassız borc məbləği hesablamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsini, "xxxx" MMC tərəfindən əsassız olaraq hesablanmış 10554,69 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiaçı tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən iş üzrə təyin edilən audit yoxlamasının rəyi üzrə etiraz verilmişdir. Bu etiraz aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edilməlidir.Əvvəla, 2019-cu ilin 15 mart tarixində o "xxxx"dan 3 illik müddətə 30% olmaqla 28000 manat kredit götürmüşdür.Bu dövr, yəni 2020-ci ilin mart ayının 11-dən ölkə ərazisində pandemiya virusunun vüsət alması ilə əlaqədar “pandemiya dövrü” kimi ağır nəticələrə səbəb olan, xalqı əsarətə məhkum edən bir dövr kimi yaşanmışdır.Xalqın ağır, çıxılmaz vəziyyəti dövlət rəhbəri olan Prezidentimiz tərəfindən birmənalı qarşılanmamış və 2020-ci ilin 19 mart tarixli fərmanı ilə X7 koronavirusla mübarizəyə dəstək fondu yaratmış, elə həmin sərəncamla COVİD- 19 pandemiyasmın iqtisadiyyata, mikro iqtisadi sabitliyə, məşğulluğa və sahibkarlığa mənfi təsirlərinin azaldılması məqsədilə sosial-iqtisadi dəstək paketi qəbul edilmişdir.Ölkə Prezidentinin həmin sərəncamı əsasında, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 16/1- 1 saylı qərarı ilə koronavirus COVİD-19 pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi qaydasına əsasən “karantin rejimi müddətində pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarının requlyativ tətilin verilməsi” tədbirinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdən əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması barədə qərar verilmişdir.AMB-nın qəbul etdiyi bu qərarın tələblərindən irəli gələn məcburi göstərişlər aşağıdakı kimi müəyyənləşdirilmişdir: Kreditlərin təsnifatında güzəştlər tətbiq olunmuşdur.1. Kredit təşkilatlarına pandemiya dövründə əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması bildirilmişdir. 2.Pandemiya dövründə kreditorların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı kredit tarixçələrinin pisləşməməsi məqsədilə xüsusi qeydlərin təqdim olunması göstərilmişdir.3.Güzəştlərin təsnifləşdirilməsi üzrə güzəştlər, cərimə faizləri və digər faizlərin hesablanmaması, kredit tarixçələrində neqativ qeydlərin qarşısının alınması məqsədilə güzəştlərin müddətlərinin uzadılması tədbirləri tətbiq edilmişdir.Bu xüsusda "xxxx" öz mövqeyini bildirərək göstərir ki, “istinad edilən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020ci il tarixli, 16/1-1 saylı qərarı normativ hüquqi akt deyil, tövsiyə xarakterlidir və hüquqi məcburiyyət daşımır. Kredit təşkilatları pandemiya dövründə fəaliyyətlərini öz risk siyasətinə uyğun şəkildə tənzimləmək hüququna malik olmuşlar”.Əvvəla kredit təşkilatları üçün AMB-nın göstəriş və qərarlarından irəli gələn tələblərinin icrasının məcburiliyi, “Azərbaycan Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Bu qanunların tələbinə uyğun olaraq AMB-ı kredit təşkilatlarının fəaliyyəti üzrə normativlər, təlimatlar, qaydalar və göstərişlər verir. Verilən bu qanun qüvvəli aktların, təlimatların icrası bank təşkilatları üçün məcburi olub, onların icrasına nəzarət edilir.Belə ki, xx.xx.2019-cu ildə kredit müqaviləsi üzrə ona təyin edilən 28000 manat puldan dərhal 3500 manat çıxılaraq xəzinədar ona 24500 manat pul verilmişdir.Götürülən məbləğin 3 illik faiz miqdarı 14791,19 manat təyin edilmiş, lakin pandemiyaya keçid zamanı AMB-nın qərarlarından sonra əlavə faizin hesablanmaması göstərişinə baxmayaraq, "xxxx"-un rəhbəri - cavabdeh, yüngülləşməni ağırlaşma kimi başa düşərək faiz miqdarını artırıb, 18047,87 manat təyin etmişdir. Müqaviləyə edilən 1 saylı əlavəyə əsasən ilkin təyin edilən aylıq ödəniş haqqı 1180 manatdan 600 manata endirilmişdir. Lakin o rəhbərliklə imkan daxilində aylıq ödənişlərin bu məbləğdən artıq məbləğ ödəyərək il üzrə 7200 manat deyil, daha yüksək ödəniş edəcəyini şifahi olaraq bildirib, razılığa gəlmişdir. Buna görə də o 2020-ci il üzrə 8080, 2021-ci il üzrə isə 8250 manat ödəniş etmişdir, lakin artıq ödənilmiş pullar aylar üzrə deyil, 1 aya mədaxil edildiyindən süni gecikmələr yaradılmış və müvafiq qaydada artıq faizlər hesablanmışdır.2022-ci ilin avqust-sentyabr aylarında ona cavabdeh tərəfindən iki məktub-bildiriş göndərilmişdir ki, bunlar da onun banka bu tarixə qədər 25954,43 manat qalıq borcunun olduğu bildirilmişdir. Halbuki, o dövrə qədər banka 31146 manat pul ödənişi etmişdir.Məsələni rəhbərliklə aydınlaşdırdıqda məlum oldu ki, bu texniki səhvdir və onun banka 25957 manat deyil, 13000 manat borcu qalmışdır. Bu qədər yəni 13000 manat necə səhv ola bilər?Qalıq borcunun 8900 manatını o 2022-ci ilin 2 noyabr tarixində ödəyərək, banka olan borcunun 40046 manatını ödəmiş oldu, geriyə qalan borcu isə cavabdehin sözünə əsasən 4000 manat oldu.2023-cü ilin 5 iyun tarixində həmin qalıq borcu 4000 manatı ödəmək üçün banka getdikdə, bank rəhbəri ona bildirdi ki, qalıq borcu 4000 manat deyil, 15000 manatdır.Deməli, o bankdan götürdüyü rəsmi 28000 manat, lakin faktiki 24500 manata görə 55000 manat pul ödəməli idi. Bu pulun 28000 manatı əsas borca, 27000 manatı isə faiz borcuna hesablanmışdı.Möhtərəm hakim, təyin edilən 27000 manat faiz əmsalı hansı qanuna əsasən əsaslandırılmışdır? Bu sualın cavabı yalnız onun şişirdirilmiş faiz əmsalları üzrə izah edilə bilər. Lakin bu qədər bəsit və görünən faktı görməzdən gələn Ekspertiza Mərkəzinin ekspertləri bu sualın təhlilinə sükutla cavab verərək, onu izah etməkdən belə çəkinib, səlahiyyətlərinin məhdud olması ilə əsaslandıraraq, onun banka olan borcunun bankın təqdim etdiyi maliyyə arayışına əsasən 11456,77 manat əsas borca, 2568,23 manat faiz borcuna hesablamışlar. Heç bir hesablama və araşdırma aparmadan ekspertlərin gəldiyi bu nəticə, yəni 14025 manat qalıq borcunun qalması gerçəkliyə zidd olub, cavabdehin mənafeyinin qorunması kimi qiymətləndirilməlidir.Göründüyü kimi, vətəndaşların vəziyyətini yüngülləşdirmək məqsədilə dövlət tərəfindən qəbul edilən qanun qüvvəli sərəncam və qərarların icrası zamanı "xxxx" özünü həqiqətən də riskə atmamış, özünə və cinayətkar mövqeyinə korluq vermədən rahatlıqla şişirdilmiş faiz məbləğləri və qanunsuz komission xərcləri üzrə tutulan məbləğlər hesabına ondan 10554,69 manat artıq pul almağa qərar verərək, yuxanda qeyd edilən dövlət tərəfindən qəbul edilmiş qanunların icrasını kobud surətdə pozmuşdur.Bütövlükdə pandemiya dövrü üçün nəzərdə tutulan Azərbaycan Prezidentinin fərman və sərəncamı əsasında AMB-nın qəbul etdiyi qeyd edilən qərarın icrası zəruri olub, icrasının müzakirə edilməsi belə qanun pozuntusu kimi qiymətləndirilməlidir."xxxx" tərəfindən ona təyin edilən 28000 manat kreditin “Muğan Bank”da ödənişi zamanı xəzinədarın təqdim etdiyi 28.000 manat puldan 3360 və 140 manat məbləğində pul tutulmuşdur. 3360 manat pulun ödənilən məbləğin 12%-lik komissiyon haqqının olması ona şifahi bildirilsə də, lakin bu faktı təsdiq edən qəbzdən başqa ona heç bir rəsmi sənəd təqdim edilməmişdir.Bu faktla əlaqədar cavabdeh etirazında qeyd edir ki, “audit rəyində kredit müqaviləsində nəzərdə tutulmuş 12%-lik komissiya haqqını yüksək hesab edərək, tənqid etmişdir”.Cavabdehin 12%-lik komissiya haqqı ilə əlaqədar etirazına cavab olaraq bildirir ki, əlavə ödənişlər barədə cavabdeh ona əvvəlcədən aydın şəkildə tərtib edilmiş əlavə məlumat verməli idi. Müqavilənin bu şərti əsaslandırılıb ona izah edilməyib ki, bu xüsusda onun özəl biliyi olmadığından işin mahiyyətini anlamadan müqaviləyə imza etmişdir. 12% komissyon haqqının təyin edilməsi ümumi illik effektiv faiz dərəcəsi real faizdən qat-qat yüksək olduğundan onun üçün əlavə yük yaradıb. AMB-ı və qanunvericilik tələb edir ki, kredit verilərkən bütün xərclər, o cümlədən komissiyalar barədə borcluya əvvəlcədən aydın şəkildə məlumat verilməlidir. Belə hallar istehlakçının hüququnun pozulması kimi qiymətləndirilir. Kommersiya banklarında bu rəqəm 3% civarında olduğundan məhkəmənin bu xüsusatı mübahisələndirərək, ona obyektiv hüquqi qiymət verməsi zəruridir.Ondan alınan 12% kommisiyon haqqı 3360 manat pulun heç bir hüquqi əsası yoxdur və bu xüsusda cavabdehin mövqeyinə qanuna müvafiq qaydada hüquqi qiymət verilərək nəticələndirilməlidir.Dediklərinin nəzərə alınaraq, 2(103)-1209/2025 saylı mülki iş üzrə cavabdeh "xxxx"-un təqdim etdiyi etirazın əsassız və qanunsuz hesab edilərək təmin edilməsini,“X14” MMC-nin auditoru Y.R.Şirinov qəbul etdiyi rəy üzrə ətraflı şərh verməsi üçün məhkəməyə dəvət edilməsini xahiş etmişdir.
11. Azəri Audit Service” MMC-nin auditi X9 tərəfindən verilmiş yazılı açıqlamada qeyd edilmişdir ki, Bakı Apellvasiva Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1209/2025 saylı mülki işi üzrə cavabdeh "X13 Kredit Təşkilatı'* MMC-nin Auditor rəyinə verilmiş etirazla əlaqədar aşağıdakıları bildirir: 1.BOKT tərəfindən verilmiş etirazda qeyd edilir ki, “pandemiya dövründə güzəştin tətbiq edilməməsi auditor tərəfindən qanun pozuntusu kimi qiymətləndirilmiş, Mərkəzi Bankın sənədi hüquqi öhdəlik kimi təqdim edilmişdir".“Cavabdehin nəzərinə çatdırır ki, COVİD-19 pandemiyası ilə əlaqədar Ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə X1 Fondu yaradılmış, eyni tarixli sərəncamı ilə COVİD-19 pandemiyasının iqtisadiyyata, makro iqtisadi sabitliyə, məşğulıuğa və sahibkarlığa mənfi təsirlərinin azaldılması məqsədilə sosial-iqtisadi dəstək paketi qəbul edilmişdir.Ölkə Prezidentinin həmin sərəncamının icrası ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB İdarə Heyətinin xx.xx.2020-ci il tarixli. 16/1-1 saylı qərarı ilə "Koronavirus (COVİD-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi qaydasına əsasən '‘Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi" tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər çərçivəsində kredit təşkilatlarına 01 oktyabr 202l-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaları, həmçinin borcalanlar üzrə neqativ melumatların kredit bürosuna xüsusi qeydin təqdim olunması tövsiyə edilmişdir.Kredit təşkilatları üçün AMB-nın göstəriş və tələblərinin məcburiliyi "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları” haqqında Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir.Bu qanunlara əsasən Mərkəzi Bank- Kredit təşkilatlarının fəaliyyətlərini tənzim edən normativ aktlar, təlimatlar, qaydalar və göstərişlər təsbit edir. Bu qanunlar əsasında AMB-nin qəbul etdiyi normativ sənədlər, kredit təşkilatları tərəfindən icrası məcburi hesab olunur və onların icrasına bilavasitə nəzarət edilir.AMB-nın COVİD-19 pandemiyası dövründə Kredit təşkilatlarına məcburi göstərişləri və tələbləri aşağıdakı kimi olmuşdur: Kreditlərin təsnifatında güzəştlər tətbiq olunmuşdur. (İqtisadiyyat+3 cbar.az+3FED.az+3); 2.Kredit təşkilatlarına, pandemiya dövründə əlavə cərimə faizi, dəbbə pulu \ə digər cərimələrin hesa ılanmaması tövsiyə edilmişdir (.cbar.az+3cbar.az+3cbar.az+3)Pandemiya dövründə borcalanların kredit öhdəlikləri iizrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsi məqsədilə xüsusi qeydlərin təqdim olunması tövsiyə edilmişd r (Pravdn.az+4cbar.az+4cbar.az+4)Kredi ləriıı təsnifləşdirilməsi üzrə güzəştlər, cərimə faizləri və digər cərimələrin hcsablanmanıası, kredit tarixçələrinin neqativ qeydlərinin qarşısının alınması məqsədilə güzəştlərin müddətinin uzadılması tədbirləri tətbiq edilmişdir: 30 sentyabr 2020-ci il tarixinədək (.cbar.az+4cbar.az+4cbar.az+4); 01 yanvar 2021-ci il tarixinədək ( .cbar.az+3cbar.a/+31qtisadiyyat+3);01 aprel 2021-ci il tarixinədək ( ,lqtisadiyyat+4FKD.az+4cbar.az+4) və 01 oktyabr 2021-ci il tarixinədək (Pravda.az+4cbar.az+4cbar.az+4). Beləliklə, COVİD-19 pandemiyası dövründə Ölkə Prezidentinin tapşırığına əsasən, AMB uçot dərəcəsini aşağı saldı, qərarla banklara və KT-na tapşırdı ki. əhalinin maliyyə çətinliklərini kömək edin-2020-ci ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş, uçot dərəcəsi mərhələlərlə 7.5%-dən 6.25%-ə və faiz dəhlizinin yuxan həddi ) 9.25 %-dən 6.75%-ə endilrilmişdir. Faiz dəhlizinin aşağı həddi isə 5.75% səviyyəsində dəyişməz saxlanılmışdır.Mülki işdə olan sübutlardan isə görünür ki, BOKT tərəfindən müddət 6 ay uzadılmaqla fiziki şəxsin qrafikində yumşalma aparmaq əvəzinə, onun üzərinə əlavə olaraq 3258,69 manat məbləğində əlavə yük öhdəliyi qoyulmuşdur. Bununla da İddiaçı əvvəlki qrafiklə ödəyəcəyi 14791.19 manat məbləğində faiz öhdəliyi, müddətinin 6 ay uzadılması ilə 18049.80 manat məbləğində, yəni 3258.69 manat məbləğində artması ilə rəsmiləşdiriləcək nəticələnmişdir.2. BOKT tərəfindən verilmiş etirazda qeyd edilir ki, “Auditor rəyində kredit müqaviləsində nəzərdə tutulmuş 12% komissiya haqqı yüksək hesab edilərək tənqid edilmişdir".Azərbaycan Respublikasının qanunvericiliyində (məsələn. Mülki Məcəllə. İstehlakçıların hüqularının müdafiəsi haqqında qanun. Bank fəaliyyəti haqqında qanun) kredit müqaviləsi çərçivəsində komissiya və xidmət haqlarının tutulması qadağan olunmur. BOKT- lar da kommersiya qurumları olduqları üçün xidmətə görə komissiya haqqı təyin etməkdə sərbəstdirlər. Əsas odur ki, əlavə ödənişlər barədə borcalana əvvəlcədən və aydın məlumat verilməlidir. Daha doğrusu BOKT borcalana X15 Dərəcəsinin (FİFD) hesablanmasını təqdim etməli idi. FİFD - kredit üzrə bütün xərclərin (faizlər, komissiyalar, digər xidmət haqları və s.) ümumiləşdirilmiş illik göstəricisidir və borcalana kreditin real dəyərini anlamağa kömək edir. Yəni Kredit təşkilatlarının daxili gəlirlik dərəcəsini müəyyən edir. FİFD-ın hesablanmasına dair cədvəl müqaqviləyə əlavə edilməməklə araşdırmaya da təqdim edilməmişdir. Bu, qanunvericiliyə əsasən borcalanın hüquqlarının qorunması və tam məlumatlandırılması məqsədi daşıyır.Yəni BOKT, FlFD-i düzgün hesablasa belə, onu borcalana imzalatmadan təqdim edibsə və ya ümumiyyətlə təqdim etməyibsə, qanun pozuntusunu yol vermişdir.Həmçinin reallıqda 12% yüksək komissiya sayılır və bu təcrübədə bəzən kredit faizinin gizli artırılması kimi qiymətləndirilir. Nəticədə bu hal kredit faizindən əlavə borcalan üçün əlavə yük yandır. Belə hallar istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə və məhkəmə qaydasında mübahisələndirilə bilər. Kommersiya banklarında bu rəqəm ortalama 3 % civarında ola bilər.3. BOKT tərəfindən verilmiş etirazda qeyd edilir ki, “ Auditor hesablamanı düz aparmamış, rəy borcalan İddiaçı maraqlarına uyğun tərtib edilmişdir” Qanunvericilik aktlarının tələbinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş məbləğdən 24584.26 manat nəbləğində əsas borcun (61.5%) silinməsinə,15381.74 manat məbləğində faiz borcunun (38.5%) silinməsinə aid edilmiş, nəticədə borcun həcmi- əsas məbləğdən 3415,74 manat, Faiz məbləğindən 765,69 manat, ümumilikdə 4181,43 manat məbləğində müəyyən edilmişdir.Mülki işin araşdırılması zamanı, məhkəməyə təqdim edilmiş sübutlar əsas kimi götürülmüş, qərardadda qeyd edildiyi və audit araşdırmasının obyektivliyinin təmin edilməsi məqsədilə, iş üçün zəruri hesab edilən dəlillər qəbul edilərək qiymətləndirilmiş, nəticəsinə dair tərtib edilmiş, Müstəqil Auditorun rəyi, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə göndərilmiş və bu barədə Auditorlar Palatasına rəsmi məlumat verilmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, apellyasiya şikayətində və məhkəmə kollegiyası təqdim etdiyi vəsatətlərində və izahatında işin bütün hallarının aydın olaraq hərtərəfli qeyd edildiyini, birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin vəkilinin köməkçisi tərəfindən tərtib edildiyini və texniki yanlışlığa yol verilərək 14000 manat borcun silinməsinin xahiş edildiyini, izahatında da qeyd etdiyi kimi silinməsini istədiyi məbləğin 10554, 69 manat olduğunu, digər tərəfdən audit rəyini əsaslı hesab etdiyini, auditin tam qanuna uyğun şəkildə yoxlama aparıb rəy tərtib etdiyini, cavabdeh tərəfindən audit rəyinin qanunusuzluğu ilə bağlı verdiyi etiraza qarşı yazılı etirazını da məhkəməyə təqdim etdiyini qeyd etmiş, iş üzrə vəsatətləri təmin edilməklə, apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini və vəsatətlərini müdafiə etdiyini və təmin edilməsini xahiş etdiyini bildirmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini,audit rəyi ilə də razı olmadığını, belə ki auditin verdiyi rəyin yalnız iddiaçının maraqlarına xidmət etdiyini, bu barədə əsaslnadırılmış etirazını da elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 15.“ X14” MMC-nin auditi X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, onun tərəfindən verilmiş rəy tam qanuni şəkildədir,həmçinin cavabdehin audit rəyinə verdiyi etirazına cavab olaraq öz açıqlamasını da dəftərxana vasitəsi ilə təqdim etmiş, həmin açıqlamanın izahat kimi nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə audit X10 proses iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də 2 noyabr 2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə birdəfəlik 8900 manat ödəniş edilmişdir, adətən praktika da bu qədər böyük məbləğ odənilmir, əsasən aylıq ***- **** manat arası ödənişlər edilir.Onun tərəfindən tərəflər arasında rəsmiləşdirilməmiş, şifahi danışıqlar əsas kimi götürülmədiyindən, məhkəmə qərardadı ilə onun qarşısında qoyulmuş sual nəzərə alınmaqla 02 noyabr 2020-ci ildən 31 iyun 2023-cü ilə qədər olan müddət ərzində bankın təqdim etdiyi qrafik əsasında gecikmə günlərini müəyyən etmiş, bu da 269 gün, 765 manat faiz borcu etmişdir. 12% komissiya haqqının qoyulması məsələsinə gəldikdə isə, komissiya haqqının faizinin müəyyən edilməsi hissəsində bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının sərbəst olduğunu, lakin mütləq şəkildə bu barədə öncədən və aydın şəkildə kredit alana məlumat verilməli olduğunu, hazırkı işdə FİFD-in 40 % faiz təşkil etdiyini, lakin bank tərəfindən FİFD-ın necə hesablanmasına dair cədvəlin borcalana təqdim edilmədiyini qeyd etmişdir. Apellyasiya baxışının hədləri: 16.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 17.Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İlk növbədə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı müəyyən edildi ki, ( iddiaçının verdiyi izahat əsasında) iddiaçını birinci instansiyada təmsil edən vəkili tərəfindən iddia ərizəsi tərtib edilərkən texniki yalnışlığa yol verilmişdir. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsində əsassız olaraq hesablanmış 10554, 69 manat borcun silinməsi qeyd olunmalı olduğu halda , texniki səhvə yol verilərək 14000 manat borcun silinməsi xahiş edilmişdir və əlavə olaraq iddiaçı bununla bağlı izahat məhkəməyə təqdim etmiş və yekun olaraq cavabdeh tərəfindən ona qarşı əsassız olaraq hesablanmış 10554,69 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa işin məhkəməyə baxılması hazırlığı yekunlaşana qədər yol verilir. Bu səbəbdən də kollegiya hesab edir ki, hazırkı mərhələdə iddia tələbində dəyişiklik edilməsi yolverilməzdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. İş üzrə audit rəyini məhkəmə mötəbər sübut kimi qəbul edir. Belə ki, audit rəyi kifayət qədər aydın şəkildə əsaslandırılmış,audit rəyinin mötəbərliyi şübhə altına alacaq əsaslı dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, audit rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən Covid 19 pandemiyası dövründə kredit təşkilatlarına üçün olan müvafiq göstərişlər nəzərə alınmamış, cavabdeh tərəfindən iddiaçının qrafikində yumşalma aparmaq əvəzinə, onun üzərinə əlavə öhdəlik qoyulmuş, komissiya haqqının faiz dərəcəsi isə mövcud bazar praktikasından kifayət qədər yüksək olmuş və bütün bunlar nəticəsində iddiaçıya əsassız olaraq artıq borc yazılmışdır.Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq kollegiya audit rəyini mötəbər sübut kimi qəbul edir. O da qeyd edilməlidir ki, iddiaçı məhkəməyə ünvanlandığı vəsatətin də 2023-cü ildən hazırkı vaxtadək, yəni məhkəmə prosesi davam etdiyi müddət ərzində bank üzrə faiz hesabının dayandırlması barədə qərar çıxarılmasını xahiş etmişdir.İddiaçının bu xahişi ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə işlərə tələb çərçivəsində baxır və bu tələbdən kənara çıxa bilməz,iddiaçının iddia tələbində isə belə bir xahiş olmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-240/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməklə, maliyyə arayışında qeyd edilən göstəricilər üzrə hesablanma aparılmaqla 12018,94 - 3415,74 = 8603, 20 manat əsas (səkkiz min altı yüz üç manat, iyirmi qəpik) , 2717,18 – 765,69 = 1951,49 ( min doqquz yüz əlli bir manat, qırx doqquz qəpik) faiz borcu olmaqla, ümumilikdə 10554,69 (on min beş yüz əlli dörd manat, altmış doqquz qəpik) məbləğndə əssassız hesablanmış borc silinməlidir. Kollegiya cavabdehin etirazına münasibətdə bildirir ki, audit olaraq xüsusi biliyə malik olan insan kimi tədqiq etdiyi sahə üzrə hüquqi əsaslara istinad etməsi təəccüblü hal olmamaqla, əksinə təqdirə layiq haldır. Belə ki, hər hansı ixtisaslı mütəxəssis öz fəaliyyətini hüquqi dəyərlər əsasında qurmalı və bu sahənin hüquqla tənzimlənən istinadları praktiki tədqiqatın nəticələrinə müvafiq əsaslandırmağı bacarmalıdır. Bu baxımdan qeyd edilən mövqeyi təkzib edən ixtisaslı araşdırmanın nəticəsi cavabdeh tərəfindən təqdim edilmədiyindən, habelə əvvəlki ekspert rəylərində təsbit edilən meyarlar cavabdeh tərəfindən təqdim edilən məlumatlar əsasında hesablandığından, bununla belə, cavabdehin arayışında təsbit etdiyi rəqəmlərlə uyğunsuzluq olduğundan, bu ekspert rəylərin, arayışın özü kimi həqiqi borcun müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilə bilməz.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir.740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 20.Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən:3. Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. 8. Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. 21.“ Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında” qanuna əsasən 31.1. Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirir.31.2. Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.31.3. Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidən maliyyələşdirilmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəyyənləşdirir. 46.1. Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirir. 46.2. Mərkəzi Bank tənzimləmə və nəzarət tədbirlərini həyata keçirərkən bu Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında", “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Valyuta tənzimi haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Poçt haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında”, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarını, habelə maliyyə bazarlarını tənzimləyən digər qanunları (bundan sonra - maliyyə bazarlarını tənzimləyən qanunlar) və bu sahələrdə qabaqcıl beynəlxalq prinsip və standartları rəhbər tutur.46.3. Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla əhatə olunan sahələr, habelə istehlakçıların və investorların hüquqlarının qorunmasından irəli gələn hallar istisna olmaqla, nəzarət subyektlərinin cari fəaliyyətinə qarışmır.46.4. Nəzarət subyektləri Mərkəzi Bankın öhdəlikləri üçün, Mərkəzi Bank isə nəzarət subyektlərinin öhdəlikləri üçün məsuliyyət daşımır. 22.Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üzrə ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməli, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza xərcləri cavabdehə, audit xərcinin isə 2000 ( iki min manat) məbləğində hissəsi cavabdehə 1000 manatı isə iddiaçıya aid edilməlidir ( iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən audit xərci olaraq 3000 manat məbləğində pul ödənilmiş, məhkəmə kollegiyasının iclasında audit bunu təsdiq etmişdir.) 23.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-240/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 8603, 20 manat əsas ( səkkiz min altı yüz üç manat, iyirmi qəpik) , 1951, 49 (min doqquz yüz əlli bir manat, qırx doqquz qəpik) faiz borcu olmaqla, ümumilikdə 10554, 69 ( on min beş yüz əlli dörd manat, altmış doqquz qəpik) məbləğində borc silinsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 ( iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-də tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş audit tədqiqatının dəyərini təşkil edən 3000 ( üç min) manat məbləğində pul vəsaitinin 2000 ( iki min) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası elektron qaydada kassasiya şikayəti verilə bilər.