Məhkəmə qərarları › İş №2(103)-1227/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1227/2020

27.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1227/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxx” MTK-nın nümayəndəsi və vəkili X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “xxxxxxxxxxx” QSC X9 Təşkilatının nümayəndəsi X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X6 iştirakları ilə İddiaçı1 və İddiaçı2 “xxxxxx” MTK-ya qarşı “pay haqqlarının naturada ayrılması və kooperativin protokolunun etibarsız sayılması” barədə ilkin, “xxxxxx” MTK-nın İddiaçı1 və İddiaçı2 qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən “xxxxxx” MTK-nın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ciil tarixli qətnaməsi ilə ilkin iddia tələbləri qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 “xxxxxx” MTK-nın üzvlüyündən çıxarılmaqla onlara mövcud olan bütün sənədləri ilə birlikdə MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində inşa etdiyi binada yerləşən 2 ədəd 3 otaqlı (242 kv.m), 4 ədəd 2 otaqlı (356 kv.m), 5 ədəd 1 otaqlı (305 kv.m) yaşayış sahələri, 50 ədəd (2475 kv.m) qaraj sahəsi və 3381 kv.m qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin MTK-ya həvalə edilməsi, qətnamə icra edilən vaxtda qeyd edilən əmlaklar mövcud olmadığı halda həmin əmlakların dəyərinin MTK-dan onların xeyrinə tutulması, ilin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. “xxxxxx” MTK-nın nümayəndəsinin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli Qərarı ilə “xxxxxx” MTK-nın və “xxxxxxxxxxx” QSC-nin həmin qətnamədən verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxıldığı zaman İddiaçı2 həm özünün, həm də həyat yoldaşı olan digər ilkin İddiaçı1 adından, “xxxxxx” MTK-nın nümayəndəsi (vəkili) isə təmsil etdiyi hüquqi şəxsin adından ərizələr təqdim edərək iddia tələblərindən imtina etdiklərini, mübahisəni barışıqla bitirdikləri üçün işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələblərindən imtinalar qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin iddialarından imtinaları qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 “xxxxxx” MTK-ya qarşı “pay haqqlarının naturada ayrılması və kooperativin protokolunun etibarsız sayılması” barədə ilkin, “xxxxxx” MTK-nın İddiaçı1 və İddiaçı2 qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə, bütün tərəflərin öz iddialarından imtinaları qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-97/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar