Məhkəmə qərarları › İş №2(103)-1242/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1242/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1242/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7956.02 ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub "İddiaçı" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı" QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAÇ-63 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASCnin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə, № 544/06 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101.025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir.Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana evini təmir etmək məqsədi ilə 101.025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin (2.3. bənd) əsasən "Borcalan" bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 15 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan borcu faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq "İddiaçı" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Əskərov apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia baxılmamaış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.2-cı maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiya iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə əsasən “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı" QSC-yə keçmişdir. Göründüyü kimi, “xxxx” ASC borclu şəxslərə qarşı tələb hüququnu "İddiaçı" QSC-yə güzəşt etmişdir. Beləliklə, aydın olur ki, İddiaçı QSC hazırkı və bu xarakterli işlər üzrə “X2 Edilməsi Agentliyi” MMC-yə öz adından (MMC adından) məhkəmədə iddia qaldırmaq səlahiyyəti, o cümlədən icraçı direktor Süleyman Bəkirova iddia ərizəsini imzalamaq hüququ verməmişdir. Çünki, bu işlər üzrə tələb hüququ "İddiaçı" QSC-yə məxsusdur və iddiaçının hazırkı iddia üzrə tələb hüququ olmamışdır. Ona görə də, iddiaçı “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.3, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: İddiaçı İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar