Məhkəmə qərarları › İş №2(103)-12149/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12149/2019

09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12149/2019 09.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, İddiaçı2 və onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-279/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı2 “borc tələbinə” dair ərizə ilə məhkəməyə müarciət edərək Cavabdeh 40000 manat məbləğində əsas borcun, 2000 manat borcu gecikdirməklə ondan faydalanmağa görə hesablanmış faizlərin və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 42020 manat pulun tutularaq İddiaçı2 ödənilməsini xahiş etmişdir (əmr icraatından iddia icraatına keçirilmişdir,iddia tələbi dəqiqləşdirilmişdir) Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı2 və 53 saylı Dövlət Noriat Kontoruna qarşı iddia qaldıraraq 53 saylı Dövlət Notariat Kontorunda cavabdehlə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3-M-2951 reyestrli kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli 3-M-1680 reyestrli kredit müqaviləsinə dəyişiklik barədə sazişin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1522/2019 saylı qərardadı ilə Cavabdeh İddiaçı2 və 53 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilə və sazişin etibarsızlığı tələbinə dair mülki iş, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-279/2019 saylı mülki işə birləşdirilməsi və həmin mülki işin baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-279/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 40.000 (qırx min) manat borc və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 40020 (qırx min iyirmi) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmiş, Cavabdehlər İddiaçı2 və 53 saylı Dövlət Notariat Kontoruna qarşı kredit müqaviləsinin və sazişin etibarsız hesab olunması tələbinə dair iddiası iddia müddəti keçdiyindən məhkəmə tərəfindən təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddaçının məhkəmə iclasında verdiyi ifadəni və təqdim etdiyi sənədləri əsas götürərək, cavabdehin şahidlərini dindirməmiş və iddiaçının əslində ona pul verməməsi faktını sübut etməyə imkan yaratmamışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci iş üzrə iddia tələbinin rədd, ikinci iş üzrə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat edərək, qeyd etdi ki, onların arasında, həqiqətən, borc müqaviləsi və həmin müqavilənin müddətinin uzadılmasına dair müqavilə bağlanıb, hazırkı məhkəmə mübahisəsindən öncə o, iddiaçı ilə görüşmüş, borcu bir ay müddətində hissə-hissə ödəyəcəyini bildirmiş, iddiaçıya gözləməsini demiş, lakin bir müddət sonra onun ünvanına hazırkı işlə bağlı məhkəmədən bildiriş gəlmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili İ.Şahməmmədov apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır, qətnamə qanuni və əsaslıdır, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı2 borc alan, ünvan 1 D ünvanında qeydiyyatda olan Cavabdeh mülkiyyətinə, əməli idarəçiliyinə 40000 manat məbləğində borc pul verir, borc alan həmin pul məbləğini xx.xx.2014-cü il müddətinə qaytarmağı öhdəsinə götürür. xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə dəyişiklik barədə sazişin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli 3-M-2951 reyestrli kredit müqaviləsinin 1-ci bəndi dəyişdirilərək bu sazişlə tərəflər Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 3-M-2951 reyestrli kredit müqaviləsinin 1-ci bəndində dəyişiklik etmək barədə razılığı gəlməklə, həmin kredit müqaviləsi üzrə 40000 manat borcun qaytarılma müddəti tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2017-ci il tarixə qədər uzadılmışdır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 2 D ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 19204794 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1968-ci ildə Gəncə şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı2, borc alan ünvan 4 D ünvanında qeydiyyatda olan Cavabdeh mülkiyyətinə, əməli idarəçiliyinə 40000 manat məbləğində borc pul verir, borc alan həmin pul məbləğini xx.xx.2014-cü il müddətinə qaytarmağı öhdəsinə götürür. Bundan sonra xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə dəyişiklik barədə saziş bağlanmaqla xx.xx.2014-cü il tarixli 3-M-2951 reyestrli kredit müqaviləsi dəyişdirilərək, həmin kredit müqaviləsi üzrə 40000 manat borcun qaytarılma müddəti tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2017-ci il tarixə qədər uzadılmışdır. xx xxxxxxx 2018-ci il tarixli icra qeydinə əsasən Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 40000 manat pulun tutulması qeyd edilmiş və icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçının iddia tələbinin qanuni əsasını MM-nin 739-cu maddəsi (borc müqaviləsi) təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllə, maddə 739.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, cavabdehdən 40.000 (qırx min) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsində haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-279/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar