Məhkəmə qərarları › İş №2(103)-12245/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12245/2019

01.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12245/2019 01.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Əhmədov Rövşən Bəkir oğlu, Cavabdehin vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/19 saylı, 18iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Bakı şəhəri 51 nömrəli Notariat Kontoruna və Cavabdeh2 qarşı “borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsixxxxxməhkəməyə müraciət edərək, xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/19 saylı, 18iyul 2019-cu il tarixli qətnaməsixxxxxiddia rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayətivermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli borc etirafına dair müqavilə üzrə tərəf X4 adlı şəxsi, ümumiyyətlə, tanımır, onunla heç bir işgüzar və sair münasibəti olmayıb. Dövlət Sərhəd Xidmətindən alınmış müvafiq sorğuya cavabdan da məlum olur ki, Cavabdeh2 Azərbaycanda cəmi bir gün olmuşdur. Buradan da məlum olur ki, birinci instansiya məhkəməsi onun ölkə ərazisində cəmi bir gün olan şəxslə 145.780 ABŞ dolları məbləğində hüquq münasibətində olmağı barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, əvvəllər onun Türkiyə Respublikasında fəaliyyət göstərən “X3 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxxişgüzar münasibətləri olmuşdur. “X3 Dış. Tic. A.Ş.”xxxxx“Elvin-G MMC” arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış, həmin müqavilə əsasında o, göndərilən mallarıoyuncaqları qeyd edilən firmadan alaraq, Azərbaycanda satışını təşkil etmişdir. Həmin vaxt o, şirkətdə Avni bəy və Qadir bəy adlı şəxsləri tanımışdır, o, Cavabdeh2, ümumiyyətlə, tanımır. Bir müddət sonra şirkətdən Avni bəy ona zəng edərək malların verilməsi üçün bir nəfərin gələcəyini, onunla formal bir sənədi imzalamalı olduğunu qeyd etmiş, o da onlara inanaraq razılaşmışdır. Bundan sonra həmin şəxs bir günlük Azərbaycana gəlmiş və onlar xx.xx.2014-cü ildə borcun etirafına dair hazırkı müqaviləni bağlamışlar. İddiaçı həmin müqavilənin “X3 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxxolan işgüzar münasibətinə görə görünüş üçün bağlanıb, həmin müqavilənin heç bir əhəmiyyəti yoxdur, nə müqavilə bağlananda, nə də ondan əvvəl onun Cavabdeh2 adlı şəxslə heç bir əlaqəsi, danışığı olmamışdır. Sonradan həmin şirkət fəaliyyətini dayandırmış, məlum olmuşdur ki, “FETÖ”xxxxxonların əlaqəsi olub, şirkət rəhbərləri isə Amerikaya qaçmış, Cavabdeh2 də axtarışda olduğunu, onun da Kaliforniya ştatına qaçdığını eşitmişdir. Bu səbəbdən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili R.Əhmədov apellyasiya şikayətini müdafiə edərək, iddiaçının izahatına uyğuna izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, hazırkı əqd uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd əhəmiyyətsizdir. Nümayəndə iddiaçının “X3 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxxolan işgüzar münasibətini təsdiq edən xx.xx.2013-cü il tarixli müqaviləni, “Elvin-G MMC”-nin malların götürülməsini iddiaçıya həvalə etməsi barədə xx.xx.2013-cü il tarixli etibarnaməni, faktura sənədlərini kollegiyaya təqdim etmiş və bildirmişdir ki, belə bir borc münasibəti olmadığından, ortada borc müqaviləsi də heç bir vaxt mövcud olmamışdır. Çünki, borc müqaviləsinin bağlanması zamanı müqavilə predmetini təşkil edən borc məbləğinin ortada real olması vacibdir, hazırkı müqavilə isə həmin şirkətin gələcəkdə göndərəcəyi malların təminatı kimi bağlanmışdır. Eyni zamanda, qeyd etdi ki, cavabdehin vəkilinin kiminlə müqavilə bağladığı da məlum deyil, belə ki, Cavabdeh2 Amerikaya qaçdığı məlumdur. Nümayəndə Cavabdeh2 tərəfindən vəkilə verilən etibarnamənin də nə cür verilməsinin naməlum olduğunu bildirdi. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili S.Məmmədəliyeva apellyasiya şikayətixxxxxrazılaşmayaraq qeyd etdi ki, tərəflərin arasında borcun etirafına dair notarial qaydada təsdiq edilmiş müqavilə vardır, bu səbəbdən apellyasiya şikayətinin əsassız olduğunu, eyni zamanda, tərəflər arasında işgüzar münasibətlərin olmasına dair hazırkı müqavilədən başqa sübutun olmadığını bildirmişdir. Apelyasiya şikayətixxxxxbağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 51 nömrəli Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Borcun etirafına dair xx xxx 2014-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 145.780 ABŞ dollar məbləğində pulu İddiaçı borc vermiş, İddiaçı göstərilən məbləği xx.xx.2016-cı il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh1 xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş, müqaviləni tərəflər notariusun yanında şəxsən imzalamışlar, tərəflərin şəxsiyyəti müəyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 14238 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 3M-472 nömrəli notariat işinin 3-cü vərəqəsində Cavabdeh2 adından İddiaçı İntiqam oğlunun adına bağlanmış olan xx xxx 2014-cü il tarixli 3M-472 reyestr nömrəli borcun etirafı müqaviləsində” İddiaçı İntiqam oğlu” qrafasında “Məmmədov ” yazısı və həmin yazının qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, Türkiyə vətəndaşı Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti xx.xx.2014-cü il tarixdəçıxış istiqamətində olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə icraat hazırkı işlə əlaqədar olaraq dayandırılmışdır. İddiaçı tərəfindən Kollegiyaya təqdim olunmuş “Elvin-G MMC” (alıcı)xxxxx“X3 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti (satıcı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən məlum olur ki, satıcı müəyyən malı göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür, müqavilənin məbləği dollar olaraq müəyyən edilmiş, tərəflər arasında baş verə biləcək mübahisələr Azərbaycan Respublikasının Qanunlarına əsasən həll ediləcəkdir. “Elvin-G MMC” Bakı Baş Gömrük İdarəsinin rəisi V.Novruzova ünvanladığı xx.xx.2013-cü il tarixli etibarnamədə onların ünvanına daxil olan bütün yüklərin, sənədlərin götürülməsini, sənədləşdirilməsini, boşaldılmasını İddiaçı etibar etmişdir. Yük Sığortası haqqında xx.xx.2013-cü il tarixli şəhadətnamədən məlum olur ki, “Elvin-G MMC”-yə məxsus 3076,03 manat sığorta məbləği sığortalanmışdır. Yük Sığortası haqqında xx.xx.2013-cü il tarixli şəhadətnamədən məlum olur ki, “Elvin-G MMC”-yə məxsus 4693,31 manat sığorta məbləği sığortalanmışdır. İddiaçının Məhkəməyə təqdim etdiyi bir sıra digər sənədlərdə (xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli və sair) “X3 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti (göndərən) tərəfindən “Elvin-G MMC”-yə (alıcı) göndərilmiş malların invoysu (invoice) qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısıxxxxxmübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia təmin edilməlidir. Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığıxxxxxmüəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yoluxxxxxbağlanmalıdır. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yoluxxxxxhəyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığıxxxxxbağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Həmin Məcəllənin 340.1-ci maddəsində uydurma əqdin anlayışı verilmişdir. Qanunun tələbinə görə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd uydurma əqdir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin etibarsız, xüsusən də uydurma əqd olması kifayət qədər güclü və bir-birixxxxxuzlaşan sübutlarla təsdiq olunmalıdır. Hazırkı halda iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin görününüş üçün bağlanmış uydurma əqd olduğunu iddia edir. Prosessual qanunu tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə iclasında iddiaçı “X3 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxxişgüzar münasibətləri olduğunu, Cavabdeh2 adlı şəxsi tanımadığını, hazırkı müqaviləni məhz həmin şirkətin istəyi nəticəsində bağlandığını qeyd etmiş, bununla bağlı həmin şirkətlə aralarında olan işgüzar münasibətləri təsdiq edən sənədləri Kollegiyaya təqdim etmişdir. Biri-birini tanımayan və heç vaxt hər hansı münasibəti və ünsiyyəti olmayan şəxslərin (bir an içində) bağladığı hazırkı müqavilənin onların həqiqi niyyətinə uyğun olması da ağlabatan və inandırıcı görünmür. Mülki iş materialında olan Dövlət Sərhəd xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan Türkiyə vətəndaşı Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən hərəkətinin xx.xx.2014-cü il tarixdəçıxış istiqamətində olması iddiaçının həmin dəlilini təsdiq edir. Cavabdehin vəkili iddiaya qarşı etirazında yalnız müqavilənin notariat qaydasında bağlanmasına və tərəfin müqaviləni hər hansı təsir və təzyiq olmadan şəxsən imzalanması halına istinad etmiş, tərəflərin arasında olan işgüzar münasibətlərə dair heç bir sübutu olmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hər iki hal mübahisəsizdir, lakin bu halların mövcudluğu həmin əqdin uydurma əqd olmasını istisna etmir. Belə ki, hər hansı əqdin uydurma (elə yalan) əqd olması qətiyyən onun forma və məzmunuyla bağlı deyildir. Əqdə iştirak edən tərəfin müqaviləni şəxsən, həm də könüllü olaraq imzalaması, eləcə də həmin müqavilənin lap elə notariat qaydasında təsdiqlənməsi belə, hələ həmin əqdin etibarlı olması üçün yetərli deyildir. Əqdin etibarlı olması üçün həm də və mütləq qaydada tərəflərin onun nəticələrinə yönələn həqiqi iradəsinin mövcud olması vacibdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənasıxxxxxmüqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5-ci maddə). Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Diqqət yetirmək lazımdır ki, müqavilə şərtlərinin və əqdə tərəfin iradə ifadəsinin təfsirinin zəruriliyini nəzərdə tutan həmin normaların tələbləri imperativdir. Qeyd olunanlara əsasən, demək ki, tərəflər arasında bağlanmış həmin müqavilə görünüş üçün bağlanmış uydurma (puç) əqddir. Məhkəmə kollegiyası hazırkı işin obyektiv, tam və hərtərəfli həlli naminə tərəflərin şəxsən iştirakının zəruriliyixxxxxbağlı qərar qəbul etmiş, növbəti məhkəmə iclasında İddiaçı şəxsən iştirak etmiş, işin hallarıxxxxxbağlı müfəssəl izahat vermiş, lakin cavabdehin vəkili nəinki cavabdehin şəxsən iştirakını təmin etməmiş, hətta özü belə təyin olunmuş məhkəmə iclasına gəlməmiş- yayınmışdır. Eyni zamanda, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini rədd edərkən iddia müddətinin ötürülməsinə əsaslanmışdır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. İddia müddətinin tətbiqiylə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanun əhəmiyyətsiz əqdlərlə bağlı nəzərdə tutulan bir illik müddətin axımını onun icrasına başlandığı günlə əlaqələndirmişdir (MM maddə 354.1). Başqa sözlə, iddiaçı əhəmiyyətsiz əqdlə bağlı iddianı, onun icrasına başlandığı gündən hesablanmaqla bir il ərzində irəli sürə bilər. Həm də bu müddət kəsici müddətdir, yəni qarşı tərəfin bununla bağlı ərizə verməsi tələb olunmur. Məhkəmə kolllegiyası qeyd edir ki, hazırkı halda yuxarıda qeyd edilən maddədə müəyyən edilən müddət buraxılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatlarıxxxxxmüəyyən edilir (maddə 76.2). Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də prosessual hüquq nomaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsixxxxxbağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/19 saylı, 18iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. İddiaçıxxxxxvə Cavabdeh2 arasında Bakı şəhəri 51 nömrəli Notariat Kontorunda xx xxx 2014-cü il tarixdə bağlanmış borcun etirafı müqaviləsi etibarsız hesab edilsin. Apellyasiya şikayətinin verilməsixxxxxbağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsixxxxxAzərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əslixxxxxdüzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar