Məhkəmə qərarları › İş №2(103)-1242/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1242/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1242/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 2353/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq mənə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh polis işçisi Cavabdeh (polis vəsiqəsi AZ 46523 şəxsiyyət vəsiqəsi AZE-********) ilə aralarında 2019-cu ilin aprel ayında altı ay müddətinə Azərbaycan Respublikasımı Mülki Məcəlləsinin 740-cı maddəsinin tələblərinə uyğun olaraq 1000 (bir min) manat məbləğinə borc müqaviləsi bağlanmış və o həmin müqavilə üzrə öhdəliklərini hazırki tarixədək icra etməmişdir. Dəfələrlə cavabdehin iş yeri olan Yasamal RPl-nin 26-cı Polis Bölməsinə gedərək onunla borcun qaytarılması haqqında söhbət etsə də müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdehin yaşayış yerinin dəqiqləşdirilməsi məqsədi ilə onun borc bağlanarkən təqdim etdiyi və polis vəsiqəsində göstərilmiş ünvan (ünvan 1asının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 (MAPS) üzrə məlumat şöbəsinə müraciət etmişdir. Cavab məktubunda nəticənin Yasamal RPİ-dən veriləcəyi bildirilmişdir. Yasamal RPİ-dən müvafiq cavab verilmişdir. Bununla əlaqədar DİN-nə müraciətlərin olmuşdur. Aralarında imzalanmış müqavilənin şərtinə uyğun olaraq borcun ödənilməsi məqsədi ilə, Cavabdeh ünvanına 11.12.2020-ci il tarixində sifarişli məktubla müraciət etmişdir. Məktubu 25.12.2020-ci il tarixində imza edərək təhvil almışdır, lakin bu günə qədər tərəfindən borc ödənilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 2353/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 1000 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2353/2021 saylı iş üzrə 04.06.2021-ci il tarixli qətnaməsinin ləğv eilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Hesab edir ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmədə iştirakı təmin olunmamış, keçirilmiş məhkəmə iclasları barədə ona məlumat verilməmişdir. Məhkəmə iclasından məlumatı olmadığı üçün özünü müdafiə etməyi üçün imkanının olmadığını bildirmişdir. Digər tərəfdən iddiaçı ilə aralarında hər hansı müqavilə bağlanmamış və onun iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığını qeyd etmişdir. Hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətində qeyd edilən halları tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıq münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehlə müqavilə bağlamamışdır.Borc müqaviləsindəki imza ona məxsusdur.Lakin imzalayanda İddiaçı imzasını görməmişdir.Anası xərçəng xəstəsi olduğuna görə zamanla pula ehtiyacı olub. Bu səbəbdən bəzi vaxtlarda Pərvanə xanıma pul üçün müraciət etmişdir.Daxili İşlər Nazirliyində sahə inspektoru vəzifəsində çalışır.Pərvanə xanımı digər polis əməkdaşlarının vasitəsilə tanımışdır.Onlara faizlə pul verirdi.Axırıncı dəfə Pərvanə xanımdan 1000 manat məbləğində borc pul götürəndə ona dedi ki o pulu şəriki İddiaçı götürdüyü üçün müqaviləyə imza atmalı olduğunu bildirdi.18 il Daxili İşlər Nazirliyində işləmişdir.Həmin an pula çox ehtiyacı olduğu üçün imzalayanda İddiaçı adına diqqət yetirməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 07.04.2019-cu il tarixli “Borc verən” İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”-a 1000 manat məbləğində pul vermişdir. "Borc alan" kredit məbləini 25.11.2019-cu il tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirir. İş materiallarında olan borcun ödənilməsi haqqında İddiaçı Cavabdeh ünvanlanmış 11.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, müvafiq müddət ərzində aralarında imzalanmış borc müqaviləsi üzrə 1000 ( bir min) manat məbləğində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı Cavabdeh diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, 07.04.2019-cu il tarixli “Borc verən” İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən “Borc verən” “Borc alan”-a 1000 manat məbləğində pul vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yuxarıda qeyd edilən müqaviləni fərqinə varmadan imzaladığını bildirsə də bu işin digər halları ilə təsdiq edilməmişdir. Odur ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, yəni 1000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh 1000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Beləliklə, Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)-2353/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar