Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12415/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X1” TASC-yə qarşı “istehsalatda baş vermiş qəza nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(008)-4097/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X1” TASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin may ayından 2021-ci ilin iyun ayı nəzərə alınmaqla 17242 manat məbləğində ödənişin birdəfəlik, 2021ci ilin iyul ayından başlayaraq hər ay qanuni ödənişlərin onun «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi bank hesab nömrəsinə köçürülməsi vəzifəsinin X1 TASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(008)- 4097/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 2015-ci ilin may ayından 2021-ci ilin iyun ayı nəzərə alınmaqla 17242 manat məbləğində ödənişin birdəfəlik, 2021-ci ilin iyul ayından başlayaraq hər ay qanuni ödənişlərin iddiaçının «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi bank hesab nömrəsinə köçürülməsi vəzifəsinin X1 TASC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, qətnamənin məsələyə aydınlıq gətirilənə qədər dayandırılmasını xahiş edərək, göstərmişdir ki, iddiaçı 1988-ci ildə əmək xəsarəti almış, həmin vaxtdan 33 il keçmişdir və bu illər ərzində o müəssisədən hər ay müavinət almışdır. Bu gün ƏƏSMN müəyyən yollarla özlərinə saxta sənədlər düzəldən və müavinət alan şəxslərin aşkarlanması ilə ciddi məşğul olur. Həmçinin Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək iddiaçının bu günkü sağlamlıq vəziyyəti barədə məlumat verilməsini istəmişlər. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.5 və 361.1.6cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. Təqdim edilmiş apelyasiya şikayətində cavabdeh qətnamənin məsələyə aydınlıq gətirilənə qədər dayandırılmasını xahiş edərək, qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və hallara istinad etməmişdir. Şikayətçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamışdır. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi MPM-in 364-cü maddəsinin tələblərinə uyğun olaraq apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-verməmədiyini yoxlamadan mülki işi apelyasiya baxışına göndərmişdir. Kollegiya hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Kollegiya onu da bildirir ki, yenidən apellyasiya şikayəti verilərsə, MPM-ə edilmiş əlavə və dəyişiklikulərə uyğun olaraq şikayət elektron qaydada verilməli, habelə onun forma və məzmununa riayət olunmalıdır (formulyara uyğun verilməlidir). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(008)- 4097/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12415/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12415/2021
17.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver