Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1213/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı vəkili X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5403/2019 nömrəli qətnaməsindən iddiaçı LPO QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan QSC "xxxxxxxxxxxxx" KB-nin ləğvedicisi X1, ləğv prosesində olan QSC "xxxxxxxxxxxxx" KB-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə X3 və "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə qarşı "borcun silinməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin “Korporativ” filialı arasında bağlanmış 1xx/xx/991995/15 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “kreditor” tərəfindən “borcalan”-a 577 000 ABŞ dolları məbləğində, 12 aylıq müddətə 18 faiz dərəcəsi ilə kredit xətti açılmalı idi. Həmin kredit müqaviləsinin fors-major halda müqavilə münasibətlərini tənzim edən 9.1-ci bəndində göstərilmişdir ki, qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçilmiş və gözlənilmədən Azərbaycan manatının ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş vermişdir. Həmin gün və hal-hazırda ABŞ dollarının rəsmi məzənnəsi təxminən 50 %- dən çox artaraq 1,7 manat həddinə çatmışdır. Belə olan halda, ölkədə mal və xidmətlərin dəyəri kəskin şəkildə bahalaşmışdır. İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin “Korporativ” filialı ilə 1xx/xx/991995/15 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlayarkən əsas götürdüyü şərait (ilkin mərhələdə Azərbaycan manatının ABŞ dollarına münasibətdə dəyərinin 1,05 AZN məbləğində olması, sonra isə Azərbaycan Respublikası Mərkəzi X8 müvafiq qərarı əsasında ABŞ dolları qarşısında əhəmiyyətli dərəcədə dəyər itirməsi) Mərkəzi Bankın İH-nin xx.xx.2015ci il tarixli qərarı ilə əhəmiyyətli dərəcədə dəyişmiş, istinad olunan “kredit müqaviləsi”-nin 9.1 -ci bəndində göstərilmiş fors-major hal baş vermiş və həmin qərarda nəzərdə tutulmuş maliyyə tədbirlərini (milli valyutanın devalvasiyası və üzən məzənnə rejiminə keçid) ağlabatan şəkildə əvvəlcədən proqnozlaşdırmaq mümkün olmamışdır. Həmin qərardan sonra üzən məzənnə rejiminə keçid nəticəsində hazırki kredit müqaviləsinin predmetinin, yəni iddiaçının kredit öhdəliklərinin ifadə olunduğu ABŞ dollarının dəyərinin iddiaçının gəlirlərinin ifadə olunduğu Azərbaycan manatı ilə müqayisədə tədricən sürətlə artması nəticəsində iddiaçının gəlirləri və xərcləri arasında tərs mütənasiblik formalaşmış və bu hal onun maliyyə vəziyyətini xeyli ağırlaşdırmışdır. Ona görə də “kredit müqaviləsi”-nin 9.1-ci bəndində göstərilmiş fors-major halın baş verməsi yəni, milli valyutanın indiki qaydada, yəni birdən-birə, yüksək faizlə ABŞ dolları qarşısında kəskin ucuzlaşması nəzərə alınmalı və müqavilənin istinad olunan bəndi nəzərə alınaraq müvafiq güzəştlər tətbiq olunmalıdır. Belə ki, istinad olunan “kredit müqaviləsi”-nin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major hal, yəni devalvasiya baş verəndən sonra iddiaçının öhdəliklərinin məbləği manat ekvivalentində birdən-birə 50%-dən çox artmışdır. Belə ki, 468 000 ABŞ dolları məbləğində olan iddiaçının borcu qeyd olunan fors-major halın baş verməsindən əvvəl manat ekvivalentində 491 400 manat məbləğində olan kredit borcu birdən-birə artaraq 795 600 manat ekvivalentinə yüksəlmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə iddiaçı öhdəliyinin artmış 304 000 manatlıq hissəsindən azad edilməli və həmin öhdəlik Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, iddiaçı ilə ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin “Korporativ” filialı arasında bağlanmış 1xx/xx/991995/15 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə iddiaçının öhdəliklərinin artan 304 000 manat ekvivalentində olan hissəsinin icrasından azad edilməsi, bank əməliyyat sistemində həmin kredit müqaviləsi üzrə təşəkkül tapmış borc məbləğinin istinad olunan “kredit müqaviləsi”-nin 9.1 -ci maddəsində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsindən sonra manat ekvivalentində artmış hissəsinin, yəni 304 000 manat hissəsinin silinməsinin ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X1 həvalə edilməsi, iddiaçı ilə ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KBnin “Korporativ” filialı arasında bağlanmış 1xx/xx/991995/15 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə iddiaçının öhdəliklərinin artan 304000 manat ekvivalentində olan hissəsinin silinməsi barədə məlumatların xxxxxxxxxxxxxxxxxxxxxxxx tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5403/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC “xxxxxxxxxxxxx” KB-nin “Korporativ” filialı ilə aralarında bağlanmış 1xx/xx/991995/15 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliyin müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan ekvivalentinin Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində manatla ifadə olunan artan hissəsinin icrasından azad edilməsi, Bank əməliyyat sistemində həmin kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində təşəkkül tapmış borc məbləğinin manatla ifadə olunan ekvivalenti ilə müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan yaranmış kredit öhdəliyinin məbləği arasındakı fərqin, yəni istinad olunan “Kredit müqaviləsi”-nin 9.1-ci maddəsində nəzərdə tutulmuş fors-major halın (devalvasiyanın) baş verməsindən sonra manat ekvivalentində artmış hissəsinin silinməsi ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X1 həvalə edilsi, İddiaçı ilə QSC “xxxxxxxxxxxxx” KB-nin “Korporativ” filialı arasında bağlanmış 1xx/xx/991995/15 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın (devalvasiyanın) baş verməsi nəzərə alınaraq İddiaçı həmin müqavilə üzrə öhdəliklərinin ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan məbləğinin Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində manat ekvivalentində artan hissəsinin silinməsi barədə məlumatlar xxxxxxxxxxxxxxxxxxxxxxxx tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh LPO QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5403/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Nəsimi rayon Məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2015-ci il tarixli qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, “Kredit Müqaviləsi”-nin 9.1-ci maddəsində nəzərdə tutulmuş fors-major halın (devalvasiyanın) baş verməsi nəticəsinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarında yalnız manatın “üzən məzənnə”-yə keçidi barədə qərar qəbul edilmişdir və həmin qərarda heç bir devalvasiyadan söhbət getməmişdir. Nəsimi rayon Məhkəməsi isə işə əlaqəsi olmayan normayä "İstinad edərək” həmin normanı özü “şərh” etmişdir və belə nəticə çıxarmışdır ki, “xxxxxxxxxxxxxx” keçid devalvasiya kimi anlaşılmalıdır. QSC “xxxxxxxxxxxxx" ilə İddiaçı arasında xx xxxx 2015-ci il tarixində 1xx/xx/991995/15 saylı kredit müqaviləsi bağlanmışdır və həmin kredit müqaviləsinin şərtlərinə əsasən kredit 12 (on iki) ay müddətinə 18 (on səkkiz) faiz dərəcəsi ilə verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin ödənilməsinin sonuncu tarixi xx xxxx 2016-cı il tarixi nəzərdə tutulmuşdur. Hətta fərz etsək ki, Nəsimi rayon Məhkəməsi Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarına düzgün istinad etmişdir və “üzən məzənnə”yə keçid devalvasiya kimi anlaşılmaılıdır o zaman, sual yaranır ki, nə üçün Nəsimi rayon Məhkəməsi İddiaçı artmış öhdəliyi bütün borc məbləğinə yəni 468000 ABŞ dollarına münasibətdə hesablanmalıdır? Halbuki Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarı kredit müqaviləsinin bitməsinə 3 (üç) ay qalmış qəbul edilmişdir. Yəni iddiaçı şəxsin kredit müqaviləsi bağlamasından 9 ay sonra Mərkəzi Bankın məlum qərarı olmuşdur. Bu isə o deməkdir ki, İddiaçı öz kredit müqaviləsi üzrə 9 ay müddəti olmuşdur ki, müqavilə üzrə öhdəliklərini qismən (75% hissəsində) icra etmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlarla əsaslanmalıdır. Eyni tələb Azərbaycan Respublikası MPM-nin məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə aktının əsaslandırılmaması özü-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü maddəsinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, qanunun tələblərinə uyğun olaraq işə aid olan və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilli X6 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər, o cümlədən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: QSC "xxxxxxxxxxxxx" KB ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 1xx/xx/99195/15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 12 ay müddətinə, illik 18% olmaqla, 577.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan QSC "xxxxxxxxxxxxx" KB tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu İddiaçı xx.xx.2015-ci il tarixə banka 476.329,67 manat ABŞ dolları borc, 17.957,78 ABŞ dolları faiz borcu, 30.335,37 ABŞ dolları cərimə borcu, cəmi 524.622,82 ABŞ dolları borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan QSC "xxxxxxxxxxxxx" KB-yə 577.000 ABŞ dollar (kreditin qalıq məbləği – 476.329,67 ABŞ dolları; faiz məbləği 51.627,45 ABŞ dolları olmaqla) borcu vardır. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 4131 saylı Ekspertiza Rəyindən görünür ki, “xxxxxxxxxxxxx” KB ASC (“Borc verən”) ilə İddiaçı (“Borc alan”) arasında xx xxxx 2015-ci il tarixli, 1xx/xx/991995/15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə kredit alana illik faiz dərəcəsi 18% olmaqla 12 ay müddətinə 577.000,00 ABŞ dolları məbləğində kredit xətti verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxx 2015-ci il tarixli, 1xx/xx/991995/15 saylı kredit müqaviləsi üzrə İddiaçı aldığı kredit vəsaitinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “xxxxxxxxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinə cəmi 254.806,00 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) xx xxxx 2015- ci il tarixli, 1xx/xx/991995/15 saylı kredit müqaviləsi üzrə İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən olunur: İddiaçı ilə “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı “xxxxxxxxxxxxx” KB-ə xx.xx.2015-ci il tarixə kimi müqavilə öhdəliyini icra etməməsi nəticəsində borcu 504.054,99 ABŞ dolları təşkil edir. Qeyd edək ki, bu borc AR Mərkəzi Bankının kredit müqaviləsinin imzalandığı gününə müəyyən etdiyi məzənnə əsasında (1 ABŞ dolları = 1.0488 manat olmaqla) xx.xx.2015ci il tarixə ABŞ dolları ilə: Əsas borc üzrə 499.076,73 ABŞ dolları, Faiz borcu üzrə 4.978,27 ABŞ dolları. İddiaçı ilə “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun xx.xx.2015-ci il tarixdən sonra devalivasiya nəticəsində manatla ifadə olunan artan hissəsi 328.240,00 manat təşkil edir: 1.7000-1.0488=0.6512*504,055=328,240. İddiaçı tərəfindən 254.806,00 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir ki, bunun da 200.177,27 ABŞ dolları əsas borca və 54.628,73 ABŞ dolları isə faiz borcuna silinir; yəni xx.xx.2016-cı il tarixə əsas borcu 499.076,73 ABŞ dolları məbləğində təşkil edir, faiz borcu üzrə 18.938,57 ABŞ dolları məbləğində təşkil edir. Belə ki, AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsasında (1 ABŞ dolları = 1.6102 manat olmaqla) Azərbaycan manatı ekvivalentində: 803.613,35 manat əsas borc, 30.494,89 manat faizlər olmaqla, cəmi 834.108,24 manat kredit borcu yaranmışdır. xx.xx.2016-cı il tarixə: ABŞ dolları ilə əsas borc üzrə 499.076,73 ABŞ dolları, faiz borcu üzrə 18.938,57 ABŞ dolları, xx.xx.2016-cı il tarixə: manat ilə əsas borc üzrə 803.613,35 manat, faiz borcu üzrə 30.494,89 manat. İddiaçı ilə “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun xx.xx.2015-ci il tarixdən sonra devalivasiya nəticəsində manatla ifadə olunan artan hissəsi 328.240,00 manat təşkil edir. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixədək 9.200,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2016-cı il tarixə göstərildiyindən xx.xx.2016-ci il tarixdən sonrakı ödənişlər yəni 9.200,00 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, QSC "xxxxxxxxxxxxx" KB ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı ölkədə baş verən devalvasiya ilə əlaqədar aralarında bağlanmış kredit müqaviləsinin 9.1ci bəndini əsas götürərək devalvasiyanın baş verməsindən sonra kredit borcunun manat ekvivalentində artmış hissənin, yəni 304 000 manat hissəsinin silinməsini tələb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi tərəflər heç kəsin təzyiqi olmadan, könüllü şəkildə kredit müqaviləsi bağlamışlar. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən qarşısı alınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, 2015-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi ki, ikinci devalvasiya zamanı, yəni 2015-ci ilin dekabrın 21-də 1 dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, tərəflər aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində icrası mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-ci bəndini əsas götürərək, habelə devalvasiya baş verdikdən sonra iddiaçının öhdəliklərinin məbləğinin manat ekvivalentində birdən-birə 50%-dən çox artmasını nəzərə alaraq, hesab edir ki, 1xx/xx/991995/15 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliyin müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan ekvivalentinin Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində iddiaçı manatla ifadə olunan artan hissəsinin icrasından azad edilməli, bununla bağlı manat ekvivalentində artmış hissənin silinməsi ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X1 həvalə edilməli və artan hissənin silinməsi barədə məlumatlar xxxxxxxxxxxxxxxxxxxxxxxx tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməlidir. Məhkəmə kollegiyası həmçinin, onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində devalvasiyanın baş verməsi nəticəsində kredit müqaviləsi üzrə öhdəliklərinin artan 304 000 manat ekvivalentində olan hissəsinin icrasından azad edilməsini tələb etsə də, həmçinin, Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 4131 saylı Ekspertiza Rəyi ilə İddiaçı ilə “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun xx.xx.2015-ci il tarixdən sonra devalivasiya nəticəsində manatla ifadə olunan artan hissəsi 328.240,00 manat təşkil etdiyi müəyyən olunsa da, mübahisələndirilən qətnamədən QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X2 apellyasiya şikayəti verdiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-5403/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində dəlillər ondan ibarət olmuşdur ki, Nəsimi rayon Məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2015-ci il tarixli qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, “Kredit Müqaviləsi”-nin 9.1-ci maddəsində nəzərdə tutulmuş fors-major halın (devalvasiyanın) baş verməsi nəticəsinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarında yalnız manatın “üzən məzənnə”-yə keçidi barədə qərar qəbul edilmişdir və həmin qərarda heç bir devalvasiyadan söhbət getməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2015-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi ki, ikinci devalvasiya zamanı, yəni 2015-ci ilin dekabrın 21-də 1 dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olunmuşdur və bu isə devalvasiyanın baş verməsidir.Belə ki, Devalvasiya – milli valyutanın əcnəbi valyuta ilə münasibətdə dəyərini itirməsidir.Devalvasiya zamanı milli valyuta ucuzlaşır, digər valyutalar isə əksinə olaraq dəyər qazanır.Bu termin, valyutanın məzənnəsinin artması termini olan revalvasiyanın əksidir.Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 4131 saylı Ekspertiza Rəyində də bu hal devalvasiya olması əksini tapmışdır.Rəydə qeyd edilmişdir ki, İddiaçı ilə “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun xx.xx.2015-ci il tarixdən sonra devalivasiya nəticəsində manatla ifadə olunan artan hissəsi 328.240,00 manat təşkil edir: 1.7000-1.0488=0.6512*504,055=328,240. Daha sonra apellyasiya şikayətində qeyd edilmişdir ki, hətta fərz etsək ki, Nəsimi rayon Məhkəməsi Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarına düzgün istinad etmişdir və “üzən məzənnə”yə keçid devalvasiya kimi anlaşılmaılıdır o zaman, sual yaranır ki, nə üçün Nəsimi rayon Məhkəməsi İddiaçı artmış öhdəliyi bütün borc məbləğinə yəni 468000 ABŞ dollarına münasibətdə hesablanmalıdır? Halbuki Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarı kredit müqaviləsinin bitməsinə 3 (üç) ay qalmış qəbul edilmişdir. Yəni iddiaçı şəxsin kredit müqaviləsi bağlamasından 9 ay sonra Mərkəzi Bankın məlum qərarı olmuşdur. Bu isə o deməkdir ki, İddiaçı öz kredit müqaviləsi üzrə 9 ay müddəti olmuşdur ki, müqavilə üzrə öhdəliklərini qismən (75% hissəsində) icra etmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilini də araşdıraraq cavablandırılması üçün kredit müqaviləsi üzrə borcun xx.xx.2015-ci il tarixdən sonra devalivasiya nəticəsində manatla ifadə olunan artan hissəsinin müəyyən olunması da ekspertiza tədqiqatına aid edilmişdir.Belə ki, Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 4131 saylı Ekspertiza Rəyindən görünür ki,xx xxxx 2015-ci il tarixli, 1xx/xx/991995/15 saylı kredit müqaviləsi üzrə İddiaçı aldığı kredit vəsaitinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “xxxxxxxxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinə cəmi 254.806,00 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) xx xxxx 2015- ci il tarixli, 1xx/xx/991995/15 saylı kredit müqaviləsi üzrə İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən olunur: İddiaçı ilə “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı “xxxxxxxxxxxxx” KB-ə xx.xx.2015-ci il tarixə kimi müqavilə öhdəliyini icra etməməsi nəticəsində borcu 504.054,99 ABŞ dolları təşkil edir. Qeyd edək ki, bu borc AR Mərkəzi Bankının kredit müqaviləsinin imzalandığı gününə müəyyən etdiyi məzənnə əsasında (1 ABŞ dolları = 1.0488 manat olmaqla) xx.xx.2015ci il tarixə ABŞ dolları ilə: Əsas borc üzrə 499.076,73 ABŞ dolları, Faiz borcu üzrə 4.978,27 ABŞ dolları. İddiaçı ilə “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun xx.xx.2015-ci il tarixdən sonra devalivasiya nəticəsində manatla ifadə olunan artan hissəsi 328.240,00 manat təşkil edir: 1.7000-1.0488=0.6512*504,055=328,240. İddiaçı tərəfindən 254.806,00 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir ki, bunun da 200.177,27 ABŞ dolları əsas borca və 54.628,73 ABŞ dolları isə faiz borcuna silinir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5403/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına ödənilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1213/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1213/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver