Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1233/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e- 2(008)-641/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh barəsində 30 noyabr 2021-ci il tarixdə vermiş olduğu ərizə əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də aparılmış təhqiqat araşdırması zamanı toplanmış materiallarda olan: İddiaçı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, 2019-cu ilə kimi müxtəlif vaxtlarda və yerlərdə İsmixan ondan hissə-hissə 111.000 manat və 30.000 ABŞ dolları borc almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Elxanın ona 250.000 ABŞ dollar borcu olmuş və dəfələrlə ondan pulunu qaytarmasını tələb etmişdir. O, Elxanla şərik olarkən ondan hissə-hissə 37.500 manat pul almışdır. Təhqiqat araşdırması zamanı təkrar izahatı alınmış Cavabdeh 10 dekabr 2021-ci il tarixli izahatında əvvəlki izahatını qismən təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar öz aralarında hesabat aparıb razılaşmışlar, hal-hazırda onun Elxana 111.000 manat və 30.000 ABŞ dolları borcu vardır. Lakin hal-hazırda maddi imkanı olmadığından Elxana olan borcunu hissə-hissə ödəyəcəkdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı barəsində vermiş olduğu 21 dekabr 2021-ci il tarixli ərizə əsasında ünvan 3i RPİ-nin 24-cü PŞ-də aparılmış təhqiqat araşdırması zamanı toplanmış materiallarda olan: - Cavabdeh izahatından görünür ki, Elxana mal alması üçün 250.000 ABŞ dolları məbləğində pul vermiş, pulu verərkən heç bir rəsmiləşdirmə olmamışdır. - İddiaçı izahatından görünür ki, İsmixan ona 250.000 ABŞ dolları pul verməmişdir, ona şər, böhtan atır. - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ona olan 111.000 manat və 30.000 ABŞ dollarını 10 gün ərzində qaytarmayacağı təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh xəbərdar etmişdir. Hazırda tərəflər qarşılıqlı olaraq bir-birlərindən pul tələb edirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları pul vəsaitinin ödəniş gününə manat məzənnəsi ilə, həmçinin hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin, ödənilmiş 452.32 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh 1998-ci ildən 2004-cü ilədək birlikdə “8-ci kilometr bazarı”nda santexnik avadanlıqlarının satışı ilə məşğul olmuşlar. Belə ki, cavabdeh icarəyə mağaza götürmüş, mağazanın işlədilməsi, malmaterialların alınması üçün sərmayə isə onun tərəfindən həyata keçirilmişdir. 2004-cü ildə cavabdeh ondan 15.000 manat alaraq şəriklikdən çıxmış, lakin bazarda əvvəldən özünə aid olmuş başqa obyekti işlətməyə davam etmişdir. Artıq ayrılıqda işləmələrinə baxmayaraq, 2019-cu ilin sonlarına kimi müxtəlif vaxtlarda cavabdeh ondan müxtəlif məbləğdə borc alıb hissə-hissə qaytarmış, lakin sonda cavabdehin ona ümumilikdə 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları borcu qalmışdır. Onun tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun qaytarılması cavabdeh tərəfindən təmin edilməmiş, borcun tələb edilməsini görən cavabdeh məsuliyyətdən yayınmaq üçün ona qarşı ayrı-ayrı instansiyalara böhtan xarakterli şikayətlər etmiş, faktlar öz təsdiqini tapmadıqda bununla bağlı o, cavabdehə iradını bildirdikdə, cavabdeh onun yaşadığı ünvana tanımadığı şəxsləri göndərərək, həmçinin zənglər etdirib, ona və ailə üzvlərinə hədə-qorxu gəlmişlər. Bundan sonra o, cavabdehin qanunsuz hərəkətləri barədə, həmçinin borcunun qaytarılması tələbi ilə hüquq-mühafizə orqanlarına, o cümlədən Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, həmin şikayət ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində (təhqiqatçı Müşfiq Cəbrayılov) araşdırma aparılmışdır. Həmin araşdırma materialı üzrə təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin araşdırma zamanı Cavabdeh xx.xx.2021-ci il tarixli izahat verərək, ona 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları məbləğində pul borcu olduğunu etiraf etmiş, lakin hal-hazırda maddi imkanı olmadığından həmin borcu hissə-hissə ödəmək barədə öhdəlik götürmüşdür. Belə ki, həmin izahatda, həmçinin həmin izahata istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda Cavabdeh həmin material üzrə izahatında göstərmişdir ki, “Bildirirəm ki, İddiaçı ilə aramızda olan pul mübahisəsi ilə əlaqədar öz aramızda hesabat aparıb razılaşmışıq ki, hal-hazırda mənim Elxana 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları borcum vardır. Lakin hal-hazırda maddi imkanım olmadığından Elxana olan borcumu hissə-hissə ödəyəcəyəm”. Lakin bundan sonra da dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, hətta borcun cavabdehin istədiyi kimi, yəni heç olmasa hissə-hissə qaytarılması cavabdeh tərəfindən təmin edilməmişdir. Hesab edir ki, həmin vəsait, yəni 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları məbləğində pul borcu cavabdehdən alınıb ona ödənilməlidir. Nəhayət, borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq (bildiriş) məktubu ilə rəsmi qaydada cavabdehin həm rəsmi qeydiyyatda olduğu ünvana (ünvan 1iyi faktiki ünvana (ünvan 3i rayonu C.Naxçıvanski küçəsi ev 94 mənzil 26) sifarişlixəbərnaməli məktublar göndərilmiş, həmin məktubla borcun qaytarılmayacağı təqdirdə, onun tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət ediləcəyi cavabdehə bildirilmişdir. Lakin həmin məktublar rəsmi dövlət poçtu ilə hər iki ünvana çatdırılmasına baxmayaraq, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanda “köçüb”, “bu ünvanda yaşamır”, özünün izahatında göstərdiyi faktiki ünvanda isə “yoxdu”, “qapını açmır” qeydləri ilə, poçtalyon çatdırılmamanın səbəbini göstərmişdir. Hesab edir ki, bu hallar da cavabdehi xarakterizə edən faktlardır. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun tərəfindən hüquqlarını müdafiə etmək üçün vəkillə hüquqi yardım haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən vəkil bürosuna 320 manat vəsait ödənilmişdir. Hesab edir ki, həmin vəsait də cavabdehdən alınıb ona ödənilməlidir. Bundan başqa, iddianın qaldırılması üçün cəmi 452.32 manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, iddia təmin edilərsə, həmin vəsait də cavabdehdən tutulmalıdır. Beləliklə, hesab edir ki, cavabdehdən borca görə 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları pul vəsaitinin ödəniş gününə manat məzənnəsi ilə, həmçinin hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin, ödənilmiş 452.32 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmalıdır. Bununla yanaşı Cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə, hüquqi yardım göstərilməsi üçün sərf olunan 200 manatın, 678 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tam yalan olmaqla, saxta sənədlər əsasında qaldırılmışdır. Belə ki, o, 1992-ci ildən başlayaraq ünvan 3i rayonu ərazisində yerləşən 8-ci km bazarında santexnika mallarının satışı ilə məşğul olmuşdur. 1998-ci ildə ona məxsus mağazada işləyən Mahmud Əsgərov (artıq rəhmətə gedib) bir nəfərlə yanına gələrək onun işə götürülməsini xahiş etdi. O da fikirləşəcəyini bildirdi. Mahmud Əsgərovun bir neçə gün gəlib-getməsini nəzərə alaraq xahişinə əsasən həmin şəxsi, yəni İddiaçı Mahmud Əsgərovun işlədiyi mağazaya satıcı işinə götürdü. Həmin müddətdə mağazada Rafiq adlı şəxs də işləyirdi. Bir müddət işlədikdən sonra İddiaçı ona bildirdi ki, Qazaxıstanda yaşadığı müddətdə Çin Respublikasında, İranda, Rusiya Federasiyasında Türkiyə Respublikasında, Dubayda olmuş, həmin ölkələrdən Qazaxıstana mal vurmuşdur. Söhbətlərdən sonra qərara gəldi ki, İddiaçı həmin ölkələrə göndərərək mallar gətirilməsini təmin etsinlər və ortaq fəaliyyət göstərsinlər. Bu məqsədlə də Elxan da bildirdi ki, “pulun varsa sən bir dəfə özün get, nə gətirirsən gətir, görüm iş yaxşı alınırsa mən də pul qoyum şərikli fəaliyyət göstərək”. O da 10-15 min manat düzəltmək imkanının olmasını bildirdi. Həmin müddətdə, yəni 1998-ci ildə o, Dubaya getdi, mal vurub gətirdi və gördü ki, həmin mallardan xeyir əldə olunur. Buna görə də 1999-cu ildə o, Elxanı gətirdiyi malların qazancına ortaq etdi və ayrı-ayrı vaxtlarda təxminən 150.000 manat olmaqla pul verib mal gətirmək üçün göndərdi. O da malları gətirirdi və qazancı da yarıbayarı bölürdülər. Həmçinin bildirir ki, qardaşı Təvəkkül Məmmədov "xxxx" firmasından 34 kv.m olan mağazanı icarəyə götürərək orada santexnika satışı ilə məşğul olurdu. Həmin ərəfədə, daha doğrusu 2000-ci ildə mağaza satışa çıxarıldı, qardaşının imkanı olmadığından həmin mağazanı ala bilmədi, buna görə də ona məsləhət bildi ki, o gəlib onun 80 kv.m olan mağazasında işləsin, o, həmin mağazanı "xxxx" firmasından alsın. O da razılaşdığından, 20 min manatı Bəxtiyar adlı şəxsə ödəyərək həmin mağazanı aldı, lakin sənədləşmə aparılmadı. Ona görə sənədləşmə aparılmadı ki, həmin firmanın çoxlu mağazaları var idi, onların hamısı özəlləşməli, bundan sonra satılmalı idi. Onlar da özəlləşməni edə bilmədiklərindən sənəd verilmədi, lakin bir-birlərini tanıdıqlarından, inamları olduğundan razılaşmışlar. Mağazanı aldıqdan sonra o, Elxanla razılığa gəldi ki, fəaliyyətlərini həmin mağazada həyata keçirsinlər. İşçi olaraq isə Elxanın qardaşları Elşən və Zahid Əsgərov qardaşlarını işə götürdü. Bir müddətdən, yəni təxminən bir ildən sonra Elxan Vahid və Musa Əsgərov qardaşlarını da ora işə gətirdi, o da bununla razılaşdı. Həmin ərəfədə onlar fəaliyyətlərini bir qədər genişləndirərək hava limanı yaxınlığında olan Sədərək bazarından, Dərnəgüldən, 3-cü mikrorayon bazarından yerlər götürərək fəaliyyət göstərməyə başlamışlar. Həmçinin, artıq mal çox gətirdiklərinə görə topdan satışa keçmişdilər, əlavə anbarlar da icarəyə götürmüşdülər. Səhv etmirsə 2001-ci və ya 2002-ci illərdə bir gün Elxan ona bildirdi ki, “gətirilən malların pulunu sən ödəyirsən, biz ortağıqsa mən də pul qoymalıyam”. Bu məqsədlə də o, həmin ərəfədə 15.000 (on beş min) manat ona verdi və o da qoyduğu pulun bir hissəsi olmaqla bunu qəbul etdi. Onlar fəaliyyət göstərdikləri müddətdə hissə-hissə olmaqla malın gətirilməsi məqsədilə verdiyi 150.000 manatı götürdü. Təxminən 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlinə kimi ona verdiyi 15.000 manat da daxil olmaqla, ödədiyi 150.000 manatı tam olaraq aldı. Fəaliyyət göstərdikləri müddətdə 2006-cı ilin dekabr ayında Elxan ona bildirdi ki, yaxşı mal var, qazancı çoxdur, pul düzəldə bilərsə həmin malı gətirsinlər. Həmin mallar kabel üzlüyü və santexnika malları idi. Həmin malların gətirilməsi üçün 250.000 (iki yüz əlli min) ABŞ dolları istədi. O da bildirdi ki, hamısını birdən verə bilməz, hissə-hissə ödəyəcək. Həmin malın onların əvvəlki fəaliyyətinə heç bir aidiyyəti yox idi, ayrıca gətiriləcəkdi, onun ödədiyi pul qaytarılacaqdı, qazanc isə yenə də aralarında bərabər olaraq bölünəcəkdi. Təxminən 2-3 ay müddətində həmin pulu düzəldərək Elxana verdi. Belə ki, bu məqsədlə tanışı və dostu olan Şahid2 adlı şəxsdən iki dəfəyə olmaqla 70 min və 50 min ABŞ dolları alaraq, cəmi 120.000 ABŞ dolları iki dəfəyə Əlinin yanında Elxana verdi. Bundan başqa ayrı-ayrı vaxtlarda 80.000 ABŞ dolları və 50.000 ABŞ dollarını düzəldərək yenə də Elxana ödədi. Hər pul əldə olunduqca Elxan gedib mal vurub gətirirdi. Beləliklə də o, Elxana 250.000 ABŞ dolları verdi və şərti də ondan ibarət oldu ki, həmin pul bir il müddətində qaytarılacaqdır, gətirilən malların qazancı isə yenə də aralarında bərabər olaraq bölünəcəkdir. Daha doğrusu qazanc müəyyənləşəcək, həmin pula toxunulmayacaq və sonrakı fəaliyyətlərində istifadə olunacaqdır. Elxan malları gətirirdi, satılırdı, lakin pula toxunulmurdu. Ona görə toxunulmurdu ki, malın çox hissəsi nisyədə olurdu. Bu minvalla əlavə mağazalar açdılar, işlətdilər və gəlib 2009-cu ilə çıxdılar. Borc aldığı pulları mallar nisyədə olduğundan, əlavə mal gətirilməli olduqlarından götürə bilmirdi, lakin özünün Elxana aidiyyəti olmayan digər mağazalarından əldə etdiyi gəlirlərlə borclarını qaytardı. 2009-cu ildə o, Elxana bildirdi ki, 250.000 ABŞ dollarını o götürməlidir, ehtiyacı vardır. O da bildirdi ki, dostu Cəlil adlı şəxslə Gürcüstanda plastik zavod açmışdır, zavodun 40 faizi Cəlilin, 60 faizi isə onundur, həmin 60 faizi 6 yerə böləcəklər, yəni qardaşlarını da ora şərik edirdi. Bildirdi ki, qoy zavodun işini tamamlasınlar pulu götürər. O da razılaşdı, lakin aralarında heç bir sənədləşmə həyata keçirilmədi. 2013-cü ilin sonu, 2014-cü ilin əvvəllərində o, Elxanı dəvət etdi və bildirdi ki, pul qaytarılmalıdır, bununla bağlı olaraq aralarında mübahisə də oldu. O da bildirdi ki, Masazır qəsəbəsində dostu ilə bina tikintisinə başlamışdır, ordan da 40 faiz dostunun, 60 faizi isə onlarındır, 6 yerə bölünəcək, narahat olmasın, yaxın vaxtlarda pulu qaytaracaq. 2015-ci ildə onların mübahisəsi daha da şişdi və ona bildirdi ki, “gedək çörək yeyək”. O, Elxanın maşınına əyləşərək Qaradağ rayonuna getdilər. Orada bir həyət evinə getdilər. Həyətdə radiator vintillərinin istehsalı qurulmuşdu, X28 adlı (pasport: U12129613 nömrəli) bir türk vətəndaşı həmin sistemi qurmuşdu, işlədirdi. Orada türkü də çağırdı və onun yanında bildirdi ki, qardaşlarına da deyəcək bu sexin də qazancı 6 nəfər arasında bölünəcək, “sən məni sıxışdırma, mən binanı, vintil istehsalını tamamlayım pulu qaytarım, bunlardan olan qazancı da götürərik, istəməsən isə səninlə razılığa gələrək şərikliyi tamamlayarıq”. O da bildirdi ki, 250.000 ABŞ dollarını qaytar. Həmin müddətdə artıq Gürcüstanda olan işlərini yekunlaşdırmışdı. Bu minvalla 2018-ci ildə onun pula ehtiyacı olduğundan Elxana zəng etdi, o, gətirib ona 22.000 manat pul verdi və bildirdi ki, hesablaşarlar. 2021-ci ildə də yenə də onun tələbi əsasında ayrı-ayrı vaxtlarda 3 dəfə olmaqla, hər dəfəsində 5000 manat, bir dəfə isə 5500 manat olmaqla, cəmi 15.500 manat pul verdi. Yəni, ona cəmi 37.500 manat ödədi. Bundan sonrakı müddətdə dəfələrlə o, Elxana və qardaşlarına bildirmişdir ki, onun pulunu qaytarsınlar, mağazanı isə boşaltsınlar. Lakin heç bir hərəkət etməyiblər. Həmçinin bildirir ki, o, mağazanın boşaldılmasını tələb etdikdə onlar bildirdilər ki, mağazanı onlar almışlar və sənəd də onların adınadır. Bildirir ki, o, qardaşından həmin mağazanı götürdükdən sonra "xxxx" firmasından həmin mağazanı o almışdı, lakin sənəd verilməmişdi. Firmada isə onun razılığı əsasında həmin mağaza Elxanın qardaşı Elşənin adına getmişdi. Ona görə öz adına deyildi ki, onun adına başqa çoxlu sahələr var idi. Onlarla da yaxın münasibətdə olduğundan etibar edərək Elşənin adına olmasına razılıq vermişdi. 2021-ci ilin ortalarınadək onların arasında çox ciddi mübahisələr oldu. Onların mübahisəsinə Elxanın qardaşları da qoşulurdu. Qardaşları bildirirdilər ki, mağazanın, digər obyektlərin Elxana aidiyyəti yoxdur, bunlar onlarındır, get Elxanla mübahisəni həll et. Artıq o gördü ki, pulu ala bilmir, 2021-ci ilin 9-10-cu ayında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət etdi, heç bir nəticəsi olmadı. Bundan başqa, ölkə rəhbərinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Korrupsiya İdarəsinə, Baş Polis İdarəsinə, 24-cü Polis Bölməsinə şikayətlər etdi. Onlardan ancaq 24-cü Polis Bölməsi çağırdı, gedib izahatını verdi. Sonra onu 35-ci Polis Bölməsinə çağırdılar. Ora getdikdə məlum oldu ki, İddiaçı ondan şikayət edib. Guya onun üstünə adam gətirmiş, onu hədələmiş, qorxutmuşdur. O da dedi ki, hər yer kameradır yoxlasınlar görsünlər onun yaşadığı ərazidə olmuşdurmu və izahatını verdi. 4-5 gündən sonra Xətaidə yerləşən 35-ci bölmədən Müşfiq Cəbrayılov adlı şəxs onu çağırdı. Ona bildirdi ki, Elxan şikayət edib, “sənin ona 111.000 manat və 30 min ABŞ dolları borcun var”. O da izahatını verdi ki, ona borcu yoxdur, əksinə Elxanın ona 250.000 ABŞ dolları borcu var və əmlakını-mağazanı qanunsuz olaraq ələ keçiriblər. Bundan əvvəl isə o, Elxandan 24-cü Polis Bölməsinə şikayət etmişdi. Müşfiq ikisinə məsləhət bildi ki, razılığa gəlsinlər. Elxan da dedi ki, bir gün ona vaxt versin qardaşları ilə razılaşsın və gəlib Müşfiq müəllimin yanında görüşsünlər. Səhərisi birlikdə Müşfiq müəllimin yanında oldular. Elxan bildirdi ki, qardaşları ilə razılaşmışdır, “sənin pulunu qaytaracağıq, lakin mağazada qardaşlarım işləyir, onu da oturub razılaşaq və bağlayaq”. Həmçinin, ona bildirdi ki, 24-cü bölmədəki ərizəni geri götürsün. Razılaşdılar və o, 24-cü bölmədən şikayətini geri götürmək barədə ərizə yazaraq poçtla göndərdi. Buna baxmayaraq, bundan sonra onunla əlaqə qura bilmədi. Göstərilənləri həmin müddətdə onunla birgə fəaliyyət göstərən Şahid3 və digər şahidlər də məhkəmə baxışı zamanı izahatları ilə təsdiq edə bilərlər. İndi ona məlum oldu ki, guya onun Elxana borcu var və məhkəmədə iddia qaldırıb. İddianı onunla əsaslandırıb ki, guya o, polisdə izahat yazaraq etiraf etmişdir ki, doğrudan da razılaşmaya əsasən ona 111 min manat və 30 min ABŞ dolları borcu var. Bildirir ki, həmin izahat saxtadır, o, belə bir izahat verməmiş, izahatdakı imza da ona məxsus deyildir. Həmin izahatı Elxan polis əməkdaşı Müşfiq Cəbrayılov adlı şəxslə razılığa gələrək imzasını saxtalaşdırmışdır. Ekspertiza təyin olunmaqla bunu dəqiqləşdirmək mümkündür. Göstərilənlərdən başqa, iddia ərizəsindən və ərizəyə əlavə olunan sənədlərdən aydın olur ki, guya İddiaçı ona xəbərdarlıq məktubu göndərmişdir. Əslində belə bir xəbərdarlıq məktubu da olmamışdır. Belə ki, sənədlərdən aydın olur ki, guya xəbərdarlıq məktubu onun qeydiyyatda olduğu yuxarıda göstərilən ünvana göndərilmişdir. İddiaçı yazdığı iddia ərizəsindən aydın olur ki, onun qeydiyyatda olduğu və yaşadığı ünvanı bilir və ərizədə də bunu qeyd etmişdir. Belə bir xəbərdarlıq məktubu göndərmişsə, onda yaşadığı ünvanı bildiyi halda nə üçün qeydiyyatda olduğu ünvana göndərmişdir. Beləliklə, onun verdiyi pulları nəzərə alsa, bu günə İddiaçı ona 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dolları borcu vardır və onun aldığı mağazanı öz adlarına salmaqla əmlakını ələ keçirmişlər. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, bölmədə 4 nəfər – İsmixan, Elxan və onların dostu var idi. İzahatı İsmixan özü imzalayıb. Onun yanında hansısa məbləğdən söhbət getməyib. İsmixan etiraf edib ki, Elxana borcu var. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, İsmixanı 2008-ci ildən tanıyır və bilir ki, Elxanla İsmixan şərikdirlər. Elxanı isə sadəcə şifahi tanıyır. İsmixana dedi ki, yer almaq istəyirlər, onda bildirdi ki, aralarında pul söhbəti var. O, İsmixanın dükanında satıcı işləyirdi. İsmixan Elxandan 5000 alıb ona verdi ki, servis almaq üçün beh versin. 1 ay sonra 70000 verilməli idi, lakin vermədi. Eşitdiyinə görə İsmixanın Elxanda 250000 ABŞ dolları alacağı olduğuna görə 5000-i ondan aldı. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, məhkəmə iclas zalındakılardan demək olar ki, hamını tanıyır. 2006-cı ilin axırı idi, İsmixan ona dedi ki, get bir nəfəri qarşıla. Onun yanında 70000 dolları Əli verdi İsmixana, İsmixan da verdi Elxana. Hadisə olanda orada o, Elxan, İsmixan və Əli var idi. İsmixanın Elxandan borc alması barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Elxanın İsmixana pul verdiyini eşitmişdir, lakin görməmişdir. Birinci İsmixanı tanımış, dostluqları olub. İsmixan ondan 70000 borc istədi, o da verdi. Sonra İsmixan həmin 70000-i onun yanında Elxana verdi. İsmixan daha sonra bir daha ona müraciət edərək, mala pul lazım olduğunu deyib 50000 dollar borc istədi. Lakin o pulu İsmixan Elxana verəndə yanlarında deyildi. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, o, birinci Elxanı tanımış, onunla yol yoldaşı olmuşlar. Elxan İsmixanla 2021-ci ilin dekabr ayında Neapol dairəsində görüşmüşlər. Həmin görüşdə Elxan Sübhana dedi ki, “70000 manatı sənə vermişəm, Sübhan Elxana dedi ki sən pulu qoydun, İsmixan da gəlib götürdü. Onun yanında İsmixan təsdiq elədi ki, həmin pul məndədir. Elxan da dedi ki, əgər səndədirsə get polisə de ki, Sübhana verilmiş pul məndədir”. Daha sonra İsmixanla Elxanın arasında mübahisə yarandı və aralaşdılar. İsmixanın Elxana borcu olması barəsində məlumatı yoxdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, İsmixan müəllimi uzun müddətdir vasitəçi tərəfindən tanıyır. Elxan müəllimi isə sonradan İsmixan müəllimə görə tanımışdır. 35-ci Polis Bölməsində yazdığı ərizədəki kimi, Elxanın İsmixana və ya İsmixanın Elxana borcu olması barədə heç bir məlumatı yoxdur. Neapol darəsindəki görüş barəsində isə onu deyə bilər ki, görüş qısa olub və 70000 manat haqqında məlumatı yoxdur. Nə hansısa vəsaitin alınmasında, nə də verilməsində iştirak etməmişdir. İsmixan ondan bina tikintisi ilə bağlı sənəd problemi olduğu üçün kömək istəmişdir və o da kömək etmişdir. Lakin həmin söhbətdə də pul almamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e 2(008)- 641/2023 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 105.000 manat məbləğində pul vəsaitinin və 395 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaitinin və 409 (dörd yüz doqquz) manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmçinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli, e-2(008) 641/2023 nömrəli qətnamənin qət etdi hissəsində buraxılmış açıq hesab səhvi aradan qaldırılması və həmin qətnamənin nəticə hissəsinin İİ abzasında “Cavabdeh 105.000 manat məbləğində pul vəsaiti və 395 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” əvəzinə “Cavabdeh 107.500 manat məbləğində pul vəsaiti və 397,5 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” qeyd olunmaqla düzəliş edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları borc verdiyini iddia etsə də, tədqiq olunmuş sübutlarla iddia tam təsdiqini tapmamışdır. Belə ki, ilkin və təkrar keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizaları zamanı Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda sonuncunun adının qarşısındakı imzaların ona məxsus olması öz təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı Cavabdeh 30.000 (otuz min) ABŞ dolları məbləğində borc pul verməsinə dair məhkəməyə hər-hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə, 30.000 (otuz min) ABŞ dolları məbləğində borcun tutulması hissəsində ilkin iddianı əsassız hesab etmişdir. İlkin iddianın 111.000 manat borcun tutulması hissəsi ilə bağlı isə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 70.000 manat məbləğində pulunun olması şahid Quliyev Teymurun ifadəsi ilə təsdiq olunmuşdur. Bundan başqa, Cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm də polis və məhkəmədəki izahatlarında İddiaçı ona 37500 manat məbləğində pul verdiyini bildirmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab etmişdir ki, ilkin iddia etiraf olunan 37500 manat və təsdiq olunan 70.000 manat hissələrdə təmin edilməli, Cavabdeh 107 500 manat məbləğində borc tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı qeyd edir etmişdir ki, Cavabdeh İddiaçı 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dolları məbləğində pul verdiyini iddia etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, aparılmış araşdırma zamanı şahid ifadələri (Şahid2 və Şahid3) əsasında Cavabdeh İddiaçı 70.000 ABŞ dolları borc pul verdiyi, sonuncunun həmin borcu hal-hazıradək Cavabdeh qaytarmadığı öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 70.000 ABŞ dolları məbləğində borc tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin tam şəkildə təmin edilməsi, qarşılıqlı iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, İddiaçı tərəfindən verilmiş ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin olunaraq 228.000 ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə, hüquqi yardım göstərilməsi üçün sərf olunan 200 manatın və 678 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə əsas sübutlar verilən şahid ifadələrindən ibarət olub və məhkəmə bu sübutları, şahidlərin dediklərini hərtərəfli, digər sübutlarla birgə təhlil edilməli olsa da, buna lazımi diqqət yetirməmiş və nəticədə qarşılıqlı iddianı qismən təmin etmişdir. Belə ki, şahidlər öyrədilərək məhkəməyə dəvət olunmuşlar ki, məhkəmə də bu şahidlərin əsassız ifadələrini nəzərə almışdır. Digər tərəfdən təkrar məhkəmə-xətşünaslıq ekspertizasının 11 iyul 2023-cü il tarixdə 3-16 16/2-4/1086 nömrəli ekspert rəyi (ekspert Zaur Nəsirov) ilə tanış olarkən isə aparılmış tədqiqata və gəlinmiş nəticəyə dair hər-hansı fikir bildirilməsi yalnız bir və yeganə səbəbə görə mümkün deyildir. Bu rəy ilkin məhkəmə-xətşünaslıq ekspertizasının tam kopyalanmış formasıdır. Belə ki, təkrar ekspertizaya dair “tərtib edilmiş“ rəyin yalnız giriş hissəsində təkrar ekspertizanın təyininə dair qərardada, ekspertizanı aparan ekspertə dair məlumatlar dəyişdirilərək (bu məlumatlar təbii ki, dəyişməlidir) və ilkin ekspertizaya dair məlumatlar əlavə edildikdən sonra (bu da təkrar təyin edilmiş ekspertizalar üzrə rəylərin tərtibolunma qaydasıdır) – rəyin “Tədqiqat prosesinin təsviri” və “Tədqiqatın nəticəsi” hissələri özundən əvvəlki rəydən tam kopyalanmışdır. Bu isə tədqiq olunan imzalar üzrə təkrar ekspertiza tədqiqatı zamanı heç bir tədqiqatın aparılmamasına və ancaq qəti şəkildə ilkin ekspertizanın nəticəsini təsdiq etməyə yönəlmiş addım hesab edilir. Göstərilənləri nəzərə alaraq təkrar məhkəmə-xətşünaslıq ekspertizasının 11 iyul 2023-cü il tarixdə 3-16-16/2-4/1086 nömrəli ekspert rəyinin sübut kimi qəbul edilməsinin mümkün olmadığı göstərilməklə, iş üzrə yenidən təkrar məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsini, həmin ekspertizanın icrasını ixtisas üzrə daha təcrübəli ekspertə həvalə edilməsini və məhkəmə tərəfindən qoyulmuş suallarla yanaşı ekspert rəyində vəsatətdə qeyd olunan suallarında qoyulmasını xahiş edilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Bundan başqa tərəflərin birgə işlədikləri müddətdə Cavabdeh heç vaxt birgə fəaliyyətə vəsait qoymamış, çünki onun belə bir vəsaiti olmamış, üstəlik Cavabdeh özünün bildirdiyinə görə, tərəflər birgə fəaliyyətini dayandırdıqdan sonra, Cavabdeh müxtəlif şəxslərə olan borcları daha da artmış, nəticədə onun barəsində çoxsaylı şikayətlər olmuş, barəsində məhkəmə qətnamələri qəbul edilərək, icraya yönəldilmiş, lakin icra mərhələsində borclu qismində olduğu məbləğləri qaytara bilməmişdir. Cavabdeh adına reyestrdə nə daşınar, nə də daşınmaz əmlak qeydiyyatdan keçmir, özü isə inzibati binada qeydiyyatda olmaqla, kirayədə yaşayır. Yəni qeyd edilənlər Cavabdeh xarakterizə edən hallardır. Belə bir şəxsin 2006-cı ilin dekabr ayında kiməsə 250.000 ABŞ dolları verməsi və bu günə qədər, yəni 2021-ci ildə İddiaçı ona olan borcunu tələb edənə qədər heç bir orqana müraciət etməməsi, müraciət etdikdən sonra isə artıq cinayət məsuliyyətindən yayınmaq üçün həmin borcu etiraf etməsi və digər bu kimi hallar İddiaçı ona borclu olmasını istisna edir. Cavabdeh fərqli olaraq isə, İddiaçı ailədə 5 qardaş olmaqla, hər birinin rəsmi böyük biznesi, mülkləri vardır, iş adamlarıdır. Bundan başqa, qarşılıqlı iddianın, guya 2006-cı ilin dekabr ayında İddiaçı Cavabdeh təklif etməsi, həmin malların gətirilməsi üçün Elxanın ondan 250.000 ABŞ dolları istəməsi, sonuncunun da həmin malların gətirilməsi üçün 2-3 ay müddətində Şahid2 adlı şəxsdən iki dəfəyə 70.000 və 50.000 olmaqla, cəmi 120.000 ABŞ dolları alaraq, həmçinin ayrı-ayrı vaxtlarda 80.000 və 50.000 olmaqla, cəmi 130.000 ABŞ dolları düzəldərək, ümumilikdə 250.000 ABŞ dolları düzəldərək İddiaçı verməsi tamamilə uydurulmuş, heç bir fakta əsaslanmır. Bu sadəcə olaraq Cavabdeh tərəfindən öyrədilən insanlardır ki, onlar da məhkəmədə gəlib bu şəkildə ifadələr verirlər. Nəhayət, Cavabdeh qeyd etdiyi 37.500 manat pul məbləği həqiqətən İddiaçı tərəfindən ona verilmişdir. Lakin həmin məbləğ Cavabdeh qeyd etdiyi 250.000 ABŞ dolları məbləğdə borcun bir hissəsi yox, İddiaçı Cavabdeh verdiyi borc vəsaitinin bir hissəsidir. Həmin 37.500 manat pul məbləğindən başqa, İddiaçı tərəfindən Cavabdeh, sonuncunun istəyi ilə satmaq üçün 2500 manatlıq radiator və əlavə 1000 manat borc pul da verilmiş və həmin pullar da, yəni cəmi 41.000 manat qaytarılmamışdır. 30.000 ABŞ dolları məbləğində borcun necə yaranması ilə bağlı isə bildiririr ki, tərəflər arasında 2004-cü ildən 2008-ci ilə qədər heç bir işgüzar münasibət olmamış, 2008-ci ildə Cavabdeh İddiaçı bildirmişdir ki, borc içində boğulur, borclarını qaytara bilmir, Dubaydan mal gətirib versə, satıb həm onun pulunu qaytarar, həm də gəliri yarı bölər. İddiaçı da köhnə tanışı kimi ona inanaraq, razılaşmış, öz vəsaiti hesabına Dubaydan 70.000 ABŞ dolları dəyərində radiator gətirib satmaq üçün Cavabdeh vermiş, sonuncu isə həmin malları satmış, lakin həmin vəsaitdən 2020-ci ilə qədər yalnız 40.000 ABŞ dolları qaytarmış, malın özünün dəyərindən qalan 30.000 ABŞ dollarını isə qaytarmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixli hazırlıq iclasında izahat verən cavabdeh-iddiaçı Cavabdeh izahatında göstərdi ki, İddiaçı 250000 ABŞ dolları vermiş, o cümlədən tanışı Şahid2 2006-cı ildə 70000 ABŞ dolları, 2007-ci ildə isə 50000 ABŞ dolları alıb İddiaçı vermiş, İddiaçı ona olan borcdan 110.000 ABŞ dollarını qaytarıb ona vermək istəmiş, lakin o, həmin məbləği götürməmiş, “hamısını qaytar, sonra götürüm” deyə bildirmiş, 2021-ci ilin oktyabr ayında ona olan borcu qaytarmadığına görə İddiaçı barəsində müvafiq orqanlara şikayət vermiş, həmin vaxta qədər heç bir yerə şikayət verməmişdir. Beləliklə, göründüyü kimi, qarşılıqlı iddianın dəlilləri əsassızdır və formal mülahizələrə əsaslanır. Eyni zamanda cavabdehin verdiyi qarşılıqlı iddia tələblərindən görünür ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair irəli sürdüyü iddia üzrə vəsaitləri 2007-ci ildə verdiyini göstərir. İlkin tələb üzrə iddiaçı olan İddiaçı qarşılıqlı tələb üzrə iddiaçı olan Cavabdeh hər-hansısa bir borcu olsa idi, o zaman birinci instansiya məhkəməsində ərizə təqdim edərək, Azərbaycan Respublikası MM-nin 373-cü müddəalaranın tətbiq edilməsini tələb edərdi və artıq hər-hansısa bir araşdırma aparılmasına zərurət yaranmazdı. Göründüyü kimi, İddiaçı Cavabdeh heç bir borcu olmamışdır ki, bunun nəticəsində iddia müddətinin ötürülməsinə dair belə ərizə təqdim edilsin. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən gəlinmiş nəticə işin faktiki hallarına uyğun deyil, birinci instansiya məhkəməsi tərəfindən məkəmə baxışı zamanı tədqiq olunan sübutlara obyektiv qiymət verilməmişdir. Belə ki, İddiaçı təqdim etdiyi sübutların heç biri məhkəmə baxışı zamanı öz təsdiqini tapmasa da, məhkəmə tərəfindən qərara alınmışdır ki, Cavabdeh 107.500 manat alınaraq İddiaçı qaytarılsın. İstər Cavabdeh, istərsə də şahidlərin ifadələri ilə tam sübut olunmuşdur ki, Cavabdeh 1992-ci ildən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında santexnika mallarının satışı ilə məşğul olmuş, 1998-ci ildə Cavabdeh məxsus mağazada satıcı işləyən, artıq vəfat etmiş Mahmud Əsğərov adlı şəxs İddiaçı təqdim edərək işə götürülməsini xahiş etmiş, Cavabdeh da İddiaçı satıcı kimi Mahmudun işlədiyi mağazaya işə götürmüşdür. Bir müddətdən sonra İddiaçı bildirmişdi ki, Qazağıstan Respublikasında yaşadığı müddətdə Çin Respublikası, Rusiya Federasiyası, İran, Türkiyə Respublikası, Dubay şəhərində olmuş, oradan Qazağıstana mal vurmuş, yolu bilir Bakıya da mal gətirə bilər. İlkin olaraq İddiaçı öz vəsaiti ilə - 10-15 000 manatla mal gətirmək məqsədilə xaricə getməsi məsləhət bilinmiş, İddiaçı öz vəsaiti ilə 1998-ci ildə Dubaya gedərək mal vurub gətirmiş, satışı və qazancı yaxşı olduğundan Cavabdeh İddiaçı özünə şərik edib 1999-cu ildən başlayaraq ayrı-ayrı vaxtlarda təxminən 150.000 manat olmaqla pul verib xaricə göndərmiş, gətirilmiş mallar satılaraq qoyulmuş pul götürülmüş, qazanc isə aralarında bölünmüşdür. 8-ci km bazarında işlədikləri müddətdə Cavabdeh qardaşı Təvəkkül Məmmədov bazarda "xxxx" firmasına məxsus 34 kv.m sahəsi olan mağazanı icarəyə götürərək santexnika satışı ilə məşğul olurdu. 2000-ci ildə firma tərəfindən mağaza satışa çıxarılmış, Təvəkkül Məmmədovun həmin mağazanı almağa imkanı olmadığından ona məsləhət bilmişdir ki, gəlib 80 kv.m olan mağazada işləsin, həmin mağazanı o alsın. Təvəkkül Məmmədov razılaşdığından 20 min manat firmanın əməkdaşı Bəxtiyar adlı şəxsə ödəyərək mağazaya sahiblik etməyə başlamış, lakin sənədləşmə aparılmamışdır. Sənədləşmə ona görə aparılmamışdı ki, həmin firmanın çoxlu sayda mağazaları mövcud olmuş, onları özələşdirərək satışa çıxarmalı olduqlarından özələşmə qalmış, lakin bir-birlərini tanıyaraq inamları olduğundan razılaşmışlar. 20000 manata mağazanı aldıqdan sonra İddiaçıla razılaşmışlar ki, fəaliyyətlərini həmin mağazada davam etdirsinlər. Bu məqsədlə İddiaçı qardaşları Elşən və Zahid Əsgərovları işə götürmüş, təxminən bir ildən sonra digər qardaşları Vahid və Musa da həmin mağazada işləməyə gəlmişlər. Həmin ərəfədə fəaliyyətləri genişlənmiş, hava limanı yaxınlığında yerləşən Sədərək bazarında, Dərnəgüldə, 3-cü mikrorayon bazarında yerlər götürərək işləməyə başlamışlar və mal çox gətirdiklərindən topdan satışla da məşğul olmuşlar. Tarixini dəqiq xatırlamasa da 2001 və ya 2002-ci ilərdə Elxan bildirmişdir ki, “gətirilən malların pularını sən qoyursan, əgər biz ortağıqsa məndə pul qoymalıyam”. Bu məqsədlə İddiaçı 15.000 manat pul vermiş, Cavabdeh qoymuş olduğu 150.000 manat pulun bir hissəsi olaraq həmin pulu qəbul etmişdir. Bu münvala 2006-cı ilin sonu, 2007-ci ilin əvvələrinədək malların gətirilməsi məqsədilə İddiaçı vermiş olduğu 150.000 manatı hissə-hissə olmaqla tam olaraq almışdır. Göstərilən vaxtda (2006-cı ilin sonu, 2007-ci ilin əvvələrində) İddiaçı bildirmişdir ki, yaxşı kabel üzlüyü və santexnika malları var, həmin malların gətirilməsi üçün 250.000 ABŞ dolları lazımdır. Mallar gətirilərsə yaxşı qazancı olacaqdır və bu malların onların əvvəlki fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Mallar gətiriləcək, satıldıqdan sonra 250.000 ABŞ dollar çıxılacaq və qazanc aralarında bölünəcəkdir. İddiaçı pulun hamısını birdən deyil, hissə-hissəs verə biləcəyini demiş və razılaşmışlar. Bu məqsədlə təxminən 2-3 ay müddətində 250.000 ABŞ dollarını düzəldərək İddiaçı vermişdir. Belə ki, tanışı və dostu Şahid2 iki dəfəyə 70.000 və 50.000 ABŞ dolları olmaqla - cəmi 120.000 ABŞ dolları alaraq Əlinin yanında İddiaçı vermiş, bundan başqa ayrı-ayrı vaxtlarda da 80.000 ABŞ dollar şəxsin pulunu, 50.000 ABŞ dolları isə Şahid1 borc alaraq İddiaçı vermişdir. Beləliklə də İddiaçı ümumilikdə 250.000 ABŞ dolları mal gətirmək məqsədilə pul vermiş, həmin pul bir il müddətində qaytarılmalı, əldə olunun qazancları isə yarı bölünməli idi. Daha doğrusu qazanc aralarında müəyyənləşəcək, lakin pul götürülməyəcək, sonrakı ticarət fəaliyyətində istifadə olunacaqdır. Verilmiş pula İddiaçı malları gətirir, mallar satılır, malların çox hissəsi nisyədə olduğundan pula toxunulmur, həmçinin fəaliyyəti genişləndirmək məqsədilə əlavə mağazalar açılırdı. 2009-cu ilədək özünə məxsus digər mağazalarında əldə etdiyi gəlirlərdən İddiaçı vermək məqsədilə aldığı borcları ödəmişdir. 2009-cu ildə artlıq pula ehtiyacı olduğundan İddiaçı mal gətirmək məqsədilə vermiş olduğu 250.000 ABŞ dollarının qaytarılmasını tələb etdikdə, İddiaçı bildirmişdir ki, dostu Cəlil adlı şəxslə Gürcüstanda plastik zavod açmış, zavodun 40 faizi Cəlilin, 60 faizi onundur. Onu da qardaşları ilə birlikdə 60 faizə şərik edəcək, zavodun işlərini tamamladıqdan sonra pulu qaytaracaqdır. O da Elxanın dedikləri ilə razılaşmış, lakin heç bir sənədləşmə aparmamışlar. 2013-cü ilin sonu, 2014-cü ilin əvvələrində yenə də İddiaçı pulun qaytarılmasını bildirmiş və aralarında mübahisə də olmuşdur. Mübahisə zamanı İddiaçı bildirmişdir ki, Masazır qəsəbəsində dostu ilə bina tikir, qazancın 40 faizi dostunun, 60 faizi onundur, yaxın vaxtarda pulu qaytaracaq. İddiaçı söhbət zamanı həm Gürcüstanda olan zavodun, həm də ki, Masazırda olan binanın tikintisi ilə bağlı olaraq ona çatası 60 faizə qardaşları və onu da guya şərik etdiyini bildirmişdir. İddiaçı borcunu qaytarmadığından 2015-ci ildə mübahisələri bir qədərdə artmış, bir gün Elxan onu çörək yeməyə dəvət etmiş, birlikdə Elxanın maşınına əyləşərək Qaradağ rayonuna getmişlər. İddiaçı onu həyət evinə aparmış, aydın olmuşdur ki, həmin həyətdə türk vətəndaşı X22 rəhbərliyi altında radiatorlar üçün vintilər istehsal olunur. Elxan orada türk vətəndaşını da çağıraraq bildirdi ki, “qardaşlrıma da bildirəcəyəm bu sexində qazancı 6 nəfər arasında bölünəcəkdir, məni sıxışdırma işlərimi tamamlayıb borcu qaytarım”. 2018-ci ildə pula ciddi ehtiyacı olduğundan zəng edərək Elxana bildirmiş o da, 22.000 manat pul verərək hesablaşacaqlarını bildirmişdir. 2021-ci ildə yenə də tələbinə əsasən İddiaçı tərəfindən 2 dəfə 5.000 manat, bir dəfə isə 5.500 manat olmaqla 15.500 manat pul ödəmişdir. Bundan sonra İddiaçı dəfələrlə pulun qaytarılması və mağazanın boşaldılması bildirilməsinə baxmayaraq pul qaytarılmamış və bildirmişlər ki, mağazanı onlar almış və adlarına sənədləşdirilmişdir. Mağazanı "xxxx" firmasından aldıqdan sonra ilkin vaxtlar sənədləşmə aparılmamış, sonra isə razılığına əsasən həmin mağaza Elxanın qardaşı Elşənin adına sənədləşdirilmişdir. İddiaçı pularını ala bilmədiyindən 2021-ci ilin sentyabr-oktyabr aylarında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, ölkə rəhbərinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Korrupsiya İdarəsinə, Baş Polis İdarəsinə, 24-cü Polis Bölməsinə şikayətlər etmişdir. Şikayətlərindən ancaq 24-cü Polis Bölməsinə etdiyi şikayət üzrə dəvət olunmuş, izahatını vermişdir. Sonra isə onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. Getdikdə məlum olmuşdur ki, İddiaçı şikayət edərək bildirmişdir ki, guya onun üzərinə kimisə göndərmiş, hədələmiş, qorxutmuşdur. Orada bildirmişdir ki, Bakıda hər yer kameradır yoxlasınlar, evinə getmişsə bilinəcəkdir. Bundan 4-5 gün sonra 35-ci X11 adlı təhqiqatçı dəvət etmiş, getdikdə aydın olmuşdur ki, İddiaçı şikayət edərək bildirib ki, guya ona 111.000 manat, 30.000 ABŞ dolları borcu vardır, qaytarmır. İzahat yazaraq bildirmişdir ki, İddiaçı borcu yoxdur, əksinə İddiaçı ona 250.000 ABŞ dolları və bir mağaza borcu vardır. Müşviq hər ikisinə məsləhət bilmişdir ki, razılığa gəlsinlər. Elxan bir gün vaxt istədikdən sonra, səhərisi gəlib bildirmişdir ki, qardaşları ilə söhbətləşdi, onun pulunu qaytaracaqdır, mağazada qardaşları işləyirlər, onu da oturub razılaşaraq bağlayar. Razılaşmışlar ki, 24-cü Polis Bölməsinə etdiyi şikayəti də geri götürsün. Ərizə yazaraq poçtla 24-cü Polis bölməsinə göndərdi, lakin bundan sonra yenə də İddiaçıla əlaqə qura bilmədi. Sonradan məlum olmuşdur ki, İddiaçı məhkəmədə iddia qaldıraraq guya ona olan 111.000 manat və 30.000 ABŞ dolları borcunu tələb etmiş, iddianı da guya onun Müşfiq Cəbrayılova verdiyi izahatla əsaslandırmışdır. O, belə bir izahat verməmiş, həmin izahat onun adından yazılmış, imzasını saxtalaşdırılmışdır. İzahatdakı imzanın ona məxsus olmaması iki ekspert rəyi ilə də tam sübut olunmuşdur. Beləliklə İddiaçı ona verdiyi 37.500 manat nəzərə alınarsa, (baxmayaraq həmin etirafı Sabunçu Rayon Məhkəməsi onun üzərinə borc olaraq yazmışdır) İddiaçı ona 228.000 ABŞ dolları borcu vardır. Məhkəmə baxışında Şahid4, Şahid3, Şahid2 şahid kimi dindirilmələrinə, məhkəməyə gələ bilmədiklərinə görə X18, X4 və Şahid1 yazmış olduğu izahatlarında İddiaçı 250.000 ABŞ dollar borcu olmasını təsdiq etmələrinə baxmayaraq birinci instansiya məhkəməsi qətnamədə göstərilən sübutlara obyektiv qiymət verməmiş, digər sübutlarla əlaqəli şəkildə təhlil etməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Cavabdeh uzun müddətdir ki, yəni 1992-ci ildən “8-ci km” bazarında santexnika mallarının satışı ilə məşğul olmuşdur. İddiaçı isə öz dediyinə istinad edilsə belə 1997- 1998-ci ilərdə Qazağıstan Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Belə olduğu halda və şəraitdə İddiaçı artıq neçə ilərdir “8-ci km” bazarında fəaliyyət göstərən Cavabdeh yanına işləməyə gəlməli idi. Doğrudan da belə olmuş, həmin müddətdə Cavabdeh yanında satıcı işləmiş Mahmud Əsgərovun xahişi nəticəsində Cavabdeh İddiaçı yanına işə qəbul etmiş, sonra isə qardaşlarını da işə götürmüşdür. İddiaçı Gürcüstanda zavod, Masazırda yaşayış binası, Qaradağ rayonu ərazisində türk vətəndaşı ilə birlikdə radiatorlar üçün vintillər istehsal edən sexin açılması da tamlığı ilə təsdiq edir ki, o almış olduğu 250.000 ABŞ dollarını Cavabdeh qaytarmamış, həmin vəsaitlə xaricdən mallar gətirərək satmış və əldə olunan vəsaiti də borcunun qaytarılmasına deyil, digər işlərin görülməsinə yönəltmişdir. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən nəzərə almamışdır ki, İddiaçı yaranmış borcdan yayınmaq və Cavabdeh iddiasından çəkindirmək məqsədilə polis əməkdaşı Müşfiq Cəbrayılovla birlikdə saxta sənəd düzəldərək məhkəməyə təqdim etmişdir ki, saxta sənədlə də borcun tələb olunması hüququ yaranmır. Lakin Cavabdeh borcun alınması tələbi ilə ayrı-ayrı qurumlara dəfələrlə müraciətlər etmiş, İddiaçı borcunu qaytaracağına soz versə də, vədinə əməl etməmişdir. Sabunçu Rayon Məhkəməsi qətnaməsində təqdim olunan sübutlara obyektiv qiymət verməmiş, İddiaçı qaldırdığı iddianın əsasını təşkil edən Cavabdeh adından yazılmış borcun etirafına dair ərizənin saxta olması ekspert rəyi ilə iki dəfə təsdiq olunmasına baxmayaraq, yenə də qətnamədə 107.500 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Göstərilən məbləğdən 37.500 manatı Cavabdeh etiraf edərək bildirmişdir ki, İddiaçı tərəfindən ona olan 250.000 ABŞ dollarının əvəzində ödəmişdir. Məhkəmə bunu borcun qaytarılması kimi deyil, borc olaraq alınmış pul vəsaiti kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə almamışdır ki, borcu olan şəxs başqasına borc verə bilməz, olsa-olsa borcunu qaytarmış olar. Mülki Məcəllənin tələbləri qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən kobud şəkildə pozulmasına baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində bunları nəzərə almamışdır. İddiaçı 228.000 ABŞ dolları borcunun olmasına dair məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuş, lakin onlar əlaqəli şəkildə şərh olunmamışdır. Sabunçu Rayon Məhkəməsində Cavabdeh adından yazılmış izahatın Polis Bölməsində saxtalaşdırılması sübut olunmasına baxmayaraq bu barədə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (köhnə redaksiya). 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin isə apellyasiya şikayəti rədd edilməli, qətnamə ləğv edilməklə ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı Cavabdeh barəsində 30 noyab 2021-ci il tarixdə vermiş olduğu ərizəsi əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də aparılmış təhqiqat araşdırması zamanı toplanmış materiallarda olan İddiaçı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, 2019-cu ilə kimi müxtəlif vaxtlarda və yerlərdə İsmixan ondan hissə-hissə 111.000 manat və 30.000 ABŞ dolları borc almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Elxanın ona 250.000 ABŞ dollar borcu olmuş və dəfələrlə ondan pulunu qaytarmasını tələb etmişdir. O, Elxanla şərik olarkən ondan hissə-hissə 37.500 manat pul almışdır. Həmin qərardan həmçinin görünür ki, araşdırma zamanı Cavabdeh bildirmişdir ki, 1998-ci ildə Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında santexnik avadanlıqları satışı ilə məşğul olarkən Mahmud adlı şəxsin vasitəsi ilə İddiaçı ilə tanış olmuş və bu tanışlıq nəticəsində aralarında kommersiya fəaliyyəti başlamışdır. Belə ki, mağaza ondan və Elxan tərəfindən sərmayə qoyaraq santexnik avadanlıqları alıb birlikdə işləməyə başlamışlar. Bir müddət işlədikdən sonra mağaza satıldığından onlar qardaşı Təvəkkülün icarəyə götürdüyü mağazanı birlikdə bazar sahibindən alıb işləməyə başlamışlar. Bu müddət ərzində onun Elxanda 150.000 manat pulu olmuş və 2015-ci ilə kimi onlar birlikdə şərik işlədikdən sonra ona pul lazım olduqda Elxandan 120.000 manat pul istəmiş və sonuncu ona pulu vermədiyindən aralarında olan münasibət pozulmuşdur. Bundan sonra o, Elxanla dəfələrlə görüşüb mağazadan çıxmasını və ona olan 250.000 ABŞ dolları borcunu qaytarmasını tələb etsə də, Elxan bundan hər dəfə yayınmağa başlayaraq ondan qaçıb gizlənmişdir. Təhqiqat araşdırması zamanı 10 dekabr 2021-ci il tarixdə təkrar izahatı alınmış Cavabdeh vermiş olduğu izahatı qismən təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar öz aralarında hesabat aparıb razılaşmışlar, hal-hazırda onun Elxana 111.000 manat və 30.000 ABŞ dolları borcu vardır. Lakin hal-hazırda maddi imkanı olmadığından Elxana olan borcunu hissə hissə ödəyəcəkdir. xx.xx.2022-ci il tarixli «cinayət təqibi üzrə icraatın başlanmasının rədd edilməsi qərarı»ndan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ona olan 111.000 manat və 30.000 ABŞ dollarını 10 gün ərzində qaytarmayacağı təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh xəbərdar etmişdir. Cavabdeh İddiaçı barəsində 21 dekabr 2021-ci il tarixdə vermiş olduğu ərizəsi əsasında ünvan 3i RPİ-nin 24-cü PŞ-də aparılmış təhqiqat araşdırması zamanı toplanmış materiallarda olan Cavabdeh izahatından görünür ki, Elxana mal alması üçün 250.000 ABŞ dolları məbləğində pul vermiş, pulu verərkən heç bir rəsmiləşdirmə olmamışdır. İddiaçı izahatından görünür ki, İsmixan ona 250.000 ABŞ dolları pul verməmişdir, ona şər, böhtan atır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/625 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 164-cü vərəqəsinə tikilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda 2 ədəd “Cavabdeh” yazılarının qarşısındakı imzlalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1086 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 164-cü vərəqəsinə tikilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda 2 ədəd “Cavabdeh” yazılarının qarşısındakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi ilkin və təkrar keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizalarının rəylərinə istinad edərək, qeyd etmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda sonuncunun adının qarşısındakı imzaların ona məxsus olması öz təsdiqini tapmamışdır. Tərəflərin apellyasiya şikayətlərindən görünür ki, cavabdeh tərəf tərtib edilmiş iki ekspert rəyi ilə Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda 2 ədəd “Cavabdeh” yazılarının qarşısındakı imzaların ona məxsus olmamasının təsdiq olunmasına, iddiaçı tərəf isə əksinə həmin rəylərin təkrar tədqiqat aparılmadan verilməsinə istinad etmişdir. İddiaçı tərəfin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, məhkəmə xətşünaslıq ekspertizasının 16 may 2023-cü il tarixdə 4/625 nömrəli ekspert rəyində Cavabdeh imzalarından kompleks şəkildə istifadə edilməyərək çox az bir hissəsindən nümunə qismində istifadə olunması, fərqlər kimi qeyd olunan ümumi və xüsusi əlamətlərin rəydəki fotoşəkillər üzərində göstərilmədiyindən aydın olmaması və s. kimi səbəblərə görə tədqiqatın tam və hərtərəfli aparılmaması və rəyin nəticəsinin qeyri obyektiv olduğu üçün təkrar məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət versə də, təkrar məhkəmə xətşünaslıq ekspertizasının 11 iyul 2023-cü il tarixdə 3-16 16/2-4/1086 nömrəli ekspert rəyi ilkin məhkəmə xətşünaslıq ekspertizasının tam kopyalanmış forması olmuşdur. Bu isə tədqiq olunan imzalar üzrə təkrar ekspertiza tədqiqatı zamanı heç bir tədqiqatın aparılmamasına və ancaq qəti şəkildə ilkin ekspertizanın nəticəsini təsdiq etməyə yönəlmiş addım hesab edilir. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı işin mübahisəli hallarına obyektiv qiymət verilməsi üçün Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda 2 ədəd “Cavabdeh” yazılarının qarşısındakı imzlaların Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 4/265 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 1-ci cildinin 164-cü vərəqində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda "Cavabdeh" sözlərinin qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim olunmuş, mülki işin 1-ci cildinin 164-cü vərəqində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda "Cavabdeh" sözlərinin qarşısındakı imzaların qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edildi; ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 164-cü vərəqində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda "Cavabdeh" sözlərinin qarşısındakı imzaların-Cavabdeh imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi. Qeyd olunan ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda sonuncunun adının qarşısındakı imzaların ona məxsus olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverciliyə əsasən ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Lakin hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilməsi mümkün deyildir. Belə ki, istər birinci instansiya, eləcə də apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyləri həm ziddiyətli olduğundan, həm də kifayət qədər əsaslandırılmamışdır. Belə olan halda apellyasiya baxışı zamanı mübahisələndirilən imzaların (xətt nümunələrinin) həqiqətən Cavabdeh məxsus olub-olmaması müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə - xəttşünaslıq ekspertizası təyin edilmişdir. Bu zaman ekspertizasının keçirilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin həm sözügedən rəyləri vermiş ekspertlərin, həm də həmin şöbənin digər ekspertlərinin (şöbənin bütün ekspertlərin) iştirak etməklə yekun rəyə gəlinməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2024-cü il tarixli 4/1017 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 164-cü vərəqində olan Cavabdeh adından Xətai Rayon Polis İdarəsinin rəisinə ünvalanmış xx.xx.2021-ci il tarixli izahatda "İmza" qrafasındakı və həmin izahatın aşağı hissəsində "Cavabdeh" yazılarından əvvəl yerləşən İmzadan - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 164-cü vərəqində olan Cavabdeh adından Xətai Rayon Polis İdarəsinin rəisinə ünvalanmış xx.xx.2021-ci il tarixli izahatda "İmza" qrafasındakı imzada və həmin izahatın aşağı hissəsində "Cavabdeh" yazılarından əvvəl yerləşən imzada imzaların qəsdən dəyişdirilməklə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPMnin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı təqdim edilmiş sonuncu rəylə təqdim edilmiş digər rəyləri müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2024-cü il tarixli 4/1017 saylı ekspert rəyi sübut kii qiymtələndirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş 11 iyul 2023-cü il tarixdə 3-16 16/2-4/1086 nömrəli ikinci rəy ondan əvvəlki 16 may 2023-cü il tarixdə 4/625 nömrəli rəyin birə-bir olduğu kimi köçürülməklə tərtib edilmişdir. Apellyasiya baxışı zamanı isə təqdim edilmiş 19 mart 2024-cü il tarixli 4/265 saylı ekspert rəyi isə ziddiyyətli olmaqla ilk olaraq 1-ci cildinin 164-cü vərəqində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda "Cavabdeh" sözlərinin qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunması, ekspertizaya təqdim olunmuş, mülki işin 1-ci cildinin 164-cü vərəqində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda "Cavabdeh" sözlərinin qarşısındakı imzaların qəsdən dəyişdirilməklə icra olunması faktının müəyyən edilməsi qeyd edilmişdir. Sonrakı rəydə isə ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 164-cü vərəqində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda "Cavabdeh" sözlərinin qarşısındakı imzaların- Cavabdeh imzalarına oxşadılmaqla icra olunma əlamətlərinin müəyyən edilməməsi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş vəsatət əsasında apellyasiya instansiyası məhkəməsinin iclasında rəyləri vermiş ekspertlər dindirilmişdir. Sonuncu rəyi vermiş ekspertlər X9 və X7 ifadələrində 30 avqust 2024-cü il tarixdə verdikləri rəyi müdafiə edərək ilkin ekspertizada olan nümunələrdən əlavə nümunələr də təqdim olunmasını, hətta vəsatət əsasında şəxsin özünü də ekspertizaya dəvət edilməsini, İlkin ekspertin nümunələrində olmayan əlamətlər sonrakı nümunələrdə öz əksini tapmasını, İsmixan müəllimin özünün imzaları müxtəlif formalarda son cızığı fərqli icra etsə də, təqdim edilmiş əlavə nümunələr əsasında və müəyyən edilmiş 7-8 əlamətlərin məcmusuna görə imzanın İsmixana məxsus olması rəyinə gəlinmişdir. İfadə vermiş digər ekspert X5 verdiyi rəyi 19 mart 2024-cü il tarixdə verdiyi rəyi müdafiə edərək əlavə nümunələr təqdim edilməsini, iş materialları ilə tanış olunmasını, ətraflı şəkildə fotocədvəldə nəyin necə olduğunu qeyd etməsini göstərmişdir. X1 verdiyi ifadəsində 11 iyul 2023-cü il tarixli rəyini təsdiq edərək göstərmişdir ki, digər ekspertlərin rəylərini şərh edə bilməz. Onlar rəy verərkən ilkin nümunələr olub, sonradan əlavə nümunələr digər ekspertlərə təqdim olunub. İlkin ekspertiza zamanı o rəy verərkən əlavə nümunələr istifadə olunmayıb. Verdiyi rəy əvvəlki rəyin tam köçürməsi deyildir. Rəylərdə oxşarlığın olması, qrammatik səhvlərin mövcudluğu insan faktoru ilə bağlıdır. Ülviyyə xanım 16 may 2023-cü il tarixli rəyi və o 11 iyul tarixli rəyi verərkən onlarda əlavə materiallar olmayıb və əlavə material sonradan təqdim olunduğundan digər ekspertlər fərqli nəticəyə gəlmələri təbii haldır. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2024-cü il tarixli 4/1017 saylı ekspert rəyini digər rəylərə münasibətdə şübhə altına alan hal müəyyən edilməmişdir Belə olan halda müəyyən edilir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda sonuncunun adının qarşısındakı imzaların ona məxsus olması öz təsdiqini tapmışdır. Beləliklə, iş materiallarından göründüyü kimi təhqiqat araşdırması zamanı təkrar izahatı alınmış Cavabdeh vermiş olduğu izahatı qismən təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar öz aralarında hesabat aparıb razılaşmışlar, hal-hazırda onun Elxana 111.000 manat və 30.000 ABŞ dolları borcu vardır. Lakin hal-hazırda maddi imkanı olmadığından Elxana olan borcunu hissə-hissə ödəyəcəkdir. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş ekspert rəylərinə işin araşdırılmış halları baxımından düzgün qiymət verməyərək, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda imzanın Cavabdeh məxsus olmasına dair sonuncu rəyin əvvəlki rəylə tam eyni olmasına, ilkin rəyi verilməsi zamanı mövcud olan çatışmamazlıqlara fonunda təkrar təyin edilmiş ekspertizanın tam əhəmiyyətsiz olmasına diqqət yetirməmiş, qeyd edilən rəyləri nəzərə almaması halında belə yekun olaraq hər iki iddia üzrə düzgün nəticəyə gəlməmişdir. Bununla da məhkəmə kollegiyası Cavabdeh İddiaçı 111.000 manat və 30.000 ABŞ dolları borcu olmasına dair izahatında imzanın ona məxus olmasını təsdiq edən sonuncu 30 avqust 2024-cü il tarixli 4/1017 saylı ekspertiza rəyini mötəbər sübut kimi qiymətləndirərək bu izahatı ilə Cavabdeh İddiaçı borcu olmasını etiraf etdiyindən hesab edir ki, ilkin iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ilkin iddia tələbi - hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin cavabdehdən tutulması hissəsində də əsaslıdır. Belə ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 320 (üç yüz iyirmi) manat vəsait Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə kolelgiyası hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda isə Cavabdeh İddiaçı 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə tələb etsə də, həmin vəsaitin İddiaçı verilməsi barədə istifadə etdiyi sübut növləri yalnız şahid ifadələri olmuşdur ki, həmin şahid ifadələri də şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, müllki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər tərəflər arasında olan hadisəni aydın və müfəssəl təsvir etməmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmamış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməmişdir. Eyni zamanda şahidlər məhz iddia edilən pulun verilməsi anını bilavasitə görməmişlər və Cavabdeh tərəfindən İddiaçı 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dolları verilməsini təsdiq etməmişdilər. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının iddiasının əsaslı olmasına dair izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı qarşılıqıl iddiaçı tərəfin şahidlərinin ifadələri işin digər halları ilə öz təsdiqinii tapmamış, mötəbər sübutlarla həmin hallar müəyyən edilməmiş, belə olan halda birinci instansiya məhkəməsi şahid ifadələrini sübut qismində qiymətləndirməklə qarşılıqlı iddia üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı iddia tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası göstərilən hallarla yanaşı bu qənaətə gələrkən həmçinin İsmixanın Elxandan pul tələbinə dair şikayətinin məhz özünün 35-ci PB-də sonuncuya pul borcunun olmasının etirafına dair təkrar izahat yazdıqdan sonra 24-cü PB-nə yazmasını, eləcə də 35-ci PB-nin təhqiqatçının cinayət işinin başşlanmasının rədd edilməsi barədə qərarının mübahisələndirilməməsini və hazırda da qüvvədə olmasını nəzərə almışdır. Həmçinin də İsmixan Elxandan 2021-ci ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa şikayət etməsini iddiasında göstərsə də, həm bu halların, həm də bununla bağlı araşdırmaların nəticələri barədə heç bir sübut növü təqdim etməmişdir. Eyni hallar onun Elxana verdiyi pulun digər şəxslərdən borc almasını və özünün da həmin şəxslərin borcunu qaytarmasını iddiasında göstərsə də, bu faktlara dair də işdə heç bir sübut olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi isə iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin isə apellyasiya şikayəti rədd edilməli, qətnamə ləğv edilməklə ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı (346 manat)eləcə də apellyasiya baxışı zamanı (250 manat) aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi (346+250=596 manat) 596 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(008)- 641/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 111.000 (yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları pul vəsaitinin (ödəniş gününə manat məzənnəsi ilə) həmçinin hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 320 (üç yüz iyirmi) manat vəsait tutularaq İddiaçı ödənilsin. İddiaçı İsmixan Hümbət oğlunun cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə, hüquqi yardım göstərilməsi üçün sərf olunan 200 manatın, 678 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi” barədə qarşılıqlı iddiası rədd edilsin. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı (346 manat) eləcə də apellyasiya baxışı zamanı (250 manat) aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi (346+250=596 manat) 596 (beş yüz doxsan altı) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə