Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1221/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X1 və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul və qızıl əşyaları” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4944/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pul və qızıl əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 81585 manat, 2000 ABŞ dolları borc pulun və 1 ədəd sep-20 qram, 1 ədəd sep 30 qram, 1 komplekt 12 qram, 1 ədəd üzük 10 qram olan qızıl-zinət əşyalarının alınmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində icraat zamanı baxılarkən məhkəmə iclasında baxılarkən iddiaçı X3 iddia tələbinə dəqləşmə verərək cavabdehlərdən 82 385 manat pulun, 2000 ABŞ dollarının və 1 ədəd sep 20 qram, 1 ədəd sep 30 qram, 1 komplekt 12 qram, 1 ədəd üzük 10 qram qızılzinət əşyalarının müştərək qaydada alınmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4944/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 52,236 (əlli iki min iki yüz otuz altı) manat pulun tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Tural Məmmədov). Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçı X3, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Hazırki mülki iş apellyasiya məhkəməsinin icraatında olan zaman Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1996 saylı sorğusu 27.12.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Sorğuda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin daxil olması bildirilmişdir. Həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X1 və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul və qızıl əşyaları” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1221/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1221/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver