Məhkəmə qərarları › İş №2(103)-1250/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1250/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1250/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh5 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh15 MTK və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-191/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank VTB ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli 152583-1-17652/1/1 Saylı, “bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 29 noyabr 2018-ci il tarixə Banka borclu olduğu 682.311,76 (altı yüz səksən iki min üç yüz on bir) ABŞ dolları məbləğində əsas borc, 28.264 (iyirmi səkkiz min iki yüz altmış dörd) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 710.575,76 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə məzənnəsi ilə) və 30 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumun müştərək qaydada Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 Zəlimxan qızından və Cavabdeh15 MTK, “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 3-cü küçədə 237.5 kv.m, ümumi 135.2 kv.m yaşayış sahəsi 102.3 kv.m. yardımçı Sahədən 6 otaqlı 91 nömrəli fərdi yaşayış evi ilkin satış qiymətini 205.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilməsi, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 35 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımçı sahəsi 22.0 kv.m olan 4 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiymətini 130.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilməsi, ünvan 1 ünvanında istifadədə olan 0.00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 55.8 kv.m. əsas sahəsi 55.8 kv.m ibarət olan qevri-yaşayış sahəsinin ilkin satış qiymətini 110.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilsin və həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 550.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği həmin evə yönəldilsin həmin əmlakların açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən, ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 ünvan 3 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh5 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı, X4 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsələrini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılsın və mənzillər boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-191/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməklə qətnamə qəbul etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilməlidir. Keçirilmiş ekspertiza nəticəsində cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili E.Nuriyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin məhkəməyə iddiadan qismən imtina barədə ərizə təqdim edərək, ərizənin təmin edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki,iş materiallarında olan Bank VTB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 152583-1-17652 saylı “kredit razılaşması”ndan görünür ki, “Bank” “Kredit alan”a 10 il müddətinə ******* Abş dolları və ya AZN/RUB/EUR olan ekvivalenti məbləğində kredit xətti açmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış “kredit razılaşması”nın şərtlərinə uyğun olaraq Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 152583-1- 17652/1 saylı, “bərpa olunan kredit xətti müqaviləsi”ndən görünür ki, Cavabdeh1 illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə ümumilikdə 800.000 ABŞ dolları və ya AZN/RUB/EUR olan ekvivalenti məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 152583-1-17652/1 saylı “bərpa olunan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı razılaşmadan görünür k, Cavabdeh1 18 mart 2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 828.815 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh4 oğlunun ərizəsindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin Bank VTB ASC-yə ipoteka qoyulmasına etira etmirəm, razıyam. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcəm. İş materiallarında olan Cavabdeh3 ərizəsindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin Bank VTB ASC-yə ipoteka qoyulmasına etira etmirəm, razıyam. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəm. İş materiallarında olan Cavabdeh4 oğlunun ərizəsindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin satılmasına və ya ipoteka qoyulmasına etira etmirəm, razıyam. İpoteka predmetinə tutma yönəldikdə məhkəmə qətnaməsi tələb etmədən həmin mənzil sahəsini tərk etməyi öhdəliyimə götürürəm. İş materiallarında olan Cavabdeh3 ərizəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmirəm. İş materiallarında olan Cavabdeh14 ərizəsindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının Bank VTB ASC-yə ipotekaya qoyulmasına etiraz etmir, razıyam. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəm. İş materiallarında olan Cavabdeh9 Ramisoviçin ərizəsindən görünür ki, Cavabdeh5 məxsus olan ünvan 6 ünvanda yerləşən mənzilin Bank VTB ASC-yə ipotekaya qoyulmasına etiraz etmirəm, razıyam. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəm. İş materiallarında olan Cavabdeh6 ərizəsindən görünür ki, Cavabdeh5 məxsus olan ünvan 6 ünvanda yerləşən mənzilin Bank VTB ASC-yə ipotekaya qoyulmasına etiraz etmirəm, razıyam. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcəm. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi Cavabdeh2 23 iyul 2015-ci il tarixli №1035 arayışından görünür ki, Cavabdeh5 barəsində nikah haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları xx.xx.2003-cü ildən xx.xx.2015-ci ilədək vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmışdır. İş materiallarında olan 16 iyul 2015-ci il tarixdə bağlanmış Cavabdeh10 ilə 152613-7- 9291 saylı, Cavabdeh11 ilə 152613-7-9292 saylı, Cavabdeh12 152613-7-9293 saylı, Cavabdeh13 ilə 152613-7-9294 saylı, Cavabdeh14 Zəlimxan qızı ilə 152613-7-9295 saylı və Cavabdeh15 MTK ilə 152613-G-177 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşdülər. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəlikləri 18 iyul 2017-ci il tarixdən icra etməmiş və nəticədə xx.xx.2016-cı il tarixli 152583- 1-17652/1/! Saylı, “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 Banka 682.311,76 ABŞ dolları məbləğində əsas borc, 28.264 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 710.575,76 ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 ərizəsindən görünür ki, 152583- 1-17652/1 müqaviləsi üzrə 40000000 USD məbləğində vəsaiti mənim sizin bankda olan cari hesabına köçürəsiniz. İş materiallarında olan Cavabdeh1 ərizəsindən görünür ki, 152583-1-17652/1 müqaviləsi üzrə 200000 USD məbləğində vəsaiti mənim sizin bankda olan cari hesabına köçürəsiniz. İş materiallarında olan Cavabdeh1 ərizəsindən görünür ki, 152583- 1-17652/1 müqaviləsi üzrə 20000000 USD məbləğində vəsaiti mənim sizin bankda olan cari hesabına köçürəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX №0719528 saylı çıxarışından görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX №0719106 saylı çıxarışından görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3-cü küçə, 91 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışından görünür ki, Cavabdeh2 məxsus olan ünvan 3 ünvanı ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışından görünür ki, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, 29 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018- ci il tarixli məktubundan görünür ki, Sizin 2114/P saylı xx.xx.2018-ci il tarixli məktubunuza əsasən Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Sarabski küçəsi 29 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018- ci il tarixli məktubundan görünür ki, Sizin 2113/P saylı xx.xx.2018-ci il tarixli məktubunuza əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 66c saylı qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018- ci il tarixli məktubundan görünür ki, Sizin 2108/P saylı xx.xx.2018-ci il tarixli məktubunuza əsasən X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 35 saylı evin 13 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018- ci il tarixli məktubundan görünür ki, Sizin 2112/P saylı xx.xx.2018-ci il tarixli məktubunuza əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 3cü küçə 91 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan girovların Qiymətləndirilməsi və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmeti yenidən qiymətləndirmiş və həmin əmlakların bazar dəyəri xx.xx.2018-ci il tarixli rəydən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti 180000 manat məbləğində; ünvan 3 ünvanında yerləşən əmlakın dəyəri 72.500 manat məbləğində; ünvan 1 ünvanında yerləşən əmlakın dəyəri 100.000 manat məbləğində; ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 515.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 Bank VTB ASC-yə 152583-1- 17652/1/1 saylı, xx.xx.2016-cı il tarixli kommersiya Krediti müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə olan borcunu aşağıdakı şəkildə təqdim edirik: əsas borc 682311.76 ABŞ dolları, cərimə 28264.00 ABŞ dolları, cəmi 710575.76 ABŞ dolları təşkil edir. İş materiallarında olan Heba Consultingin 20 may 2019-cu il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3-cü küçədə, istifadədə olan 0.01508 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 2 mərtəbəli, 6 otaqlı, 237.5 m2 ümumi, 135.2 m2 yaşayış, 102.3 m2 yardımçı sahədən və tikintialtı sahəsi 11.5 m2 oaln hasar və dəmir darvazadan ibarət 91 nömrəli fərdi yaşayış evinin qiymətləndirmənin keçirildiyi tarixə dəyəri 205.000 manat təşkil edir. İş materiallarında olan Heba Consultingin 20 may 2019-cu il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, xarici dairəvi, 66c ünvanında, istifadədə olan 0.00346 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 55.8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının qiymətləndirmənin keçirildiyi tarixə 110.000 manat təşkil edir. İş materiallarında olan Heba Consultingin 20 may 2019-cu il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində, istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən, Cavabdeh5 mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı, 264.3 m2 ümumi, 178.9 m2 yaşayış, 85.4 m2 yardımçı sahədən ibarət yaşayış evi, 2 mərtəbəli, 5 otaqlı, 209.23 m2 ümumi, 142.53 m2 yaşayış, 66.7 m2 yardımçı sahədən ibarət yaşayış evi 2 mərtəbəli, 3 otaqlı, 128.19 m2 ümumi, 65.4 m2 yaşayış, 62,79 m2 yardımçı sahədən ibarət yaşayış evi, 1 mərtəbəli, 3 otaqlı, 84,14 m2 ümumi, 59,93 m2 yaşayış, 24,21 m2 yardımçı sahədən ibarət yaşayış evini və tikintialtı sahəsi 31.4 m2 olan mətbəx, 12.3 m2 olan kölgəlik 45.3 m2 olan hovuz, 12.3 m2 olan hasardan ibarət 29 nömrəli fərdi yaşayış evinin qiymətləndirmənin keçirildiyi tarixə dəyəri 550000 manat təşkil edir. İş materiallarında olan Heba Consultingin 20 may 2019-cu il tarixli hesabatından görünür ki, ünvan 11 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan, 84,4 m2 ümumi, 62.4 m2 yaşayış və 22.0 m2 yardımçı sahədən ibarət, 4 otaqlı, 13 nömrəli mənzilin qiymətləndirmənin keçirildiyi tarixə 22.0 m2 yardımçı sahədən ibarət, 4 otaqlı, 13 nömrəli mənzilin qiymətləndirmənin keçirildiyi tarixə dəyəri 130000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2019-cu il tarixli, № 10174 saylı ekspert rəyindən görünür ki, 16 iyul 2015-ci il tarixli, 152583-1-17652/1 saylı kredit müqaviləsində, eləcə də 18 mart 2016-cı il tarixli razılaşmada qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 29 noyabr 2018-ci il tarixə "xxxx" ASC-nə əsas və faiz borcu 682.311,76 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 682.311,76 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları təşkil edir. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüş, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Bununla da o, həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli 152583-1-17652/1/1 saylı, “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 29 noyabr 2018-ci il tarixə Banka borclu olduğu 682.311,76 ABŞ dolları məbləğində əsas borc, 28.264 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 710.575,76 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə məzənnəsi ilə) müştərək qaydada Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 Zəlimxan qızından və Cavabdeh15 MTK, “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmasına dair məhkəmənin gəldiyi nəticə doğru olmuşdur. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin və ipoteka predmetinin dəyərinin araşdırılmamasını, ekspertiza tərəfindən ödənilmiş məbləğlərin nəzərə alınmamasını bildirmişdir. Kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 29 noyabr 2018-ci il tarixə "xxxx" ASC-nə əsas və faiz borcu 682.311,76 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 682.311,76 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları təşkil edir. Cavabdeh apellyasiya şikayətində həmin ekspert rəyini mübahisələndirsə də, həmin ekspert rəyində hansı ödənişlərinin (hansı tarixli, hansı məbləğdə və s.) nəzərə alınmamasını və ekspert rəyindəki çatışmazlıqların konkret olaraq nədən ibarət olmasını əsaslandırmamışdır. Kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən və cavabdeh tərəfindən yenidən ekspertizanın keçirilməsi əsaslandırılmadığından təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur. Çünki, ekspert rəyi iş materiallarında olan sənədlər nəzərə alınmaqla verilmişdir ki, təkrarən eyni materiallar əsasında rəy verilməsi mülki işin zərurət olmadan uzadılmasına səbəb ola bilər. Odur ki, kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən işin həllində ekspert rəyi ilə müəyyən edilən borc məbləğini əsas götürməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya iddia tələbinin ipoteka predmetləri ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 3-cü küçədə 237.5 kv.m, ümumi 135.2 kv.m yaşayış sahəsi 102.3 kv.m. yardımçı Sahədən 6 otaqlı 91 nömrəli fərdi yaşayış evinə, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair məhkəmənin mövqeyi əsaslı olmuşdur. Belə ki, «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, işə apellyasiya instansiyası məhkməsində baxılan zaman iddiaçı iddia tələbindən tutmanın ipoteka predmeti olan ünvan 12 ünvanında olan 0.00346 ha torpaq sahəsində yerləşən 55.8 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1250/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 191/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutmanın ipoteka predmeti olan ünvan 12 ünvanında olan 0.00346 ha torpaq sahəsində yerləşən 55.8 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdehin apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə ipoteka predmeti olan mənzillərin hazırki vaxta olan likvid dəyərinin müəyyən edilməsindən ötrü məhkəmənin qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 3-cü küçədə 237.5 kv.m, ümumi 135.2 kv.m yaşayış sahəsi 102.3 kv.m. yardımçı Sahədən 6 otaqlı 91 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 196.100 manat, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 588.400 manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 35 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımçı sahəsi 22.0 kv.m olan 4 otaqlı 13 nömrəli mənzilin likvid dəyəri isə 97.500 manat məbləğində müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin təyin etdiyi "xxxx" MMC-nin 20 may 2019-cu il tarixli rəyində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1250/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadına əsasən sözügedən əmlakların qiymətləndirilməsi “X3 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 588.400 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən mənzilin likvid dəyəri 588.400 manat müəyyən olunduğundan, kollegiya hesab edir ki, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 588.400 manat məbləğində müəyyən edilməlidir. Kollegiya işin hallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş qiymətləndirmə ilə apellyasiya instansiyası məhkəməsində icraat zamanı aparılmış qiymətləndirmə rəyləri arasında kəskin fərq aşkar edilmir. Lakin bununla belə cavabdeh tərəf apellyasiya şikayəti verdiyindən, sonuncu qiymətləndirmə əvvəlkindən təxminən 3 il sonra aparıldığından, həmçinin, daşınmaz əmlak bazarında qiymətlərin də dəyişkən olmasını nəzərə alaraq, məkəmə sonuncu qiymətləndirmə rəyinə üstünlük verməyi məqsədəmüvafiq hesab edir. Daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evindən, ipoteka qoyan Cavabdeh5 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı, X4 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsələrini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış sahələrindən həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bir ipoteka predmetinin qiyməti hissəsində dəyişdirilərək, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 588.400 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, işin hallarını və ekspert rəyini nəzərə alaraq, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 588.400 manat məbləğində hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-191/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsində istifadədə olan 0.04856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 264.3 kv.m. yaşayış sahəsi 178.9 kv.m 85.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 209.23 kv.m. ümumi. 142.53 kv.m yaşayış. 66.7 kv.m yardımçı sahədən ibarət 5 otaqlı; 2 mərtəbəli 128.19 kv.m ümumi. 65.4 kv.m yaşayış, 62.79 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, İ mərtəbəli 84.14 kv.m ümumi, 59.93 kv.m yaşayış, 24.21 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 588.400 (beş yüz səksən səkkiz min dörd yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar