Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1280/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(010)-879/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia edir ki, torpaq sahəsi alıb və həmin torpaq sahəsinə ödənişi Cavabdeh etmişdir. Mübahisəli torpaq sahəsinin sonradan digər vətəndaşa məxsus olması səbəbilə hazırda torpağa dair ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh torpaq sahəsi üçün ödədiyi 5600 manat pulun və həmin torpaq sahəsinin üzərində tikdiyi evin tikintisinə xərclədiyi 40.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə Hövsan qəsəbəsi, Quşçuluq massivində X5 5600 manat müqabilində 6 sot torpaq sahəsi almış, 2021-ci ilin fevral ayında fərdi tikinti işinə başlamış, evin tikintisinə ümumilikdə 40.000 manat xərcləmişdir. 2022-ci ilin fevral ayında tikinti işi başa çatdıqdan sonra tanımadığı, İlkin adlı şəxs həmin torpaq sahəsinin 5 sotunun ona məxsus olduğunu, bu torpaq sahəsini 2012-ci ildə Aydın adlı dəllaldan aldığını bildirmiş və torpağa dair çıxarışını da göstərmişdir. O, torpağı aldığı Sevil adlı qadına bu barədə məlumat vermiş, ona verdiyi pulu qaytarmasını, torpağı istəmədiyini bildirmişdir. Sevil adlı qadın isə pulu Cavabdeh adlı şəxsə verdiyini, torpağı ondan aldığını, hətta ödədiyi pulun geri qaytarılmasına dair Cavabdeh qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırdığını bildirmişdir. O, bu barədə polis bölməsinə müraciət etdikdən sonra Nizami RPİ-nin təhqiqatçısı Tufan Şükürov xx.xx.2022ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin araşdırma zamanı izahat vermiş Cavabdeh Sevil adlı şəxsin ona torpaq sahəsi üçün 5600 manat pul verdiyini etiraf etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı etirazında göstərmişdir ki, ümumiyyətlə İddiaçı tanımır. İddiaçı ilə onun arasında hər hansı bir torpaq və ya tikinti materialları alveri olmamışdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlunun sədrliyi ilə 06 mart 2015-ci il tarixdə bu iddia tələbinə baxılmış, hətta bu iddia üzrə hazırki İddiaçı şahid qismində iştirak edib dindirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı bildirmişdir ki, Sevil Quliyevanı bir qohumu vasitəsi ilə tanımış, X13 Sovxozu yerdə yerləşən torpaq sahəsinin satıldığını bildirmişdir. Həmin ərəfədə torpaq almaq fikrində olduğundan S.Quliyevaya cəmi 6050 manat pul ödəmişdir. S.Quliyeva torpağı ona göstərmiş və eyni zamanda təklif etmişdir ki, onun vəsaiti hesabına torpağın ətrafına hasar çəksin ki, torpağı zəbt edən olmasın. Günlərin bir günü o, eşitmişdir ki, həmin torpaq sahəsini kimsə zəbt etmişdir. O, dərhal həmin əraziyə getmiş və torpaq üstündə mübahisə getdiyini görmüşdür. Həmin vaxt S.Quliyeva ona təklif etmişdir ki, əgər istəsə başqa ərazidə ona torpaq verə bilər. O, isə artıq bu işlərdən bezdiyindən 24-cü polis bölməsinə şikayət etmişdir. Orada ona məlum olmuşdur ki, bu işlərdə Mamed adlı şəxsində əli var. Torpaq sahəsini alanda orada heç bir mal material olmamış və bütün tikinti materiallarını o özü almışdır. Bundan sonra bir dəfə S.Quliyeva ona 500 manat ödəmiş, qalan məbləği isə bu günədək ödəməmişdir. Sonradan bu məsələ ilə bağlı cinayət işi başlanılıb araşdırılmış və sonradan aidiyyatı üzrə Suraxanı RPİ-nə göndərilmişdir. Hazırda o da pulunu tələb edir. O, özü bilavasitə Mamed adlı şəxsi tanımamış və onunla alver etməmişdir. Qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli Suraxanı rayon Məhkəməsinin hakimi S.Məmmədovun 2(010)-595/2014 saylı qətnamədə və bu iş üzrə şahid qismində dindirilən indiki iddaçı X8 yazdıqlarını və verdiyi izahatını görməzdən gəlib, iddia müddətini keçirib qanuni qüvvəyə minmiş məhkəmə aktını saymazdan gələrək hətta şərəf ləyaqətini və işgüzar nüfuzunu ləkələyib xələl yetirməklə məşğuldur. Onun barəsində hər-cür aidiyyatı olmayan saxta neqativ məlumatlar yaymaqdan çəkinmirlər. Bu barədə xx.xx.2015-ci il tarixli 2(010)- 595/2014 saylı qanuni qüvvəyə minmiş məhkəmə aktında onun izahatında da göstərmişdir ki, həmin ərazidə o, heç bir torpaq sahəsi satmamışdır. Həmin torpaq sahəsinə tökdürdüyü tikinti mal-materiallarını X1. Həmin materialların pulundan X5 5500 ABŞ dolları almışdır. Həmin müddətdə dolların kursu 78 manatdan idi. Hətta həmin vaxtda X9 ondan aldığı tikinti mal-materiallara görə ona verdiyi puldan sonra ondan 1250 manat borc alıb həmin pulu da ona ödəməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh X6 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(010)- 879/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5600 (beş min altı yüz manat) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2008-ci il tarixdə Hövsan qəsəbəsində 6 sot torpaq almaq üçün 5600 manat məbləğində vəsaiti Sevil Quliyevaya vermiş, sonuncu isə həmin məbləği Cavabdeh vermişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh mülkiyyətində olmayan torpaq sahəsini satmaqla iddiaçıdan aldığı 5600 manat məbləğə münasibətdə əsassız varlanmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi 5600 manat məbləğində vəsaitin ona çatmasını Cavabdeh İddiaçı müraciəti üzrə toplanmış material üzrə izahatı alınan zaman etiraf etmiş, həmin məbləği qaytarmağa imkanının olmadığını bildirmişdir. Bu səbəblə cavabdehin qeyd edilən 5600 manat məbləğində pulu almasını etiraf etməsi iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsini sübut etmə yükündən azad edir. Məhkəmə iddia tələbinin mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40000 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsi ilə bağlı hesab etmişdir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, cavabdehin həmin fərdi yaşayış evinin tikilməsi, bununla bağlı hər hansı zərərin vurulması ilə bağlı hərəkəti müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.7, 386.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin qeydiyyatı Fizuli rayonuna olmasına baxmayaraq Suraxanı rayon məhkəməsi aidiyyat məsələsini pozaraq qətnamə qəbul etmişdir. Qətnamədə adı qeyd edilən X11 rayon məhkəməsində 2015-ci il tarixdə iddiaçıya qarşı iddia qaldırmış 5300 manat ondan pul tələb edib və iddia ərizəsi təmin edilməmişdir. Suraxanı rayon məhkəməsinin hakimi cavabdehin hüquq və əsas azadlıqlarını pozaraq məhkəmədə 2(010)-595/2014 saylı 06 mart 2015-ci il tarixli qətnaməni təqdim edilməsinə baxmayaraq və bu iş üzrə iddia müddətinin bitdiyini bildirməsinə məhəl qoymamış, 15 il müddət keçdiyini bildirdikdə müddət tədbiq etməmiş, İddiaçı görmədiyini, tanımadığını və onunla hər hansı bir alğı-satqı etmədiyini, ona hansısa borcunun olmadığını qeyd etsə də, 2(010)-595/2014 saylı 06 mart 2015-ci il tarixli qətnaməni təqdim etsə də işi düzgün araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Halbuki bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İddia ərizəsindən də məlum olur ki, onun iddiaçı ilə arasında heç bir alğı-satqı münasibəti olmamış və ondan hər hansı bir məbləği qəbul etməmişdir. Bu halda hesab edir ki, onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Bundan başqa əssassız varlanmaya əsasən qanunvericilikdə 2 il ərzində iddia qaldırmaq müddəti nəzərdə tutulur. Və bu halda da hesab edir ki, əsassız varlanmaya görə iddianı Sevil Quliyeva qaldırmaq hüququna malikdir ancaq onun tərəfindən də iddia müddəti ötürülmüşdür. Hesab edir ki, burada subyektiv hüququn da normaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, o, tərəfləri tanıyır. Hövsanda Quşçuluq sovxozunda-qonşuluqda Məmməd və həyat yoldaşı qalırdılar. O, Quşçuluq sovxozunda işləyirdi. Bir gün Məmməd gəlib ona demişdir ki, yoldaşı xəstədir, 8 sot torpağı var təcili 5500 manata satmaq istəyir. O, Mehparə xanımla danışmış, Mehparə gəlib torpağa baxmış, pulu ona vermiş, o da Məmmədə çatdırmışdır . Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - iddianın təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.7 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamış, eləcə də, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Belə ki, iddia tələbinin dəlillərindən görünür ki, iddiaçı tələb etdiyi 5600 manat vəsaiti 2008-ci ildə Hövsan qəsəbəsi, Quşçuluq massivindən torpaq sahəsini almasına görə X7 vermiş, sonuncu da həmin vəsaiti cavabdehə vermişdir. Cavabdeh isə istər iddiaya olan etirazının, istərsə də, apellyasiya şikayətinin əsas və yeganə dəlili ondan ibarətdir ki, onun iddiaçı ilə arasında heç bir alğı-satqı münasibəti olmamış və ondan hər hansı bir məbləği qəbul etməmişdir. Bu halda hesab edir ki, onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi iddiaçının müraciəti üzrə toplanmış materialda (Nizami rayon Pİ-nin TŞ-nin baş təhqiqatçısı Tufan Şükürovun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı) cavabdeh izahatında – torpaq sahəsinin Sevil Quliyevaya 5600 manata satmasını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən hər hansı etirafedici izahat olmamasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilən izahatı cavabdehin etirafı kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş Sevil Quliyevanın ifadəsinə qiymət verərək tənqidi yanaşır və hesab edir ki, bu ifadə işin digər halları, xüsusən iş materiallarında olan qanuni qüvvəsini almış qətnamədəki S.Quliyevanın nümayəndəsinin izahatının məzmunu və iddiaçının həmin işə baxılarkən şahid qismində verdiyi ifadəsinin məzmunu ilə ziddiyət təşkil edir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 595/2014 saylı xx.xx.2015-ci il tarixli qətnaməsində iddiaçı kimi çıxış edən Sevil Quliyevanın nümayəndəsi izahatında göstərmişdir ki, S.Quliyeva Cavabdeh ilə 2009-cu ilin əvvəlində qonşusunun evində tanış olmuşdur. Həmin vaxtlar Sevil özünə torpaq sahəsi almaq istəmişdir. Söhbət əsasında Məmməd Sevilin torpaq sahəsi almaq istədiyini bilmiş və Sevilə cavabdehə məxsus olan 8 sot torpağı almağı təklif etmişdir. Həmin torpağı 5600 manata satdığını bildirmişdir. Sevil torpağın sənədinin olub-olmadığını soruşanda Cavabdeh hər şeyin qanuni olaraq Sevilin adına olacağını bildirmiş və Sevil bununla razılaşmışdır. Sevil 5600 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini qonşusunun evində Məmmədə vermişdir. Bir neçə gündən sonra Məmməd Sevilə zəng vurmuş və sənədləri düzəltmək üçün 250 manat verməsini istəmişdir. Sevil 250 manat pulu gətirib qonşusunun evində Məmmədə vermişdir. Bir müddətdən sonra X14 X15 Kollektivi Şurasının və Həmkarlar Təşkilatının birgə iclasının 12 saylı Protokolunu gətirib vermiş və həmin protokolda Sevilin adı qeyd olunmuşdur. Sevil bir neçə ildən sonra ev tikmək qərarına gəlmişdir. Torpağın 4 sotunu Mehparə adlı bir qadına 5200 manata satmışdır ki, həmin pulun bir hissəsini qızının cehizləri ilə əlaqədar qohumlardan götürdüyü borcu qaytarsın və bir hissəsinə isə ev tiksin. Sevil təxminən bir ildən sonra evi tikməyə başlamaq istəyirdi ki, həmin torpağın başqa şəxsə aid olduğunu öyrənmişdir. Bu barədə Sevil Məmmədə zəng vurub deyəndə Məmməd Sevilə demişdir ki, vaxtında tiksə idin indi belə problem çıxmazdı. Torpağı alan kimi tikmək lazımdır. Bir neçə gündən sonra Sevil yenə qonşu vasitəsilə Məmmədlə əlaqə saxlamaq istəsə də, Məmməd müxtəlif bəhanələr gətirərək Sevilin telefonlarına cavab verməmişdir. Dəfələrlə Sevil pulun könüllü qaydada ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin Məmməd müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Həmçinin həmin iş üzrə şahid qismində dindirilmiş Mehparə Ağayeva ifadəsində bildirmişdir ki, o Sevil Quliyevaya cəmi 6050 manat pul ödəmişdir. O özü bilavasitə Məmməd adlı şəxsi tanımamış və onunla alver etməmişdir. Sevil Quliyevanın iddiası rədd edilmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tərəfin vəsatəti əsasında iş materiallarında olan fleş karta baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh iddiaçının dediyinə görə maşında olan qohumları ilə söhbət edir. Lakin həmin söhbətlərdə X4 pul almasını etiraf etməsi müəyyən edilməmişdir. Buna görə də təqdim edilən guya Məhəmmədin Mehparədən pul almasını etiraf etdiyini təsdiq edən fleş kartı sübut növü kimi qiymətləndirmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı tərəf torpaq sahəsini alınmasına görə 5600 manat məbləğində vəsaitin cavabdehə verilməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki işin faktiki hallarından isə cavabdehin hüquqi əsas olmadan iddiaçını hesabına əsassız varlanması öz təsdiqini tapmamışdır. Həmçinin, işin faktiki halları ilə X9 tərəfindən iddiaçının tələb etdiyi 5600 manat pul vəsaitinin məhz cavabdehə verilməsi müəyyən edilmir. Onun Nizami rayon Pİ-nin TŞ-nin baş təhqiqatçısı Tufan Şükürovun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından verdiyi izahatında iddiaçının tələb etdiyi 5600 manat pul vəsaitinin cavabdehə verilməsinə dair izahatı isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının torpaq sahəsini aldığı Sevil Quliyeva hazırki iş üzrə cavabdehə qarşı 5600 manat vəsaitin qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin faktiki hallarını düzgün müəyyən etməmiş, həmçinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bundan başqa cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 372-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddətinin tətbiqinin zəruriliyini bildirmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsasları öz təsdiqini tapmadığından, hazırki tələb üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülbötürülməməsinə qiymət verilməsinə zərurət yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(010)- 879/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh 5600 (beş min altı yüz manat) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair iddiası rədd edilsin. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə