Məhkəmə qərarları › İş №2(103)-1279/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1279/2020

12.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1279/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, 2(004)-2728/2015 №li iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2015-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qətnamənin onun hüquq və maraqlarına toxunan X3 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “məhdudiyyətlərin aradan qaldırılması və qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması tələbi barədə” iddiası əsasında başlanmış mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-ci məhəllə, 46 ünvanda yerləşən binanın 2-ci girişinin zirzəmisinin 520 kv.m qeyri-yaşayış sahəsinə dair iddiaçıya yaradılan məhdudiyyətlərin aradan qaldırılmasını, həmin qeyri-yaşayış sahəsinin iddiaçının sahiblik və istifadəsinə verilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulmasını qət etmişdir. İş üzrə tərəf olmayan T.Əsgərova həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə qəbul edilmiş qətnamənin T.Əsgərovanın hüquq və maraqlarına toxunmasını tanımış və apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) göndərmişdir. İşə apellyasiya qaydasında Məhkəmə tərəfindən baxılarkən T.Əsgərova ərizə ilə Məhkəməyə müraciət edərək ona vurulmuş zərərin cavabdeh tərəfindən ödənildiyini və bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apellyasiya icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarını və “apellyasiya şikayətindən imtina barədə” ərizəni araşdıraraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.3-cü maddəsinə görə, məhkəmə MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-nin 191-ci maddəsinin mənasına görə isə tələbin etiraf edilməsi və ya tələbdən imtina icraatın xitam verilməsi üçün kifayət deyil bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-nin 369.3-cü maddəsi apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. T.Əsgərovanın apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263 və 369-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X3 “apellyasiya şikayətindən imtina barədə” ərizəsi təmin edilsin və onun apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “məhdudiyyətlərin aradan qaldırılması və qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2015-ci il tarixli qətnamədən X3 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar