Məhkəmə qərarları › İş №2(103)-1244/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1244/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1244/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı QSC cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ee-2(011)-9411/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdeh X1 qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin e-2(011)-9411/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdeh X1 qarşı borcun ödənilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı İddiaçı QSC-nin nümayəndəsi Məhsəti Hüseynova şikayətlə məhkəməyə müraciət edərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin geri qaytarılması məhkəmə tərəfindən onunla əsaslandırılmışdır ki, Azemis Məhkəmə İdarəetmə Sistemində cavabdeh X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasənqanunla başqahal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunan maddənin tələblərinə İddiaçıQSC tərəfindən riayət olunmuşdur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş DİNinBPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda cavabdehin qeydiyyatda olduğu ünvan ünvan 2da qeyd etmişdir ki, Azemis Məhkəmə İdarəetmə Sistemindən görünür ki, cavabdeh X3 ünvan 3 ünvanında qeydiyyatdadır. Lakin nəzərinəz çatdırmaq istəyirik ki, Azemis Məhkəməİdarəetmə Sistemində mövcud olan məlumatlara AccessBank QSC-nin giriş hüququ yoxdur. Cavabdeh rəsmi qeydiyyat ünvanı barədə məlumatı DİN-in BPQMİ-nin MAPS şöbəsinə sorğu verərək rəsmi qaydada arayış formasında əldəetmişdir. Hesab edirik ki, DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayış mötəbər sübut hesab olunur. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Aidiyyət haqqında məsələ qalxdıqda, məhkəmə tərəfindən onun öz təşəbbüsü ilə hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxara bilər. Göründüyü kimi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə riəyət olunaraq, cavabdehin rəsmi qeydə alındığı yer üzrə Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bu səbəbdən hesab edirlər ki, Xətai Məhkəməsinin e-2(011)-9411/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsassız olaraq qəbul edildiyindən ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ee-2(011)-9411/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən hazırki iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırılmış, lakin həmin məhkəmənin il tarixli qərardadına əsasən, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılmalı olması qənaətinə gəlmiş və iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iddiaya aidiyyət qaydaları baxımından Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması üçün hər hansı əsas yoxdur. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1 ünvanıdır. Bu səbəbdən birinci instansiya məhkəməsi əsaslı olaraq şikayəti təmin etməyərək işin aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin şikayətini təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9411/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9411/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar