Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12194/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5924/2021 nömrəli 13.10.2021-ci il tarixli qərardadından iş üzrə iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məlikov Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 2049,4 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqlarının bəspası üçün hüquq şirkətinə ödədiyi 300 manat, ümumilikdə isə 2379,4 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5924/2021 nömrəli 13.10.2021ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin edilməyərək Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etmirlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsini verərkən dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim etsə belə, bu növ iddialar üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləğindən az ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1 və 150.1.2-ci maddələrinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu Məcəllənin 108.3.-ci maddəsinbə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “X1” Azərbaycan Respublikası Qanunun 8.1.2-cu maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu kimi ödənilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5924/2021 nömrəli 13.10.2021-ci il tarixli qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: İddiaçının şikayəti təmin edilməsin. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5924/2021 nömrəli 13.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12194/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12194/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver