Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1222/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Elaza Sumbat qızına qarşı və Cavabdeh İddiaçınə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1245/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, T/16828 saylı müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.
2. Cavabdeh qeyri qanuni sayğaca müdaxiləsi ilə bağlı xx.xx.2016-cı il tarixli, ******* saylı akt, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarıxli, ******* saylı, xx.xx.2019- cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019- cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlarda abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir.
3. İtirilmiş qazın bərpası üzrə hesablamaya əsasən xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 29 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 163,60 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 105,30 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 246,40 manat, xx.xx.2017ci il tarixli, ******* saylı akt əsasında 51,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 355,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 69,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 300.20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 38,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1262,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 262 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 40,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 60,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6991,50 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 7021,50 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı X5 Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, T/16828 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X5 Departamenti tərəfindən **********10000 hesab nömrəsi verilmişdir. Həmin ünvana G-4 markalı 1702AZ**********70 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar xətt aşkar edildiyindən xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 29 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 163,60 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 105,30 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 246,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 51,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 355,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 69,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 300.20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 38,80 manat, xx.xx.2018-ci il tarıxlı, ******* saylı akt əsasında 1262,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 262 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 40,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 60,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 6991,50 manat debitor borcu qalmışdır.
6. Qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ona məxsus ünvan 2 ünvanı ilə bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyatının bərpa edilməsi məqsədi də hesablanmış 6991,50 manat məbləğində borcun silinməsinə və bu borca görə onun əmək haqqından tutulmuş 440,12 (dörd yüz qırx manat 12 qəpik pulun ona geri qaytarılnması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1245/2022 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 172,80 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 6818,70 manat borcun silinməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin materiallarına əsasən abonentin qanunsuz qaza qoşulması ilə bağlı İddiaçı tərəfindən aktlar tərtib edilmişdir. Aktlardan da göründüyü kimi abonentə borc hər ay qaz xəttinə qeyri-qanuni qoşulma ilə bağlı tərtib edilmişdir. Lakin aktların tərtib edilməsində abonentin işitakı təmin edilməmiş və akt yalnız birliyin nümayəndələri tərəfindən imzalanmışdır, iş üzrə təyin edilmiş ekspert rəyində tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik qaynaq izinin olması dolayısı ilə qaz xəttinə müdaxilə edilməsinə dəlalət edir, müdaxilə halının olması qismən öz təsdiqini tapır, lakin qaz xəttinə müdaxilə üzrə yalnız bir akt üzrə hesabatın doğruluğu qənaətinə gəlməyə əsas verir.
9. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanı ilə bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlardan yalnız birinə münasibətdə iddianı əsaslı hesab etmək olar. Mülki işin materiallarından göründüyü kimi iş üzrə ilk akt xx.xx.2016-cı il tarixli, ******* saylı aktdır və həmin akt əsasında 172,80 manat borc hesablanmışdır.
10. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin borca görə onun əmək haqqından tutulmuş 440,12 (dörd yüz qırx manat 12 qəpik pulun ona geri qaytarılması hissəsinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onun əmək haqqından 440,12 (dörd yüz qırx manat 12 qəpik) pulun tutulması və bu tutulmanın məhz hazırkı aktlar üzrə aparılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
11. Məhkəmə mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci bəndlərinə, «X3»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə, habelə MPM-nin 14.2 və 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Xəzər rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(003)-1245/2022 nömrəli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Aktlar cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurduğu zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır, nə də ki buna ehtiyac olmamışdır. Qarşı tərəfin nümayəndələri ilk dəfə 2016-cı il tarixdə baxış zamanı guya kənar xəttin olması səbəbindən akt tərtib etmişlər. Bundan sonra da hər dəfə onun xəbəri olmadan hər ay 3 il ərzində akt yazıb gediblər. Sual yaranır ki, əgər kənar xətt var idisə, nə üçün təbii qazın verilişi dayandırılmayıb? Əslində, heç Azəriqazın nümayəndələri ora gəlmədən də, hər ay hər ünvana belə aktlar yazmaqla məşğuldurlar. İlk dəfə qaz verilişi dayandırılan zaman, onun xəbəri olub bu aktların mövcudluğundan. Dərhal da idarəyə gedərək, həmin aktları tələb etmiş və mübahisələndirmişdir. Onun ünvanında kənar xətt olmayıb, nə aktlardan xəbəri olub, nə də imza etmişdir. Fotoşəkillər də həmin ünvana aid deyil. Məhkəmədə ekspertizanın keçirilməsinə də o, israrlı olmuşdur. Azəriqazın nümayəndələri isə məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməyib, 3 il ərzində hər ay bir akt yazılmasının absurdluğunu izah etməyiblər. Hansı ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.7-ci bəndinə əsasən, qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Nə aktlarda aparılan hesablamalar, nə də ünvanda olan qaz cihazları düzgün göstərilməmişdir. Belə ki, ünvanda yalnız PQ-4 mövcuddur. Azəriqaz vurulmuş zərəri hesablayan zaman qaz cihazlarının 24 saat/sutkada işləməsinə istinad edərək hesablama aparmış. Halbuki, heç bir qaz cihazı günün 24 saatı fasiləsiz işləyə bilməz. Bu mümkün deyil. İşə baxan məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir ki, hətta qaz xəttinə müdaxilə faktının olduğu halda belə bu yalnız bir akt üzrə hesabatın doğruluğu qənaətinə gəlməyə əsas verir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilk iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
23. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 27.1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 28.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
29. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.
30. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
31. 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın:
32. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
33. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
34. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
35. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
36. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
37. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
43. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
45. Belə ki, iş materiallarında olan müqavilədən və iddiaçı tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, iddiaçıya məxsus ünvana qazın verilişi ilə bağlı 07.2010-cu il tarixdən hesabat aparılmış, ünvanda xx.xx.2017-ci ildə qaz sayğacı quraşdırılmışdır.
46. Həmçinin müəyyən edilir ki, cavabdehlə iddiaçı arasında qazın verilişinə dair xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır və qeyd edilən müqavilədə cavabdehə məxsus ünvanda 1 ədəd PQ-4 tipli qaz cihazının olduğu göstərilmişdir.
47. Bundan sonra xx.xx.2020-ci ildə həmin ünvana qazın verilməsi ilə bağlı tərəflər arasında yeni müqavilə bağlanmış və bu dəfə cavabdehin istifadəsində 1 ədəd PQ-4, 1 ədəd QSQ və 1 ədəd dəmir soba olmaqla, ümumilikdə 3 ədəd qaz cihazının olduğu göstərilmişdir.
48. Cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə əlaqədar onun barəsində iddiaçı təşkilat tərəfindən 35 akt tərtib edilmişdir və həmin aktlar əsasında iddiaçıya hesablanmış borcun məbləği ümumilikdə 6005,70 manat təşkil edir.
49. Qeyd edilən aktlardan xx.xx.2016-cı il tarixli ******* saylı akt üzrə hesablanmış ziyanın məbləğinin tutulması hissəsində iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyindən kollegiya qiymətləndirməni yalnız təmin edilməyən aktlar üzrə hesablanmış borcların əsaslı olub olmamasına münasibətdə aparır.
50. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərtib edilmiş 35 akt üzrə ümumilikdə 6991,50 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, həmin aktlar üzrə hesablanmış borcun məbləğinin cəmi 6005,70 manat olması müəyyən edilir
51. Qalan 985,8 manat məbləğində borcun nədən ibarət olması, hansı əsasla və hansı müddət ərzində yaranması iş materialları ilə müəyyən edilmir.
52. Bu səbəbdən kollegiya iddia tələbinin həmin hissədə əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
53. Bununla yanaşı, kollegiya xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarıxlı, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarıxli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı digər aktlar üzrə hesablanmış və cavabdehdən tələb edilən borc məbləğləri ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.
54. Belə ki, birinci instansiya məhkəməsi həmin aktlar üzrə hesablanmış ziyan məbləğinin tutulmasından imtina edərkən bu aktların iddiaçının nümayəndələri tərəfindən abonentin iştirakı olmadan tərtib edilməsinə istinad etmişdir.
55. Kollegiya bu yanaşmanı doğru hesab etmir və qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ sonuncunun qaz xəttinə qoşulması nəticəsində vurulmuş ziyanın məbləğidir.
56. Bu cür ziyanın vurulması məsələsinin qiymətləndirilməsi isə yalnız iddiaçının nümayəndəsi tərəfindən aktın tərtib edilməsində abonentin iştirakının təmin edilməməsi əsasında aparıla bilməz. Bu zaman həmin aktlar sübut növlərindən biri kimi qiymətləndirilməklə, işdə olan digər sübutlarla (göstərilən müddət ərzində abonentin qazdan istifadəyə görə etdiyi ödənişlərin məbləği, istifadəsində olan qaz cihazlarının sayı və sərfiyyat imkanları, qidalandırıcı qaz xəttinə qanunsuz qoşulma izlərinin olub-olmaması və s.) əlaqəli şəkildə yoxlanılmalıdır.
57. Kollegiya qeyd edir ki, X3nı tənzimləyən normativ sənədin tələblərinə görə, qaz paylayıcısının nümayəndəsi X3nın pozuntusunu aşkar etdikdə, bu barədə akt tərtib etməklə, həmin pozuntunun baş verməsini rəsmiləşdirməlidir.
58. Bu cür aktların abonentin iştirakı ilə tərtib edilməsi, yaxud tərtib edildikdən sonra onların bir nüsxəsinin abonentə təqdim edilməsi qanunvericiliyin tələbi olsa da, kollegiya hesab edir ki, bu tələblərə riayət edilməməsi özü-özlüyündə abonentin həmin aktlarda təsvir edilmiş pozuntunun baş vermədiyi kimi qiymətləndirilə bilməz.
59. Beləliklə, iş materiallarında olan abonent saldolarından müəyyən edilir ki, cavabdehin barəsində aktların tərtib edildiyi müddətlərdə onun tərəfindən qazdan istifadəyə görə ümumiyyətlə ödənişlər edilməmişdir.
60. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə trasoloji ekspertizasının rəyi ilə cavabdehə məxsus ünvanda qaz xətti borusunuhn üzərində kənar predmetin təsirindən əmələ gəlməyə xarakterik qaynaq izinin olduğu müəyyən edilmişdir.
61. Cavabdeh qazdan istifadəyə görə ödənişlər etməməsini həmin ünvanda yaşamaması ilə izah etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir.
62. Əksinə, tərəflər arasında qazın alqı-satqısına dair 2017-ci ildə bağlanmış müqavilədə cavabdehin istifadəsində yalnız bir qaz cihazının olduğu göstərildiyi halda, 2020-ci ildə bağlanmış yeni müqavilədə artıq cavabdehin üç qaz cihazından istifadə etdiyinin göstərilməsi bu ünvanda yaşayışın olduğunu və qazdan istifadə edildiyini təsdiq edir.
63. Həmçinin qeyd edilməlidir ki, “X3”nın 3.2.10-cu bəndinə əsasən mənzildə 1 aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmaq istehlakçının vəzifəsidir.
64. Lakin cavabdeh ona məxsus evdə bir neçə il ərzində yaşayışın olmayacağı barədə qaz paylayıcısına məlumat verməmişdir.
65. Yuxarıda göstərilənlərdən bu qənaətə gəlmək olur ki, cavabdeh R.Zülfüqarovaya məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma halları baş vermişdir, ona görə də həmin qoşulma nəticəsində iddiaçı təşkilata dəymiş zərərin ödənilməsi təmin edilməlidir.
66. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır.
67. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehlə bağlanmış qazın verilməsinə dair müqavilədən müəyyən edilir ki, tərtib edilmiş aktların əhatə etdiyi müddəti əhatə edən dövrdə cavabdehin istifadəsində yalnız bir ədəd PQ-4 qaz cihazı olmuşdur.
68. Lakin tərtib edilmiş aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdehin vurduğu ziyan yalnız PQ-4 qaz cihazı üzrə deyil, həm də dəmir soba, QSSQ, QSQ kimi qaz cihazları üzrə aparılmışdır.
69. Lakin iddiaçı təşkilat aktların tərtib edildiyi müddətdə cavabdehin istifadəsində bu cür qaz cihazlarının olduğunu müəyyən etməyə imkan verən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
70. Kollegiya hesab edir ki, həmin müddətdə cavabdehin istifadəsində müqavilədə nəzərdə tutulmayan qaz cihazlarının olması həmin ünvana qaz paylayıcısının nümayəndələri tərəfindən baxış keçirilməklə, yaxud cavabdehin özünün etirafı ilə müəyyən edilə bilərdi. Lakin iş materiallarından belə bir baxışın keçirilməsi müəyyən edilmir, nə də cavabdeh onun istifadəsində əlavə qaz cihazlarının olduğunu bildirməmişdir.
71. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin qaz xəttinə qanunsuz qoşulması nəticəsində vurduğu ziyanın məbləği yalnız bir ədəd PQ-4 markalı qaz cihazı üzrə aparılmalıdır. İddiaçı tərəfindən aparılmış hesabatda bir ədəd PQ-4 markalı qaz cihazına görə hesablanmış ziyanın məbləği aşağıdakı kimi müəyyən edilmişdir:
72. 25.10.2016-cı il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 21 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 21 gün) 101 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 10,10 manat;
73. xx.xx.2016-cı il tarixli aktda PQ-4 qaz cihazına görə hesabat aparılmamışdır.
74. xx.xx.2016-cı il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 15 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 15 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 14,4 manat;
75. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 36 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 36 gün) 259,2 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 25,92 manat;
76. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 26 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 26 gün) 432 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 43,2 manat;
77. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 9 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 9 gün) 32 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 3,20 manat;
78. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 80 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 80 gün) 576 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 57,60 manat;
79. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 32 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 32 gün) 154 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 15,40 manat;
80. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 139 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 139 gün) 667 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 66,70 manat;
81. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 18 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 18 gün) 86 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 8,60 manat;
82. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə yay ayları üçün 4 saat, qazdan qanunsuz istifadə 11 gün, qış ayları üçün 6 saat qazdan qanunsuz istifadə 79 gün olması nəzərə alınmaqla(1,2m3 x 4 saat x 11 gün) 53 m3, (1,2m3 x 6 saat x 79 gün) 569 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 5,30 manat və 56,90 manat;
83. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 28 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 28 gün) 202 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 20,20 manat;
84. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 40 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 40 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,80 manat;
85. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 28 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 28 gün) 202 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 20,20 manat;
86. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 28 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 28 gün) 202 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 20,20 manat;
87. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
88. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
89. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
90. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
91. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
92. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
93. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
94. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
95. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
96. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
97. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
98. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 30 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 14,40 manat;
99. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 30 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 14,40 manat;
100. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 30 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 14,40 manat;
101. 31.08.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 30 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 14,40 manat;
102. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 30 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 14,40 manat;
103. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 30 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 14,40 manat;
104. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
105. xx.xx.2019-cu il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 144 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,60 manat;
106. Qeyd edilən qaydada aparılmış hesablama ilə apellyasiya baxışının predmeti olan hissədə cavabdehin qazdan qanunsuz istifadə etməsi nəticəsində vurmuş olduğu ziyanın məbləği ümumilikdə 739,70 manat müəyyən edilir.
107. Beləliklə, müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.
108. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, ilk iddia üzrə cavabdehin qazdan qanunsuz istifadə etməsi ilə bağlı dəymiş ziyana görə ondan ilk iddiaçının xeyrinə 739,70 manat pul tutulmalı, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdir.
109. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə İddiaçı İB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1245/2022 saylı qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh qazdan qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzi olaraq ilkin İddiaçı İB QSC-nin xeyrinə 739,70 manat (yeddi yüz otuz doqquz manat yetmiş qəpik) məbləğində pul tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı İB-yə ödənilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.