Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1270/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hajı Həsən, 378 saylı fərdi yaşayış evi Cavabdeh istifadə və sahibliyindədir.
2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” T/17954 saylı müqavilə bağlanmış, müqaviləyə görə İddiaçı İB Cavabdeh təbii qazla təmin etmək, Cavabdeh isə ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
3. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-cl il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli aktlara görə, Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir.
4. Həmin aktlar əsasında Cavabdeh cəmi 1632,60 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (İB) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 2489,90 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat məbləğində xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2819,90 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli T/17954 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz olunması davam etdirilmiş, həmin fərdi yaşayış evinə birlik tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2018-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən (1 m3 0,20 manatdan hesablanmaqla) 691,20 manat məbləğində pulun cavabdehdən tutulması barədə qərar qəbul olunmuşdur. Eyni əsaslarla tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 201,60 manat, xx.xx.2018-cl il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 396 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat məbləğində ziyanın vurulduğu göstərilmiş və aktların tarixlərinə uyğun qəbul edilmiş qərarlarla həmin məbləğlərin tutulması qərara alınmışdır. Bundan başqa, cavabdehin 2018-ci il üçün hesablanmış 857,30 manat borcu Smart sayğaca keçirilmişdir. Beləliklə, cavabdehin Birliyə 2489,90 manat borcu yaranmışdır.
7. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək, iddianı qəbul etmədiyini, həmin əraziyə qaz xəttinin çəkilməsi işini təşkil etdiyini və bilavasitə bu prosesdə iştirak etdiyini, bu səbəblə ondan ötən dövr ərzində istifadə edilmiş maye qaza görə hər hansı məbləğdə ödənişin tələb olunmadığını, bununla bağlı sübutları məhkəməyə təqdim edəcəyini bildirmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, maye qazdan qeyri-qanuni istifayəyə görə vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh 1616,40 (bir min altı yüz on altı manat, qırx qəpik) manat, vəkilə çəkilən xərcin əvəzi olaraq 150 (bir yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
9.1. İddiaçı cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz xəttinə cavabdeh tərəfindən özbaşına qoşulmaqla maye qazdan qeyri-qanuni istifadə edildiyini və cavabdehin bu təqsirli və hüquqa zidd əməli (hərəkətləri) nəticəsində ona real zərər vurulduğunu iddia edir. Bu halı təsdiq edən aktlar (ilk aktı xx.xx.2018-ci il tarixdə, sonuncu aktı isə xx.xx.2019-cu il tarixdə tərtib etmişdir) və fotoşəkillər təqdim edir. Təqdim edilmiş abonent saldosuna əsasən isə aktların tərtib edildiyi dövrlərdə istifadə edilmiş maye qaza görə ümumiyyətlə hər hansı məbləğdə ödəniş aparılmamışdır. Bu da öz növbəsində cavabdehin maye qazdan qeyri-qanuni istifadə etdiyini bir daha təsdiq edir və qaz xəttinə qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını şərtləndirir. 9.2. Lakin məhkəmə iddia üzrə tələb edilən zərər məbləği ilə razılaşmır. Belə ki, təqdim edilmiş aktlardan müəyyən edilir ki, iddiaçı tərəfindən hesablama eyni qaydada aparılmamışdır. Məsələn, xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün maye qazın 1 m3 - 0,20 manatdan hesablanmış, lakin bütün digər, o cümlədən sonrakı aktlarda 1 m3 - 0,10 manatdan hesablanmışdır. Hər bir halda, limitin keçməsi halı baş vermişdirsə, bu aktdan sonrakı tarixlərdə, həmçinin növbəti ildə tərtib edilmiş aktlarda da 1m3 - 0,20 manatdan hesablanmalı idi. Bu səbəbdən məhkəmə hesab edir ki, digər aktlarda olduğu kimi, xx.xx.2018-ci il tarixli akt üzrə də maye qazın 1 m3 - 0,10 manat olmaqla hesablama aparılmalıdır. Digər tərəfdən həmin akt üzrə hesablama 180 gün üzrə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddət üçün aparılmışdır. Lakin növbəti ilin eyni dövrünü əhatə edən xx.xx.2019-cu il tarixli akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli akta əsasən 100,80 manat, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktların hər biri üzrə 32,40 manat, cəmi (100,80 + 100,80 + 32,40 + 32,40 + 32,40 +32,40 = 331,20) 331,20 manat zərərin vurulduğu müəyyən edilmişdir. 9.3. Bununla belə məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli aktda göstərilən zərər məbləği reallığı əks etdirmir və həmin aktın əhatə etdiyi dövr üzrə də 2019-cu ilin eyni dövrünü əhatə edən aktlarda aparılmış hesablama qaydası əsas götürülməli və xx.xx.2018-ci il tarixdən başlayaraq növbəti 180 gün üçün, yəni xx.xx.2018-ci il tarixinədək cavabdeh tərəfindən iddiaçıya 691,20 manat deyil, məhz 331,20 manat məbləğində zərərin vurulduğu müəyyən edilməlidir. 9.4. Fərqli qaydada hesablama həmçinin, xx.xx.2019-cu il tarixli aktda da müşahidə olunur. Belə ki, xx.xx.2019-cu il tarixli akta əsasən hesablama PQ4-ün orta günlük iş rejimi 6 saat, QSSQ-nin orta günlük iş rejimi 10 saat, dəmir sobanın orta günlük iş rejimi isə 18 saat götürülməklə aparılmasına baxmayaraq, xx.xx.2019-cu il tarixli aktda bu avadanlıqların hər biri üzrə orta günlük iş rejimi 24 saat götürülmüşdür. Halbuki, hər iki ay ilin soyuq aylarına aiddir və həmin aylarda vurulmuş zərərin məbləğinin hesablaması qaydası eyni olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli aktda aparılmış hesablama əsas götürülməli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın əhatə etdiyi dövr üzrə də zərər məbləği 142,20 manat məbləğində müəyyən edilməlidir. 9.5. Məhkəmə onu da qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən isə 295,20 manat ziyan məbləği hesablamışdır. Lakin həmin aktlarda pozuntunun müəyyən edildiyi ünvan qismində ünvan 2 qismində isə Cavabdeh İsrafil oğlu göstərilmişdir. Başqa sözlə, həmin aktların hazırki cavabdehə və ya onun istifadəsində və sahibliyində olan evə hər hansı aidiyyəti yoxdur. Bu səbəbdən bu aktlarla müəyyən edilmiş zərər məbləği cavabdehdən tutula bilməz. 9.6. Beləliklə məhkəmə hesab edir ki, maye qazdan qanunsuz istifadə edilməsi nəticəsində vurulmuş zərərin məbləği xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın əhatə etdiyi dövr üçün 331,20 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın əhatə etdiyi dövr üçün isə 142,20 manat məbləğində müəyyən edilməli, xx.xx.2018-ci il tarixli, ******* saylı aktda göstərilən 201,60 manat, xx.xx.2018-cı il tarixli, ******* saylı aktda göstərilən 100,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı aktda göstərilən 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı aktda göstərilən 100,80 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı aktda göstərilən 100,80 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı aktda göstərilən 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı aktda göstərilən 100,80 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı aktda göstərilən 32,40 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı aktda göstərilən 32,40 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı aktda göstərilən 32,40 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı aktda göstərilən 32,40 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı aktda göstərilən 32,40 manat, xx.xx.2019-cu iİ tarixli ******* saylı aktda göstərilən 32,40 manat və xx.xx.2019-cu iİ tarixli ******* saylı aktda göstərilən 142,20 manat zərər məbləği məqbul hesab edilməli, bu məbləğlərin cəmini təşkil edən (331,20 + 142,20 + 201,60 + 100,80 + 100,80 + 100,80 + 100,80 + 100,80 + 100,80 + 32,40 + 32,40 + 32,40 + 32,40 + 32,40 + 32,40 + 142,20 = 1.616,40 manat) 1616,40 manat cavabdeh tərəfindən maye qazdan qanunsuz istifadə edilməsi nəticəsində vurulmuş zərər məbləği qismində müəyyən edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. 9.7. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. 9.8. Hazırki mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir. Eyni zamanda, məhkəmə hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 2 məhkəmə iclasında iştirak etməsini, tələb olunan bütün sübutların iddia ərisəzinə əlavə edilməsini və onun üzərinə hər hansı sübutun təqdim edilməsi vəzifəsinin qoyulmamasını, vəkil tərəfindən hər hansı vəsatətin qaldırılmamasını və məhkəmə iclasının qısa müddət davam etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 150 manat məbləğində pul tutulmalıdır.
10. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 1096cı, 1097-ci, maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu, 5.2-ci, 5.6-cı, 6.5-ci, 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinad etmişdir.
11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, yaşadığı qəsəbənin qazlaşdırılması üçün çalışdığı və sakinlərdən pul toplayaraq 1998-ci ildə qəsəbənin qazlaşdırılmasına nail olduğu, qaz xəttinin çəkilməsinə başlanılarkən işçi layihəsinin tərtib olunmasında yaxından iştirak etdiyi, həmin vaxt İddiaçı İB-nin baş direktorunun “qaz xəttinin çəkilməsində yaxından iştirak etdiyi üçün qazdan ömürlük pulsuz istifadə edəcəyini” dediyi, bu səbəblə tərəfindən qaza görə ödəniş edilmədiyi, lakin ödəniş etməməsinin qazdan qeyri-qanuni istifadə etməsi mənasına gəlmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
12. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
17. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
18. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Bu kontekstdə kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına baxmayaraq, iddiaçı təşkilat qətnamədən şikayət verməmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, cavabdehin şikayətində irəli sürdüyü hallar qətnamənin ləğvinə (mübahisələndirilən hissədə) əsas vermir.
28. Qeyd olunmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu qismən sübut edə bilmişdir – xüsusilə ona görə ki, cavabdehə aid abonent saldosundan onun 2013-cü ildən sonra qaz istehlakına görə ümumiyyətlə ödəniş etmədiyi aydın olur və özünün apellyasiya şikayətində bunu o, “qazdan ömürlük pulsuz istifadəsinə icazə verildiyi” ilə əsaslandırmışdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8020/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə