Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1221/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(007)-23/2018 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bakı filialı ilə X7 arasında 15 may 2014-cü il tarixdə İRH-FB-002 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 illik 17 faiz olmaqla, 42 ay müddətinə 220.000 manat məbləğində, 15 may 2014-cü il tarixli 197-K- B saylı kredit kart müqaviləsinə əsasən illik 30 gün ərzində faiz hesablanmır, 31-ci gündən başlayaraq 20%, 121-ci gündən başlayaraq 26% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində, 28 noyabr 2014-cü il tarixli MK-FV-228 saylı kredit müqaviləsinə əsasən illik 20% olmaqla, 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsi və 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi bankla X7 (ipotekaqoyan) arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002A saylı ipoteka müqaviləsinə əsasən X6 məxsus olan (DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2014-cü il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* saylı, reyestr № **********31-12301, qeydiyyat №********** olan çıxarışa əsasən) Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi müəssisə ümumi sahəsi 711.5 kv.m. (liter А,В,C) olan 0.10 ha torpaq sahəsi ilə birlikdə və 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, X6 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 26 yanvar 2011-ci il tarixdə qeydiyyata alınmış MA seriyalı ******* saylı, reyestr № **********34-05301- 093042, qeydiyyat № ********** olan çıxarışa əsasən) ünvan 1 13 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən ümumi 66.2 kv.m, 36.4 kv.m yaşayış sahəsi, o cümlədən, 29.8 kv.m yardımçı sahəsi olan 2 otaqlı 101 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı, 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi bankla X2 və Cavabdeh2 arasında 28 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir.Bununla əlaqədar, bank tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasınabaxmayaraq, bu günə kimi borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinin və 28 noyabr 2014-cü il tarixlikreditmüqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Вorcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən müvafiq olaraq illik 34% və 40% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən, borcalanın əmlak və maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin, cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən, 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalankredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən, sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalan və yasonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin, bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün 28 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin 2.3-cü bəndinə görə, “Borcalan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə «zamin» və «borcalan» «Bank» qarşısında birgə məsuliyyət daşıyır. 2.4-cü bəndəgörə «borcalan»ın “Bank” qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Bank”a dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, “zamin” “Bank” qarşısında “borcalan” ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, cavabdeh X7 ilə İddiaçı ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı; 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsinin və 28 noyabr 2014-cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinin ləğvedilməsi, 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən, cavabdeh X3 176869 manat əsas, 23218,69 manat faiz, 85758,18 manat cərimə olmaqla, cəmi 285845,87 manat borcun, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə cavabdeh X3 4920,97 manat əsas, 726633 manat faiz, 783,13 manat cərimə, cəmi 6430,73 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun, həmin məbləğlərin ipoteka qoyulmuş X6 məxsus olan ünvan 1 ünvanda yerləşən 13 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən ümumi 66.2 kv.m., 36.4 kv.m. yaşayış sahəsi, o cümlədən 29,8 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi istifadə edilən ümumi sahəsi 711.5 kv.m. (liter A,B,C) olan 0.10 ha torpaq sahəsinə yönəldilərək, onların açıq hərracda satılması və həmin əmlakların satışından əldə edilən məbləğ hesabına cavabdehin “xxxx” ASC-yə olan borcunun ödənilməsi; 28 noyabr 2014-cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinə əsasən, cavabdeh X3 6996,97 manat əsas, 1145,97 manat faiz borcu, 2265,57 manat cərimə, cəmi 10408,51 manat məbləğində borcun cavabdehlər X3, Cavabdeh2 Mirzhəmid oğlundan və Cavabdeh3 müştərək qaydadatutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(007)-23/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X7 ilə İddiaçı ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinin; 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsinin və 28 noyabr 2014-cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinin ləğv edilməsi; cavabdeh X3 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən, 176869 manat əsas, 9594,17 manat faiz, 8000 manat cərimə olmaqla, cəmi 194,463 manat borc; 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə 5056,94 manat əsas, 373,65 manat faiz, 50 manat cərimə, cəmi 5480,59 manat borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh X6 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 9 saylı evin, 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak kompleksi kimi müəssiə ümumi sahəsi 711.5 kv.m. olan 10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, bundan başqa, X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6996,97 manat əsas, 469,53 manat faiz, 200 manat cərimə, cəmi 7666,5 manat məbləğində borcun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(007)-23/2018 saylı əlavə qətnaməsi ilə cavabdeh X7 ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinin 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit müqaviləsinin və 28 noyabr 2014-cü il tarixli, MK FB 228 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X3 15 may 2014-cü il tarixli, İRB-FH-002 saylı kredit müqaviləsinə əsasən 176869 manat əsas, 23218,69 manat faiz, 8000 manat cərimə olmaqla, cəmi 208087,69 manat borcun, 15 may 2014cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə 4920,97 manat əsas, 726,63 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 5697,6 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh X6 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 9 saylı evin 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə ümumi sahəsi 711,5 kv.m olan 10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilən məbləğ hesabına borcun banka ödənilməsi, X3, Cavabdeh2 və X1 müştərək qaydada 28 noyabr 2014-cü il tarixli MK-FB-288 saylı kredit müqaviləsi üzrə 6996,97 manat əsas, 469,53 faiz, 1145,97 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 8342,94 manat məbləğində borcun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh X7 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-23/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni, ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmənin işə onun iştirakı olmadan baxıb yekun qərar qəbul etməsi nəticəsində MPM-nin 8, 9 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işə onun iştirakı olmadan bir tərəfli qaydada baxılması nəticəsində bərabərlik prinsipi pozulmuş, mübahisə çəkişmə, tərəflərin bərabərliyi olmadan, onu çağırıb dindirmədən həll edilmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, məhkəmə baxışının barışıq sazişi ilə tamamlanması üçün tədbirlər görülməmişdir. Cavabdeh olduğu hazırkı mübahisənin onun iştirakı olmadan həll edilməsi nəticəsində işinin ədalətli araşdırılması hüququ pozulmuşdur. Məhkəmədən məhkəməmühasibatlıq ekspertizasının rəyinin ona verilməsini bildirsə də, rəyin ona verilməsindən imtina etdilər. Eyni zamanda ekspert rəyinin ona verilməsi və işin təxirə salınması barədə məhkəməyə teleqram vursa da heç bir nəticəsi olmadı və məhkəmə onun iştirakı olmadan işə birtərəfli qaydada baxmışdır. Bundan başqa, kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydaların 2.2-ci bəndinə əsasən kredit təşkilatları, məbləği və faizləri yaxşı təmin edilmiş “və yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə kreditlərə faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırırlar. Lakin bütün bunlara baxmayaraq, İddiaçı ASC-i ona götürdüyü kreditə faizləri hesablanmayan kredit statusu verməmiş, faizlərin və cərimələrin hesablanması dayandırmamışdır. Məhkəmə isə işə baxarkən bütün bunlara hüquqi qiymət verməmiş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qətnamə qəbul etsə də, qətnamədə ipoteka predmetinin təsvirini, ipoteka predmetinin ilkin satış qiymətini göstərməmiş, bununla da yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin, 101 saylı mənzilini və Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak Kompleksi kimi müəssisə ümumi sahəsi 711,5 kv. m olan 10 ha torpaq sahəsini hazırki bazar qiymətinə uyğun olaraq qiymətləndirlməsi barədə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməli olduğu halda bütün bunları etməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin hazırkı qətnaməsindən aydın olur ki, iddia qismən təmin edilmişdir. Belə olan halda isə, dövlət rüsumu ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğu halda, məhkəmə həmin xərci yalnız cavabdeh tərəfə aid etmişdir. Eyni zamanda bildirirəm ki, Bank tərəfindən tərtib edilmiş qrafik üzrə mən öhdəliyimin bir hissəsini (pulun 95.000 manatı ödəmişdir) yerinə yetirmişdir. Daha sonra ölkədə baş verən devalvasiya ilə bağlı ödənişi vaxtında edə bilmədiyinə görə qrafik üzrə gecikmə yaranmışdır. O, gecikmənin üzürlü hesab edilməsi, faizlərin və cərimələrin dayandırılması barədə Banka müraciət etmiş, lakin bank onun düşdüyü çətin vəziyyətlə əlaqədar müraciətinə əhəmiyyət verməmiş və yaranmış gecikməyə görə faizlər və cərimələr hesablamağa başlamışdır. Ona görə də tərəfindən ödəniləcək pulun ilk növbədə faizlərə və cərimələrə hesablanacağı bildirildikdə o, ödəməni dayandırdı və Bankla əməkdaşlığın davam etdirilməsinə cəhdlər etdi. Hesab edir ki, Bank üstün mövqeyindən sui-istifadə edərək hər dəfə onun ödəməyə gətirdiyi pulu faiz və cərimə puluna hesablayacağını bildirməklə süni çətinlik yaratmış və onun borc qalığının bağlanmasına imkan verməmişdir. O, ödəyəcəyi pulun əsassız hesablanmış faiz puluna hesablanmaması üçün qrafik üzrə ödənişi dayandırdı. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qrafik üzrə ödənişinin aparılmamasından istifadə edib faiz və cərimə borclarını onun hesabına yazmaqda davam etmiş. Hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcun ödənilməsində gecikməni süni şəkildə yaratdığından faiz və cərimə borcları hesablamaqda haqlı deyil. O, qrafik üzrə ödəmənin gecikdirmənin üzürlü hesab edilməsi barədə Banka müraciət etsə də bank onu əlverişsiz vəziyyətdə qoymuşdur. Bundan sonra, qrafik üzrə icra müddəti gecikmiş qalan ayların borcunu ödəmək istəsə də, Bank ödənilən məbləğin hesabladığı faiz puluna tutacağını bildirdiyindən borcun ödənişini dayandırdı. Belə olduqda borc qrafik üzrə ödənilməmiş qalır və bank hazırkı müqavilə münasibətində üstün mövqeyindən bilərəkdən sui-istifadə edir və onun müqavilə üzrə borcu ödəməyinə maneələr yaratmışdır. Bundan başqa, o, müxtəlif vaxtlarda banka olan borcundan, 95.000 manatını ödəsə də, bu məbləğ faiz və cərimə borcuna hesablanmışdır. Hesab edir ki, Bank tərəfindən hesablanmış faiz və cərimə borcları əsassız olduğundan məhkəmə tərəfindən ləğv edilməliydi. Bundan başqa, məhkəmə işə baxarkən ödədiyi pulları nəzərə almamış və 8000 manat məbləğində tənasübsüz surətdə yüksək dəbbə pulu hesablamışdır. Məhkəmə isə Azərbaycan Respublikası MM-nin 467-ci maddəsini tətbiq etməli olduğu halda, həmin maddi hüquq normasını tətbiq etməyərək iddia tələbini həmin hissədə qismən təmin etmişdir. Dünya iqtisadiyyatında baş verən devalvasiya və onun ölkəyə təsiri hamıya bəllidir. O, da həmin səbəbdən bağladığı kredit müqaviləsi üzrə öhdəliyin pozulmasına görə məsuliyyət daşımır. Hesab edir ki, işin nəticəsinə mühüm təsir göstərən halların obyektiv və tam araşdırılmasına məhkəmə maraq göstərməmiş, bu hallardan yan keçməklə ədalətsiz qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, 2(103)- 1037/2019 saylı qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(007)-23/2018 saylı qətnaməsinin (09.04.2018-ci il tarixli əlavə qətnaməsinin) dəyişdirilməsi, 15.05.2014-cü il tarixli kart müqaviləsi üzrə qət edilən 726,63 manat faiz məbləğinin dəyişdirilərək 553,45 manat məbləğində müəyyən edilməsi, əmlakların ilkin satış qiymətinin-Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin, 101 saylı mənzilinin 90000 manat, Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak Kompleksinin dəyərinin 300000 manat müəyyən edilməsi, ekspertiza xərci olan 345 manat məbləğində pul vəsaitinin cavabdeh X7 tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və qiymətləndirmə rəyi üzrə 832 manat məbləğində xidmət haqqının cavabdeh X7 tərəfindən “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(102)-6822/2019 saylı qərarı ilə cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, 2(103)- 1037/2019 saylı qətnaməsi qismən-ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, mülki işin həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında təyin edilmiş qiymətləndirmə rəyinə uyğun ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, qətnamə ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməlidir. İş materiallarına əlavə İRH-FB-002 saylı 15 may 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X6 illik 42 ay müddətinə illik faiz dərəcəsi 17 % müəyyən edilməklə 220000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. İş materiallarına əlavə edilmiş 197-K-B saylı 15 may 2014-cü il tarixli kredit kart müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X6 illik 30 gün ərzində faiz hesablanmır, 31-ci gündən başlayaraq 20%, 121-ci gündən başlayaraq 26% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi istifadə edilən ümumi sahəsi 711.5 kv.m. olan 0.10 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş MA seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 9 saylı evin 101 saylı mənzil X5 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 15 may 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış İRH-FB-002A saylı 15 may 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi cavabdeh X6 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi istifadə edilən ümumi sahəsi 711.5 kv.m. olan 0.10 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 05 fevral 2016-cı il tarixli məktubdan görünür ki, bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi müəssisəyə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 15 may 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış İRH-FB-002 saylı 15 may 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi cavabdeh X6 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 9 saylı evin 101 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 03 fevral 2016-cı il tarixli məktubdan görünür ki, bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 9 saylı evin 101 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş MK-FB-228 saylı 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X6 24 ay müddətinə illik faiz dərəcəsi 20 % müəyyən edilməklə 12.000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş MK-FB-228 saylı 28 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi zaminlər X2 və Cavabdeh2 öz üzərinə bank ilə X7 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşlər. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətindən görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş, onlardan borcun ödənilməsi tələb edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.07.2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 11.10.2018-ci il tarixli, 210/M-2 saylı rəyinə əsasən, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin, 101 saylı mənzilinin 11.10.2018-ci il tarixə bazar dəyəri 90000 manat müəyyən edilmişdir, Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak Kompleksinin 11.10.2018-ci il tarixə bazar dəyəri 300000 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 832 manat müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, kassasiya şikayətinə əlavə edilmiş qiymətləndirmə rəyindən görünür ki, məhkəmə baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyi üzrə qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyəri ilə şikayətə əlavə edilmiş rəy üzrə əmlakın dəyəri arasında əhəmiyyətli dərəcədə fərq mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya şikayətinə əlavə edilmiş “xxxx“ MMC Hüquq və Qiymətləndirmə Şirkətinin 25 iyul 2019-cu il tarixli, LFNo38 saylı rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak Kompleksinin real bazar qiyməti 520000 manat müəyyən edilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş “xxxx“ MMC Hüquq və Qiymətləndirmə Şirkətinin 25 iyul 2019-cu il tarixli, LFNo37 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin, 101 saylı mənzilinin 24.07.2019-cu il tarixə bazar dəyəri 115000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən “xxxx” MMC-nin 11.10.2018-ci il tarixli, 210/M-2 saylı rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən, məhkəmə kollegiyasının 14.01.2020-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 15 avqust 2020-ci il tarixli, ƏEM/İ-39-324/20 saylı rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin, 101 saylı mənzilinin 15.08.2020-ci il tarixə bazar dəyəri 102000 manat, likvid dəyəri 97000 manat müəyyən edilmişdir. Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak Kompleksinin 15.08.2020-ci il tarixə bazar qiyməti 350000 manat, likvid dəyəri 315000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, “xxxx” MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, kollegiya hesab edir ki, “xxxx” MMC-nin 15 avqust 2020-ci il tarixli, ƏEM/İ-39- 324/20 saylı rəyi əsas götürülməklə mübahisələndirilən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin likvid dəyəri müəyyən olunmaqla, qətnamə həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi- yəni iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 219 manatı cavabdeh X3, 81 manatı İddiaçı ASC-dən alınıb, “xxxx” MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ********************, Bank:ATABANK ASC DOSTLUQ FİLİALİ, VÖEN:**********, Müxbir hesab:AZ50NABZ********************, KOD:512811; SWİFT: ATAZAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(007)-23/2018 saylı qətnaməsi (09.04.2018-ci il tarixli əlavə qətnaməsi) mübahisələndirilən-ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin, 101 saylı mənzilinin ilkin satış qiyməti 97000 (doxsan yeddi min) manat, Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak Kompleksinin ilkin satış qiyməti 315000 (üç yüz on beş min) manat müəyyən edilsin. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 219 (iki yüz on doqquz) manatı cavabdeh X3, 81 (səksən bir) manatı İddiaçı ASC-dən alınıb, “xxxx” MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ********************, Bank:ATABANK ASC DOSTLUQ FİLİALİ, VÖEN:**********, Müxbir hesab:AZ50NABZ********************, KOD:512811; SWİFT: ATAZAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1221/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1221/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver