Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1218/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X9, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(007)-585/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia edir ki, sərəncamla ona ayrılmış torpaq sahəsində mövcud olan qarajlar hasara alınmışdır. Cavabdehlər iddiaçıya məxsus olan hasarı sökmüş və həmin yerdən istifadə edilməsinə maneə yaradırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə yerləşən İddiaçınə məxsus olan ərazidə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1883 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Naxçıvanski küçəsi 2566-cı kvartalda 7 qarajın tikintisi və istismarı üçün yaradılan “Umud” Qaraj kollektivinin nizamnaməsi qeydiyyata alınmışdır. Qeyd olunan sərəncamın 2-ci bəndinə əsasən kooperativ üzvlərinin siyahısı təsdiq edilmişdir. Bundan sonra kooperativin üzvü olan şəxslərə müvafiq orderlər verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli 399/4 nömrəli Sərəncamı ilə daha 6 şəxs “Umud” Qaraj kollektivinə üzv qəbul edilmiş və həmin şəxslərə orderlərin verilməsi nəzərdə tutulmuşdur. “Ümid Qaraj” Kooperativi Azərbaycan Respublikası Dövlət Vergi Xidmətində (keçmiş Vergilər Nazirliyində) kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən “ÜMÜD Qaraj” Kooperativinin qanuni təmsilçisi X4r. Nəzərə alınmalıdır ki, qarajların yaxınlığında yerləşən bəzi bina sakinləri İddiaçı Qaraj kollektivinin və kooperativin üzvü olan vətəndaşların qarajlara münasibətdə mülkiyyət o cümlədən sahiblik, sərəncam vermə və istifadə hüquqlarına maneələr və süni münaqişə şəraiti yaradırlar. Belə ki, həmin şəxslər qanunsuz olaraq qarajlarla bağlı hər hansı yenidən qurma, təmir və.s işlərə imkan vermirlər. Həmin şəxslərin qarajlara münasibətdə hər hansı hüquqları mövcud deyil, lakin öz qanunsuz və özbaşına hərəkətləri ilə “Ümid Qaraj” Kooperativinin və həmçinin kooperativ üzvlərinin konstitusion mülkiyyət hüquqlarını kobud pozurlar. İşə baxılan zaman "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. 14 mart 2023-cü ildə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı Şəhər İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti” ("xxxx" MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri ”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. Hazırda icraatda olan hazırki mülki iş birbaşa onların maraqlarına toxunur. Belə ki, yuxarıda qeyd etdiyi kimi ünvan 3 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin ümumi idarəçiliyində və istifadəsindədir. İddiaçı istifadəsini ümumiyyətlə çoxdan dayandırmış kooperativdir. Odur ki, qeyd olunan bu ərazi, bu ərazidə yerləşən qarajlar həmin kooperativə məxsus ola bilməz. Eyni zamanda, qeyd etmək vacibdir ki, İddiaçı bu ərazidən çıxarılması haqqında məhkəmə qətnaməsi vardır. Belə ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-67ci məhəllə, 81 ünvanda yerləşən 0.7 ha torpaq sahəsindən İddiaçı kənarlaşdırılması barədə Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2016-cı il tarixli 2(103)-748/2016 saylı qətnaməsi qəbul olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(007)- 585/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində “...İş materiallarından göründüyü kimi mübahisəli ərazinin də daxil olduğu torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, ərazidə yerləşən fərdi qarajların və qeyri-yaşayış tikililərinin sökülərək mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi iddiaçıya tapşırılmışdır. Həmçinin işdə olan eskiz və ayrıc aktının surətləri, birinci instansiya məhkəməsi zamanı keçirilmiş yerli baxış protokolu əsasında müəyyən edilir ki, 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə "ÜMÜD" QTK-nin üzvlərinə Naxçıvanski küçəsi, 2566-cı məhəllədə ayrılmış 7 ədəd fərdi qaraj iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyi mübahisəli qarajların yerləşdiyi sahə ilə üst-üstə düşür. Nəzərə alınmalıdır ki, iş materiallarında ‘‘ÜMÜD” QTK-nin digər üzvlərinə qarajlar ayrılsa da həmin qarajlar ilkin ayrılmış 7 qarajla üst-üstə düşə bilməzdi. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, onlara ayrılmış tikinti ərazisində xeyli sayda başqa qarajlar da olmuş, həmin qarajların dəyəri ödənilməklə sökülmüşdür. Baxılan iş üzrə iddiaçı dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin qanuni sahibidir. Qanunvericilik iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edir. İddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ vardır... Bununla bağlı nəzərə alınmalıdır ki, qarajın vətəndaşların istifadəsinə verilməsi barədə orderlər qaraj-tikinti kooperativi tərəfindən deyil, həmin kooperativlərin razılığı əsasında yerli icra hakimiyyəti orqanları tərəfindən verilmişdir. Bu baxımdan ilkin order ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının qərarı və ya rəsmi razılığı olmadan kooperativin vətəndaşa verilmiş, dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi üzərində yerləşən qarajı digər şəxsə vermək səlahiyyəti olmamışdır...Həmçinin nəzərə alınmalıdır ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 16 avqust 2011-ci il tarixli cavab məktubunda sonradan Nizami Rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 aprel tarixli, 399/4 saylı sərəncamı ilə rəsmiləşdirilmiş 6 qarajın "ÜMÜD" QTK-nə ilkin olaraq ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi qeyd olunmuşdur...”. Qeyd olunmalıdır ki, yuxarıda göstərilən hallarla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsində iş üzrə iddiaçının ("xxxx" MMC) dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş hazırda da mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olduğunu, qanunvericiliyin həmin iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, iddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ olduğunu da göstərmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” barədə iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə İddiaçı subyektiv hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 164.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" MMMC-nin nümayəndələrinin istinad etdiyi hallardan biri də o olmuşdur ki, 1993-cü ildə İddiaçınə qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam verilsə də, sonradan 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin 247 nömrəli Sərəncamı ilə torpaq qaraj sahiblərindən alınaraq insanların yaşamasına görə bina tikmək üçün "xxxx" MTK-ya verilib. Lakin Məhkəmə tərəfindən müəyyən olunmamışdır ki, Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1993-cü il İddiaçınə qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam “İnzibati icraat haqqında” Qanunun 67-ci (qanunsuz inzibati aktın ləğv olunması) maddəsinin tələb etdiyi qaydada yoxlanmamışdır. “İnzibati icraat haqqında” normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. 1993-cü il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 1993-cü il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əksi barədə mülki materialında sübut yoxdur. Hansı ki, məhz elə iddia tərəfinin həmin inzibati aktdan irəli gələn hüquqlarının pozulmasından müdafiə məqsədilə "subyektiv hüquqları" var idi. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 152.1, 157.5, 164.1, 164.2-ci maddələrinə istinadla əsaslandırmışdır ki, bu barədə məhkəmənin hüquqi mövqeyi qəbul edilən deyil. Ona görə ki, sadalanan maddi hüquq normaları mülkiyyət hüququnun təsbiti, bu və ya digər formada iqtisadi dəyərə malik olan əmlakla bağlı hüquqların həyata keçirilməsi zamanı yaranan ictimai münasibətləri tənzimləyir. Hazırkı mübahisə predmetini mülkiyyətlə eyniləşdirmək düzgün hesab edilmir. Belə ki, iddia tələbindən görünür ki, iddia tərəfi məhkəmədən “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsini” xahiş etmişdir. İddia tərəfi məhkəmə iclaslarında da dəfələrlə təkrarlamışdır ki, İddiaçı tələbi hasarın əvvəlki vəziyyətinə qaytarılmasıdır. Həmin qarajların İddiaçın balansında olması ilə bağlı orderlər var. Lakin qarajların "xxxx" MMMC-yə hər hansı aidiyyatı yoxdur. Nizami Rayon İcra Hakimiyyətinin qarajların ayrılması ilə bağlı sərəncamı var. Qarajlar və yerləşdiyi sahə İddiaçınə məxsusdur. Həmin qarajların İddiaçın balansında olması ilə bağlı orderlər var. Binanın qarşısında yerləşən və İddiaçınə məxsus olan ərazi əvvəllər hasarlanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC hasarın sökülməsini etiraf edir. Hətta iddia edirlər ki, həmin ərazilər əvvəllər MTK-ya məxsus olduğundan hazırda onlarda özlərini MTK-nin varisi kimi hesab etdiklərindən həmin ərazi MMMC-nin balansında olmalıdır. Göstərilənlərdən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC birbaşa hasarın sökülməsini etiraf edir, lakin belə bir tələblə müraciət etməyə iddiaçının subyektiv hüququnun olmamasını irəli sürərək mübahisənin qanuni həllindən yayınmağa çalışır. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müdaxilə edən tərəfin qarajlara münasibətdə hər hansı hüquqları mövcud olmadığı halda, öz qanunsuz və özbaşına hərəkətləri ilə “ÜMÜD Qaraj” Kooperativinin hüquqlarına müdaxilə etmişdir, belə bir müdafidən qorunmaq üçün “ÜMÜD Qaraj” Kooperativinin "subyektiv hüququ" müdaxilə baş verdiyi andan yaranmışdır. Hasarın sökülməsi, qarajların İddiaçın balansında olması ilə bağlı ilkin və inandırıcı sübutlar (fotolar, order, sərəncam) məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etməmiş, işin hallarını maddi hüquq normaları çərçivəsinə sala bilməmişdir. Eyni zaman məhkəmə tətbiq oluna biləcək hüquq normalarını da düzgün seçə bilməmişdir. Bundan başqa məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hasarın həqiqətəndə onlar tərəfindən qəsdən söküldüyünü etiraf etmişlər. Onlar hazırda hasarın bərpa edilməsinə etiraz etmirlər. Nizami-11 MMMC isə bu iddia tələbinə aidiyyatı yoxdur. Məhkəmə tərəfindən qeyd olunan bu halların araşdırılması işin hallarına təsir edə bilərdi. Məhkəmə isə iddia tərəfinin məhkəmə iclasında işin halları ilə bağlı olan izahat və dəlillərinə demək olar ki, heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri və nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apelyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər sovetinin icraiyyə komitəsinin “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus avtomobillərin saxlanılması üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1990-cı il tarixli 7/362 saylı qərarına müvafiq olaraq və yenidən təşkil edilmiş İddiaçı qaraj-tikinti kooperativinin idarə heyətinin xahişi icra olunmaqla: Fərdi sahibkarların avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə 7 (yeddi) qaraj boksuna görə kollektiv qarajların tikintisi və istismarı üzrə İddiaçı kooperativinin nizamnaməsini qeydiyyata almaq və Bu kooperativ üzvlərinin 7 (yeddi) nəfər olmaqla siyahısını təsdiq etmək İddiaçı Qaraj-Tikinti Kooperativinə tapşırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 2566-cı məhəllədə yerləşən İddiaçı idarə heyətirinin xahişi nəzərə alınaraq həmin kooperativə əlavə edilən siyahıya əsasən 6 (altı) yeni üzvün qəbul edilməsi haqqındakı ümumi iclasın qərarının təsdiq edilməsi, İddiaçı QTK-nin siyahısı təsdiq edilmiş üzvlərinə orderlərin verilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndinən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan 31 yanvar 2014-cü il tarixli, **********531400 nömrəli Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə qeydiyyata alınmışdır, əvvəlki qeydiyyat nömrəsi 1333, dövlət qeydiyyat nömrəsi VÖEN-**********, hüquqi ünvanı- ünvan 4msilçisi X4r. İş materiallarında olan Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 11 avqust 2020-ci ildə 1120-MM7-0180 qeydiyyat nömrəsi ilə Qeydiyyat və notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır, hüquqi ünvanı - ünvan 5ri, Nizami rayonu, 2566-67-ci məhəllə, ev 81-dir, fəaliyyət predmeti və məqsədi - yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, qanuni təmsilçisi- Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları- sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərarları və digər sənədlərdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(007)-31/2023 saylı qətnaməsi ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi və cavabdehlər X13, X12, X8, X7 və X6 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmiş, ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar X13, X8, X7 və X6 ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı "xxxx" MMC tərəfindən yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının özülünün qoyulması ilə bağlı qazılmış xəndək nəticəsində uçmuş əsaslı qarajın bərpası, dəymiş maddi ziyanın ödənilməsi və digər qarajlardan istifadə hüququnun bərpa edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, cavabdehlərin və üçüncü şəxs İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(007)-31/2023 saylı qətnaməsi dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia qismən təmin olunmuş, dəyəri sahibləri X5, X10 və X11 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi barədə ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması, qətnamənin ilkin iddianın cavabdehlərin həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları və qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə X5, X10 və X11 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi və cavabdehlər X13, X12, X8, X7 və X6 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmişdir. "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 11 avqust 2020-ci ildə 1120-MM7-0180 qeydiyyat nömrəsi ilə Qeydiyyat və notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır, hüquqi ünvanı- Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 olmaqla qanuni təmsilçisi- Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları- sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərarları və digər sənədlərdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı icra vərəqəsinin icraatına icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)-2063/2022 saylı qətnaməsindən görünür ki, ünvan 7 ünvanda 0.7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri”; bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftrlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun "xxxx" MTK-dan alınıb, "xxxx" MMMC-yə verilməsi qət edilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsində iş üzrə iddiaçının ("xxxx" MMC) dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş hazırda da mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olduğunu, qanunvericiliyin həmin iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, iddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ olduğunu da göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Ağaqulu Nizamov izahatında göstərmişdir ki, o, mübahisəli yer üzrə qaraj sahiblərinin hamısını təmsil edir. Halbuki, elə Ağaqulu Nizamovun izahatından belə aydın olur ki, qaraj sahiblərindən biri vəfat etmiş, biri xaricə köçmüş, birinin yeri məlum deyil, birini isə məhkəməyə gətirə bilmir. Ona görə də məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin bu izahatına tənqidi yanaşır. Kollegiyanın qənaətinə görə, mübahisələndirilən qarajların sahibləri (varisləri) həmin qarajlara artıq maraqlarını itirmişlər, ona görə də hazırki iddianın qaldırılması onların maraqlarına xidmət etmir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi qarajların yerləşməsi barədə təqdim etdiyi sxemdə 7 qarajın yerini göstərmiş və iddia etmişdir ki, sxemin ortasında göstərilən qarajlar 2016-cı il qətnaməsi ilə müəyyən edilmiş qarajlar deyildir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin iclasında əvvəllər soyadı Topçiyev, hazırda isə Məmmədov olan Vaqif İsrafil oğlu şahid qismində ifadə verərək göstərmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sxemdəki qarajlar 2016cı ildə qəbul edilmiş qətnamə ilə sökülmüş qarajlardır və mübahisəli ərazidə onun da qarajı olmuş və onun dəyəri ona ödənilməklə qarajın sökülməsi qət edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdəki əvvəllər ona məxsus olan və hazırki yarısökülmüş qarajın yerini göstərmiş və bir daha qeyd etmişdir ki, həmin sökülən qarajlar 2016-cı il qətnaməsində göstərilən həmin qarajlardır. Beləliklə də, müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış qətnamə ilə 3 nəfərin sökülməsi, 6 nəfərin isə kənarlaşdırılması qərara alınmış qarajlar hazırki mübahisə edilən qarajlardır. Həmçinin, şahid Məmmədov (Topçuyev) Vaqif İsrafil oğlu da İddiaçı üzvü olmasına baxmayaraq, hazırki iddia onun maraqlarına xidmət etmir. Bu da bir daha onun göstərir ki, iddia kooperativin adından qaldırılmasına baxmayaraq, Ağaqulu Nizamovun şəxsi maraqlarının təmin edilməsinə yönəlmişdir və hüquqdan siu-istifadədir. Belə ki, Nizami rayon İcra şöbəsinin icra məmuru Yaqub Məmmədovun xx.xx.2017-ci il tarixli «icraata xitam verilməsi barədə» qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)- 748/2016 saylı icra vərəqəsinin icraatına xitam verilmişdir. Həmin qərardan və qanuni qüvvəsini almış qeyd edilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünur ki, İddiaçı sədri X2 həmin qarajlar olan ərazidən kənarlaşdırılması qərara alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” barədə iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə İddiaçı subyektiv hüququ yaranmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində 1993-cü ildə İddiaçınə qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılmasına istinad etməklə hazırki tələblər məhkəməyə müraciət edilməsi üçün subeyktiv hüquqlarının olmasını bildirilsə də, iş materiallarından göründüyü kimi 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin 247 nömrəli Sərəncamı ilə sözgüdən torpaq sahəsi qaraj sahiblərindən alınaraq insanların yaşamasına görə bina tikmək üçün "xxxx" MTK-ya verilmişdir ki, bununla da iddiaçının həmin torpaq sahəsində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırda isə iddiaçının mübahisəli torpaq sahəsinə münasibətdə - əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək səlahiyyətləri olmamışdır. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Bundan başqa iddiaçı apellyasiya şikayətində – cavabdehlər tərəfindən hasarın həqiqətən də onlar tərəfindən qəsdən söküldüyünü etiraf etməsinə istinad etsə də məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız olmuşdur. Əvvala işin faktiki halları ilə cavabdehlərin iddianın tam etirafının olması müəyyən edilməmişdir. İkincisi belə bir etiraf olduğu halda belə iddiaçının mübahisələndirilən əraziyə hər hansı bir hüquqlarının olması müəyyən edilmədiyindən, qeyd olunan hasarın bərpasını tələb etmək hüququ olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qarajlar və yerləşdiyi sahə İddiaçınə məxsus olmasına dair apellyasiya şikayətinin dəlilləri işin yuxarıda sadalanan halları baxımından tam əsassızdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsini ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eləcə də iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(007)- 585/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə