Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12440/2019 06.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh3-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindənayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Hacıyevə Könül Abakər qızına qarşı, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda eyniməzmunlu apelyasiya şikayəti verərək, bildirmişlər ki, cavabdeh “xxxxxxxx” ASC ləğv prosesindədir və ləğv prosesində olan banka qarşı tələbi olan kreditorlar tələblərini qeydə aldırmaq üçün ləğv prosesində olan bankın ləğvedidicisinə müraciət etməli, tələbləri əsasdırsa, ləğvedici tərəfindən qeydə alınmalıdır. Tələbin təminatı varsa, o zaman kreditor tələbinin həmin girova yönəldilməsini tələb edə və əmlakın açıq hərracda satışından əldə edilən vəsaitlə onun tələblərinin ödənilməsini ləğvedicidən tələb edə bilər. Beləliklə, onlar qeyd etmişlər ki, hazırki iş üzrə iddiaçı – yeni kreditor qismində çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının belə bir tələblə məhkəməyə müraciət etməsi tamamilə əsassızdır. Göstərilənlərə əsasən, rayon qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə uyğun olaraq, ləğv prosesində olan banka qarşı tələbi olan kreditorlar tələbləriin qeydə aldırmaq üçün ləğv prosesində olan bankın ləğvedicisinə müraciət etməli və tələbləri əsaslıdırsa, ləğvedici tərəfindən qeydə alınmalıdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilrək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6121/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 şikayətləri qismən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 şikayəti tam təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Daha sonra, iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5271/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6121/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün məhkəməyə geri qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili N.Hüseyinov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Mehdizadə apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış KB011-1375 nömrəli xx.xx.2011 -ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən kreditor borcluya 720 gün müddətinə illik 5,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4.000.000 manat məbləğində banklararası kredit vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış KB011-1376 nömrəli xx.xx.2011 -ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən kreditor borcluya 720 gün müddətinə illik 5,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7.000.000 manat məbləğində banklararası kredit vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011 -ci il tarixli İB011-1375 nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış KB011-1375 nömrəli xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən “X10” Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 saylı binanın cənub-şərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1.011,10 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 6.000.000 manat məbləğindəqiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011 -ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən 4.000.000 manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011 -ci il tarixli çıxarışın məzmunundan görünür ki, “Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 olan qeyri-yaşayış binası KB011-1375 nömrəli xx xxxxx 2011 -ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti xx xxxxx 2013-cü ilə kimi müəyyən edilmişdir. Hüququn əvvəlki yüklülüyü “X10” Açıq Səhmdar Cəmiyyətinə aiddir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh1 və “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011 -ci il tarixli İB011-1376/1 nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış KB011- 1375 nömrəli xx.xx.2011 -ci il tarixli və KB011-1376 nömrəli xx.xx.2011 -ci il tarixli kredit müqavilələrinə əlavə olaraq, “X10” Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçiddə istifadədə olan 0,79687 ha torpaq sahəsində yerləşən 7.316,60 kv.metr ümumi, 5.720,80 kv.metr əsas, 1.595,80 kv.m köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri-yaşayış binası qeyd edilən kredit müqavilələri üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir, ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 7.100.000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011 -ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən 4.000.000 manat kreditin xx xxxxx 2013-cü il tarixinədək və xx xxxxx 2011 -ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən 7.000.000 manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011 -ci il tarixli çıxarışın məzmunundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid, qeyri-yaşayış binası KB011-1375 nömrəli xx xxxxx 2011 -ci il tarixli və KB011-1376 nömrəli xx xxxxx 2011 -ci il tarixli kredit müqavilələrinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti KB011-1375 nömrəli xx xxxxx 2011 -ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2013-cü ilə kimi, KB011-1376 nömrəli xx xxxxx 2011 -ci iltarixli kredit müqaviləsi üzrə isə xx xxxxx 2013-cü ilə kimi müəyyən edilmişdir. Hüququn əvvəlki yüklülüyü olmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011- ci il tarixli İB011-1376/3 nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış KB011-1376 nömrəli xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, xx xxxxx 2011 -ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 saylı binanın cənubşərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1.011,10 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 6.000.000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011 -ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən 7.000.000 manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 olan qeyri-yaşayış binası KB011-1376 nömrəli xx xxxxx 2011 -ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti xx xxxxx 2013-cü ilə kimi müəyyən edilmişdir. Hüququn əvvəlki yüklülüyü Azərbaycan Respublikasının Mərkəzi Bankına aiddir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Hacıyevə Könül Abakər qızı və “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011 -ci il tarixli İB011- 1376/6 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış KB011-1376 nömrəli xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, Hacıyevə Könül Abakər qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 istifadədə olan 0,0626 ha torpaq sahəsində 48,24 kv.metr yaşayış sahədən ibarət 9 mərtəbəli binada 3 otaqlı 111 nömrəli mənzil qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 100.000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011 -ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən 7.000.000 manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011 -ci il tarixli çıxarışın məzmunundan görünür ki, Hacıyevə Könül Abakər qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 11/13, 111 nömrəli mənzil KB011-1376 nömrəli xx xxxxx 2011 -ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti xx xxxxx 2013-cü ilə kimi müəyyən edilmişdir. Hüququn əvvəlki yüklülüyü olmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Hacıyevə Könül Abakər qızı və “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011 -ci il tarixli İB011- 1376/7 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmışКВ011-1376 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, Hacıyevə Könül Abakər qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 istifadədə olan 0,0626 ha torpaq sahəsində 51,58 kv.metr yaşayış sahədən ibarət 9 mərtəbəli binada 3 otaqlı 110 nömrəli mənzil qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 110.000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən 7.000.000 manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın məzmunundan görünür ki, Hacıyevə Könül Abakər qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 11/13, 110 nömrəli mənzil KB011-1376 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti xx xxxxx 2013-cü ilə kimi müəyyən edilmişdir. Hüququn əvvəlki yüklülüyü olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin və “X9” Açıq Səhmdar Cəmiyyətinin iflas proseduruna başlanması və bankların müflis elan edilməsi, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin və “X9” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı və aktiv öhdəliklərin “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə keçirilməsi və onun lisenziyasının bərpa edilməsi tələbinə dair iş üzrə xx xxxxxx 2016-cı il tarixli 2-1(102)-1471/2016 nömrəli qərarının məzmunundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2016-cı il tarixli qərarından cavabdehlər «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti, «X9» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X4 tərəfindən kassasiya şikayəti verilərək, məhkəmə qərarının ləğv edilməsi, İddiaçı «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin və «X9» Açıq Səhmdar Cəmiyyətinin iflas proseduruna başlanılması barədə ərizələrinin rədd edilməsi, «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin və «X9» Açıq Səhmdar Cəmiyyətinin ərizəsinin təmin edilərək, «X9» Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının və aktiv öhdəliklərin «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə köçürülməklə lisenziyanın bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Müvafiq qərarla Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2-1(103)- 940/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hacıyevə Könül Abakər qızına və surətinin “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli 05-00755-2016 nömrəli bildirişin surətinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Hacıyevə Könül Abakər qızı və “xxxxxxxx” Açıq t Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2011-ci il tarixli İB011-1376/6 nömrəli ipoteka müqaviləsinə əsasən Hacıyevə Könül Abakər qızına xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 1 ünvanında yerləşən 48,24 kv.metr yaşayış sahəsindən ibarət üç otaqlı 111 nömrəli mənzil və xx xxxx 2011-ci il tarixli İB011-1376/7 nömrəli ipoteka müqaviləsinə əsasən Hacıyevə Könül Abakər qızına xüsusi mülkiyyət hüququ ilə məxsus, 51,58 kv.metr yaşayış sahəsindən ibarət üç otaqlı 110 nömrəli mənzil Azərbaycan Respublikasının Mərkəzi Bankına ipotekaya qoyulmuş və əmlakın ipotekası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq olaraq xx xxxx 2011-ci il tarixdə ********** və xx xxxx 2011-ci il tarixdə ********** nömrələri ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bank ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanan xx xxxxx 2011-ci il tarixli KB011-1376 nömrəli kredit müqaviləsinə əsasən 6.200.000 (altı milyon iki yüz min) manat əsas və 1.882.558,39 (bir milyon səkkiz yüz iki min beş yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat məbləğində hesablanmış faizlər vaxtında ödənilmədiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ipoteka müqaviləsinə müvafiq olaraq məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlayır. Bununla əlaqədar ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına dəvət edilmişdir. Əks təqdirdə, bu bildirişdən 30 gün sonra öhdəliklərin icrasının ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hesabına ödənilməsini təmin etmək məqsədilə qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh1, surətlərinin “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə və “X11” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli 05-00756-2016 nömrəli bildirişin surətinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh1 və ‘xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli İB011-1376/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292- 1293-cü keçiddə istifadədə olan 0,79687 ha torpaq sahəsində yerləşən 7316,6 kv.metr ümumi, 5720,8 kv.metr əsas, 1595,8 kv.metr köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikasının Mərkəzi Bankına ipotekaya qoyulmuş və əmlakın ipotekası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxx 2011-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bank ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanan xx xxxxx 2011-ci il tarixli KB011-1375 nömrəli kredit müqaviləsinə əsasən 4.000.000 (dörd milyon) manat əsas və 1.186.166,51 (bir milyon yüz səksən altı min yüz altmış altı manat əlli bir qəpik) manat məbləğində hesablanmış faizlər və xx xxxxx 2011-ci il tarixli KB011-1376 nömrəli kredit müqaviləsinə əsasən 6.200.000 (altı milyon iki yüz min) manat əsas və 1.882.558,39 (bir milyon səkkiz yüz səksən iki min beş yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat məbləğində hesablanmış faizlər vaxtında ödənilmədiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ipoteka müqaviləsinə müvafiq olaraq məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlayır. Bununla əlaqədar ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına dəvət edilmişdir. Əks təqdirdə, bu bildirişdən 30 gün sonra öhdəliklərin icrasının ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hesabına ödənilməsini təmin etmək məqsədilə qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, surətlərinin “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə və “X11” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli 05- 00759-2016 nömrəli bildirişin surətinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli İB011-1375 nömrəli sonrakı ipoteka müqaviləsinə və xx xxxxx 2011-ci il tarixli İB011-1376/3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 nömrəli binanın cənub-şərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1.011,1 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası Azərbaycan Respublikasının Mərkəzi Bankına ipotekaya qoyulmuş və əmlakın ipotekası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq olaraq xx xxxxx 2011-ci il tarixində ********** və xx xxx 2011-ci il tarixli ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Acıa Səhmdar Cəmiyyəti arasında imzalanan xx xxxxx 2011-ci il tarixli KB011-1375 nömrəli kredit müqaviləsinə əsasən 4.000.000 (dörd milyon) manat əsas və 1.186.166,51 (bir milyon yüz səksən altı min yüz altmış altı manat əlli bir qəpik) manat məbləğində hesablanmış faizlər və xx xxxxx 2011-ci il tarixli KB011-1376 nömrəli kredit müqaviləsinə əsasən 6.200.000 (altı milyon iki yüz min) manat əsas və 1.882.558,39 (bir milyon səkkiz yüz səksən iki min beş yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat məbləğində hesablanmış faizlər vaxtında ödənilmədiyindən, Azərbaycan Respublikasının Mərkəzi Bankı ipoteka müqaviləsinə müvafiq olaraq məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlayır. Bununla əlaqədar ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına dəvət edilmişdir. Əks təqdirdə, bu bildirişdən 30 gün sonra öhdəliklərin icrasının ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hesabına ödənilməsini təmin etmək məqsədilə qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsininAzərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli**********66 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxxxx 2016-cı il tarixli 05-0783-2016 nömrəli məktubuna əsasən Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 nömrəli binanın cənub-şərq hissəsində yerləşən qeyri- yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsininAzərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli**********79 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxxxx 2016-cı il tarixli 05-00812-2016 nömrəli məktubuna əsasən Hacıyevə Könül Abakər qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13 nömrəli evin 111 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsininAzərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli**********80 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxxxx 2016-cı il tarixli 05-00811-2016 nömrəli məktubuna əsasən Hacıyevə Könül Abakər qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13 nömrəli evin 110 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsininAzərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli**********28 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxxxx 2016-cı il tarixli 05-00810-2016 nömrəli məktubuna əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçiddə 1 və 2 mərtəbəli qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. “X11” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx xxx 2017-ci il tarixli 046/X-17 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292- 1293-cü keçid ünvanında yerləşən 1 və 2 mərtəbəli qeyri-yaşayış binası və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev saylı binanın cənub-şərq hissəsi, qeyri-yaşayış binası üzərindən bankın hüquqlarının yüklülüyü ləğv edilmiş və bunun nəzərə alınması xahiş olunmuşdur. “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli QR-29/1M nömrəli qiymətləndirmə rəyininməzmunundan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi,1292-1293-cü keçiddəistifadədə olan 0,79687 ha torpaq sahəsində yerləşən 7316,6 kv.metr ümumi, 5720,8 kv.metr əsas, 1595,8 kv.metr köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri-yaşayış binasının likvid bazar dəyəri 1.200.000 (bir milyon iki yüz min) manat, bazar dəyəri 1.500.000 (bir milyon beş yüz min) manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 1.248 manat müəyyən edilmişdir. “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli QR-29/2M nömrəli qiymətləndirmə rəyininməzmunundan görünür ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 nömrəli binanın cənub-şərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1011,1 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının likvid bazar dəyəri 1.100.000 (bir milyon yüz min) manat, bazar dəyəri 1.400.000 (bir milyon dörd yüz min) manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 1.560 manat müəyyən edilmişdir. “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli LP- 071/18 nömrəli mütəxəssis rəyinin məzmunundan görünür ki, Hacıyevə Könül Abakər qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13 istifadədə olan 0,0626 ha torpaq sahəsində 48,24 kv.metr yaşayış sahəsindən ibarət 9 mərtəbəli binada 3 otaqlı 111 nömrəli mənzilin və həmin ünvanda yerləşən 51,58 kv.metr yaşayış sahəsindən ibarət 9 mərtəbəli binada 3 otaqlı 110 nömrəli mənzillərin birlikdə bazar dəyəri 86.000 (səksən altı min) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 500 manat cavabdeh Hacıyevə Könül Abakər qızı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın məzmunundan görünür ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 5 Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər və üçüncü şəxsin apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Beləliklə, Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013- cü il tarixinədək illik 5,5% ödəmək şərti ilə 4.000.000 (dörd milyon) manat məbləğində kreditin verilməsi barədə xx.xx.2011 -ci il tarixli, KB011- 1375 nömrəli və xx.xx.2013-cü il tarixinədək illik 5,5% ödəmək şərti ilə 7.000.000 (yeddi milyon) manat məbləğində kreditin verilməsi barədə xx.xx.2011 -ci il tarixli, KB011-1376 nömrəli kredit müqavilələri bağlanmışdır. Bu kredit müqavilələri üzrə xx.xx.2011 -ci il tarixli, İB011-1375 nömrəli və xx.xx.2011 -ci il tarixli, İB011-1376/3 nömrəli sonrakı ipoteka müqavilələri əsasında KB011-1375 və KB011-1376 nömrəli kredit müqavilələrinin təminatı olaraq Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5 saylı binanın cənub-şərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1.011,1 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2011 -ci il tarixli, İB011- 1376/1 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında KB011-1375 və KB011-1376 nömrəli kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçiddə istifadədə olan 0,79687 ha torpaq sahəsində yerləşən 7.316,60 kv.metr ümumi, 5.720,80 kv.metr əsas, 1.595,80 kv.metr köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2011 -ci il tarixli, İB011-1376/6 nömrəli və həmin tarixli İB011- 1376/7 nömrəli ipoteka müqavilələri əsasında KB011-1376 nömrəli kredit müqaviləsinin təminatı olaraq Hacıyevə Könül Abakər qızına xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 istifadədə olan 0,0626 ha torpaq sahəsində 48,24 kv.metr yaşayış sahədən ibarət 9 mərtəbəli binada 3 otaqlı 111 nömrəli mənzil və həmin ünvanda yerləşən 51,58 kv.metr yaşayış sahədən ibarət 9 mərtəbəli binada 3 otaqlı 110 nömrəli mənzil Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1471/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli Qərarı ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin müflis elan olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2-1 (103)-940/2016 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri “xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi tərəfindən bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2011 -ci il tarixli, KB011-1375 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 4.000.000 (dörd milyon) manat əsas, 1.186.166,51 (bir milyon yüz səksən altı min yüz altmış altı manat əlli bir qəpik) manat faiz, xx.xx.2011 -ci il tarixli, KB011-1376 nömrəli kredit müqaviləsi üzrə 6.200.000 (altı milyon iki yüz min) manat əsas, 1.882.508,39 (bir milyon səkkiz yüz səksən iki min beş yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat faiz olmaqla, ümumilikdə 13.268.724,90 (on üç milyon iki yüz altmış səkkiz min yeddi yüz iyirmi dörd manat doxsan qəpik) manat kredit borcu vardır. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd edilən Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onların apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-12440/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12440/2019
06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver