Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12205/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “kredit müqaviləsi üzrə tutmanın girova yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərardadından İddiaçı şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilməsi barədə” ərizəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz. Daha əvvəl Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 09.04.2021-ci il tarixli qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Əsas kimi ona istinad olunub ki, tərəflər məhkəmə iclasına gəlməyiblər. Hüquqi əsas kimi Mülki- Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə istinad olunub. Bundan sonra iddiaçı ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş edib. Mülki-Prosessual Məcəllənin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Odur ki, iddiaçının üzərinə 2 halı sübut etmək vəzifəsi düşür: 1) iclasda iştirak etməməsinin üzrlü səbəbdən baş verdiyini; 2) bu səbəb haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən baş verdiyini. Lakin iddiaçı nə 1-ci halı, nə də 2-ci halı sübut edə bilmir. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni rədd edib. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-12205/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12205/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver