Məhkəmə qərarları › İş №2(103)-1257/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1257/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1257/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 Məmmədovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(006)-5979/2021 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38.684 ABŞ dolları məbləğində borc, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 11.604 ABŞ dolları, cəmi 50.288,96 ABŞ dolları məbləğində pul ödənişin (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul, etibarnamənin verilməsi üçün notariusa ödənilmiş 11,50 manat məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(006)-5979/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh əsas borc üzrə 38.684 (otuz səkkiz min altı yüz səksən dörd) ABŞ dolları, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 11604 (on bir min altı yüz dörd) ABŞ dolları, cəmi 50.288,96 (əlli min iki yüz səksən səkkiz ABŞ dolları, doxsan altı sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, etibarnamənin verilməsi üçün notariusa ödənilmiş 11,50 (on bir manat, əlli qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(006)-5979/2021 nömrəli qətnaməsinin qismən illik 5% olmaqla hesablanmış faiz borcu hissəsində ləğv edilməsi, 27.08.2015-ci il tarixli borcun etirafı müqaviləsindəki 54.560 ABŞ dolları məbləğinin 54.560 manat olmasının müəyyən edilməsi və ödənilən məbləğlərin borcdan çıxılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı və Cavabdeh nümayəndəsi X3 aralarında barışıq olması barədə məlumat vermiş, daha sonra notarial qaydada təsdiq olunmuş barışıq sazişini məhkəməyə təqdim etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir:

1. Müqavilənin predmeti: 27.08.2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-842 reyetrdə qeyd edilmiş borcun etiraf müqaviləsi

2. Bundan sonra birlikdə «tərəflər», ayrılıqda «birinci tərəf» adlandırılacaq İddiaçı, «ikinci tərəf» Cavabdeh məhkəmə mübahisələrinə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən razılaşma əldə edildikdən sonra müqavilədə göstərilən şərtlərlə əlaqədar gələcəkdə qarşılıqlı şəkildə bir-birinə qarşı hər hansı bir iddia tələbinin olmayacağı barədə öhdəlik götürmək və bu götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq razılaşması haqqında sazişi (müqaviləni) bağlayırlar.

3. Cavabdeh İddiaçı 27.08.2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-842 reyesterdə qeyd edilmiş borcun etirafı müqaviləsinə əsasən göstərilən məbləğdən 8000 (səkkiz min) manat pul vəsaitini notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür.

4. İddiaçı-İddiaçı Cavabdeh qarşı “pul məbləği” tələbinə dair iddiasından imtina edir.

5. İddiaçı Cavabdeh ödədiyi 8000 (səkkiz min) manat pul vəsaitini qəbul edir.

6. Bundan sonra İddiaçı Cavabdeh qarşı 27.08.2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-842 reyesterdə qeyd edilmiş borcun etirafı müqaviləsində göstərilən məbləğə dair heç bir iddiası və tələbi olmayacağını öhdəsinə götürür.

7. Bu saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilir.

8. Bu barışıq sazişi 4 nüsxədə tərtib edilmişdir və hər dördü eyni hüquqi qüvvəyə malikdir Barışıq sazişinin bir nüsxəsi Apelyasiya Məhkəməsinə təqdim edilir, bir nüsxəsi notariat ofisində saxlanılır, digər 2 nüsxə isə tərəflərdə saxlanılır. Qeyd edilən barışıq sazişi notarial qaydada təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq, tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(006)-5979/2021 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 370, 384.0.4, 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ :

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(006)-5979/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:

1. Müqavilənin predmeti: 27.08.2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-842 reyetrdə qeyd edilmiş borcun etiraf müqaviləsi

2. Bundan sonra birlikdə «tərəflər», ayrılıqda «birinci tərəf» adlandırılacaq İddiaçı, «ikinci tərəf» Cavabdeh məhkəmə mübahisələrinə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən razılaşma əldə edildikdən sonra müqavilədə göstərilən şərtlərlə əlaqədar gələcəkdə qarşılıqlı şəkildə bir-birinə qarşı hər hansı bir iddia tələbinin olmayacağı barədə öhdəlik götürmək və bu götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq razılaşması haqqında sazişi (müqaviləni) bağlayırlar.

3. Cavabdeh İddiaçı 27.08.2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-842 reyesterdə qeyd edilmiş borcun etirafı müqaviləsinə əsasən göstərilən məbləğdən 8000 (səkkiz min) manat pul vəsaitini notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür.

4. İddiaçı-İddiaçı Cavabdeh qarşı “pul məbləği” tələbinə dair iddiasından imtina edir.

5. İddiaçı Cavabdeh ödədiyi 8000 (səkkiz min) manat pul vəsaitini qəbul edir.

6. Bundan sonra İddiaçı Cavabdeh qarşı 27.08.2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-842 reyesterdə qeyd edilmiş borcun etirafı müqaviləsində göstərilən məbləğə dair heç bir iddiası və tələbi olmayacağını öhdəsinə götürür.

7. Bu saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilir.

8. Bu barışıq sazişi 4 nüsxədə tərtib edilmişdir və hər dördü eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin bir nüsxəsi Apelyasiya Məhkəməsinə təqdim edilir, bir nüsxəsi notariat ofisində saxlanılır, digər 2 nüsxə isə tərəflərdə saxlanılır.

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar