Məhkəmə qərarları › İş №2(103)-1254/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1254/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1254/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X3 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1314/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iki əkin ili üçün 1138 manat məbləğində maddi zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1314/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 786,18 manat 18 məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu “X3 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 120 manat ekspertiza xərcinin “X3 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının əkin sahəsinə münasibətdə hüquqazidd əməli, bu əməl nəticəsində iddiaçının 0,55 ha taxıl sahəsindən müvafiq illərdə (2017 və 2018) məhsul götürə bilməməsindən ibarət zərərli nəticə, cavabdehin hüquqazidd əməli və zərərli nəticə arasında səbəbli əlaqənin olması və eyni zamanda cavabdehin təqsiri sübuta yetirilməmişdir. İddiaçı iddia edir ki, Şamaxı rayonu Həmyəll kəndində ona məxsus 0.55 ha ərazidə əkdiyi taxıl sahəsindən 2017 və 2018-ci illər üçün Cavabdehin həmin ərazidəki tikinti fəaliyyəti nəticəsində məhsul götürə bilməmişdir, lakin, məhkəməyə bu faktı təsdiq hər hansı mötəbər sübutu təqdim etməmişdir. Rayon Məhkəməsi iddianı təmin olunan hissəsini ekspert rəyi ilə əsaslandırmışdır. Ekspert rəyində iddiaçının 0,55 ha torpaq sahəsindən sadəcə 2017 və 2018-ci illər üzrə nə qədər məhsul götürülə biləcəyi qeyd edilir və bu özlüyündə cavabdehin iddiaçıya həmin məbləğdə zərər vurması anlamına gəlmir. Bundan başqa iş üzrə təqdim edilmiş Aqronom Mütəxəssis rəyində də iddiaçıya ziyanın vurulması faktı, ziyan vurulubsa bu ziyanın bilavasitə cavabdehin fəaliyyətindən meydana gəlməsi müəyyən edilməmişdir. Şamaxı Rayonu İHB-nın Həmyəli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışda isə qeyd edilir ki, iddiaçı cavabdehin istehsalat sahəsinin yanında taxıl əkmişdir. Başqa sözlə arayışda iddiaçıya ziyan dəyməsi, ziyan varsa bunun bilavasitə cavabdehin fəaliyyətindən qaynaqlanması göstərilməyibdir. Qeyd olunanlar bir daha onu göstərir ki. Rayon Məhkəməsi işi düzgün hərtərəfli araşdırmamış, işdə olan sübutlara düzgün və obyektiv qiymət verməmiş, deliktdə görə Cavabdehin təqsiri sübuta yetirilməmişdir. Bununla yanaşı iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/1483 saylı Ekspert rəyində ekspert qarşısında qoyulan suallardan ekspert sadəcə İddiaçıya məxsus 0,55 ha ərazidə 2017 və 2018-ci illər üçün götürülə biləcək məhsulun miqdarı, dəyəri və xərclər müəyyən edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kolelgiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolelgiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, Şamaxı rayonu İHB-nin Həmyəli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayışında qeyd edilir ki, Şamaxı rayonu, Həmyəli kəndində yaşayan İddiaçı 2017 və 2018-ci il tarixlərdə Cavabdehnə yaxın ərazidə ona məxsus torpaq sahəsində taxıl əkmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertiza təqiqatının nəticələrinə dair xx.xx.2020-ci il tarixli, 9/1483 saylı rəyinə əsasən, Şamaxı Dövlət aqrar inkişaf mərkəzinin bitkiçilik sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş və Mərkəzə təqdim edilmiş rəydə olan məlumatları nəzərə alaraq İddiaçı məxsus Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 0,55 ha torpaq sahəsində 2018-ci il tarixdə taxıl əkməsi nəticəsində 1172 kq buğda məhsulu, 2019cu ildə taxıl əkməsi nəticəsində 1183 kq buğda məhsulu əldə oluna bilərdi. 2018-ci il tarixdə buğdanın sahədən satış qiyməti 0,21 manat, pərakəndə satış qiyməti isə 0,24 manat, 2019-cu ildə sahədən satış qiyməti 0,27 manat, pərakəndə satış qiyməti isə 0,30 manat olmuşdur. İddiaçı məxsus Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 0,55 ha torpaq sahəsində 2018-ci və 2019-cu illərdə taxıl məhsulunun (sahəyə verilmiş mineral gübrələrin məbləği istisna olmaqla) əldə edə biləcəyi məbləğin ümumi miqdarı ilə zərərçəkmişə dəymiş maddi ziyanın ümumi məbləği təxminən 786,18 manat ola bilərdi. Qeyd olun rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 21.1. maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakmdan məhrum olması və ya əmlakmm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2018-ci və 2019-cu il tarixlərdə Şamaxı rayonu, Həmyəli kəndində özünə məxsus torpaq sahəsində əkdiyi məhsuldan (buğda) gəlir götürməməsi nəticəsində iddiaçıya 786,18 manat əldən çıxmış fayda şəklində maddi zərər dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçıya əkin sahəsinə cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması iş materialları, ekspert rəyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş rəy ilə təsdiq olunduğundan, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1483 saylı rəyində qeyd edilmişdir ki, “X3 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikası Nümayəndəliyinin həmin ərazidə apardığı işlər ilə səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ekspert əmtəəşünasın səlahiyyətlərinə aid olmaması bildirilmişdir. Bu isə iddiaçıya vurulmuş ziyanın cavabdeh tərəfindən edilməməsini ehtiva etmir. İş materialları ilə iddiaçıya məxsus əkin sahəsinə cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması öz təstiqini tapmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və hər hansı sübutla öz təstiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, tərəflərin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “X3 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1314/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar