Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1227/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1910/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək 9586,69 ABŞ dolları əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Ağentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-SHA-18 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Şamaxı filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2011-ci il tarixli, 1546 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 19800(on doqquz min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2011- ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı minik avtomobili (buraxlış ili 2008-ci il, Ban - YV1MK**********56, rəngi- gümüşü metal) xx.xx.2011-ci il tarixdə, 1546 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2008-ci il tarixli, AA N seriyalı, 078433 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli, 2(103)-9242/2018 saylı Bakı Apellyasıya Məhkəməsinin Qətnaməsində “xxxx”-nın xx.xx.2015-ci il tarixli Maliyyə arayışına əsaslanaraq iddiaçı “xxxx”-nın xeyrinə kredit müqaviləsi başa çatanadək 18477 (on səkkiz min dörd yüz yetmiş yeddi ABŞ dolları) ABŞ dolları əsas borcdan, 4463,32 (dörd min dörd yüz altmış üç ABŞ dolları, 32 sent)ABŞ dolları isə faiz borcu, 50 (əlli ABŞ dolları) ABŞ dolları dəbbə pulu olmaqla cəmi 22990,32 (iyirmi iki min doqquz yüz doxsan ABŞ dolları,32 sent) ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1910/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı «borc» barədə iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1910/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, həmçinin kasasiya instansiya məhkəməsinin rəsi göstərişlərini nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən baxılan iş üzrə əhəmiyyətli prosessual pozuntuya yol verildiyindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalı və qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh müqavilə üzrə 9586,69 ABŞ dolları əldən çıxmış fayda borcu vardır. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, xx.xx.2017-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmişdir. İddiaçı QSC ilə Agentlik arasında xx.xx.2016-cı il tarixdə “Xidmət müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, Agentlik İddiaçı QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər. Xidmət müqaviləsinin 2.1.4-cü bəndinə əsasən, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlər verilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə, problemli aktivlərlə bağlı müqavilədə qeyd olunan xidmətlərin icrası məqsədilə İddiaçı QSC tərəfindən Agentliyin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Nəzərə alınmalıdır ki, MPM-ə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırkı iş üzrə Agentliyin təsisçisi İddiaçı QSC BOKT-dur və Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən İddiaçı QSC BOKT-a keçmiş aktivlərin idarə olunmasına iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə İddiaçı QSC BOKT-un nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında İddiaçı QSC BOKT ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. MPM-ə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi İddiaçı QSC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə malik olmayan Agentliyin adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1910/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1910/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1227/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1227/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver