Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1244/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 və vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsindən "xxxx" QSC KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı "xxxx" QSC KB-nın cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ilkin iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" QSC KB-na qarşı “müqavilə üzrə öhdəliyin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsindən "xxxx" QSC KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən apellyasiya icraatında məlum olmuşdur ki, baxılan iş üzrə eyni tərəflər arasında eyni növlü iş (2(103)-4291/21 saylı iş) Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı "xxxx" QSC KB-nın cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ilkin iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" QSC KB-na qarşı “müqavilə üzrə öhdəliyin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsindən "xxxx" QSC KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən apellyasiya icraatında olan 2(103)-1244/21 saylı mülki iş eyni tərəflər arasındakı eyni növlü mülki işlə (2(103)-4291/21 saylı iş) birləşdirilərək bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şərafət məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1244/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1244/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver