Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1251/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(094)-6/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.“Toyota Prius” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəlki mülkiyyətçi X7 oğlu etibarnamə əsasında idarə etmək üçün Cavabdeh1 vermişdir. Cavabdeh1 idarə etdiyi həmin avtomobillə 26 may 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsində qəflətən idarəetməni itirərək qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “Hyundai Accent” markalı, **-US-*** dövlət nömrə nişanlı avtomillə toqquşaraq zərər vurmuşdur. 2.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə zərər dəydiyindən o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7202 manat avtomobilə dəymiş zərər, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6560 manat avtomobilə dəymiş zərər, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Accent” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir. Həmin avtomobili 26 may 2022-ci il tarixdə saat 06:45 radələrində Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsində idarə edən zaman Cavabdeh1 idarə etdiyi “Toyota Prius” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Nizami rayon Təhqiqat Şöbəsində araşdırma aparılmış və Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mehrac Niftəliyevin 17 iyun 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami rayon Polis İdarəsinin Dövlət X8 göndərilmişdir. Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 7202 manat məbləğində maddi ziyan vurmuşdur. Bu barədə “Auto Azərbaycan” tərəfindən qüsur aktı tərtib edilmiş və həmin aktda dəymiş ziyanın 7202 manat olması öz təsdiqini tapmışdır. “Toyota Prius” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının müddəti başa çatdığından və Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnaməsi olmadığından, dəymiş ziyanın əvəzi həm hadisəni törətmiş Cavabdeh1 və avtomobilin mülkiyyətçisi Cavabdeh2 Rahim oğlundan tutularaq ona ödənilməlidir. Cavabdehlərə dəfələrlə dəymiş ziyanın ödənilməsini tələb etməyimə baxmayaraq, dəymiş ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınır. 6.Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 yanvar 2023-cü il tarixli, 2(094)-6/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Faiq Qasımov) iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6560 manat məbləğində dəymiş ziyanın, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manatın tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə iş materialları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 7.X3 Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 mülkiyətində bir çox avtomobillər eyni zamanda “Toyota Prius” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 8.Bakı şəhəri Nizami RPİ TŞ-nin baş təhqiqatçısı polis mayoru Mehrac Niftəliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 iyun 2022-ci il tarixli qərarından görünür ki, HK1-319 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXMnin 332.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır
9. AA041/1314 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Hyundai Accent” markalı, **-US- *** dövlət qeydiyyat nişanlı avtomobilə “Auto Azərbaycan” Servis Mərkəzində ilkin texniki baxış keçirilmiş və avtmobilə 7202 manat ziyan dəyməsi müəyyən edilmişdir. 10.“Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki “Hyundai Accent” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə xidmətlərin göstərilməsi və qüsur aktının verilməsinə görə 50 manat ödəniş edilmişdir. 11.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/7399 nömrəli 30 noyabr 2022-ci il tarixli rəyinə əsasən, “Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Hyundai Accent” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6560 manat müəyyən edilmişdir. 12.İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli bildirişinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat təşkil edir. 13.Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 mülkiyyətində olan “Toyota Prius” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə əsasında idarə etmək üçün vermişdir. Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Toyota Pirus” markalı, **-YL-*** dövlət nömrə nişanlı avtomobillə 26 may 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsində qəflətən idarəetməni itirərək qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “Hyundai Accent” markalı, **-US-*** dövlət nömrə nişanlı avtomobili vuraraq ümumilikdə 6560 manat ziyan vurmuşdur. 14.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 15.Məhkəmə həmçinin hesab etmişdir ki, 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100 %-ini təşkil edir, buna münasib olaraq 50 manat məbləğində qüsur aktı xərci və 92 manat ödənilmiş dövlət rüsumu iddiaçıya ödənilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1, 115.0.1, 119.1, 14.2, 77.1, 217.4, 218.3, 216-220, 222 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
18.Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Mülki Məcəllənin 21-ci maddəsində açıqca hüququ pozulmuş şəxsin əmlakının zədələnməsinin real zərərin təqsirkar şəxs tərəfindən yetirilməsindən danışılır. Hazırki işdə o, Cavabdeh2 heç bir real zərər yetirmədən dəymiş zərərin ödətdirməsi normanın şərtlərinin pozulmasına dəlalət edir. Həmçinin Mülki Məcəllənin 1096-cı maddəsində zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətlərin olması tələbi göstərilir. Lakin məhkəmə onun birbaşa zərərçəkən hər hansı zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkət törətmədiyi bir yerdə təqsirli hesab edərək dəymiş zərərin ödətdirilməsi hazırki maddənin tələblərini pozubdur. İddiaçı onunla bağlı iddia tələbi versə də və avtomobil sürücüsünə etibarnamə vermədən avtomobilin idarə edilməsi üçün verdiyini bildirsə də və məhz buna görə dəymiş zərərin avtomobilin mülkiyyətçisi də ödəməyini tələb etməsi onun hər hansı təqsirinin olmadığı sübuta yetirilməyib. Bundan başqa məhkəmə ədalət mühakiməsi çəkişməsi, tərəflərin bərabərliyi, faktlar əsasında həyata keçirilməsini bildirsə də hazırki işdə nə ədalətli mühakimə, nə də çəkişmə prinsiplərinə riayət olunmayıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21.Məhkmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, 26 may 2022-ci ildə baş verən hadisə vaxtı “Toyota Prius” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 oğlu olmuşdur. O, avtomobili alğı-satqı müqaviləsi əsasında 01 iyul 2022-ci il tarixdə əldə etmişdir. O, Cavabdeh1 etibarnamə verməmişdir. Onun hazırki iddia üzrə heç bir məsuliyyəti yoxdur. Xahiş etdi ki, ona aid hissədə qətnamə ləğv olunaraq, iddia rədd olunsun. 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, ona verilən etibarnamənin müddəti keçdiyi üçün, o, avtomobili yol vərəqəsi ilə idarə etmişdir. Yol vərəqəsini ona X7 oğlu vermişdir. O, istəyir ki, zərər qətnamədə olduğu kimi onların hər ikisindən tutulsun.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 25.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 26.Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 27.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 28.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 31.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 32.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 33.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki digər cavabdeh apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(094)-6/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia mübahisələndirilən hissədə təmin edilməməlidir. 37.Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Toyota Prius” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəlki mülkiyyətçi X7 oğlu etibarnamə əsasında idarə etmək üçün Cavabdeh1 vermişdir. Həmin etibarnamənin müddəti 08 mart 2022-ci ildə bitmişdir. Cavabdeh1 idarə etdiyi həmin avtomobillə 26 may 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsində qəflətən idarəetməni itirərək qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “Hyundai Accent” markalı, **-US-*** dövlət nömrə nişanlı avtomillə toqquşaraq zərər vurmuşdur. Cavabdeh2 “Toyota Prius” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 iyul 2022-ci ildə alğı-satqı müqaviləsi əsasında Fəttah-X5 almış, hal-hazırda da avtomobilin mülkiyyətçisidir. 38.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 39.Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə zərər dəydiyindən o, zərərin əvəzinin ödənilməsni tələb etməkdə haqlı olmuşdur. 40.Belə ki, iş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, №109876/222 saylı məktubu əsasında verilmiş kompüter çıxarışına əsasən “Toyota Pirus” markalı, **-YL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fəttah-X6 mülkiyyətində olmuş, etibarnamə ilə müxtəlif şəxslərin, o cümlədən Cavabdeh1 (xx.xx.2021-xx.xx.2022-ci il tarixədək) istifadəsinə verilmiş, xx.xx.2022-ci il tarixdən isə alğı-satqı müqaviləsi əsasında “Toyota Pirus” markalı, **-YL-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətcisi Cavabdeh2 olmuşdur. 41.Göründüyü kimi 26 may 2022-ci il tarixdə iddiaçının avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 hələ “Toyota Pirus” markalı, **-YL-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olmamış, avtomobilin mülkiyyətçisi X7 oğlu olmuşdur. 42.Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. 43.Hazırki halda kollegiya hesab edir ki, 26 may 2022-ci il tarixdə baş veriş yol-nəqliyyət hadisəsi zaman Cavabdeh2 “Toyota Pirus” markalı **-YL-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olmamağı ilə bağlı işin müəyyən edilmiş halları nəzərə alınmaqla, iddia tələbi həmin tələbə cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən, iddia Cavabdeh2 münasibətdə təmin edilə bilməz. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci insatnasiya məhkəməsi iddianı Cavabdeh2 aid hissədə təmin edərkən maddi və prosessual hüququ normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə mübahisələndirilən hissədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərərk iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. 45.Beləliklə qeyd olunan xüsusatları ümumləşdirərərk məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(094)-6/2023 saylı qətnaməsi iddianın Cavabdeh2 aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. 46.Kollegiya, həmçinin hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilmədiyindən, qətnamə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manatın Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissəsində də ləğv edilməlidir. 47.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(094)-6/2023 saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh2 aid təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh2 müştərək qaydada məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi hissəsində ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov