Məhkəmə qərarları › İş №2(103)-12412/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12412/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12412/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)- 603/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia qismən təmin olunmuş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(103)- 8139/2021 saylı qərardadı ilə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(008)- 603/2021 saylı qərardadı ilə apellyasiya şikayəti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qayatrılmış, digər Cavabdeh1 münasibətdə isə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş birinci instansiya məhkəməsi tərəfindən qətnamədən Cavabdeh1 verilmiş şikayətə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsə də, işdən görünür ki, cavabdehlərdən tərəfindən qətnamədən birgə verilmiş həmin şikayət apellyasiya məhkəməsi tərəfindən hər üçünə münasibətdə qeyri-mümkün hesab edilərək, işlə birlikdə rayon məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi bu barədə qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Cavabdeh1 tərəfindən digər cavabdehlərin əvəzindən müvafiq səlahiyyəti olmadan imzalanmış, lakin birinci instansiya məhkəməsi bu halı nəzərdən qaçırmış, şikayətin səlahiyyətli şəxs tərəfindən verilməsini yoxlamamışdır. Bununla yanaşı, apellyasiya şikayətində işin materiallarına istinad etməklə cavabdehlərin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə bağlı əsaslar cavabdehlərin hər üçünə münasibətdə mövcud olmaqla, şikayət üzrə apellyasiya bütövlükdə mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi isə, apellyasiya şikayətini yalnız cavabdehlərdən ikisinə münasibətdə qaytarmaqla apellyasiya instansiya məhkəməsinin göstərişlərini tam şəkildə icra etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Belə olan halda, Kollegiyanın qənaətinə görə, iş apellyasiya baxışından çıxarılaraq, Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə də yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 364-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş baxışdan çıxarılaraq, Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)-603/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə də yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar