Məhkəmə qərarları › İş №2(103)-1235/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1235/2025

14.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1235/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4576/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 127.500 manat (75.000 ABŞ dolları) cavabdehdən alınaraq iddiaçıya verilsin. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabeh Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli bağlı aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçının dayısı oğludur. İddiaçı Qazaxıstanda yaşayıb, Bakıda ona mənzil alınmasında və mənzilin təmir edilməsində köməklik etməsi üçün 2012-ci ildən başlayaraq hissə-hissə cavabdehə 75.000 ABŞ dolları pul verib. Cavabdeh iddiaçıya bildirib ki, həmin pulun müqabilində onun üçün Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, "xxxx" MTK-nın binasının “A” blokunda yerləşən 17(20) nömrəli mənzili əldə edib və təmir etdirib. Lakin iddiaçı 2023-cü ilin oktyabr-noyabr aylarında bilib ki, cavabdeh mənzil onun adına sənədləşdirməyib, mənzili iddiaçının adına sənədləşdirməli olan şəxs isə iddiaçıya bildirib ki, cavabdeh mənzilə görə ona pul verməyib. Cavabdeh Abşeron RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatda etiraf edib ki, iddiaçı mənzil əldə edilməsi üçün ona 2012-ci ildən başlayaraq hissə-hissə 45.000 ABŞ dolları verib, daha sonra mənzilin təmiri üçün ona hissə-hissə 30.000 ABŞ dolları, cəmi 75.000 ABŞ dolları verib (iş v. 40). Göründüyü kimi, cavabdeh iddiaçıdan 75.000 ABŞ dolları aldığını etiraf edib. Həmin pul mənzilin əldə edilməsinə və təmirinə görə alınıb, lakin cavabdeh iddiaçıya mənzilə dair hüquq müəyyənedici sənəd (müqavilə, reyestr çıxarışı və s.) və ya iddiaçının adından həmin pulu başqa şəxsə ödədiyini təsdiq edən sənəd (kassa mədaxil orderi və s.) təqdim etməyib. Beləliklə, cavabdeh əsassız varlanmış şəxs hesab olunur. AR Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ona görə də cavabdeh 75.000 ABŞ dollarını geri qaytarmalıdır. Pulun qaytarılması üçün AR Mülki Məcəlləsinin 1095-ci maddəsində müəyyən edilmiş iki illik müddət keçməyib, çünki pulu qaytarmaq hüququ iddiaçıya 2023-cü ildə məlum olub, 2024-cü ildə isə hazırkı iddia verilib. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4576/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. 75.000 (yetmiş beş min) ABŞ dolları məbləğində pul ödəniləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 417,5 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 209 manat, cəmi 626,5 (altı yüz iyirmi altı tam onda beş) manat Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar