Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-127/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil X4 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” MTK-ya və “xxxxxx” MMC-yə və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı oğunun cavabdehlər “xxxxxxxxx” MTK-ya, “xxxxxxx” MMC-yə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxxxxx” MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, yeni Günəşli qəsəbəsi, V yaşayış massivində cavabdeh “xxxxxxxxx” MTK tərəfindən inşa olunan hündür mərətəbəli, çoxmənzilli binanın İİİ girişi, 15-ci mərtəbəsində sahəsi 71,2 kv metr olan 1 otaqlı, 237 saylı mənzilə dair bağlanan xx xxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin mənzildən çıxarılması, “xxxxxxx” MMC-nin qanunsuz əməllərinə son qoyulması və Bakı şəhəri, yeni Günəşli qəsəbəsi, V yaşayış massivivində cavabdeh “xxxxxxxxx” MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli binanın İİİ girişi, 15-ci mərtəbəsində sahəsi 71,3 kv.metr olan 1 otaqlı, 237 saylı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxx” MTK-nın üzərinə qoyulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-433/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxxxxx” MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxxxxx” MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6990/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə “xxxxxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər “xxxxxxxxx” MTK-nin və “xxxxxx” MMC-nin səlahiyyətli nümayəndələri və Cavabdeh1 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında 122 N-li müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində qeyd olunan binanın İİİ girişi, 15-ci mərtəbəsində sahəsi 71.3 kv. metr olan 1 otaqlı, 237 saylı mənzili təhvil verməyi “xxxxxxxxx” MTK öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxx» MMC-nin direktoru X1 ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, Günəşli küçəsi, 13M ünvanda «xxxxxxxxx» MTK tərəfindən tikilməkdə olan 4 bloklu 15 mərtəbəli yaşayış binasında həmin MTK ilə «xxxxxxxx» MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli qətnaməsi və eyni tarixli icra vərəqəsi, habelə Suraxanı rayon icra məmurlarının xx.xx.2016-cı il tarixli təhvil-təslim aktına əsasən «xxxxxxxx» MMC-nin mülkiyyətinə verilmiş 5000 kv.m. sahədən 237 saylı mənzili Cavabdeh1 verməyi, Cavabdeh1 həmin mənzili qəbul etməyi və həmin mənzilin dəyərinin 20%-ni, yəni 10000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin ümumi dəyəri 50000 AZN təşkil etmişdir. İş materiallarına əlavə edilmiş «xxxxxxxx» MMC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi və eyni tarixli icra vərəqəsi, habelə icranı həyata keçirən Suraxanı rayon məhkəmə icraçılarının xx.xx.2016-cı il tarixli təhvil-təslim aktına əsasən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 13 M ünvandha «xxxxxxxxx» MTK tərəfindən inşa edilən binadan «xxxxxxxx» MMC mülkiyyətinə verilmiş 5000 kv.m. yaşayış sahəsindən 3-cü giriş, 15-ci mərtəbə, 237 saylı mənzil (71,6) kv.m. həqiqətən də ona məxsusdur və mənzilin dəyərindən ilkin olaraq 10000 AZN Cavabdeh1 tərəfindən «xxxxxxxx» MMC-yə ödənilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilmiş 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasından 5000 kv.m sahənin iddiaçı “xxxxxxx” MMC-yə təhvil verilməsi vəzifəsi cavabdeh “xxxxxxxxx” MTK-ya həvalə olunmuş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2-2(102)-146/2014 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmaqla qüvvəyə minmiş və xx xxxx 2014-cü il tarixdə icra vərəqəsi verilməklə, icra edilməsi üçün cavabdeh inzibati quruma göndərilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı, xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixdə icraya yönəldilmiş 2- l(103)-523/2013 saylı icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətləri barədə məlumat verilməsi barədə xx.xx.2017-ci il tarixli, 18-5076/2014-17 saylı cavab məktubu xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin məktubda xx.xx.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)- 523/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilməsi haqqında təqdimatın baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(010)-15762016 saylı tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilməsi, bu qərardaddan verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(103)-273/2017 saylı qərardadı ilə təmin olunaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-1576/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadını ləğv edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-5174/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması göstərilmişdir. Göründüyü kimi, nəticə etibarilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 523/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilməsi haqqında təqdimat təmin olunmamışdır ki, bu da icra tədbirlərinin davam etdirilməsi deməkdir. Eyni zamanda iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1207/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçı X2 və digərlərinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə (“xxxxx” MMC və “xxxxxxxxx” MTK üçüncü şəxslər olmaqla) qarşı icra hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/2016 saylı iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-5174/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı da dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasn zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “xxxxxxxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında 122 N-li müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində qeyd olunan binanın İİİ girişi, 15-ci mərtəbəsində sahəsi 71.3 kv. metr olan 1 otaqlı, 237 saylı mənzili “xxxxxxxxx” MTK təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin «xxxxxxxx» MMC Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixli müqavilə bağlayaraq mübahisəli mənzili, yəni 237 saylı mənzili Cavabdeh1 verməyi, Cavabdeh1 həmin mənzili qəbul etməyi və həmin mənzilin dəyərinin 20%-ni, yəni 10000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi «xxxxxxxx» MMC Suraxanı rayon İcra şöbəsinin icra məmurunun İddiaçı məxsus mübahisəli mənzilin və digər mənzillərin «xxxxxxxx» MMC-yə təhvil verilməsi barədə icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmədə iddia qaldırıldığından məlumatı olduğu halda qanunsuz və əsassız olaraq həmin 237 saylı mənzili Cavabdeh1 satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh “xxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2018-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-127/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-127/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver