Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1281/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "X3 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə, iddiaçı "X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3068/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnamədən iddiaçı "X3 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "X3 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1710,27 manat əsas, 255,91 manat, 3029,33 manat cərimə borcu olmaqla, cəmi 4995,51 manat kredit borcu, dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun "X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçı "X3 Azərbaycan” QSC ilə borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə ***-**** nömrəli kredit müqaviləsi (səh.9), xx.xx.2020-ci il tarixli maliyyə arayışı (səh.14), iddia müddətinin tətbiqi barədə Cavabdeh2 xx.xx.2020-ci il tarixli ərizəsi (səh.63) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(001)- 3068/2020 saylı qərardadı ilə İddiaçı "X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir (səh.67). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3068/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Mülki Məcəllənin 373.2, 375.2, 376, 385.1, 386.1, 472.1, 472.2, 472.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı "X3 Azərbaycan” QSC ilə cavabdehlər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Borcalan vəfat etdiyinə görə mülki iş üzrə ona münasibətdə icraata xitam verilmişdir. Zamin borcalanın öhdəliklərinə görə birgə borclu kimi çıxış edir. Zamin iddia müddətinin ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş edir. Zamin borclunun öhdəliklərini icra etməməsinə görə borclu ilə birlikdə tam məsuliyyət daşıdığından, borclunun ölməsi zaminliyə xitam verilməsi üçün əsas olmadığından iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun zamindən tutulması barədə tələbi əsaslıdır. Yəni kreditorun hazırki halda zaminə qarşı iddia qaldırmaq barədə subyektiv hüququ mövcuddur. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyini lazimi qaydada icra etmədiyi və müqavilə üzrə borcun yarandığı işin halları ilə sübut olunur. Lakin Cavabdeh2 iddia müddətinin ötürülməsi ilə bağlı iddianın rədd edilməsini xahiş edir. Odur ki, işin hallarından göründüyü kimi kredit müqaviləsi xx xxxxxx 2013-cü ildə 36 ay müddətinə bağlanılmışdır. Kredit müqaviləsinin müddəti xx xxxxxx 2016-cı ildə bitmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmişdir, yəni kredit müqaviləsinin müddətinin bitdiyi gündən təqribən 4 ilə yaxın müddət sonra məhkəməyə müraciət edilmişdir. Bu baxımdan iddiaçı xx xxxxxx 2013-cü il tarixli, ***-**** nömrəli kredit müqaviləsi üzrə tələb etmə hüququnu itirmişdir və bu əsasla iddia rədd edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, (Azərbaycan Respublikası MM-in 385.1, 442, 445.1, 448.1, 460.1, 470.1, 472.1, 739; Azərbaycan Respublikası MPM-nin 9.3, 217.1, 217.4, 372.6, 372.7, 384.0.2, 385.1.1, 386, 387.1, 388-ci maddələrinə istinadən) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 3068/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edərək yeni qətnamə qəbul edərək tələbin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Şikayətdə bildirmişdir ki, eyni cavabdehlər və eyni kredit müqaviləsi üzrə . İddiaçı iddia ərizəsi ilə məhkəməyə 2015-ci il taridə və 2019-cu il tarixdə müraciyət etmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-11201/2015 saylı qərardadəna əsasən işə mülki iş baxılmamış saxlanmışdır və bu məhkəmə iclasında cavadeh olan Cavabdeh2 ərizə vermişdir ki, işin mahiyyəti üzrə baxlmasın tələb etməmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-9068/2019 saylı qərardadəna əsasən iddiaçı ”xxxx”QSC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc”tələbinə dair ərizə geri qaytarılmışdır. iddiaçıya izzah edilmişdir ki, AR MPM -nin 152.4-cü maddəsinə əsasən nöqsanları qaldırıb məhkəməyə yenidən müraciyət etmək olar. Ona görə də tələbkar 2020-ci il tarixdə yenidən iddia ərizəsiylə Binəqədi RM müraciyət edəndə prosessual müddəti keçirməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ddiaçı "X3 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, tərəfin Prezitentin Fərmanına əsasən restrutukzasiyaya düşməsi ilə bağlı banka müraciət etmədiyini bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, Prezitentin Fərmanına əsasən restrutukzasiya halının ona da şamil olunmalı olduğunu, lakin bankın bununla bağlı da ona məlumat vermədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 372-384, 385.1, 425.1, 427.3, 439-449, 467, 470-477, 522, 551-554, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və zaminlik müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia müddətinin axımını və ya kəsilməsini sübuta yetirən əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "X3 Azərbaycan” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3068/2020 mülki işi üzrə xx.xx.2020-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1281/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1281/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver