Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-128/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçıların nümayəndəsi vəkil X4, Cavabdeh1 Gencin və cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" MMC-nin nümayəndəsi X7, Cavabdeh1 Gençin nümayəndəsi Vəkil2, cavabdeh tərəfdən qismində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin vəkili X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2un cavabdehlər Cavabdeh1 Gencə və Cavabdeh2 qarşı pul («X16» MMC iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs, "xxxx" MMC cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4842/2019 saylı işi üzrə 18.09.2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2un tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 cavabdehlər Cavabdeh1 Gencə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh1 Gencə və Cavabdeh2 ödənilən müvafiq olaraq 100000 manat və 20000 manat məbləğində vəsaitin cavabdehlərin əsassız varlanması kimi qiymətləndirilməsi və Cavabdeh1 Gencdən 100000 manat, Cavabdeh2 isə 20000 manat məbləğində pulun, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq 15000 manatın İddiaçı2a, 105000 manatın İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Sonradan, «X16» MMC iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs, "xxxx" MMC cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: qanuni qüvvəyə minmiş məhkəmə aktından Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13.03.2019-cu il tarixli 2-2(103)-117/2019 saylı qətnaməsinə əsasən, cavabdeh «X17» MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-1030/2017 saylı işi üzrə 19.10.2017-ci il tarixli qətnaməsi qismən “cavabdeh «X17» MMC-dən 105000 manat pulun tutularaq Turquoise MMC-nin xeyrinə ödənilməsi hissəsində” dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-409/2018 saylı işi üzrə 28.11.2018-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-21/2018 saylı 09.03.2018-ci il tarixli qətnaməsi qismən cavabdeh X17 MMC-dən ******* manat pulun tutularaq Turquoise MMC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır; 19.03.2015-ci il tarixli qəbzə görə 20000 manat X17 MMC adından İddiaçı1 Turquoise MMC təmsil edən Cavabdeh2 verilmişdir; 21.07.2016-cı il tarixli qəbzə görə 45000 manat X17 MMC adından İddiaçı1 tərəfindən Cavabdeh1 Gəncə verilmişdir; 30.09.2016-cı il tarixli qəbzə görə 15000 manat vəsait “X17” MMC adından "xxxx" MMC-yə ödəmə məqsədi ilə Cavabdeh1 Gənc tərəfindən alınmışdır (qəbzi İddiaçı2 də imzalamışdır); 26.08.2016-cı il tarixdə YapıKredi Bank Azərbaycan vasitəsilə 40000 manat nağdsız qaydada İddiaçı1 tərəfindən Cavabdeh1 Gencin adına köçürürlmüşdür (İ cild, səh.14, 8, 24-26, 28). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4842/2019 saylı işi üzrə 18.09.2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, ödənilmiş 60 manat dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədə Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıların hazırkı tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. hazırda baxılan iş üzrə iddiaçılar İddiaçı1 Şahinin və İddiaçı2 mübahisə etdikləri pul məbləğini cavabdehlərdən tələb etmək üçün subyektiv hüquqları mövcud deyil. İddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(006)-4842/2019saylı qətnaməsi ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6.1- ci bəndinə; MPM-in 360, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda istinad olunan qərarı düzgün tətbiq edilməmiş və bununla da yanlış nəticəyə gəlinmişdir. Belə ki, subyektiv hüququn əsas elementi kimi "hüquqi ixtiyar" müəyyən edilmiş və həmin 1-ci elementin mövcüdluğu digər elementin yaranmasını ehtiva etmişdir. Məhkəmə iddiaçıların hüquqi ixtiyarının mövcüd olmamasını nə ilə əsaslandırması aydın deyil. İş materiallarına olan əlavə edilmiş sübutlardan göründüyü ki, müxtəlif vaxtlarda iddiaçılar tərəfindən cəvəbdehlərə müəyyən vəsait ödənilmişdir. Sırf həmin ödənişlərin təyinatlarını göstərmək üçün iddia tələbində "X17" MMC və "xxxx" MMC arasında mövcüd olan münasibətlərə istinad olunmuş və həmin münasibətləri tənzimləyən müvafiq məhkəmə aktları təqdim edilmişdir. Məhkəmənin istinad etdiyi qərarda qeyd edilir ki, birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. İş materiallarının əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı1 və İddiaçı2un tərəfindən Cavabdeh1 Gence və Cavabdeh2 müxtəlif vaxtlarda pul vəsaiti verilmişdir. Mülki işə cəlb edilmiş iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cı şəxs "X17" MMC qeyd etmişdir ki, məhkəmə aktlarında MMC-nin ödənişləri nəzərə alınmadığından tələb etmə hüququnu İddiaçı1 və İddiaçı2 həvalə edilmişdir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edimiş "xxxx" MMC və X26 nümayəndəsi hazırkı iddia ərizəsi ilə tələb olunan vəsaitin ödənilməsini qəbul etmişdir. Heç bir məhkəmə (preyudisial hesab edilən) qətnamələrində həmin ödənişlər nəzərə alınmamışdır və “X17" MMC onsuzda Ödəniş etdiyi vəsaiti yenidən ödəməli olacaqdır. Mülki qanunvericilik icazə verir ki, kreditor tələbetmə hüququnu güzəşt etsin və bunun üçün borclunun razılığı nəzərdə tutulmayıb. Məlum olduğu kimi məhkəmə həqiqətə nail olaraq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin, məhkəmə tərəfindən işə səthi yanaşılmış, digər Cavabdeh2 münasibətdə də araşdırma aparmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 Şahin və İddiaçı2un kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.08.2020-ci il tarixli, 2(102)-3717/2020 saylı Qərarı ilə iddiaçılar İddiaçı1 Şahinin və İddiaçı2un kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 753/2020 nömrəli iş üzrə 27 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4, 88, 417, 418; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası MPM-nin 14, 77, 88, 89, 217, 416, 418-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddia tələbinin hüquqi əsasını "xxxx" MMC və «X16» MMC arasında olan alqı-satqı müqaviləsi ilə əlaqədar olaraq iddiaçılar tərəfindən ödənilmiş vəsait hesabına cavabdehlərin əsassız varlanma kimi qiymətləndirilməsi təşkil edir. «X16» MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənişlərin hamısı "xxxx" MMC-nin hesabına köçürmə yolu ilə deyil, bir qismi nağd şəkildə, ödənilmşidir. 120000 manat isə nağd formada "xxxx" MMC-nin direktoru Cavabdeh1 Gence, həmçinin MMC-nin işçisi Cavabdeh2 verilmişdir. Qeyd olunan ödənişlər "xxxx" MMC tərəfindən qəbul edilmədiyindən (baxmayaraq ki, təhvil-təslim aktlarında ödənişlərin təyinatı "xxxx" MMC-yə ödənişlər kimi qeyd olunmuşdur), hesab edirlər ki, «X16» MMC-nin adından onlar tərəfindən cavabdehlər Cavabdeh1 Gencə və Cavabdeh2 ödənilmiş məbləğlər cavabdehlərin əsassız varlanma kimi qiymətləndirilməli, cavabdehlər tərəfindən geri iddiaçılara qaytarılmalıdır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın əsaslılığına hüquqi qiymət vermək üçün ilk növbədə iddiaçının hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını müəyyən etmək lazımdır. İş materiallarından göründüyü kimi, sözügedən alqı-satqı münasibətləri hazırki iş üzrə iddiaçı və cavabdeh olan şəxslər arasında deyil, məhz hüquqi şəxslər olan «X16» MMC və "xxxx" MMC-nin arasında mövcud olmuş, ödəmələr də alqı-satqı münasibətlərindən irəli gəlmişdir. Ona görə həmin alqı-satqı müqaviləsi üzrə ödənişlərin tələb edilməsi hüququ da müqavilənin tərəfi olmayan iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 deyil, məhz müqavilə üzrə tərəf qismində çıxış edən, təhvil-təslim aktları (tutanaklar) və hesabdan çıxarışa əsasən ödəniş edən kimi qeyd edilmiş «X16» MMC-yə məxsus olmuşdur. Bu isə iddiaçıların hazırkı tələblə çıxış etmək üçün zəruri olan subyektiv hüquqa malik olmaması anlamına gəlir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə baxan məhkəmələr iddiaçılar İddiaçı1 Şahin və Mehmet Gurun «X16» MMC və "xxxx" MMC-nin arasında bağlanmış alqı-satqı müqavilələri üzrə tərəflərdən olmaması əsası ilə hesab etmişdir ki, onlar həmin müqavilə üzrə də ödənilmiş pulu cavabdehlərdən tələb etmək üçün subyektiv hüquqa malik deyildirlər. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən iş materiallarında olan sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır. İddiaçıların tələblərinə görə, «X16» MMC ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi məqsədi ilə "xxxx" MMC-nin iddia tələbi üzrə işə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında baxılarkən «X16» MMC tərəfindən 105000 manat məbləğində əlavə ödəniş olunmasına dair sübutlar məhkəməyə təqdim olunmuş, lakin məhkəmə həmin sübutların vaxtında təqdim edilməməsi və baxılan mübahisəyə aidiyyatının olmaması əsasları ilə nəzərə almamışdır. Bu səbəbdən iddiaçılar tərəfindən cavabdehlərə satıcı "xxxx" MMC-nin hesabına köçürülməsi üçün verilmiş, lakin cavabdehlərdən tərəfindən həmin hesaba köçürülməmiş vəsaiti ayrıca tələb etmək zərurəti yaranmışdır. İddiaçılar göstərmişdir ki, alqı-satqı müqaviləsi üzrə ödənişlərin hamısı «X16» MMC tərəfindən "xxxx" MMC-nin hesabına köçürmə yolu ilə ödənilməmiş, bir qismi, yəni 120000 manat məbləğində nağd şəkildə, bir qismi isə köçürmə yolu ilə sonuncunun direktoru Cavabdeh1 Gence, həmçinin "xxxx" MMC-nin işçisi Cavabdeh2 verilmişdir. Lakin sonuncular həmin pulu təmsil etdikləri hüquqi şəxsin hesabına köçürməmişlər. Cavabdeh tərəf həmin pulun ödənilməsini inkar etməmiş, lakin köhnə borclara yönəldildiyini, həmin pul vəsaitinin "xxxx" MMC-yə ödənilmədiyini göstərmişdir. İddiaçılar qeyd etdikləri ödənişlərlə bağlı iş materiallarına ödəniş qəbzləri əlavə etmişlər. Onlardan 19.03.2015-ci il tarixli qəbzə görə 20000 manat «X16» MMC adından İddiaçı1 "xxxx" MMC-ni təmsil edən Elnur Cavabdeh2ə verilmiş, 21.07.2016-cı il tarixli qəbzə görə 45000 manatı «X16» MMC adından İddiaçı1 tərəfindən Cavabdeh1 Gencə verilmiş, 30.09.2016-cı il tarixli qəbzə görə 15000 manat vəsait «X16» MMC-nin adından Cavabdeh1 Genc tərfindən "xxxx" MMC-ni təmsil edən İddiaçı2 verilmiş, 26.08.2016-cı il tarixdə “YapıKredi” Bank Azerbaycan vasitəsilə 40000 manat nağdsız qaydada İddiaçı1 tərəfindən Cavabdeh1 Gencin adına köçürülmüşdür. İş materiallarına surəti əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, "....məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 Gençin məktubundan görünür ki, hazırda mübahisə predmeti olan 105000 manat dəyərindəki ödənişlər «X16» MMC-nin sahibi X27 tərəfindən Cavabdeh1 Gençə olan şəxsi borcunun ödənilməsi üçün həyata keçirilmişdir. X27 Azərbaycan Respublikasına gələ bilmədiyindən həmin ödənişlər MMC-nin işçisi Bülent Karkuş vasitəsi ilə ödənilmişdir. Həmin qərardan daha sonra müəyyən edilmişdir ki, «X16» MMC ilə "xxxx" MMC arasında borcla bağlı mübahisəyə, yəni inzibati-iqtisadi məhkəmədə baxılan işə aidiyyatı yoxdur. Göründüyü kimi iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh1 Gencə və Cavabdeh2 120000 manat pul verilməsi, həmin pulun təmsil etdikləri hüquqi şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmış borcların bağlanması məqsədilə verilsə də, cavabdehlərin bu pulu təmsil etdikləri MMC-yə ödəməmələri, ona görə də qəbzlərdə göstərilənlərin hüquqi şəxslər arasındakı mübahisəyə aidiyyatının olmaması müəyyən edilmişdir. 120000 manat vəsait "X16» MMC-nin, onun təsisçisinin, yaxud da "xxxx" MMC-nin deyil, iddiaçıların sərəncamından çıxmış, "X16» MMC-nin, yaxud onun təsisçisinin həmin pulu hazırkı iş üzrə iddiaçılardan tələb etmək hüququ vardır. Müvafiq olaraq iddiaçıların həmin pulu digərlərindən, yəni onların hesabına əsassız varlanan şəxslərdən tələb etmək kimi hüququ vardır. Nə iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2un "X16» MMC-nin nümayəndələri olmaları, nə də cavabdehlər Cavabdeh1 Genc və Cavabdeh2 "xxxx" MMC-nin rəsmi nümayəndələri olmaları barədə iş materiallarında hər hansı bir sübut yoxdur, ona görə onların hərəkət və ya hərəkətsizliyi MMC-lər üçün deyil, onların özləri üçün hüquq və vəzifələr yaratmış olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçıların hazırki tələblə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil X8 apellyasiya şikayətini müdafiə edərək,ekspert rəyi ilə razı olmadıqlarını, "X16» MMC tərəfinfən pulun ödənilməsini qeyd etməklərinə baxmayaraq məhkəmənin bunu qəbul etmədiyini, qarşı tərəfin ifadəsində ziddiyyətlər olduğunu, belə ki, həm ödənilmiş pulu qəbul etdiklərini, həm də həmin qəbzlərin saxta olduqlarını bildirdiklərini, cavabdehin də digər məhkəmələrdə etiraf etdiyi kimi pulların iddiaçıların şəxsi vəsaiti hesabına ödənilən pul olduğunu, bu səbəblə də həmin pulun cavabdehdən tutulmasını xahiş etdiklərini, sənədlərlə bağlı hissədə ekspertin sənədlərin saxta olması ilə bağlı hər hansı bir rəy vermədiyini, sadəcə olaraq sənədlərin kseronüsxə olduğunu bildirdiyini, bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin vəkili X6 pulların Turquoise MMCnin hesabına ödənildiyini, pulun qətnamə ilə müəyyən edilmiş borcun ödənişi olduğunu, sadəcə olaraq həmin borcun sonradan ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Gencin nümayəndəsi Vəkil2 hər 3 ekspertiza rəydə tərəflər arasında öhdəlik münasibətlərinin müəyyən edilmədiyini, "xxxx" MMC,daha sonra "X16" MMC ilə "xxxx"MMC-nin arasında mqavilə münasibətləinin olduğunu, bu borcun da məhz həmin münasibətlərdən irəli gəldiyini, sənədlərin əslinin təqdim edilmədiyini, bu səbəblə də həmin sənədləri real olmadığını əks etdirdiyini, 30.09.2016-cı il tarixli ödənişi heç bir zaman qəbul etmədiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Cavabdeh1 Gencin və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" MMC tərəfindən etiraz verilərək bildirilir ki, iddiaçılarla cavabdehlərin arasında hər hansı bir borc və öhdəliklərlə bağlı münasibətlər olmamış,təsisçisi Türkiyə Respublikasının vətəndaşı olan X11 "xxxx"MMC,daha sonra "X16" MMC ilə Cavabdeh1 Gencin təsisçisi və direktoru olduğu "xxxx"MMC-nin aralarında bağlanmış alqı-satqı müqavilələri və həmin müqavilələrdən irəli gelən öhdəliklər mövcud olmuş,tərəflər arasında 24.07.2013-cü il və 31.03.2014-cü ildə bağlanmış alqı-satqı və 25.11.2013-cü il tarixli (icarə) müqavilələr əsasında "xxxx", "X16" MMC-nin "xxxx"MMC-yə borc öhdəlikləri olmuşdur.Ümümilikdə "xxxx"MMC, "X16" MMC-nin "xxxx"MMC-yə 365.707.23. manat məbləğində borcu yaranmışdır. 2014 və 2015 illərdə Cavabdeh1 Gənclə "xxxx"MMC və "X16" MMC-nin təsisçisi X27 və özünü "xxxx"MMC-nin direktoru kimi təqdim edən İddiaçı1 alararında olan e- mail yazışmalarında axırıncılar "Azərsu"dan ödəmə beklədiklərini, ödəniş olan kimi borcu ödəyəcəklərini bildirmişlər, lakin vədlərinə əməl etməmiş,hətta 2016-cı ilin əvəllərində Cem Selcukun Azərbaycanda işini buraxıb Türkiyəyə qayıtdığını öyrəndikdə,o, e-mail vasitəsi ilə Bakı şəhəri Sabunçu rayon Pİ-nin İŞ-nin müstəntiqi Elməddin Paşayevin 31.05.2016-cı il tarixli qərarını göndərərək onun barəsində AR CMnin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edildiyini və barəsində axrtarış elan edildiyini bildirmişdir.Həmin qərarla tanış olarkən məlum olmuşdur ki, o, Azərbaycanda çoxsaylı iş adamlarını aldadaraq pulları və əmlaklarını əllərindən alıb mənimsəmişdir. Buna baxmayaraq X27 26.08.2016-cı il tarixdə Yapıkredibank vasitəsi ilə 40000 manat,21.07.2016-cı il tarixdə İddiaçı1 vasitəçiliyi ilə 45000 manat,30.09.2016-cı il tarixdə isə 15000 manat vəsait "xxxx"MMC-nin adından ona ödənilmiş,o da "xxxx"MMC-nin təsisçisi və direktoru olaraq ödənilmiş 105000 manat borcu 558612 saylı mədaxil qəbzi əsasında "xxxx"MMC-nin hesabına mədaxil etməklə "xxxx"MMC şirkətə olan borcundan silinməsinə yönəldilmişdir.Bu fakt hazırki apellyasiya şikayətinə etiraz ərizəsinə əlavə edilmiş "xxxx"MMC-nin 2020-ci ilin 01 yanvar ayınadək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiçilərin 2020-ci il yanvar tarixədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə məlumat formasında və Vergi departamentinə təqdim edilmiş 01.01.2020-ci ilin balans hesabatında öz əksini tapmışdır.Bu hallar Turquoise"MMC-nin direktoru A.İ.Gəncin Bakı Apellyasiya Məhkəməsinə ünvanladı 08.10.2020-ci il tarixli məktubu ilə təsdiq edilir. Hazırki apellyasiya şikayətinə etiraz ərizəsinə əlavə edilmiş kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və nizamnamə ilə də müəyyən edilir ki,Gənc Cavabdeh1 30.12.2002ci ildən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş "xxxx"MMC-nin təsisçisi və direktoru olaraq bu günədək fəaliyyət göstərir. Beləliklə məhkəmə kollegiyasına təqdim edilmiş rəsmi sənədlərlə rnüəyyən olunur ki,iddiaçıların tələb etdikləri pul vəsaiti hüquqi şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmış borcların bağlanması məqsədi ilə ödənilmiş, "X16" MMC-nin adından ödənilmiş,həmin vəsait tərəfindən borc ödənilməsi kimi qəbul edilərək"xxxx"MMC-nin hesabına mədaxil etməklə "xxxx"MMC-nin şirkətə olan borcundan silinməsinə ödəldilmişdir.Belə olduğu halda "X16" MMC-nin adından ödənilmiş həmin vəsaitlə bağlı cavabdehlərə qarşı hər hansı bir tələb irəli sürmək hüququ"X16" MMC-nin və həmin MMC-nin təsisçisi və ya direktoru tərəfindən irəli sürülə bilər. İş materiallarından görünür ki, "X16" MMC-nin təsisçisi və ya direktoru cavabdehlərə qarşı belə bir iddia qaldırmamışdır.Bu səbəbdən də birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq iddiaçılar İddiaçı1 Şahinin və İddiaçı2 "X16" MMC-nin adından cavabdehlərə qarşı belə bir iddia qaldırmaq subyektiv hüququ olmayan şəxslər olması hesab edilməklə iddianın rədd edilməsi haqda nəticə əsaslı va qanunun tələblərinə uyğun hesab edilməlidir. O ki, qaldı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.03.2019-cu il tarixli,202(103)-117/2019 saylı qətnaməsində Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyim ərizəsində "X16" MMC-nin sahibi X22 mənə şəxsi borcu olduğunu və həmin borcu o mənə İddiaçı1 Şahinin vasitəçiliyi ilə qaytarmasını göstərərkən X22 mənim şəxsi m ə (şəxsim dedikdə mənə aid olan əmlaklarımı,o cümlətən "xxxx"MMC-ni nəzərdə tutulmuş) olan borc nəzərdə tutulmuşdur.Hər halda ödənilmiş həmin vəsaitlə bağlı narazılıq olmuş olsa belə, cavabdehlərə qarşı iddiaçıların deyil, belə bir tələb irəli sürmək hüququ X24 aiddir. X27 isə tələb edilən pul vəsaiti ilə bağlı cavabdehlərə qarşı hər hansı bir tələb irəli sürməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18.09.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə tələb edilən vəsait iddiaçılar "X16" MMC-nin adından ödənildiyini,iddiaçılar həmin tələbi irəli sürmək üçün subyektiv hüquqları olmadığını,həmin müqavilələr üzrə iddiaçılar tərəf olmadıqlarını və MPM-in 4.1-ci maddənin tələbləri əsas götürülməklə iddianın rədd edilməsi haqda gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18.09.2019-cu il tarixli, 2(006)-4842/2019 saylı qətnaməsinin qüvvədə saxlanılması, həmin qətnamədən iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 verdikləri apellyasiya şikayətinin təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir; İddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Cavabdeh1 Genc və cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" MMC tərəfindən təqdim edilmiş etiraz ərizəsinə əsasən, məhkəməyə təqdim edilmiş X22 təsisçisi olduğu "xxxx"MMC ilə Cavabdeh1 Gençin təsisçisi və direktoru "xxxx"MMC-nin aralarında 24.07.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləyə görə satıcı "xxxx"MMC alıcı "xxxx"MMC-yə Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən ABC GİDA YAPİ VE END.MALZ.SAN TİC.LTD şirkəti ilə aralarında bağlanmış 05.11.2011-ci tarixli 01/İD N-li alqı-satqı müqaviləsi əsasında, dəyərini 2 ay müddətinə ödəmək öhdəliyi ilə aldığı Dramix 30 80/60 BG(P60x20 KG) tikinti materialının satılmasına dair razılığa gəlmiş, "xxxx"MMC isə "xxxx" MMC-dən satın aldığı həmin materialın dəyəri olan 105000 manatın 70%-ni əvvəlcədən, yerdə qalan 30% məbləği isə mallar Alıya təhvil verilən gün “Turquoise"MMC-yə ödəyəcəyinə dair öhdəlik götürmüş, lakin "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirməməsi səbəbi ilə o, məcburiyyət qarşısında qalaraq öz şəxsi vəsaitini, şirkətin hesabına daxil olan digər vəsaitlər hesabına, hətta 16.01.2015-ci il tarixdə özünə məxsus İstanbul şəhərində yerləşən mənzilini sataraq satışdan əldə etdiyi vəsait hesabına həmin gün də ABC GİDA YAPİ VE END.MALZ.SAN TİC.LTD şirkətinə X22 təsisçisi olduğu "xxxx" MMC-in borcunu ödəmək məcbiriyyətində qaldı. Bu səbəbdən də Apellyasdiya məhkəməsinə yazdığı müraciətində X22 təsisçisi olduğu "X17"MMC- nin adından iddiaçıların vasitəçiliyi ilə ödənilmiş cəmi 105000 manat borcun X14 şəxsinə olan borc kimi göstərdi, işin qeyd edilmiş halları təsdiq edən sənədləri də məhkəmə kollegiyasına təqdim edirik. Hər bir halda hesab edir ki, "X17"MMC-nin adından "xxxx"MMC-yə ödənilmiş 105000 manat vəsaitlə bağlı Cavabdeh1 Gəncə və ya axırıncının təsisçisi və direktoru olduğu "xxxx"MMC -yə qarşı iddia irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxslər iddiaçılar yox, "X17" MMC və həmin MMC-nin təsisçisi və direktoru olan X19 bilər. Odur ki,istinad edilmiş hallarla bir daha o faktı təstiq edilir ki, iddiaçıların "X17"MMC-nin adından "xxxx"MMC -yə ödənilmiş vəsaitlə bağlı bizə qarşı tələb irəli sürmək hüququ olmayan şəxslərdir. Məhkəmə kollegiyasından iş üzrə qeyd edilmiş halları, həmin halları təsdiq edən subutları nəzərə alınmaqla obyektiv və ədalətli qərar qəbul etməyinizi xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7488/2020 saylı, 02.11.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə mühasibatlıq ekspertizası tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. "xxxx" MMC-nin 22.02.2021-ci il tarixli rəyinə əsasən, «X16» MMC-nin iddiaçılarla, "xxxx" MMC-nin isə cavabdehlərlə, habelə tərəflərin və üçüncü şəxslərin qarşılıqlı münasibətlərinin (əmək müqaviləsi üzrə, təsisçilik və sair üzrə) səviyyəsi müəyyən edilərkən İddiaçı1 Şahinin «X16» MMC ilə hansı rəsmi əlaqələrin olduğunu müəyyən etmək mümkün olmamış, "xxxx" MMC-nin direktoru Genc Cavabdeh1 internet üzərindən kompyuter yazışmalarına əsasən İddiaçı1 Şahin həm «X16» MMC-də həm də "xxxx" MMC-də Texniki planlaşma və kommersiya direktoru vəzifəsini icra etmişdir. Bundan əlavə «X16» MMC-nin təsisçisi X23 və «X16» MMC-də həm də "xxxx" MMC-də özünün qeyd etdiyinə görə Texniki planlaşma və kommersiya direktoru vəzifəsini icra etmiş İddiaçı1 Şahinin İnternet üzərindən kompyuter yazışmalarından aydın görünür ki, hər iki cəmiyyəti X28 və İddiaçı1 Şahin idarə etmişlər. Digər İddiaçı2 haqqında məlumatlar əldə etmək mümkün olmamışdır. Hər iki iddiaçı barədə ətraflı məlumatın əldə edilməsi ona görə mümkün olmamışdır ki, hər ikisi uzun müddətdir ki, məhkəmə mübahisəsi prosesləri başlamamışdan əvvəl Azərbaycanı tərk edərək Türkiyə Resbublikasına getmişlər. Bundan əlavə müəyyən edilmişdir ki, cavabdeh Genc Cavabdeh1 "xxxx" MMC-nin 01 fevral 2007-ci il tarixdən hal hazıra kimi direktoru olmuşdur.(01 fevral 2007-ci il tarixli əmək müqaviləsi hesabata əlavə olunur).Genc Cavabdeh1 həm də Cəmiyyətin təsisçisi olmaqla, nizamnamə kapitalının 100% sahibidir. Digər Cavabdeh2 Elxan oğlu 01 aprel 2009-cu il tarixdən 27 yanvar 2017ci il tarixə kimi Cəmiyyətdə satıcı köməkçisi işləmiş, 27 yanvar 2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən «X16» MMC və digər müəssisələrlə olan müqavilə öhdəlikləri üzrə məhkəmələrdə tələb edilən borcların hazırkı tələbdə qeyd edilən məbləğlərlə aidiyyatı, yəni hazırki iş üzrə tələbin əsasını əks etdirən qəbzlərdə göstərilmiş 20000, 15000, 40000, 45000 manat pul vəsaitlərinin qeyd edilən-ondan öncəki məhkəmə çəkişmələri tələblərdə nəzərdə tutulması vəziyyəti, cavabdeh tərəfindən təqdim olunmuş və məhkəmə iş materiallarındakı sənədlərin araşdırılmasından müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan məbləğlər İddiaçı1 Şahin və İddiaçı2 tərəfindən “Turquoise» MMC-nin işçisi Musayev "xxxx" MMC-nin direktoru Genc Cavabdeh1 verilmiş və köçürülmüş pullar üçün tərtib olunan sənədlər mühasibat uçotu haqqında qanundan irəli gələn tələblərə uyğun deyildir. İddiaçı və cavabdehlərin Türkiyə Respublikasının vətəndaşları olduğunu və X1 uyğun olaraq təqdim olunan sənəd audit sübutu kimi qəbul edildiyindən İddiaçı1 Şahin və İddiaçı2 tərəfindən nağd pullar təhvil verilərkən və hesaba köçürülərkən tərtib olunmuş sənədlər audit sübutu kimi qəbul edilmişdir. Pulları təhvil verərkən tərtib olunan sənədlərin əsli olmadığı üçün iddiaçının vəkili və nümayəndəsindən həmin sənədlərin əsli tələb edilsə də əldə etmək mümkün olmamışdır. Çünki 30 sentyabr 2016-cı il tarixdə İddiaçı2 tərəfindən verilmiş 15000 manat vəsaiti "xxxx" MMC-nin direktoru Genc Cavabdeh1 qəbul etmir və həmin vəsait üçün tərtib olunmuş sənədin saxta olduğunu etiraf edir və bildirir ki, sənəddəki imza onun deyil. Ona görə onun tərəfimizdən iddiaçının nümayəndəsindən xahiş edilmişdir ki, həmin sənədin əsli təqdim edilsin və yaxud İddiaçı2un auditdə iştirakı təmin edilsin ki, xətt və imza nümunələri götürülərək ekspertizaya təqdim edilsin. Lakin, iddiaçının nümayəndəsi tərəfindən tələbləri təmin olunmadı. Bütün qeyd olunanlara baxmayaraq "xxxx" MMC-nin direktoru Genc Cavabdeh1 iddiaçılar tərəfindən cəmi 105000 manat vəsaiti qəbul etmiş və həmin vəsaiti 08 aprel 2019-cu il tarixdə ciddi hesabat blankı hesab edilən GİF seriyalı 558612 nömrəli kassa mədaxil orderi ilə "xxxx" MMC-nin borcu kimi kassaya mədaxil etmişdir. Pulların qəbulu üçün 19 mart 2015-ci il və 21 iyul 2016-cı il tarixlərdəki müvafiq olaraq 20000 manat, 45000 manat) sənədlərdə qeyd edilmişdir ki, verilən vəsait «X16» MMC-nin adından verilir, 26 avqust 2016-cı il və 30 sentyabr 2016-cı il tarixlərdə ödənilən vəsaitin təyinatı göstərilməyib. Qeyd olunanlara baxmayaraq "xxxx" MMC-nin direktoru Gen Cavabdeh1 həmin 105000 manatı qəbul edir və 98038,30 manatını 24 iyul 2013-cü iİ tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin "xxxx" MMC-yə olan borcunun bağlanmasına yönəltmiş, 6951,70 manatını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hesablanmış faizlərin ödənilməsinə yönəltmişdir. Qeyd olunan 98038,30 manat əsas borc və ona hesablanmış 6961,70 manat faiz borcu, cəmi 105000 manat iddia müddəti keçsə də, mühasibat uçotu haqqında qanundan irəli gələn tələblərə əsasən Cəmiyyətin mühasibat balansında vaxtı ötmüş borc kimi uçota alınaraq saxlanılır. Hazırkı vəziyyətdə Cəmiyyət daxil olan vəsaiti mühasibat balansında əks olunan vaxtı keçmiş borca yönəltmişdir. Üçüncü şəxslər "xxxx" MMC və «X16» MMC arasında müqavilə münasibətləri üzrə tarixi xronoloji ardıcıllıq üzrə (cədvəl tərtib etməklə) mədaxilməxaric maliyyə əməliyyatlarının aparılmasının əks olunması təqdim olunmuş sənədlər araşdırılarkın müəyyən edilmişdir ki, "xxxx" MMC əvvəlcə X23 və İddiaçı1 Şahinin idarə etdiyi "xxxx" MMC sonra isə «X16» MMC ilə bağlanmış müqavilələr əsasında malmaterialların alqı satqısına başlamış və hər iki müəssisə üzrə aparılan əməliyyatlar aşağıda qeyd olunan qaydada olmuşdur. "xxxx" MMC üzrə "xxxx" MMC tərəfindən malmaterial satılıb ƏDV ilə birlikdə- 263936,49 manatlıq; "xxxx" MMC-tərəfındən vəsait ödənilib 165898,19 manat; 7 aprel 2019-cu il tarixə qalıq 98038,30 manat; gecikdirilmiş borca faiz hesablanıb 6961,70 manat; cəmi borc (98038,30+6961,70) 105000 manat, 8 aprel 2019-cu il tarixdə «X16» MMC-nin adından kassaya ödənilən vəsaiti "xxxx" MMC-nin borcu kimi qəbul edib- 105000 manat. Hazırki tarixə "xxxx" MMC -nin borcu bağlanıb. «X17» MMC üzrə "xxxx" MMC tərəfindən mal-material satılıb ƏDV ilə birlikdə 614438,43 manatlıq; «X17» MMC-tərəfındən vəsait ödənilib 347902,30 manat. Hazırki tarixə «X17» MMC -nin borcu qalıb 266536,13 manat. Audit araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə aldığı mal-materiallara görə «X16» MMC-nin "xxxx" MMC-yə 266536,13 manat borcu olduğunu təsdiq etmiş, lakin «X16» MMC tərəfindən kassasiya şikayəti verilmiş, şikayətə Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında 19 avqust 2019-cu il tarixdə baxılmış və 13 mart 2019-cu il tarixli qətnaməsini qüvvədə saxlamaqla təsdiq etmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq "xxxx" MMC-nin tamamilə ləğv edilməsi və «X17» MMC-nin isə Azərbaycan Respublikası adından Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixində e-2-2(113)-1024/2021 nömrəli iş üzrə qətnaməsində müflis elan olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə təsdiq olunmuş, 266536,13 manat borcun belə "xxxx" MMC-yə ödənilməsi mümkünsüz olmuşdur. Ona görə də İddiaçı1 Şahin tərəfindən iddia olunan 105000 manat və Genc Cavabdeh1 tərəfindən qəbul edilməyən və İddiaçı2 tərəfindən iddia edilən 15000 manat vəsaitin tələb edilməsi əsassız hesab olunur. Audit zamanı X23, İddiaçı1 Şahinin Genc Cavabdeh1la yazışmalarından və «X16» MMC-də direktor vəzifəsini icra edərkən X9 tərəfindən borcla əlaqədar "xxxx" MMC-yə ünvanladığı məktubdan məlum olur ki, X23, İddiaçı1 Şahinin Genc Cavabdeh1la olan məhkəmə mübahisəsi, «X16» MMC-nin "xxxx" MMC-yə 166536,13 manat borclu qalması Azərsu ASC-nin «X16» MMC-yə borcunu verməməsi səbəbindən yaranmış və nəticədə «X16» MMC də Azərbaycan Respublikası adından Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixində e-2-2(113)- 1024/2021 nömrəli iş üzrə qətnaməsində müflis elan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ilə, əlavə mühasibatlıq və xəttşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. 14.07.2021ci il tarixli xəttşünaslıq ekspertizasının rəyinə əsasən, Əksi ekspertizaya təqdim edilmiş, mülki işinin 26-cı vərəqində olan 30.09.2016-cı il tarixli ödəniş formunun kserosurətində “ödənişi alan şəxs:” qrafasındakı imza -Cavabdeh1 Genç tərəfindən icra olunmuşdur. 16.07.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, iş materiallarında olan sənədlər və 22.02.2021-ci il tarixli audit hesabatı nəzərə alınmaqla həmin 22.01.2021-ci il tarixli audit hesabatında müəyyən olunan hallardan fərqlilik müəyyən edilmədi. Yəni tədqiqatla da ekspert qarşısında qoyulmuş suallar üzrə 22.02.2021-ci il tarixli audit hesabatında göstərilənlər müəyyən olunduğu qeyd edilmişdir.Keçirilmiş ekspertizaların xərci 125 manat və 200 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.10.2021-ci il tarixli qərardadı ilə, əlavə mühasibatlıq və sənədlərin texniki ekspertizalarının təyin edilməsi qərara alınmışdır.07.12.2021-ci il tarixli ekspert rəyinə əsasən, 19.03.2015, 21.07.2016 və 26.08.2016 tarixli qəbzlər üzrə iddiaçılar İddiaçı1 Şahin və İddiaçı2 tələb etdikləri pulların «X16» MMC-nin hesabına “Turquoise» MMC-yə olan borcun əvəzinə ödənilməsi müəyyən edilir. Həmçinin tədqiqi hissədə göstərilənlərə əsasən 30.09.2016-cı il tarixli qəbz üzrə ödəniş aparılmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 30.09.2016-cı il tarixli “Ödəniş formu” adlı sənədin çap mətni, üzərindəki əlyazmalar və imzalar axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı aparat,printer və s.) icra edilmişdir. Ekspert xərci 262 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatı zamanı müəyyən edilmişdir ki; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14.12.2020-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC, “X16” MMC və "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar təqdim olunur. Sorğuda qeyd olunan digər məlumatların təqdim edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri xaricindədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 09.12.2020-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC (VÖEN **********) barədə məlumatlar- Qeydiyyata alındığı tarixi: 15.03.2011 -ci İl; təsisçi: X5-15 manat, 15 pay, 30% pul şəklində, X25- 35 manat, 35 pay, 70% pul şəklində qanuni təmsilçi: Tansi İddiaçı2, "X17" MMC (VöEN **********) barədə məlumatların təqdim edir: qeydiyyata alındığı tarixi: 28.02.2012-ci il; təsisçi X21 (Türkiyə Respublikası) - 500 manat, 100% pul şəklində qanuni təmsilçi: Taysi İddiaçı2 "xxxx" MMC (VÖEN **********) barədə məlumatlar: Qeydiyyata alındığı tarixi: 16.12.2004-ci il; təsisçi: Genc Cavabdeh1 (Türkiyə Respublikası) -40000 manat, 100% pul şəklində qanuni təmsilçi: Genc Cavabdeh1. Qurumunların qeydiyyat qovluğunda yenidən təşkil edilmələri ilə bağlı məlumat aşkar edilməmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-60/2019 saylı işi üzrə 05.04.2019-cu il tarixli qətnaməsi ilə, ilk iddia üzrə iddiaçı "xxxx"MMC-nin iddiası qismən təmin edilərək, "Piramida İnşaat» MMC ilə "xxxx"MMC arasında 25.11.2013-cü il tarixdə icarə müqaviləsi üzrə 1132,80 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun 05 manat hissəsi (beş) cavabdeh "Piramida İnşaat» MMC tərəfindən iddiaçı "xxxx"MMC-nin xeyrinə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə "Piramida İnşaat» MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-460/2019 saylı işi üzrə 09.07.2019cu il tarixli qətnaməsi ilə, cavabdeh "Piramida İnşaat» MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 60/2019 saylı işi üzrə 05.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-409/2019 saylı işi üzrə 28.08.2019-cu il tarixli qərarı ilə, cavabdeh "X17» MMC –nin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.03.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28.12.2020-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC (VÖEN **********) barədə məlumatlar: qeydiyyata alındığı tarixi: 15.03.2011 -ci il; təsisçi X5-15 manat, 15 pay, 30% pul şəklində, X25 35 manat, 35 pay, 70% pul şəklində: qanuni təmsilçi: X25 X17" MMC (VÖEN **********) barədə məlumatlar: qeydiyyata alındığı tarixi: 28.02.2012-ci il: təsisçi X21 (Türkiyə Respublikası) - 500 manat, 100% pul şəklində qanuni təmsilçi: X21; “Turquoise" MMC (VÖEN **********) barədə məlumatlar: qeydiyyata alındığı tarixi: 16.12.2004-ci il;təsisçi: Genc Cavabdeh1 (Türkiyə Respublikası) - 40000 manat, 100% pul şəklində; qanuni təmsilçi: Genc Cavabdeh1.Həmçinin, yuxarıda qeyd edilən qurumunların qeydiyyat qovluğunda yenidən təşkil edilmələri ilə bağlı məlumat aşkar edilməmişdir(lll cild.səh.31, 42, 49, 170, ll cild.səh.120) Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 14.2.7, 21, 324, 385-388, 425, 427.3, 439.4, 442, 1087-1098, 1114-1115; Mülki Prosesual Məcəllənin 77, 81, 82, 88, 372, 385, 386, 388, 389 və 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, alqı-satqı münasibətləri hazırki iş üzrə iddiaçı və cavabdeh olan şəxslər arasında deyil, məhz hüquqi şəxslər olan «X16» MMC və "xxxx" MMC-nin arasında mövcud olmuş, ödəmələr də alqı-satqı münasibətlərindən irəli gəlmişdir. İş materiallarına surəti əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, «….məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 Gençin məktubundan görünür ki, hazırda mübahisə predmeti olan 105000 manat dəyərindəki ödənişlər «X16» MMC-nin sahibi X27 tərəfindən Cavabdeh1 Gençə olan şəxsi borcunun ödənilməsi üçün həyata keçirilmişdir. X27 Azərbaycan Respublikasına gələ bilmədiyindən həmin ödənişlər MMC-nin işçisi Bülent Karkuş vasitəsi ilə ödənilmişdir. Həmin qərardan daha sonra müəyyən edilmişdir ki, «X16» MMC ilə "xxxx" MMC arasında borcla bağlı mübahisəyə, yəni inzibati-iqtisadi məhkəmədə baxılan işə aidiyyatı yoxdur. Göründüyü kimi, pul verilməsi, həmin pulun təmsil etdikləri hüquqi şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmış borcların bağlanması məqsədilə verilsə də, cavabdehlərin bu pulu təmsil etdikləri MMC-yə təyinatı üzrə ödəməmələri, ona görə də qəbzlərdə göstərilənlərin hüquqi şəxslər arasındakı mübahisəyə aidiyyatının olmaması müəyyən edilmişdir. Ona görə, iddiaçıların sərəncamından çıxmış, «X16» MMC-nin, yaxud onun təsisçisinin həmin pulu hazırkı iş üzrə iddiaçılardan tələb etmək və müvafiq olaraq iddiaçıların həmin pulu digərlərindən, yəni onların hesabına əsassız varlanan şəxslərdən tələb etmək kimi hüququ vardır. İddiaçıların tələblərinə görə, «X16» MMC ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi məqsədi ilə "xxxx" MMC-nin iddia tələbi üzrə işə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında baxılarkən «X16» MMC tərəfindən 105000 manat məbləğində əlavə ödəniş olunmasına dair sübutlar məhkəməyə təqdim olunmuş, lakin məhkəmə həmin sübutların vaxtında təqdim edilməməsi və baxılan mübahisəyə aidiyyatının olmaması əsasları ilə nəzərə almamışdır. Bu səbəbdən iddiaçılar tərəfindən cavabdehlərə satıcı "xxxx" MMC-nin hesabına köçürülməsi üçün verilmiş, lakin cavabdehlərdən tərəfindən həmin hesaba köçürülməmiş vəsaiti ayrıca tələb etmək zərurəti yaranmışdır. Alqı-satqı müqaviləsi üzrə ödənişlər «X16» MMC tərəfindən "xxxx" MMC-nin hesabına sonuncunun direktoru Cavabdeh1 Gence, həmçinin "xxxx" MMC-nin işçisi Cavabdeh2 verilmişdir. Lakin sonuncular həmin pulu təmsil etdikləri hüquqi şəxsin hesabına başqa təyinat üzrə köçürmüşlər. Cavabdeh1 Genc də həmin pulun ödənilməsini inkar etməmiş, lakin müxtəlif zamanlarda fərqli və ziddiyyətli əsaslar göstərmişdir. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki,"xxxx" MMC-nin direktoru Genc Cavabdeh1 iddiaçılar tərəfindən cəmi 105000 manat vəsaiti qəbul etmiş və həmin vəsaiti 08 aprel 2019-cu il tarixdə ciddi hesabat blankı hesab edilən GİF seriyalı 558612 nömrəli kassa mədaxil orderi ilə "xxxx" MMC-nin borcu kimi kassaya mədaxil etmişdir. "xxxx" MMC-nin direktoru Genc Cavabdeh1 həmin 105000 manatı qəbul edərək, 98038,30 manatını 24 iyul iİ tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin "xxxx" MMC-yə olan borcunun bağlanmasına yönəltmiş, 6951,70 manatını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hesablanmış faizlərin ödənilməsinə yönəltmişdir. Qeyd olunan 98038,30 manat əsas borc və ona hesablanmış 6961,70 manat faiz borcu, cəmi 105000 manat iddia müddəti keçsə də, mühasibat uçotu haqqında qanundan irəli gələn tələblərə əsasən Cəmiyyətin mühasibat balansında vaxtı ötmüş borc kimi maraq saxlanılır. Hazırkı vəziyyətdə Cəmiyyət daxil olan vəsaiti mühasibat balansında əks olunan vaxtı keçmiş borca yönəltmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə aldığı mal-materiallara görə «X16» MMC-nin "xxxx" MMC-yə 266536,13 manat borcu olduğunu təsdiq etmiş, lakin «X16» MMC tərəfindən kassasiya şikayəti verilmiş, şikayətə Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında 19 avqust 2019-cu il tarixdə baxılmış və 13 mart 2019-cu il tarixli qətnaməsini qüvvədə saxlamaqla təsdiq etmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq "xxxx" MMC-nin tamamilə ləğv edilməsi və «X17» MMC-nin isə Azərbaycan Respublikası adından Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixində e-2-2(113)-1024/2021 nömrəli iş üzrə qətnaməsində müflis elan olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə təsdiq olunmuş, 266536,13 manat borcun belə "xxxx" MMC-yə ödənilməsi mümkünsüz olmuşdur. Beləliklə, iddiaçıların qeyd etdikləri ödənişlərlə bağlı məbləğin 105000 manatı cavabdehlərin şəxsən qəbul edilməsi və təyinatı üzrə icranın həyata keçirilməməsi (başqa təyinata yönəlldilməsi), iş materiallarında olan ödəniş qəbzləri və digər sübutlarla öz təsdiqini tapdığından, habelə digər məhkəmə qərarı ilə bu vəsaitin tutulması qət edildiyindən İddiaçı1 Şahin tərəfindən ödənilən və tələb edilən məbləğlər üzrə cavabdehlər şəxsən mülki məsuliyyət daşıyırlar. Cavabdehlər arasında mübahisənin mövcudluğu isə onların öz aralarında məhkəmədən kənar həll etmək və ya reqres qaydasında tələb hüquqlarını istisna etmir. 30.09.2016-cı il tarixli 15000 manat vəsait ödənilməsi barədə qəbz cavabdeh tərəfindən qəbul edilmədiyindən, məbləğin məhz İddiaçı2 tərəfindən verilməsi biləvasitə qəbzdə qeyd edilmədiyindən və təqdim edilən qəbz kseronüsxə olduğundan mötəbər sübut kimi qəbul edilə bilinmədiyindən, bu hissədə iddia tələbi təmin edilə bilməz. Lakin tələbin bu hissəsi üzrə sənədin əslinin təqdim edilərək fərqli əsaslarla (subyektiv tərkibdə və mötəbər sübutların cəmində) iddianın verilməsi hüququ istisna edilmir. Ona görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4842/2019 saylı işi üzrə 18.09.2019-cu il tarixli qətnaməsi ləğv edillib, iddiaçıların apellyasiya şikayəti və iddiaları qismən təmin edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli - Cavabdeh1 Gencdən 85000 manat, Cavabdeh2 isə 20000 manat, cəmi 105000 manat məbləğində pul vəsaitinin İddiaçı1 ödənilməsi təmin edilməli, digər hissədə iddia tələbi təmin edilməməli, ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ödənilən dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçılar İddiaçı1 Şahin və İddiaçı2un apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4842/2019 saylı işi üzrə 18.09.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Gencdən 85000(səksən beş min) manat, Cavabdeh2 isə 20000 (iyirmi min) manat, cəmi 105 000 (yüz beş min) manat məbləğində pul vəsaitinin İddiaçı1 ödənilməsi təmin edilsin. Digər hissədə iddia tələbi təmin edilməsin. Ekspertiza xərci olan 587 (beş yüz səksən yeddi) manat məbləğdə pul vəsaiti – cavabdehlər Cavabdeh1 Gencə və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-128/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-128/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver