Məhkəmə qərarları › İş №2(103)-1252/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1252/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1252/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçıQSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 2.846,38 manat, faiz borcu kimi 264 manat, cərimə kimi 60 manat, cəmi 3.170,92 manat cavabdehlərdən - borc alan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 bankın xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, iddia qismən təmin edilsin, tutulacaq məbləğin hər ay hissə-hissə tutulması barədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya .ikayətinin əsaslı olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya şikayəti rədd olunmalıdır. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, borc alanın bankın qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448, 472 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin borc alana və şikayət vermiş zaminə aid olan hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Digər zamin Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermədiyinə görə qətnamənin ona aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar