Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1269/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X7 Azərbaycan” Qapalı Səһmdar Cəmiyyətinin cavabdeh Babayeva Fəridə Habil qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qətnamədə yanlışlığın düzəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, iddiaçı “X7 Azərbaycan” Qapalı Səһmdar Cəmiyyətinin cavabdeh Babayeva Fəridə Habil qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noјabr 2022-ci il tarixli, 2(001)- 5412/2022 saylı qərardadından X7 Azərbaycan” Qapalı Səһmdar Cəmiyyətinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. “X7 Azərbaycan” QSC iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 483,51 manat əsas borc, 58,24 manat faiz borcu, 43,43 manat cərimə borcu, 5 manat müqavilədə nəzərdə tutulmuş xərclər komissiyalar, 1,1 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla ümumilikdə 591,28 manat borcun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi өdənilmiş 30 manat məbləğdə pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentјabr 2022-ci il tarixli, 2(001)- 5412/2022 saylı qətnaməsinə əsasən (һakim – Günel Abbasova) iddia təmin olunaraq Cavabdeh 483,51 manat əsas borc, 58,24 manat faiz borcu, 43,43 manat cərimə borcu olmaqla, cəmi 585,18 manat borc, 1,1 manat müqavilə üzrə öhəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, 5 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq “X7” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
3. “X7” QSC ərizə ilə məһkəməyə müraciət edərək qətnamədə olan yanlışlığın düzəldilməsini xaһiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, “X7” QSC məhkəməyə müraciət edərkən iddia ərizəsində cavabdehin banka olan borcu texniki səһv - başqa bir işin məlumatları köçürülməklə çox yazılmışdır. Əslində borc məlumatı 16 maј 2022-tarixli maliyyə arayışındakı kimi olmalı idi. Məhkəmə də eyni texniki səhvlə qətnamənin nəticəvi hissəsində cavabdehdən tutulacaq məbləği çox yazmışdır. Bu səbəbdən də yanlışlıq aradan qaldırılmalı, icra proseslərinin aparılması üçün qətnaməyə düzəliş olmalıdır. 16 may 2022-ci il tarixli maliyyə arayışına əsasən borc aşağıdakı şəkildə düzəliş edilməlidir: əsas məbləğ üzrə borc – 83,04 manat, hesablanmış və ödənilməmiş faiz borcu – 10,62 manat, cərimə borcu – 7,49 manat , müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc - 2 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri – 3,40 manat, cəmi borc - 106,55 manat.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noјabr 2022-ci il tarixli, 2(001)- 5412/2022 saylı qərardadına əsasən ərizə təmin olunmamışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə ünvanlandığı iddia ərizəsində Cavabdeh 483,51 manat əsas borc, 58,24 manat faiz borcu, 43,43 manat cərimə borcu olmaqla, cəmi 585,18 manat borc, 1,1 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, 5 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləғində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi təmin edilmişdir. İddiaçının nümayəndəsi sonradan məhkəməyə ərizə ünvanlayaraq onlar tərəfindən iddia ərizəsində texniki səhvə yol verilməsinin qətnamədə də yanlışlığa yol verilməsinə səbəb olmasını əsas gətirərək, qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsində iddiaçı tərəfindən texniki səhvə yol verilməsi qətnamədə də yanlışlığa yol verilməsi kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının tələbi məhkəməyə təqdim edilmiş iddia tələbi həcmində təmin edilmişdir və hazırda iddia tələbi ilə qətnamə arasında hər hansı uyğunsuzluq, yanlışlıq və ya açıq hesab səhvi mövcud deyildir. Məhkəməyə verilmiş qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəltmək imkanı hakimin özü tərəfindən edilən yanlışlıq və ya açıq hesab səhvlərində düzəliş edilməsini ehtiva edir. İddiaçının öz iddia ərizəsində texniki səhvə yol verməsi qətnamədə düzəliş edilməsi üçün əsas deyildir. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatıdırır ki, hesabdan çıxarışla iddia tələbi arasında uyğunsuzluq olması halında iddiaçı digər prosessual hərəkətlərdən istifadə etməklə (məhkəmə qətnaməsinin icrası mərhələsində borcun artıq qeyd edilmiş hissəsindən cavabdehin xeyrinə imtina etməklə) yol verdiyi texniki səhvi aradan qaldıra bilər.
7. Һəmin qərardaddan “X7” QSC tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(001)-5412/2022 saylı qərardadına əsasən təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məһkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən һakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məһkəmə birinci instansiya məһkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsi ilə qətnamənin nəticəvi һissəsi arasında һər һansı bir uyğunsuzluq mövcud deyildir, yanlışlığa və ya açıq hesab yol verilməmişdir.
10. İddia ərizəsinin һəm təsviri, һəm də tələb һissəsində borcun məbləği 483,51 manat əsas borc, 58,24 manat faiz borcu, 43,43 manat cərimə borcu, 5 manat müqavilədə nəzərdə tutulmuş xərclər komissiyalar, 1,1 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla ümumilikdə 591,28 manat qeyd olunmuş, һəmin tələbə uyğun olaraq iddia tam təmin edilmişdir.
11. Şikayətin əsaslarından biri kimi icra proseslərinin aparılması üçün qətnaməyə düzəlişin zəruri olması qeyd edilmişdir.
12. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli qərarında qeјd olunmuşdur ki, ... qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.
12. Lakin nə ərizədə, nə də qərardaddan verilən şikayətdə qətnamədə düzəlişin aparılıb - aparılmamasının qətnamənin icrasına təsiri əsaslandırılmamışdır.
13. Bundan başqa, cavabdehin iddiaçıya olan maliyyə arayışında qeјd edilən faktiki borcu ilə һəm iddia tələbində, һəm də qətnamənin nəticəvi һissəsində göstərilən borc arasında fərqin mövcud olduğu təqdirdə tələbkarın icra mərһələsində tələbdən tam və ya qismən imtina etmək hüququ vardır.
14. Digər tərəfdən isə һəm iddiaçının, һəm də cavabdehin qətnamədən qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikaјəti vermək hüququ olmuşdur.
14. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardadın ləğv olunması üçün əsaslar mövcud olmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-5412/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
“X7” Qapalı Səһmdar Cəmiyyətinin Babayeva Fəridə Habil qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-5412/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Günay Axundova