Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1239/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdehov Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdehov Cavabdeh ilə aralarında xx xxx 2016-cı il tarixində notariat kontorunda bağlanmış kredit müqaviləsi əsasında, cavabdehin ödəməli olduğu 25.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehov Cavabdeh ilə xx xxx 2016-cı tarixində bağladığı notarial kredit müqaviləsi əsasında cavabdehə 25000 manat borc pul vermişdir. Kredit müqaviləsi Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu Kənan Rəhmanov tərəfindən təsdiq edilmişdir. Borc məbləğinin faizsiz verilməsi şərtləşdirilmişdir. Cavabdeh borcu 1 il ərzində, yəni, xx xxx 2017-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, pulu ödəməmiş və qərəzli surətdə etdiyini bildikdə isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ümumiyyətlə ödəniş etməmiş, məhkum olunması barədə məlumat eşitmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdehov Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, müqavilə bağladıqdan sonra 1 il ərzində ayda 1200 manat olmaqla cəmi 14.400 manatı iddiaçıya qaytarmışdır. Lakin barəsində həbs qətimkan tədbirinin seçilməsi və daha sonra məhkum olunması ona borcun ödənilməsinə manə olmuşdur. O, xx xxxxxxx 2020-ci il tarixdə məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığı çıxmışdır. Qətnamədən də bilinir ki, iddiaçının onun azadlıqda olmadığından məlumatı olmuş və o, bu barədə məhkəməyə məlumat vermiş, lakin məhkəmə cəza çəkdiyi müəssisəyə bildiriş göndərməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu K.Rəhmanov tərəfindən təsdiqlənmiş notariat kontorunda bağlanmış xx xxx 2016-cı il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı Cavabdehov Cavabdeh 25.000 manat borc pul vermiş və Cavabdehov Cavabdeh 25.000 manat məbləğində pulu xx xxx 2017-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçı qarşısında 25.000 manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, İddiaçı ilə Cavabdehov Cavabdeh arasında xx xxx 2016cı il tarixdə 50 saylı notariat kontorunda kredit müqaviləsi bağlanması, Cavabdehovun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdehin borcundan 14.400 manat ödəməsi barədə arqumenti bağlı kollegiya qeyd edir ki, o, nə birinci instansiya, nə də apellyasiya instansiyasına həmin arqumentlərinin yoxlanılmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışı zamanıda bu halı şahid ifadələri ilə sübut etməyə çalışmışdır - halbuki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun verilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin cəza çəkdiyi X1 bildirişlərin göndərildiyi aydın olur. Buna görə də cavabdehin məhkəmə iclasında iştirak etməməsi məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1239/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1239/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver