Məhkəmə qərarları › İş №2(103)-1265/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1265/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1265/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X6 və X1rşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi”) hakimlər X10 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh2 nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X6 və X1rşı “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2023 saylı işi üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X6 və X1rşı "sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərə görə və bərpası üçün tələb olunan 40000 manat maddi, mənəvi ziyana görə isə 10000 manat məbləğində pul vəsaitinin, iddianın verilməsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2023 saylı işi üzrə 25 sentyabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X6 və X2 İddiaçı vurulmuş maddi zərərə görə 17000 mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 20000 manat məbləğində pul vəsaiti və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenumunun qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8bəndinə istinadən qeyd edilmişdir ki, İddiaçı sağlamlığına Cavabdeh2 Fərman qızı, habelə onun işlədiyi, əməliyyatın icra edildiyi, buna razılıq verildiyi və şərait yaradıldığı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X6 və X7 tərəfindən zərər vurulmuşdur. Hazırda cavabdehlər tərəfindən vurulmuş maddi ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə tərəfindən istər xx.xx.2022-ci il tarixli, istərsə də xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadda göstərilən suallara (İddiaçı müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, mümkün olduğu təqdirdə, bunun üçün hansı miqdarda vəsaitin tələb edilməsi, habelə müalicəyə tələb olunan müddətin proqnozu barədə məlumat və təsdiqedici sənədlərin əldə edilməsi) dəqiqliklə aydınlıq gətirilməmişdir. Belə ki, "Məhkəmə Tibbi Ekspertiza və X15” PHŞ tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində iddiaçının müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olubolmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı, müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün olmadığı göstərilmişdir. TƏBİB qərardadın icrası ilə bağlı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na müraciət ediləcəyi təqdirdə, müvafiq müayinələrin aparılması və nəticəsi barədə məlumatın verilməsinin mümkün olacağını bildirmiş, sonuncu - "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası isə iddiaçının sonrakı müayinə və müalicələrinin Neyrocərrahiyyə xəstəxanasında aparılmasını məsləhət görmüşdür. Belə olduğu təqdirdə, iddia tərəfinin məhkəməyə təqdim etdiyi xx.xx.2023cü il tarixli "Kaspi TM” MMC-nin arayışında göstərilmiş, İddiaçı həkim Cavabdeh2 tərəfindən icra edilmiş uğursuz əməliyyatın nəticələrinin aradan qaldırılması üçün 2-3 seanslı əməliyyatın labüdlüyünü və buna təqribən 17000 manat məbləğində pul vəsaitinin tələb olunduğunu ağlabatan hesab etmişdir, iddiaçının sözügedən əməliyyatdan sonra səhhətindəki mövcud və bir neçə əməliyyat icra edilmədən nəticəsinin aradan qaldırılması mümkün olmayan pisləşmə, əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması, ona qoyulmuş diaqnozlar, çoxsaylı (hətta bundan sonra da davam edəcək) müayinə və müalicələrdən onun mənəvi sarsıntılar və iztirablar keçirməsi aşkardır. Ona görə də, iddiaçıya vurulmuş mənəvi ziyana 3000 məbləğində pulun cavabdehlərdən tutulması məqsədəmüvafiq hesab edilmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir : - "Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X20 Elmi - Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyyatın olmaması, sağ yuxarı ətraf əzələlərinin hipotrafiyası, sağ bazunın yaxınlaşdırıcı dirsək oynağının açıcı, bükücü kontrakturası, mil-bilək oynağının açıcı kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması dioqnozu qoyulmuşdur; - Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(008)-2919/2022 saylı qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X15” X21 tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda sağ yuxarı ətraf (qolunun) funksiyasının pozulması, qolunda yaranmış yara və digər fəsadlar diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Mütəxəsis müayinəsi zamanı isə "Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi”nin olduğu müəyyən edilmişdir. Qeyd edilən patologiya X3 G56 (Yuxarı ətrafların mononevropatiyaları) kodu ilə beynəlxalq təsnifata daxil edilmişdir. İddiaçı yuxarı sağ ətrafının sinirlərində yaranmış funksiya pozuntusu yara nahiyəsində kobud çapıq toxumalarının və digər fəsadların kompresiya hesabına işemiya yaradaraq sinir əzələ toxumasının zədələməsi ilə müşahidə olunan "Folkman Kontrakturası” əlamətlərinə uyğun gəlsə də, yaranmış funksiya pozuntusu "Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi” hesabına baş vermişdir. İddiaçı səhhətində yaranmış “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı ilə nəticələnən travmatik sinir zədələnməsinə məsul şəxs həkim Cavabdeh2 Fərman qızıdır. 2. İddiaçı "Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı cərrahiyyə əməliyyatına qədər onun səhhətində mövcud hər xəstəlik(lər) əlaqəsi istisna edilir. Qeyd olunan patologiyanın onun üzərində icra edilmiş cərrahiyə əməliyyatı arasında birbaşa səbəbli əlaqə vardır. 3.4. İddiaçı "Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı müalicə (operativ və ya konesrvativ) və reabilitasiya tələb edən fəsadlardır. Lakin müalicənin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. 5. "X18”nda İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş "Braxial v distalında dirsək çuxurundan proksimala damarın 40-45 %-ni əhatə edən hipoexogen quruluşlu trombun izlənməsi, damarın tam kompressiya olunmaması”, xx.xx.2022-ci il tarixdə "X14”da "Orta və mil sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, sol aşağı ətrafın İ-İİ dərəcə venoz çatmamazlığı”, xx.xx.2022-ci il tarixdə "Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda "Sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyatın olmaması, sağ bazunun yaxınlaşdırım dirsək oynağının açıcı (170°), bükücü (80°) kontrakturası, mil-bilək oynağının açıcı (0°) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcı-bükücü, yaxınlaşdırım, uzaqlaşdırım kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması”, xx.xx.2022-ci il tarixdə "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında "Sağ qoltuqaltı nahiyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropotiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar” və xx.xx.2022-ci il tarixdə "X18”nda "Üst və alt mənfəzinin tutulması ilə gedən ağır dərəcəli pleksopatiya” diaqnozları ilə klinikalarda müayinə və müalicələrin aparılmasının xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X8 və X7”nda onun üzərində aparılan “Sağ qol nahiyəsinin lipomasının ləğvi cərrahiyyə əməliyyatı”nın qüsurlu icrası ilə birbaşa səbəbli əlaqəsi vardır. 6. İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına "Azərbaycan Respublikası Həkimləri X6 və X7”nda aparılmış "Sağ qol nahiyəsinin lipomasının ləğvi” cərrahiyyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin tələbləri pozulmuşdur; - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu üzrə 162-K nömrəli əmrdən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Plastik və X4 qəbul diaqnostika şöbəsinin müdiri ilə bağlanılmış 40 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi, "a” yarımbəndinə əsasən, öz xahişi ilə xitam verilmişdir; - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X6 və X7, Bakı şəhəri 26 saylı vəkil bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavabına əsasən, xx.xx.2021-ci il tarixdə klinikada həkim Cavabdeh2 tərəfindən əməliyyat olunmuş İddiaçı klinikaya ödəniş etməmişdir, həkim Cavabdeh2 xx.xx.2019-cu il tarixdən 192-K nömrəli əmrlə əmək müqaviləsi əsasında klinikada işləyir. Müvafiq qaydada sertifikasiyadan keçirilməsi üçün Səhiyyə Nazirliyinə aidiyyəti üzrə məktub göndərilmişdir; - TƏBİB-in tabeliyində olan "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na müraciət edilmiş və sonuncunun xx.xx.2023-cü il tarixdə verdiyi 237 nömrəli məsləhət vərəqəsinə əsasən xəstə müayinə edilmiş, diaqnozu müəyyən edilmiş və ona sonrakı müayinə və müalicənin Neyrocərrahiyyə xəstəxanasında aparılması məsləhət görülmüşdür; - İddiaçı tərəfindən təqdim edilmiş "Kaspi TM” MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, müayinə zamanı İddiaçı sağ qol arxa nahiyyəsində qoltuq altından başlanıb, dirsəyə qədər uzanan kontrakturaya səbəb olan, üzərində sağalmayan yaralar olan çapıq toxuma görülmüş, xəstənin sağ qolundakı kontrakturanın açılması üzərində sağalmayan yaralar olan çapıq toxumanın ləğvi üçün təxmini olaraq 2-3 seanslı əməliyyat məsləhət görülmüşdür. Bu 2-3 seanslı əməliyyatların qiyməti hər şey daxil təqribən 14000-17000 manat təşkil edir; - İş materiallarına əlavə edilmiş arayışa əsasən, İddiaçı xx.xx.2027-ci ilədək üçüncü dərəcəli əlillik müəyyən edilmişdir və əlilliyin səbəbi kimi yuxarı ətrafın mononevropatiyaları, sağ qoltuqaltı nahiyyənin törəməsinin çıxarılmasından sonrakı, sağ orta və dirsək sinirlərinin ifadəli neyropatiyası. Sağ yuxarı ətrafın distal monoparezi. Sağ yuxarı ətrafın hissi, hərəki, trofiki pozulmaları. Dirsək sinirinin zədələnməsi, dirsək sinirlər zonasında hissiyyatın olmaması. Digər daimi ağrı sindromu. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətraf əzələlərinin hipotrofıyası. Oynaqların kontrakturası, sağ bazunun yaxınlaşdırıcı, dirsək oynağının açıcı (170 dərəcə) bükücü (80 dərəcə) kontrakturasi, mil-bilək oynağının açıcı (0 dərəcə) konturakturası, l.ll,lll,İV,V barmaqların açıcı - bükücü yaxınlaşdırıcı, uzaqlaşdırıcı kontrakturası. Yuxarı ətrafın vətər və əzələsinin travmasının nəticələri. Orta və dirsək sinirlər zonasında hissiyatın olmaması göstərilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112, 1115, 1118.1; Mülki Prosessual Məcəlləsinin 77.1. 88, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimlərin X6 və X5 müraciət edərək, müayinələrdən keçmiş və klinikanın İİ cərrahiyyə şöbəsinə daxil olarkən ona qarının ön divarının piy yastığı, ağ xəttin yırtığı, uşaqlıq yolunun sallanması və hər iki qol nahiyyəsinin lipoması diaqnozu qoyulmuşdur. Qeyd edilən şikayətləri ilə bağlı əməliyyat olunmasının zəruriliyi məsləhət görülmüş və abdomenoplastika, xolesistektomiya, vaginoplastika və hər iki qol nahiyyəsində lipomanın ləğvi əməliyyatlarını Cavabdeh2 həyata keçirmişdir. Digər əməliyyatlar uğurlu keçsə də, sağ qol nahiyyəsinin lipomasının ləğvi əməliyyatı uğurlu keçməmişdir. Əməliyyatdan sonra iddiaçı sağ qolunun əməliyyat olan hissəsinin qaraldığını müşahidə etmiş və şiddətli ağrı olduğundan ona ağrıkəsici vurulmuşdur. Bundan sonra iddiaçı bir çox həkim müayinələrində olmuş və məhz ümumi müayinələr zamanı başqa həkimlər iddiaçıya bildirmişlər ki, müalicəni gecikdirmişdir, artıq 6 ay vaxt keçmişdir, toxumalar zədələnmişdir və ona görə də sinirləri bərpa etmək mümkünsüz olmuşdur. İddiaçı sırf olaraq sağlamlığına dəyən zərərin birbaşa Cavabdeh2 etdiyi əməliyyatla əlaqəli olduğunu iddia edir. Onlar isə qətiyyən bununla razı deyillər. Cavabdeh2 həyata keçirdiyi əməliyyatla İddiaçı sağlamlığına dəyən zərərin səbəbli-əlaqəsi yoxdur. Cavabdeh tərəfindən keçirilən bütün cərrahi əməliyyatlar tibbi praktikaya, elmi qaydalara və tibbi etikaya uyğun aparılmışdır. İddiaçının kəskin ağrıları olan zaman iddiaçı cavabdehlə danışıq aparmış və Cavabdeh2 da hər dəfə israrla onun Bakıya, onun yanına müayinəyə gəlməli olduğunu bildirmiş, lakin iddiaçı eyni qaydada imtina etmiş, Bakıya gələ bilməyəcəyini demiş, buna imkanı və vaxtı olmadığını bəhanə gətirərək, məhz ən lazımlı şəxsin, onu əməliyyat edən cərrahın yanına gəlməkdən yayınmış, bunun əksinə, öz təşəbbüsü ilə bir sıra həkimlərin müayinəsinə getmişdir ki, bunun da heç bir ciddi nəticəsi olmamışdır. Əgər iddiaçı vaxtında cavabdehin yanına gəlsə idi, dərhal müvafiq müdaxilə edilər və vəziyyət bu hala gəlməzdi. 18-xx.xx.2021-ci il tarixlərində, tam altı gün klinikada qalmış, altı gün ərzində onu müayinə və müalicə etmişlər, qulluqlar aparılmışdır. Əgər iddiaçı dediyi kimi, onun sağ qolu zədələnmiş olsa idi, damar zədələnsə idi, tromblaşma yaransaydı, həmin sağ qol nahiyəsində qan dövranında problem olsa idi, yara bir neçə saata, ən geci bir günə nekroz (qanqrena) olardı və cərrahi müdaxilə baş tutmalı idi. İddiaçı isə altı gün normal qalmış və altı gündən sonra sağlam vəziyyətdə evə buraxılmışdır. İddiaçının sağ qol nahiyəsində sonradan tromb yaranmasının və ya sinir probleminin isə birbaşa edilmiş əməliyyatla əlaqəsi yoxdur və bu müvafiq sənədlərlə təsdiq edilmir. İcra edilən liposaksiya əməliyyatı zamanı sinirlərin zədələnməsi ehtimalı yoxdur. Bu faktı məhkəmə iclasında rəyi alınmış Azərbaycan Tibb Universiteti X9 travmotologiya şöbəsinin həkim - mütəxəssisi X12 da təsdiqləyir. Belə ki, mütəxəssis İ.İsayev bildirmişdir ki, “cavabdeh tərəfindən aparılan əməliyyatla iddiaçıda yaranan tibbi disfunksiyasının heç bir əlaqəsi yoxdur. Çünki liposaksiya edilən dərialtı toxumalarıdır, oradan heç bir sinir keçmir. Müvafiq xəstəliyi törədən sinirlər bazu hissəsinin tam mərkəzində, sümüyə yaxın yerləşir, Cavabdeh2 isə həmin yerə daxil olmamışdır. Qaralmış nahiyələr “yosept” adlı məhlulla silinir. Bəlkə də dərinin rənginin qaralması ona görə baş vermişdir. Arteriya bağlansa belə, qaralma 6 saatdan tez ola bilməz. Reflektor damar spazmasından yaranır və həmin spazmın əməliyyatla əlaqəsi ola bilməz. Çünki piydə sinir ucları olmadığından liposaksiya ilə sinir zədələnməsi ola bilməz. Yaranın çirk verməsinin səbəbi infeksiyadır.” Yuxarıda qeyd edilən hallardan da görünür ki, Cavabdeh2 həyata keçirdiyi əməliyyatların iddiaçı tərəfdən iddia olunan sağlamlığa dəymiş zərərlə heç bir səbəbli əlaqəsi yoxdur, cavabdeh iddiaçının sağlamlığına dəymiş zərərə görə təqsirli deyil, cavabdeh iddiaçının sağlamlığına ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməmişdir. Bu səbəbdən də, məhkəmə qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmənin mövqeləri ilə qətiyyən razı deyillər. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, Cavabdeh2 həyata keçirdiyi əməliyyatla iddiaçının sağlamalığına dəymiş olan zərərin səbəbli əlaqəsi yoxdur. Bu faktı məhkəmə iclasında rəyi alınmış Azərbaycan Tibb Universiteti X9 travmatologiya şöbəsinin həkim- mütəxəssisi X12 da təsdiqləyir. Daha sonra qeyd olunmalıdır ki, iddiaçı qolunun bərpasının yalnız İsrail və Türkiyədə yerləşən tibb müəssisələrində mümkün olduğunu bildirir. Lakin bununla bağlı da heç bir rəsmi sənəd, sübut, dəlil iddiaçı tərəfindən təqdim etməmişdir. Eyni zamanda, iddiaçının sağlamlığına dəymiş olan zərərin bərpasının və nəticələrinin aradan qaldırılması üçün lazım olan əməliyyatların icbari tibbi siğorta paketinə, ödənişsiz əsaslarla həyata keçirilən təbii xidmətlər kateqoriyasına daxil olma mümkünlüyü vardır, bu halın mümkünlüyü ilə bağlı vəsatət veriləcək. Məhkəmə isə bu halı araşdırmayıb, nəzər yetirməyib, nəticədə məhkəmə işin hallarına uyğun olmayaraq iddiaçının sağlamlığına dəymiş olan zərərin əvəzinin ədalətsiz formada cavabdeh tərəfindən ödənilməsi öhdəliyi qoymuş və qanunsuz məhkəmə qətnaməsi çıxarmışdır. İş üzrə mübahisələndirilən qətnamədə məhkəmə vurulmuş maddi ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, “məhkəmə tərəfindən istər xx.xx.2022-ci il tarixli, istərsə də xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərardadda göstərilən suallara (İddiaçı müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, mümkün olduğu təqdirdə, bunun üçün hansı miqdarda vəsaitin tələb edilməsi, habelə müalicəyə tələb olunan müddətin proqnozu barədə məlumat və təsdiqedici sənədlərin əldə edilməsi) dəqiqliklə aydınlıq gətirilməmişdir. Belə ki, “Məhkəmə Tibbi Ekspertiza və X15” PHŞ tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində iddiaçının müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olubolmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı, müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün olmadığı göstərilmişdir. TƏBİB qərardadın icrası ilə bağlı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasi”na müraciət ediləcəyi təqdirdə, müvafiq müayinələrin aparılması və nəticəsi barədə məlumatın verilməsinin mümkün olacağını bildirmiş, sonuncu - “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası isə iddiaçının sonrakı müayinə və müalicələrinin Neyrocərrahiyyə xəstəxanasında aparılmasını məsləhət görmüşdür. Belə olduğu təqdirdə, məhkəmə, iddia tərəfinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin arayışında göstərilmiş, İddiaçı həkim Cavabdeh2 tərəfindən icra edilmiş uğursuz əməliyyatın nəticələrinin aradan qaldırılması üçün 2-3 seanslı əməliyyatın labüdlüyünü və buna təqribən 17000 manat məbləğində pul vəsaitinin tələb olunduğunu ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi vurulmuş maddi ziyana görə cavabdehlərdən 17000 manat pulun tutulması hissəsində əsaslıdır. Qətnaməyə və işin faktiki hallarına baxdıqda iş üzrə çoxsaylı prosessual hüquq pozuntularına yol verilməsi bəlli olur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X15” X21 tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı səhhətində yaranmş “Sağ əlin kontrakturası Sağ yuxarı ətrafin mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı ilə nəticələnən travmatik sinir zədələnməsinə məsul şəxs həkim Cavabdeh2 Fərman qızıdır. (1). İddiaçı “Sağ əlin kontrakturası Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı cərrahiyyə əməliyyatına qədər onun səhhətində mövcud hər xəstəlik(lər) əlaqəsi istisna edilir. Qeyd olunan patologiyanın onun üzərində icra edilmiş cərrahiyə əməliyyatı arasında birbaşa səbəbli əlaqə vardır (2). İddiaçı “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı müalicə (operativ və ya konesrvativ) və reabilitasiya tələb edən fəsadlardır. Lakin müalicənin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. (3). “X19’nda İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş “Braxial v distahnda dirsək çuxurundan proksimala damarın 40-45 %-ni əhatə edən hipoexogen quruluşlu trombun izlənməsi, damarın tam kompressiya olunmaması”, xx.xx.2022-ci il tarixdə “X14”da “Orta və mil sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, sol aşağı ətrafın İ-İİ dərəcə venoz çatmamazlığı”, xx.xx.2022-ci il tarixdə “X13 və Ortopediya İnstitutu”nda “Sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyatın olmaması, sağ bazunun yaxınlaşdırım dirsək oynağının açıcı (170°), bükücü (80°) kontrakturası, mil- bilək oynağının açıcı (0°) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcıbükücü, yaxınlaşdırım, uzaqlaşdırım kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması”, xx.xx.2022-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika KHk Xəstəxanasında “Sağ qoltuqaltı nahiyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropotiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar” və xx.xx.2022-ci il tarixdə “X18”nda “Üst və alt mənfəzinin tutulması ilə gedən ağır dərəcəli pleksopatiya” diaqnozları ilə klinikalarda müayinə və müalicələrin aparılmasının xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X8 və X7”nda onun üzərində aparılan “Sağ qol nahiyəsinin lipomasının ləğvi cərrahiyyə əməliyyatı”nın qüsurlu icrası ilə birbaşa səbəbli əlaqəsi vardır (4). İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X6 və X7”nda aparılmış “Sağ qol nahiyəsinin lipomasının ləğvi” cərrahiyyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilmsəsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin tələbləri pozulmuşdur (5). - Ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən həyata keçirilən əməliyyatın iddiaçının sağlamlığına dəyən zərərlə səbəbli əlaqəsi vardır. Lakin ekspert rəyi ilə qətiyyən razı deyillər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil3 iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X11” X20 ekspert rəyində qeyd edilən nəticəyə dair ekspert tərəfindən hər hansı bir əsas, mənbə göstərilmədiyini, ekspert rəyinin əsaslandırıcı hissəsində nəyə istinadən həmin nəticəyə gəldiyinin müəyyən edilmədiyini, ümumiyyətlə ekspertin xəstəni müayinə etmədiyini, özəl klinikanın mütəxəssislərinə göndəriş edildiyini, mütəxəssislərdən birinin sinirin zədələndiyini müəyyən etməyin cərrahi müdaxilə edilmədən mümkün olmadığını qeyd etməklə suallara cavab vermədiyini, digər mütəxəssisin isə xəstənin sözləri ilə onun mövcud şikayətini qeyd etməklə kifayətləndiyini, ümumiyyətlə qoyulan suallara ətraflı cavab verilmədən ekspert tərəfindən yalançı rəy verildiyini və məhkəmə tərəfindən də həmin rəyə istinad olunaraq iddianın təmin edildiyini bildirmiş, ekspertin məhkəmə iclasında dinlənilməsini, təkrar və əlavə ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə ekspertiza keçirilməsi barədə vəsatətlərinin yazılı formada təqdim edilməsinin qanunvericliyin tələbi olduğunu bildirməklə, birinci instansiya məhkəməsində qarşı tərəfin nümayəndə vəkilinin ekspert rəyi ilə razılaşdığını, hər hansı etiraz bildirmədiyini qeyd etmiş, cavabdeh tərəfin halhazırda ekspert rəyini mübahisələndirməsinin işin həllinin süni şəkildə uzadılması məqsədi daşıdığını, məhkəmənin hər iki tərəfi maraqlandıran sualları ekspert qarşısında qoyduğunu və iddiaçının ekspertiza əsasında göndərişlər üzrə bir çox müxtəlif müayinələrdən keçdiyini, toplanılan sənədlər, edilən müayinələr əsasında kifayət qədər əsaslı rəy verildiyini bildirmişdir. Qeyd etmişdir ki, iddiaçı əməliyyata sağ-salamat girmiş, məhz əməliyyat nəticəsində əlillik almışdır, hal-hazırda o sinir zədələnməsi səbəbindən sağ qolunu işlədə bilmir, barmaqları açılmır, məhkəmə ilə nəzərdə tutulan məbləğ iddiaçının sağlamlığının tam bərpa edilməsinə yetmir, iddiaçının sağ qolu bütün yara və çirk içindədir, dərisi yoxdur, çirkin qarşısı alınmalı, ora dəri köçürülməlidir, bunlar kifayət qədər bahalı əməliyyatlardır. Bildirmişdir ki, sinir məsələsinə dair isə sübut əldə edə bilmədiklərindən bunun üçün nə qədər xərc lazım olduğunu müəyyən edə bilməmişlər, məhkəmə qətnaməsi ilə tutulan məbləğ yalnız yalnız dərinin köçürülməsini təmin edən məbləğidir, qarşı tərəf öz məsuliyyətini anlamaq, mübahisənin barışıq yolu ilə həll edilməsinə çalışmaq əvəzinə işi daha da çətinləşdirir. Qeyd edilən halları əsas gətirərək, apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirmiş və şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X6 və X4 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilətəsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilmiş müddəaları nəzərə alınmalıdır: 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

11. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublıkasının Qanununun tələblərinə əsasən: 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

13. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin faktiki - sübutedici dəllillərinin hüquqi əsasları ilə uzlaşmadığından və formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, qüsurlarının başqa səbəblərdən mümkün olması sübuta yetirilməmişdir. Cavabdeh2 şikayətində özü bildirmişdir ki, “Digər əməliyyatlar uğurlu keçsə də, sağ qol nahiyyəsinin lipomasının ləğvi əməliyyatı uğurlu keçməmişdir”. Qeyd edilməlidir ki, ekspert rəyinə əsasən, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda sağ yuxarı ətraf (qolunun) funksiyasının pozulması, qolunda yaranmış yara və digər fəsadlar diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Mütəxəsis müayinəsi zamanı isə "Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi”nin olduğu müəyyən edilmişdir. Qeyd edilən patologiya X3 G56 (Yuxarı ətrafların mononevropatiyaları) kodu ilə beynəlxalq təsnifata daxil edilmişdir. İddiaçı yuxarı sağ ətrafının sinirlərində yaranmış funksiya pozuntusu yara nahiyəsində kobud çapıq toxumalarının və digər fəsadların kompresiya hesabına işemiya yaradaraq sinir əzələ toxumasının zədələməsi ilə müşahidə olunan "Folkman Kontrakturası” əlamətlərinə uyğun gəlsə də, yaranmış funksiya pozuntusu "Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi” hesabına baş vermişdir. İddiaçı səhhətində yaranmış “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı ilə nəticələnən travmatik sinir zədələnməsinə məsul şəxs həkim Cavabdeh2 Fərman qızıdır. 2.İddiaçı "Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı cərrahiyyə əməliyyatına qədər onun səhhətində mövcud hər xəstəlik(lər) əlaqəsi istisna edilir. Qeyd olunan patologiyanın onun üzərində icra edilmiş cərrahiyə əməliyyatı arasında birbaşa səbəbli əlaqə vardır. 3.4. İddiaçı "Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı müalicə (operativ və ya konesrvativ) və reabilitasiya tələb edən fəsadlardır. Lakin müalicənin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmətibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. 5. "X18”nda İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş "Braxial v distalında dirsək çuxurundan proksimala damarın 40-45 %-ni əhatə edən hipoexogen quruluşlu trombun izlənməsi, damarın tam kompressiya olunmaması”, xx.xx.2022-ci il tarixdə "X14”da "Orta və mil sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, sol aşağı ətrafın İ-İİ dərəcə venoz çatmamazlığı”, xx.xx.2022-ci il tarixdə "Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda "Sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyatın olmaması, sağ bazunun yaxınlaşdırım dirsək oynağının açıcı (170°), bükücü (80°) kontrakturası, mil-bilək oynağının açıcı (0°) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcı-bükücü, yaxınlaşdırım, uzaqlaşdırım kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması”, xx.xx.2022-ci il tarixdə "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında "Sağ qoltuqaltı nahiyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropotiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar” və xx.xx.2022-ci il tarixdə "X18”nda "Üst və alt mənfəzinin tutulması ilə gedən ağır dərəcəli pleksopatiya” diaqnozları ilə klinikalarda müayinə və müalicələrin aparılmasının xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X8 və X7”nda onun üzərində aparılan “Sağ qol nahiyəsinin lipomasının ləğvi cərrahiyyə əməliyyatı”nın qüsurlu icrası ilə birbaşa səbəbli əlaqəsi vardır. 6. İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına "Azərbaycan Respublikası Həkimləri X6 və X7”nda aparılmış "Sağ qol nahiyəsinin lipomasının ləğvi” cərrahiyyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin tələbləri pozulmuşdur. Beləliklə, qeyd edilən qüsurların maddi zərərə uğramadan aradan qaldırılması mümkünlüyü barədə dəlilləri Cavabdeh2 tərəfindən sübuta yetirilməmişdir. Mülki münasibətlər müstəvisində iddiaçının məruz qaldığı iztirabların və bunun nəticəsi olan mənəvi zərərin mövcudluğu sübuta ehtiyacı olmayan hamıya bəlli olan hallardır, mənəvi zərərin kompensasiyasının mütənasib olmaması isə müəyyən edilmir.

15. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2023 saylı işi üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar