Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1278/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(010)-3722/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" BOKT ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 60 ay müddətinə, illik 21 % dərəcəsi ilə 22000 manat məbləğində kredit verilmişdir. 2.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 08 iyun 2022-ci il tariхli, 2022/00138-01 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən, 21358,39 manat məbləğində əsas, ona hesablanmış 3925,57 manat məbləğində faiz və ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 26283,96 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 168,86 manat məbləğində pulun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2022-ci il tariхli, 2022/00138-01 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 21% hesablanmaq şərti ilə 22000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Mübahisənin məhkəməyəqədər həlli: İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin, göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. xx.xx.2023-cü il tarixə kreditin əsas borcu üzrə 21358,39 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 3925,57 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 26283,96 manat məbləğində borc yaranmışdır. 5.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 noyabr 2023-cü il tarixli, 2(010)-3722/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Firuzə Mirzəyeva) iddia qismən təmin edilərək, Cavabdeh 08 iyun 2022-ci il tarixli, 2022/00138-01 nömrəli İstehlak Kredit Müqaviləsinə əsasən 21358,39 manat məbləğində əsas borc, ona hesablanmış 3925,57 manat məbləğində faiz və ödənişlərin gecikdirilməsinə görə 80 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 25363,96 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 166,1 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. 6.İş materiallarında olan Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00138-01 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 60 ay müddətinə illik 21% hesablanmaq şərti ilə 22000 AZN məbləğində kredit verilmişdir. Müqavivilənin 1.7-ci bəninə görə, kreditdən istifadəyə görə faizlərin hesablanması, hər ay 30 gün hesabı ilə götürülür və hər ayın (08)-dən gec olmayaraq ödənilir. 3.1-ci bəninə əsasən, borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə Müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlayır. 7.İş materiallarında olan "xxxx" ASC-nin “Xırdalan” filialı ilə X5 arasında bağlanmış 878 saylı, 12 iyul 2011-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə - ödəmə qrafikindən müəyyən olunur ki, borcalan X5 3150 manat məbləğində krediti aylıq 169,71 manat annuitet olmaqla 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 8.İş materiallarında olan xx.xx.2023-cü il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh iddiaçıya qalıq borc üzrə kreditə görə 21358,39 manat, faiz borcu 3925,57 manat, dəbbə borcu 1000 manat, cəmi 26283,96 manat təşkil edir. 9.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 595 manat ödəniş etməlidir. 10.İş materiallarında olan 08 iyun 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh AZ17KABA******************** hesabına 22000 manat pul köçürülmüşdür. 11.İş materiallarında olan 2022/00138-01 saylı müqavilənin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 600 manat, xx.xx.2022-ci il tarixə 700 manat, xx.xx.2022-ci il tarixə 600 manat ümumilikdə 1900 manat ödəniş etmişdir. 12.İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 10 gün müddətinə ödəmədiyi təqdirdə, kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun məhkəmə qaydasında tutulması barədə məlumat verilmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və iddia tələbi qismən təmin edilməlidir. 14.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı "xxxx" BOKT ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 60 ay müddətinə, illik 21 % dərəcəsi ilə 22000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehə bildiriş göndərməklə kredit müqaviləsini ləğv edib və əsas borc məbləğinə faizləri ləğv etmə tarixinədək hesablayıb. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. 15.Məhkəmə iddianın 1000 manat dəbbə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə dəbbə pulu razılaşdırılmış, lakin cavabdehə hesablanmış cərimə borcu azaldılmalıdır. Belə ki, cavabdeh 2022-ci ilin oktyabr ayından ödəniş həyata keçirmir. İddia ərizəsində qeyd olunan 1000 manat cərimə tənasübsüz yüksəkdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cərimə 80 manat məbləğinə qədər azaldılmalıdır. 16.Məhkəmə həmçinin hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 166,1 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 7.2, 7.3, 385.1, 386,1, 389.1, 442, 443.1, 443.7, 448.1, 448.2, 462.1, 462.2, 462.3, 462.4, 463.1, 463.2, 467, 739.1, 739.2, 741, 742.1-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 124.1, n 216-220, 227, 233, 357, 358, 360 və 362-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnamə çıxararkən təkcə İddiaçı BOKT ASC-nin iddia tələbində göstərdiyi əsas və faiz borcunu əsas tutmamalı, bank tərəfindən göstərilən borc məbləğlərinin düzgünlüyünə əmin olmaq üçün ekspertiza təyin etməli idi. Çünki, tərəfindən müxtəlif müddətlərdə ümumi olaraq 1900 manat (600+700+600) ödəniş olunduğu halda bu bank tərəfindən az hesablanmışdır. Məhkəmə də öz növbəsində ekspertiza təşkil etmədiyindən bankın iddia tələbində göstərilən məbləği ilə kifayətlənmiş və bununla bağlı qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş 2022/00138-01 saylı müqavilənin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 600 manat ümumilikdə 1900 manat ödəniş etmişdir. Lakin, bank məhkəməyə qaldırdığı iddia tələbində əsas borc olaraq 21358,39 manat olduğunu iddia etmişdir. Halbuki, bu rəqəm 20100 manat olmalı idi. Bütün bu olanlar bir daha onu deməyə əsas verir ki, məhkəmə işə formal yanaşmışdır. Göründüyü kimi məhkəmə bütünsubutları araşdırmadığından, həmçinin kredit borcu ilə bağlı ekspertiza keçirilmədiyindən və məhkəmə tərəfindən borc məbləğinə düzgün qiymət verilmədiyindən qətnamə qanuni və əsaslı ola bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilməməsini xahiş etdi. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 27.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 28.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 29.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 30.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 31.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 32.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmindəiddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 39.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtləriniyerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədəiddiaçıya xx.xx.2022-ci il tarixli, 2022/00138-01 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə21358,39 manat, faiz borcuna görə 3925,57 manat borcu yaranmışdır. 40.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 41.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 42.Kollegiya cavabdehin borc məbləğinin hesablanması üçün ekspertiza təyin edilməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, kredit mübaviləsi üzrə yaranmış borc məbləği işdə olan maliyyə sənədləri və hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapmaqla cavabdeh tərəfindən həmin sənədləri şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, MPM-nin 76.1, 76.2-ci maddələrinə əsasən ekspert rəyi sübutun bir növüdür və MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. İş materiallarından göründüyü kimi cavabdeh məhkəmə iclaslarınan vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq iş üzrə ekspertizanının təyin edilməsi ilə bağlı hər hansı bir vəsatət təqdim etməmişdir.Hazırki vəsatətlə cavabdeh yeni sübut əldə etmək istəyir. Digər tərəfdən onun tərəfindən xx.xx.2022-ci il tarixə 600 manat, xx.xx.2022-ci il tarixə 700 manat, xx.xx.2022-ci il tarixə 600 manat ümumilikdə 1900 manat ödənişlər edilməsi iddiaçı tərəfindən nəzərə alınmışdır. 43.Buna görə də kollegiya heç bir mötəbər sübuta söykənməyən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. 44.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.Həmçinin məhkəmə tənasübsüz surətdə yüksək məbləğdə olan 1000 manat cərimə borcunu azaldaraq, 80 manat cərimə borcu tutmaqla düzgün nəticəyə gəlmişdir. 46.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(010)-3722/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1278/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1278/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver