Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1234/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3582/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı “X4 Kredit Təşkilatı” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı “X4 Kredit Təşkilatı” MMC 3491,08 manat əsas, 992,23 manat faiz, cəmi 4483,31 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 66 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosesual müddətin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3582/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Cavabdeh vəkili və nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3582/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, Məhkəmənin 2(011)-3582/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına göndərilsə də, zərf poçt xidməti tərəfindən "evdə yoxdur” qeydi aparılmaqla məhkəməyə qaytarılmışdır. Sözügedən qətnamə sonradan cavabdehin ərizəsi ilə onun tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə alınmışdır. Apellyasiya şikayəti elektron qaydada xx.xx.2024-cü il tarixdə verilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edildiyindən və xx.xx.2024-cü il tarixdə (qətnamədən apellyasiya şikayəti verilməsi üçün son gün xx.xx.2024-cü il tarixi olsa da, həmin tarix qeyri-iş günü olmuşdur) qətnamədən elektron kabinet vasitəsilə apellyasiya şikayəti verildiyindən müddət bərpa edilməli və cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilir. İddiaçı “X4 Kredit Təşkilatı” MMC şikayət vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3582/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Prosessual Məcəlləsinin 133.1ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh məhkəmə iclaslarınının vaxtı və yeri barədə məlumatlı olmuş, məhkəmə iclaslarında iştirak etmişdir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3582/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin çıxarılmasından cavabdehin 4 ay müddətinə məlumatı olmaması ağlabatan deyildir. Cavabdeh məhkəmə gedişatından xəbərdar olmuş və məhkəmə iclaslarında iştirak etmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3582/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3582/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin tələblərinə əsasən: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 18 sentyabr 2024-cü il № 426 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilsin. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-133, 385, 387-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadında qeyd etdiyi kimi, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixdə göndərilmiş, lakin zərf poçt xidməti tərəfindən "evdə yoxdur” qeydi aparılmaqla məhkəməyə qaytarılmışdır. Sözü gedən qətnamə cavabdehin ərizəsi ilə onun tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə alınmışdır. Apellyasiya şikayəti cavabdeh tərəfindən elektron qaydada xx.xx.2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edildiyindən və qətnamədən apellyasiya şikayəti verilməsi üçün son gün xx.xx.2024-cü il tarixi olsa da, xx.xx.2024 və xx.xx.2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf etdiyindən cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə prosessual müddət üzrlü səbəblərdən ötürülməklə verilmişdir. Diqqətə çatdırılmalıdır ki, qeyd edilən ərəfədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X1 Konfransının (COP) 2024-cü ilin noyabrında 29-cu sessiyası (COP29) Bakıda keçirilmiş və bununla əlaqədar iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 18 sentyabr 2024-cü il 426 № -li Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı qəbul edilmişdir. Qətnaməni rəsmi qaydada əldə etməmişdən əvvəl ərizəçinin məhkəmə aktından xəbərdar olması isə sübuta yetirilməmişdir. Qeyd edilənlərə görə, xüsusən də müddətin ötürülməsinin üzrlü səbəblərinin olması baxımından şikayət təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X4 Kredit Təşkilatı” MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3582/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1234/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1234/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver