Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1261/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-712/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 Bak şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 15/15 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, X8, X10, X9, X5 və X6 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçıSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh5 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka dair mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-712/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onlarla birlikdə X3, X8, X11, X9, X5 və X6 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onlarla birlikdə X3, X8, X11, X9, X5 və X12 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılması və həmin yaşayış sahəsi boşaldılaraq "İddiaçı" ASC-yə təhvil verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamə Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onlarla birlikdə X3, X8, X11, X9, X5 və X6 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması və cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə onların iştirakları ilə keçirilməyən məhkəmə iclasında qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddiaçı tərəfindən onlara qarşı sözügedən iddia tələbləri qaldırıldığı zaman cavabdehlərdən Cavabdeh4 iddiaçı “İddiaçı’' ASC-yə qarşı “Hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbi ilə cavabdehlər “X4” MMC-yə, İddiaçı ASC-yə, AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsinə qarşı iddia qaldırmışdı. Daha sonra, bu iş üzrə vəsatət verilərək həmin iddia tələbinə baxılıb yekun məhkəmə qərarı qəbul edilən vaxta qədər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Vəsatət təmin edilərək iş üzrə icraatın dayandırılmasına qərar verilmişdir. Həmin iş üzrə cavabdehlərdən İddiaçı ASC tərəfindən verilən şikayət təmin edilməyərək iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkməməsi tərəfindən iş üzrə icraatın dayandırılması qərardadına baxılarkən həmin məhkəmə iclasından da cavabdehlərin xəbəri olmamış və bununla da Konstitusiya tərəfindən tanınan məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Daha sonra, işin mahiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon Məhkməməsi tərəfindən işin mahiyyəti üzrə qətnamə qəbul edilərkən onların iştirkaı təmin edilmədən mülki iş üzrə qərar qəbul edilmişdir. Bu onların yuxarıda qeyd etdiyi prosessual hüququnun pozuntusu ilə nəticələnmişdir. Hesab edirlər ki, onların iştirakını təmin edilmədən işə baxılması işə baxan məhkəmənin iş üzrə daxili qənaətini qabaqcadan ortaya qoymasının sübutudur. Məhkəmə cavabdehlərin istifadə hüququna xitam verilməsi hissəsini öz qətnaməsində əsaslandırmamışdır. Hansı hüquqi əsasa görə istifadə hüququna xitam verilməsi mübahisəli şəkildə qalmışdır. İddiaçı ASC tərəfindən onların istifadəsində olan yaşayış sahəsini keçirilən hərrac nəticəsində əldə edərək mülkiyyətinə keçirməsi onların həmin yaşayış evindəki istifadə hüququna xitamı üçün əsas deyildir. Bununla yanaşı məhkəmənin qətnaməsinin Bakı şəhəri, Nizami rayonu, M.X Şərifli 15/15 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını və evin boşaldılması barədə hissəsini ilə də razı deyillər. Cavabdehlərin qeydiyyatdan çıxarılması barədə vermiş olduğu qərarla inzibati orqanın səlahiyyətini öz üzərinə götürmüşdür. Hansı halda məhkəmənin qərarına əsasən qeydiyyatdan çıxarılma Yeşayış yeri və olduğu üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində göstərilmişdir. Qətnaməsi əsassız çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X15 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-712/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətində görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onlarla birlikdə X3, X8, X11, X9, X5 və X12 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi xx xxxxx 2019-cu il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər isə hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onlarla birlikdə X3, X8, X11, X9, X5 və X6 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, yetkinlik yaşına çatmayan X3, X8, X11, X9, X5 və X6 da mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, apelyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya icraatı zamanı qanunla müəyyən edilmiş qaydada və vaxtda cavabdehlərə məhkəmə iclası barədə xəbər vermiş olsa da, cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-712/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-712/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1261/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1261/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver