Məhkəmə qərarları › İş №2(103)-12818/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12818/2019

22.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12818/2019 22.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar “xxxxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-125/2019 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” ASC cavabdehlər Cavabdeh1, SəftərovElman Misir oğluna, Cavabdeh3, Cavabdeh4və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinəyönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxxxx” ASC-nin xeyrinə 2014-cü il, 29 dekabr tarixli kredit müqaviləsi üzrə banka 28.307.02 ABŞ dolları əsas, 8.837.39 ABŞ dolları faiz, 3.074.21 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 40.218.62 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişinqeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəkiAbşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, bir otaqlı, 29.6 kv,m ümumi, 16 kv.metr yaşayış, 13.6 kv.metr yardımçı sahədən ibarət9 nömrəli evin 14 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdansatılması və borcun Abşeron rayonu, Xırdalan şəhəri, X1 yerləşən 1 otaqlı, 29.6 kv.metr ümumi, 16 kv.metr yaşayış, 13.6 kv.metryardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilin hərracdan satışdan əldəolunan vəsait hesabına “xxxxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumiqaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6kv.metr ümumi, 16kv.metr yaşayış, 13.6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəlievin 14 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra SəftərovElman Misir oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.metr ümumi, 16kv.metr yaşayış, 13.6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəlimənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəCavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilinboşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğvedilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı “xxxxxx” İKB cavabdehlər Cavabdeh1Nəsiman oğluna, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbivə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia tələbinin artırılmasıbarədə iddia ərizəsinə əlavə təqdim edərək MPM-nin 53-cü maddəsinə əsasəntələbini dəqiqləşdirdiyini bildirmiş, məhkəmədən Cavabdeh1 “xxxxxx” ASC-nin xeyrinə 2014-cü il, 29 dekabr tarixli kredit müqaviləsi üzrə banka28.307.02 ABŞ dolları əsas, 15.359,93 ABŞ dolları faiz, 5.225.6 ABŞ dolları cəriməborcu olmaqla ümumilikdə cəmi 48 892,55 ABŞ dolları məbləğində borcun, 30manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlakatutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatdövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın SəftərovElman Misir oğlunun mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, MəmmədƏmin Rəsulzadə küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv,m ümumi, 16 kv.metr yaşayış,13.6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilinəyönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən 1 otaqlı, 29.6kv.metr ümumi, 16 kv.metr yaşayış, 13.6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəlievin 14 nömrəli mənzilin açıq hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayətetmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, SəftərovElman Misir oğluna məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, MəmmədƏmin Rəsulzadə küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.mer ümumi, 16kv.metryaşayış, 13.6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilinəyönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, SəftərovaHürü Mustafa qızının, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsindəyerləşən, 1 otaqlı, 29.6 kv.metr ümumi, 16 kv.metr yaşayış, 13.6 kv.metr yardımçısahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilinə olan istifadə hüquqlarınınitirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həminmənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış 29 dekabr2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasınıməhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-125/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 qızma, Cavabdeh4Elman qızına və Cavabdeh5 qarşı “borc tələbi və tutmanınipoteka predmetinə yönəldilməsinə dair” iddiası qismən təmin edilməsi, Cavabdeh1 “xxxxxx” İKB-nin xeyrinə 28.307,02 ABŞ dollarıdolları əsas, 15.359,93 ABŞ dolları faiz, 522 ABŞ dolları cərimə, cəmi 44.188,95 ABŞ dolları (ekvivalenti qətnaməicra olunan günə Azərbaycan manatına olan məzənnə ilə) məbləğində borcödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.mümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 14nömrəli mənzili həmin əmlakın ilkin satış qiyməti 35 000 manat müəyyən edilməkləipoteka predmetinin açıqhesabına “xxxxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi haldaqətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalanşəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.m ümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.m ümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, cavabdehlər həmin mənzildən çıxarılsınlar, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçı “xxxxxx” İKB -yə ödənilməsi, Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi,iş üzrə məhkəmə məsrəfi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 manatın 90%-i, yəni 180 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, qalan 10% yəni yəni 20 manatı “xxxxxx” İKB ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi,iddia qismən təmin edildiyindən, iddiaçı “xxxxxx” İKB tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 90%-i, yəni 27 (iyirmi yeddi) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 03 manatı isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnaməsinin faiz, cərimə borcunun tutulması və ipoteka predmetinin qiymətinin müəyyən edilməsi hisssində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə, keçiriləcək məhkəmə sonuncu iclası barədə də heç bir məlumat vermədən tələskənliyə yol verərək,iddiaçı tərəfində əsassız olaraq şişirdilmiş faiz borcunnun səbəblərini,eyni zamanda mənzilin qiymətləndirlməsi rəyini araşdırmadan işə baxıb qətnamə qəbul etmişdir.Belə ki, vəsastətləri əsasında işə baxan məhkəmə tərəfindən əsas və faiz borclarının şişirdilməsi ilə bağlı məhkəmə mühasibat ekspertizası təyin edilmiş və ekspert qarşısında kredit müqaviləsinin son tarixinədək faiz borcunun hansı məbləğdə olması sualını qoymuşdur, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən iddiaçının iddia tələbində hesablanmış əsas və faiz borcu kimi Cavabdeh1 28.307,02 ABŞ dolları əsas borcun, 8.837,39 ABŞ dolları faiz borcunun olmasını müəyyən etmişdir. Amma Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixində 36 aylıq kredit müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı məhkəmədə onların iştirakları olmadan AR-nın 53-cü maddəsinə əsasən “iddia həcminin artırılması” barədə məhkəməyə ərizə verərək 8.837,39 ABŞ dolları faiz borcunun 15.359,93 ABŞ dollar yəni 522,54 ABŞ dolları məbləğində artırılmasını məhkəmədən xahiş etmiş və işə baxan məhkəmə qeyd olunan faiz borcunun kredit müqaviləsinin müddətinin bitməsinə və faiz borcunun iddiaçı tərəfindən artırılmasının əsassız olmasını araşdırmadan işə baxaraq iddia tələbini təmin etmişdir.Qeyd edir ki, kredit borcunu Cavabdeh1 tərəfindən ödənilməməsinin səbəbi məhz 2015ci lə manatın dollara nisbətdə məzənnəsinin yüksəlməsi və Cavabdeh1 aylıq ödənişi olan ABŞ dollarının manata nisbətdə təxminən 2000 manatadək yüksəlməsi olmuşdur. Onun üçün kredit borcunun vaxtında ödənilməməsi onların iradələrindən aslı olmamışdır.Bundan əlavə onuda qeyd edir ki,əsas borclu Cavabdeh1 himayəsində 3 azyaşlı övladı var və uşaqların maddi ehtiyyaclarını məhz Cavabdeh1 təkbaşına qarşılayır. O, Cavabdeh1 bir neçə dəfə “xxxxxx”İKB-nin ASC-nin 5 saylı filialına gedərək onun aylıq ödənişlərinə güzəşt edilməsini və onunla əlavə saziş bağlanmasını təklif etmişdir. Lakin,bank onun heç bir təklifini qəbul etmədən əsasız şişirdilmiş borclarla məhkəməyə müraciət etmiş və işə baxan məhkəmə onun sosial rifahını və maddi vəziyyətini nəzərə almadan iddia tələbini təmin etmişdir. Eyni zamanda onuda qeyd edir ki Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 otaqlı, 29,6 kv.m ümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət mənzillərin qiyməti 55.000-60.000 manat arasında dəyişir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışlarında kredit müqaviləsi üzrə texniki səhvə yol verilərək faizlərin 21% olması qeyd edilmişdir. Belə ki, müqavilədə və ödəniş cədvəlində faizlər illik 23%hesablanması göstərilmişdir. Borclu isə müqaviləni və ödəniş cədvəlini imzalayaraq həmin şərti qəbul etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərində və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehlərə münasibətdə iddia tələbinin faiz, cərimə borcunun hesablanması və ipoteka məbləğinin ilkin satış dəyərinin müəyyən edilməsi təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, qətnamənin bütünlüklə yoxlanılması iddiaçının şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunn hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, “xxxxxx” İKB ilə Cavabdeh1 arasında 2014-cü il 29 dekabr tarixli bağlanmış əsas kredit müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə 30000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit kredit limiti ayrılmışdır. 2014-cü il 29 dekabr tarixli əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh1 “xxxxxx” İKB ASC-dən illk 23% olmaqla, 36 ay müddəyinə 29.330 ABŞ dolları məbləğində kredit götürmüşdür. 2014-cü il 29 dekabr tarixli ipoteka müqaviləsinə əsasən məlum olur ki, borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.m ümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzil 2014-cü il 29 tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İlk əvvəl iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı borclunun banka olan faiz borcun məbləği Bankın təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25317 saylı, xx xxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən məlum olur ki, Cavabdeh1 “xxxxxx” İKB ASC-yə xx.xx.2017-ci il tarixə olan faiz borcu 8.837,39 ABŞ dolları təşkil edir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər xx.xx.2017-ci il tarixdə bitdiyindən faiz borcu həmin tarixə hesablanmalıdır. Belə olan halda borclunun xx.xx.2017-ci il tarixdən (ekspert rəyində göstərilən tarix) xx.xx.2017-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixə), yəni 126 gün üçün 2278,71 ABŞ dolları ((((((28.307,02-əsas borc ÷12ay)÷30gün)÷100)×23% gündəlik faiz)×126gün)=2278,71 ABŞ dolları) olan faiz borcu müəyyən edilməli və həmin məbləğlə ekspert rəyində xx.xx.2017-ci il üçün müəyyən edilmiş 9.615,05 ABŞ dolları cəmlənərək, faiz borcu cəmi 11.893,76 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa cavabdehlərin apellyasiya şikayəti-ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində düz nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki,“xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 0342/18/NB saylı rəyinə əsasən məlum olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.m ümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilin ilkin satış qiyməti 35.000 manat təşkil edir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.m ümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzilinilkin satış qiymətini 35.000 manat həddində qiymətləndirilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-125/2019 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cаvаbdеh Cavabdeh1 iddiaçının xeyrinə ödənilməli olan faiz borcu 11.893,76 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-125/2019 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cаvаbdеh Cavabdeh1 iddiaçının xeyrinə ödənilməli olan faiz borcu 11.893,76 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar