Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-128/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, X8 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Alavutdinovanın nümayəndəsi(vəkili) Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X18 iştirakları ilə cavabdeh İddiaçı1, İddiaçı2 Alavutdinovnanın X10, Qasımov Namiq Böyükkişi oğluna, Cavabdeh2, İddiaçı1, İddiaçı3 və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin, X7, Qasımov Namiq Böyükkişi oğlunun və Cavabdeh2 İddiaçı2 Alavutdinovnaya, İddiaçı1, X19, ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 28 saylı notariat kontoruna, Bakı şəhəri 36 saylı notariat kontoruna və Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər ərazi idarəsinə qarşı “şəhadətnamənin, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli qətnamələrindən İddiaçı2 Alavutdinovna, X24 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 Alavutdinova X10, Qasımov Namiq Böyükkişi oğluna, Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə İddiaçı1 və X20 da cavabdehlər qismində göstərdiyi iddia ərizəsinə əlavə (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 verilən ******* nömrəli çıxarışın, Qasımov Namiq Böyükkişi oğluna verilən ******* nömrəli çıxarışın, X15 və Cavabdeh2 arasında bağlanan xx xxxx 2014-cü il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və bu müqavilə əsasında əldə edilən çıxarışın, X15 və Qasımov Namiq Böyükkişi oğlu arasında bağlanan xx xxxx 2014-cü il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, X12 qanunsuz olaraq zəbt edib tikililər apardığı onun mülkiyyətində olan torpaq sahəsindən tikililəri öz vəsaiti hesabına sökərək çıxarması və İddiaçı3 42000 (qırx iki min) ABŞ dolları məbləğində maddi zərərin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi JN-24079D seriyalı 00400016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona məxsusdur və həmin torpaq sahəsini 14 saylı Dövlət notariat kontorunda xx xxxxxx 2005-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Torpağı əldə etdiyi zaman həmin torpaq sahəsi daşla hasara alınmış, giriş üçün darvaza qoyulmuş vəziyyətdə olmuş, şəhadətnamə əsasında ona, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********298 reyestr nömrəli, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış və torpaq sahəsinin əsas göstəriciləri və döngə nöqtələrinin koordinatlarını göstərməklə xx.xx.2008-ci il tarixli AA № 002457 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Badamdar qəsəbəsində yerləşən 0,03 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Bir-neçə müddət bundan əvvəl Cavabdeh1 Əziman qızı torpaq sahəsinə ondan xəbərsiz və icazəsiz olaraq daş tökmüş, bununla bağlı araşdırma apararkən məlum olmuşdur ki, guya həmin torpaq Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1998-ci il tarixli 1975 saylı sərəncamı ilə adı çəkilən şəxsə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyət hüququnun iki vətəndaşa aid olması faktının səbəblərini aydınlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə göndərdikləri sorğu xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli məktublarla cavablandırılaraq bildirilmişdir ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədlərin həqiqiliyinə şübhə vardır və Səbail RİHB-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamının olmasına baxmayaraq, sərəncamın məzmunu Cavabdeh1 Əziman qızına torpaq sahəsinin ayrılmamasını ifadə edir. Milli Arxiv İdarəsinə göndərdikləri xx.xx.2013-cü il tarixli sorğu ilə Cavabdeh1 Əziman qızına Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılması barədə Səbail RİHB-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamın surətinin verilməsini xahiş etmişlər. Həmin sorğuya verilən xx.xx.2013-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Səbail RİHB-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı Cavabdeh1 Əziman qızına da torpaq sahəsi ayrılması barədə, sərəncamların qeydiyyyatı kitabında X6 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Səbail RİHB-nin xx.xx.1998-ci il tarixli sərəncamında Cavabdeh1 Əziman qızına fərdi evin tikintisi üçün verilən torpaq sahəsinin 600 (altı yüz) kv.metr olduğu göstərilsə də, Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.20xx xxxxxxx 36581 nömrə ilə uçota alınmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş sahə ilə üst-üstə düşmür. Belə ki, torpaq sahəsinin planı və ölçüsündə onun sahəsi 300 kv.m-dir. Cavabdeh1 ilə Qasımov Namiq Böyükkişi oğlu arasında bağlanmış xx xxxx 2014-cü il tarixli AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndə də bu torpaq sahəsinin ölçüsü 0,03 hektar (300 kv.m) göstərilmişdir. Bundan başqa, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 verilən ******* nömrəli çıxarışda da torpaq sahəsinin ölçüsü 0,03 hektar göstərilmişdir. X15 və Qasımov Namiq Böyükkişi oğlu arasında bağlanan xx xxxx 2014-cü il tarixli AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin torpağın 0,02 hektarı Qasımov Namiq Böyükkişi oğluna satılmış və daşınmaz əmlakın Dövlət reyestrindən sonuncunun adına ******* nömrəli çıxarış verilmişdir. X15 və Cavabdeh2 arasında bağlanan xx xxxx 2014-cü il tarixli AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə isə həmin torpağın 0,01 hektarı Cavabdeh2 satılmışdır. Məhkəmənin təyin etdiyi ekspertizanın xx xxxx 2016-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ona məxsus olan torpaq sahəsinin 57 kv.metri sonradan Cavabdeh2 adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşür və eyni zamanda torpaq sahəsinin bir hissəsi İddiaçı1 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. O, 2005-ci ildə İddiaçı3 ilə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gəldiyi zaman İddiaçı3 bildirmişdir ki torpaq sahəsi sənədlərdə 0,03 ha olsa da, faktiki 0,06 ha-dır və torpağın hamısını alacaqsa hər 0,01 ha-da 1000 ABŞ dolları güzəşt edəcəkdir. Bundan sonra tərəflər 0,06 ha torpaq sahəsinin alqı-satqısı üçün 84000 ABŞ dollarına razılığa gəlmiş, 14 saylı Dövlət notariat kontorunda xx xxxxxx 2005-ci il tarixli AN-İ Nk ******* saylı alqı-satqı müqaviləsi bağlamışlar. Həmin gün bir ABŞ dolları 4677 manata bərabər olmuş, lakin onun adına yalnız 0,03 ha torpaq sahəsi rəsmiləşdirilmişdir. Beləliklə, İddiaçı3 ona 0,06 ha torpaq sahəsi satmaq barədə vəd vermiş olsa da, öz mülkiyyətində olmayan torpağı satmış, bununla da ona 42000 (qırx iki min) ABŞ dolları məbləğində maddi zərər vurmuşdur. X15, Qasımov Namiq Böyükkişi oğlu və Cavabdeh2 isə İddiaçı2 Alavutdinovnaya, İddiaçı1, X19, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 28 saylı dövlət notariat kontoruna, Bakı şəhəri 36 saylı dövlət notariat kontoruna və Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 adına olan torpaq sahəsinə verilmiş JN-17225 nömrəli (00400016), yaxud JN-13094H (00400016) şəhadətnamələrin, X21 ilə X24 arasında Bakı şəhər 36 saylı DNK-da bağlanmış xx.xx.2004-ci il tarixli 4Ə-03-561 saylı alqı-satqı müqaviləsinin, həmin müqavilədən törənən hüquqi nəticəyə səbəb olmuş bütün əqdlərin, o cümlədən X24 ilə xx xxxxxx 2005-ci il tarixdə 14 saylı Dövlət notariat kontorunda İddiaçı2 Alavutdinovna arasında bağlanmış AN-İ ******* saylı xx xxxxxx 2005 ci il tarixli alqı-satqı müqaviləsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Badamdar qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsinə verilmiş ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışın və xx.xx.2008-ci il tarixli AA № 002457 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” barədə şəhadətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Səbail rayon İcra Hakimiyyəti Başcısının xx xxxxxx 1994-ci il tarixli 4147 saylı sərəncamı ilə X16 Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmış, sərəncamda Rafiq Naqiyevin ünvanı 20 yanvar küçəsi, ev 13 göstərilsə də, onun ünvanı tamamilə başqa yer olmuş, sərəncama cizgi əlavə edilməmişdir. Belə olan halda, Rafiq Naqiyevə verilmiş torpaq sahəsinin qəsəbənin hansı tərəfində yerləşməsi məlum deyildir. Torpaq sahəsinin yerləşməsi barədə cizginin olmamasına baxmayaraq qanunsuz olaraq Rafiq Naqiyevin adına başqa nömrə ilə şəhadətnamə verilmiş, o isə xx xxxxxxx 2004-ci il tarixdə 36 saylı Dövlət notariat kontorunda qanunsuz olaraq 300 kv.metr sahəni X1. X24 da torpaq sahəsini xx xxxxxx 2005-ci il tarixdə 14 saylı Dövlət notariat kontorunda qanunsuz olaraq İddiaçı2 Alavutdinovnaya satmış, AN-İ № ******* saylı alqı satqı müqaviləsi bağlanmış, 4Ə/522 saylı reyestrdə qeyd edilmişdir. Həmin sahə Cavabdeh1 məxsus torpaq sahəsi deyildir. Torpaq sahəsinin əsas göstəriciləri və döngə nöqtələrinin koordinatları həmin sahəyə aid deyildir. Hüquqi nəticə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,03 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarış qanunsuz olaraq verilmişdir. İddia ərizəsində göstərilir ki, bir-neçə müddət bundan əvvəl Quliyeva X9 Cəmilə Alavutdinovanın torpaq sahəsinə ondan xəbərsiz və icazəsiz olaraq daş tökmüşdür. Bu fikirlər həqiqətə uyğun deyildir. Həmin torpaq Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1998-ci il tarixli 1975 saylı sərəncam ilə Cavabdeh1 Əlziman qızına verilmiş, torpaq sahəsinin yerləşmə cizgiləri xx xxxxxx 2011-ci il tarixdə tərtib olunmuşdur. İddia ərizəsində daha sonra göstərilir ki, Səbail RİHB-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncamında Cavabdeh1 Əziman qızına fərdi evin tikintisi üçün verilən torpaq sahəsinin 600 (altı yüz) kv.metr olduğu göstərilsə də, Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli “torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş sahə ilə üst-üstə düşmür. Belə ki, torpaq sahəsinin planı və ölçüsündə onun sahəsi 300 kv.m-dir. Bu fıkirlər də həqiqətə uyğun deyildir. Çünkü Cavabdeh1 adına yalnız 300 kv.metr özələşdirilmiş, digər 300 kv.metr torpaq sahəsinin üzərindən elektrik xətləri keçdiyi üçün müvəqqəti olaraq özələşdirilməmiş, lakin Cavabdeh1 istifadəsində qalmışdır. X15 və Qasımov Namiq Böyükkişi oğlu arasında bağlanan xx xxxx 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin torpağın 0,02 hektarı Qasımov Namiq Böyükkişi oğluna, Cavabdeh2 ilə bağlanan xx xxxx 2014-cü il tarixli müqavilə ilə isə 0,01 hektarı Cavabdeh2 satılmış, həmin şəxslər vicdanlı alıcı olmaqla mülkiyyətə sahib olmuşlar. R.İ.Nağiyevin adına mülkiyyətə dair şəhadətnamə verilərkən qanunsuzluğa yol verilmişdir. Ona görə də, X21 ilə X23 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə İddiaçı2 Alavutdinovanın İddiaçı1 və X19 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələbləri ayrıca icraata ayrılmış, eyni tarixli qətnamə ilə İddiaçı2 Alavutdinovanın X10, Qasımov Namiq Böyükkişi oğluna, Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələblərinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair X13 adına verilmiş JN-13094H nömrəli 00400016 kodlu şəhadətnamənin, X21 ilə X24 arasında 36 saylı DNK-da bağlanmış AN-İ ******* nömrəli xx.xx.2004-cü il tarixli, reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, habelə X24 ilə İddiaçı2 Alavutdinovna arasında Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda bağlanmış AN-İ ******* nömrəli xx xxxxxx 2005 ci il tarixli, reyestrdə 4Ə/522 nömrə ilə qeydə alınmış alqısatqı müqaviləsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı2 Alavutdinovnanın adına verilmiş xx.xx.2008-ci il tarixli 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, habelə xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışın Qasımov Namiq Böyükkişi oğluna və Cavabdeh2 məxsus torpaq sahələri ilə üstüstə düşən 57 kv.metr hissəsində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması, keçirilmiş ekspertizaların dəyəri olan 200 (iki yüz) manatın 160 (yüz altmış) manatının İddiaçı2 Alavutdinovnadan, 40 (qırx) manatının isə X15, Qasımov Namiq Böyükkişi oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə isə, İddiaçı2 Alavutdinovnanın İddiaçı1 və X19 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələblərinə dair iddiası təmin olunmuş, X12 öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı İddiaçı2 Alavutdinovnanın mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililərin İddiaçı1 öz vəsaiti hesabına sökülərək çıxarılması, İddiaçı3 42 000 (qırx iki min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı2 Alavutdinovnaya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən İddiaçı2 Alavutdinovna, İddiaçı1 və X24, xx.xx.2016-cı il tarixli qətnamədən isə İddiaçı1 apellyasiya şikayətləri vermişlər. İddiaçı2 Alavutdinovnanın apellyasiya şikayəti ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla məhkəmənin maddi-prosessual hüquq normalarını pozduğu və iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almadığı irəli sürülmüş, xx.xx.2016-cı il tarixli qətnamənin ləğv, ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. xx.xx.2016-cı il tarixli qətnamənin ləğv olunmasını xahiş edən İddiaçı3 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, xx xxxxxxx 2004-cü il tarixdə daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən fərdi evin tikintisi üçün Bakı şəhərı, Səbaıl rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsini X11 almış, bununla bağlı 36 saylı Dövlət notariat kontorunda AN-İ № ******* saylı alqı-satqı müqaviləsi baqlamışdır. Həmin müqaviləyə görə, satıcı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 6297 nömrəli arayışa əsasən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşər ümumi sahəsi 0,06 hektar olan torpaq sahəsindən 0,03 hektar torpaq sahəsi onun mülkiyyətinə vermiş, beləliklə də mübahisəli torpaq sahəsinin vicdanlı sahibi olmuş, xx xxxxxx 2005-ci il tarixdə isə 14 saylı Dövlət notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini İddiaçı2 Alavutdinovnaya satmışdır. Torpaq sahəsini Rafıq Nağıyevdən aldığı kimi İddiaçı2 Alavutdinovnanın faktiki sahibliyinə və istifadəsinə vermiş, bu zaman hər hansı qanun pozuntusu olmamışdır. Məhkəmə isə işin hallarını təhrif etmiş, sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişdir. İddiaçı1 apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hər iki qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların aydınlaşdırılmaması, müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmış, məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamış, Cavabdeh1, Namiq Qasımovun və Cavabdeh2 adına verilən sənədləri əsassız olaraq mötəbər sübutlar kimi qəbul etmiş, hüquqmüəyyənedici sənədləri xronologiya üzrə, yəni verilmə tarixləri üzrə müqayisəli şəkildə qiymətləndirməyərək və onun adına verilmiş sənədlərin daha əvvəlki tarixli olduğunu nəzərə almamışdır. Məhkəmə, ədalət mühakiməsini faktlara əsasən keçirməmiş, sübutları araşdırıb qiymətləndirərkən, onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, buna əməl etməmiş, qətnamələri işin faktiki hallarına zidd olan mülahizələrin üzərində qurmuşdur. Belə ki, Səbail rayon İcra Hakimiyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx xxxxxx 1994-cü il tarixli 4147 saylı sərəncamı əsasında ona Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-1309H saylı (kod 00400016) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi ona verilmişdir. xx xxxxxxx 2004-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, göstərilən torpaq sahəsinin 300 kv.m hissəsini İddiaçı3 satmış, alqı-satqıdan xeyli müddət əvvəl torpaq sahəsininin ətrafını bütövlükdə hasarlamış, alqı-satqıdan sonra İddiaçı3 satdığı hissənin hasarını sökərək, özümə saxladığı hissənin kənarı ilə çəkmişdir. Bundan sonra İddiaçı3 ondan aldığı və ya orada boş vəziyyətdə olan torpaq sahəsinin kimə, nə vaxt satması barədə məlumatı olmamışdır. Qətnamədən görünür ki, İddiaçı3 xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0,03 ha torpaq sahəsini İddiaçı2 satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair xx xxxxxx 2008-ci il tarixli çıxarış verilmişdir. Buna görə də Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin tam olaraq, xx.xx.2016-cı il tarixli qətnamənin isə “İddiaçı1 öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı, İddiaçı2 mülkiyyətində olan 2,43 ha torpaq sahəsindəki tikililərin R. Nağıyevin öz vəsaiti hesabına sökülərək çıxarılması” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı əsasında sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Alavutdinovna, X24 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-136/2016 saylı iş üzrə xx xxxxx 2016-cı il tarixli, habelə 2(009)-2601/2016 saylı iş üzrə xx xxxx 2016-cı il tarixli qətnamələri ləğv edilmiş və hər iki mülki iş bir icraatda birləşdirilmiş, iş üzrə yeni qətnamə çıxarılıraraq İddiaçı2 Alavutdinovnanın X10, Qasımov Namiq Böyükkişi oğluna, Cavabdeh2, İddiaçı1, İddiaçı3 və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların, alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 Alavutdinovnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst- üstə düşən 57 kvadrat metr hissədə, X15 və Cavabdeh2 arasında bağlanan xx xxxx 2014-cü il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 Alavutdinovnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst- üstə düşən 54 kvadrat metr hissədə; X15 və Qasımov Namiq Böyükkişi oğlu arasında bağlanan xx xxxx 2014-cü il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Qasımov Namiq Böyükkişi oğluna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 Alavutdinovnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kvadrat metr hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 Alavutdinovnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X22 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində İddiaçı1 tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(102)- 6519/2018 saylı qərarı ilə İddiaçı2 Alavutdinovanın kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh İddiaçı1 kassasiya şikayətinin tam təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin İddiaçı1 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak etmiş İddiaçı2 Alavutdinovanın nümayəndəsi (vəkili) Vəkil, cavabdeh İddiaçı1 apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar verməklə müvafiq qətnamə çıxarılmasını, Cavabdeh2 nümayəndəsi isə xx.xx.2016-cı il tarixli qətnamənin tam dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, digər tərəflər və ya nümayəndələri isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, İddiaçı1 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsi istisna olmaqla digər hissələr Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həll edilmiş və həmin hissələrdə məhkəmə qətnaməsi qüvvədədir. Kassasiya məhkəməsinin hazırda apellyasiya baxışının predmeti olan hissə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Səbail rayanu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngədə yerləşən, hazırki iş üzrə işdə iştirak edən şəxslər arasında mübahisə predmeti olan torpaq sahəsi 0,12 ha-dan ibarətdir. Hüquq müəyyənedici sənədlərə görə bu torpaq sahəsinin 0,03 hektarı İddiaçı2 Alavutdinovanın, 0,03 hektarı İddiaçı1, 0,01 hektarı Cavabdeh2 Qəhərman qızının, 0,02 hektarı isə Qasımov Namiq Böyükkişi oğlunun mülkiyyətindədir. 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına aiddir. Namiq Qasımov və Cavabdeh2 mülkiyyətində olan torpaq sahələrinin koordinatları onların həmin torpaq sahəsini satmış Cavabdeh1 torpaq sahəsi ayrılan zaman rəsmi sənədlər əsasında müəyyən edilmişdir. İddiaçı2 məxsus 0,03 ha torpaq sahəsinin 54 kvadrat metr hissəsinin Cavabdeh2, 3 kvadrat metr hissəsinin isə Namiq Qasımov tərəfindən tutulması da mübahisəsizdir. Onlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, qətnamənin onlara aid hissəsi ilə razılaşmışlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə İddiaçı2 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin çatışmayan 243 kvadrat metr hissəsi İddiaçı1 adına dövlət qeydiyyatına alınmış 0,03 ha və zəbt etdiyi 243 kvadrat metr, cəmi 542 kvadrat metr torpaq sahəsinin hesabına bərpa edilmiş, İddiaçı1 zəbt etdiyi 243 kvadrt metr torpaq sahəsinin üstündəki tikililərin onun hesabına sökülməklə İddiaçı2 verilməsi qət edilmişdir. Məhkəmə İddiaçı2 verilməli 243 kvadrat metr 542 kvadrat metr torpaq sahəsinin məhz hansı hissəsindən verilməsini müəyyən etməmiş, bu zaman İddiaçı1 hüquq müəyyənedici sənədlərə əsasən malik olduğu 0,03 ha və zəbt etdiyi 243 kvadrat metr sahəsini ayırmamış, İddiaçı1 tərəfindən tikililərin məhz hansı sahədə inşa olunması aydınlaşdırılmamışdır. İddiaçı2 Alavutdinovanın mülkiyyətində olan 0,03 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinin bir hissəsi vaxtı ilə İddiaçı3 satılmışdır. İddiaçı1 torpaq sahəsinin üzərində tikililər, yaşayış evi olan hissəsini Ariz Xasayevə satması inandırıcı deyildir, o torpaq sahəsinin boş olan hissəsini sata bilərdi. Tərəflər arasında bağlanmış alqı- satqı müqaviləsində bu hal öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə isə, İddiaçı1 üzərində tikililər olan torpaq sahəsini İddiaçı3, sonuncu isə İddiaçı2 satmışdır. Tərəflərin izahatlarına görə isə həmin tikili yaşayış evidir, hazırda İddiaçı1 sahibliyində və istifadəsindədir. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin İddiaçı1 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsi üzrə gəlmiş olduğu nəticəsini qanuni və əsaslı saymamışdır. Eyni zamanda göstərişi ondan ibarət olmuşdur ki, ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin balans sahibi müəyyən edilməli və Badamdar Bələdiyyəsi işə cəlb olunmalı, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına aid 300 kvadrat metr torpaq sahəsi çıxıldıqdan sonra İddiaçı1 mülkiyyətində olan 300 kvadrat metr torpaq sahəsi və zəbt etdiyi 243 kvadrat metr sahənin sərhədləri mütəxəssis rəyi ilə ayrılıqda müəyyən edilməli, bundan sonra araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirmiş və torpaq sahəsinin hər hansı hissəsində yüksək gərginlikli elektirik xəttinin olmadığını müəyyən etmişdir. Belə olan halda ərazidə göstərilən elektirik xəttlərinin olması müəyyən olunmadığından bununla bağlı hər hansı şəxsin (hüquqi şəxsin) işə cəlb edilməsi zəruri olmamışdır. Lakin göstərişlərə əməl edilərək müvafiq bələdiyyə qurumu müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Cavabdeh İddiaçı1 mülkiyyətində olan 300 kvadrat metr torpaq sahəsi və zəbt etdiyi 243 kvadrat metr sahənin sərhədlərinin müəyyən edilməsi və iddia tələbinin həmin hissəsi üzrə araşdırmanın tam və hərtərəfli aparılmasının təmin edilməsi üçün müvafiq mütəxəssis rəyləri alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli rəyində aşağıdaklar müəyyən edildi;
1. Bakı şəhəri Səbail rayon Badamdar qəsəbəsində yerləşən İddiaçı1 İsabala oğlunun adına olan JN-17225 nömrəli (kod 00400016) «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» əsasında faktiki istifadəsində olan torpaq sahəsinin və mübahisələndirilən 243 kv.metr torpaq sahəsinin koordinatları naturada müəyyən edildi.
2. X14 faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, üzərində fərdi yaşayış evi və digər tikililər mövcuddur.
3. məhkəmənin müraciətinə əlavə edilmiş xx xxxxxxx 2004-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 0,03 hektar torpaq sahəsinin bölgü sxemində sözügedən torpaq sahəsinin koordinatları göstərilməmişdir. Lakin bölgü sxemində İddiaçı1 mülkiyyətində qalan 0,03 hektar torpaq sahəsi qərb istiqamətində göstərilmişdir.
4. məhkəmənin müraciətinə əlavə edilmiş xx xxxxxxx 2004-ü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 0,03 hektar torpaq sahəsinin bölgü sxmetində sözügedən torpaq sahəsinin koordinatları göstərilməmişdir, lakin İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, üzərində fərdi yaşyaış evi və digər tikilillər mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli rəyində aşağıdaklar müəyyən edildi; 1.İddiaçı1 JN-13094 saylı şəhadətnamə əsasında 0,06 ha torpağı olub. Bu torpaq sahəsinin 0,03 ha hissəsini X5 (əslində satan Ariz Xasiyev olmuşdur) satıb. İddiaçı1 yaşayış evi öz hissəsində inşa edilib. Lakin faktiki vəziyyətdə Zakariyayeva Cəmilənin sənəd üzrə sahəsi İddiaçı1 əlavə olaraq istifadəsindədir və üzərində həyət tikilisi vardır. (faktiki istifadəsində 0,0521 ha)
2. sxemdə göstərildiyi kimi Zakariyayeva Cəmilə sənəd üzrə olan sahəni deyil, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olan digər sahəni iddia edir. Lakin bu sahə mühafizə zonası olması ilə yanaşı digər sahələrin yoludur.
3. İddiaçı1 hasarı daxilində olan sənəd üzrə 0,03 ha və əlavə olaraq istifadə etdiyi 0,021 ha (bu sahə X4 sənədlə qanuni yeridir) nəzərə almadan cənub tərəfdəki sahələrin bölünmə mümkünlüyü texniki baxımdan mümkünsüz görünür. Qeyd edirik ki, cənbu tərəfdəki sahənin çox hissəsi YGEX-nin mühafizə yeridir. Bundan əlavə olaraq digər sahələrin yolları bu hissədəndir. Bölünmə YGEX ilə bağlı müvafiq qurumun rəyi və tərəflərin notarial təsdiqli bölgü razılığı əsasında formalaşa bilər.
4. X2 sənədlə və faktiki iddia etdiyi sahələr sxemdə aydın göstərilmişdir. Alınmış mütəxəssis rəylər ilə də müəyyən olunur ki, Cəmilə Zakariyayevanın torpaq sahəsi reyestrdə faktiki olaraq İddiaçı1 evinin qarşısında yerləşən torpaq sahəsi ilə üstüstə düşür və həmin torpaq sahəsində İddiaçı1 bir ədəd həyət tikilisi inşa etmişdir. Bu halda C.Zakariyayevaya məxsus torpaq sahəsinin 243 kv.m hissəsinin İddiaçı1 tərəfindən zəbt olunması aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yerilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci, 67-ci maddəsinin 1-ci və 3-cü hissələrinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Məhkəmə kollegiyası reyestrin prezumpsiyasına və artıq hazırkı iş üzrə iddia tələbinin digər hissələrinin həll olunduğundan və həmin hissələrin yenidən mübahisələndirilməsinə yol verilmədiyindən qeyd edir ki, mövcud tələb həcmində işə baxılması mümkün və zəruridir. Yaranmış halda isə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı2 reyestr qeydiyyatının prezumpsiyası əsas götürülməli və ona məxsus olan torpaq sahəsinin qanunsuz sahiblikdə olması müəyyən edildiyindən 243 kv.m torpaq sahəsi geri qaytarılmalı və həmin torpaq sahəsində yerləşən həyət tikilisi sökülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, C.Zakariyayeva və İddiaçı1 hesab edirsə reyestrdə aparılmış qeydiyyatlar torpaq sahəsinin faktiki yerləşmə yerinə görə düzgün həyata keçirilməmişdir. Onlar yalnız reyestr qeydiyyatının özünü mübahisələndirməklə (və ya mübahisə tərəfləri bölgü sxemi tərtib edərək notariat qaydasında təsdiq etməklə) koordiatların düzgün müəyyən edilməsini həmin orqandan tələb edə bilərlər. Həmin məsələ isə mövcud iddia tələbindən kənarda olduğundan məhkəmə aidliyyəti ilə bağlı prosessual qanunvericiliyin tələbləri baxımdan hazırkı icraatın daxilində həll oluna bilməz. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı2 Alavutdinovna, X24 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2601/2016 saylı iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi «İddiaçı1 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində» ləğv edilsin həmin hissədə yeni qətnamə qəbul edilsin. xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 Alavutdinovnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X22 tərəfindən zəbt edilmiş 243 m2 hissəsində İddiaçı1 tərəfindən aparılmış həyət tikilisi onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxs oradan çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Hakimlər imzalar:
Əsli ilə düzdür Hakim: Vüqar Həsənov