Məhkəmə qərarları › İş №2(103)-12491/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12491/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12491/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7290/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İnternet Kabel İdarəsinin *1199 Gəncə filialına qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7290/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun Yasamal Rayon Məhkəməsinə ödənilməsinə dair qəbz əlavə edilmədiyi üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı verdiyi şikayət Məhkəmənin 15.12.2021-ci il tarixli qərardadı təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. İddiaçı tərəfindən verilmiş şikayətdən görünür ki, şikayət nə şəxsin özü, nə də ki, nümayəndəsi tərəfindən imzalanmışdır. (iş/vər. 13-14) Birinci instansiya məhkəməsi şikayəti geri qaytarmalı olduğu halda qaytarmamış, şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayət imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud deyil. Buna görə də şikayət geri qaytarılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7290/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar