Məhkəmə qərarları › İş №2(103)-12820/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12820/2019

31.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12820/2019 31.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X5 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı firması Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1600 ABŞ dolları məbləğində pul vəsaitinin məcburi şəkildə tutularaq İddiaçı firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, o, İddiaçıtoloqdur, onun bir sıra İddiaçıtoloji firmalarla işgüzar münasibətləri olmuşdur, o cümlədən, İddiaçı firmasından da İddiaçıtoloji avadanlıqlar almışdır. O, İ.Xankişiyevə yeni qurğu almaq istədiyini bildirmiş, əsas istəyi isə alacağı qurğunun bütün komponentlərinin eyni firmanın istehsalı olması olmuşdur, çünki bütün avadanlıqlar eyni firmanın olmayanda işləyəndə çətinliklər yaranır. İddiaçı ona bütün avadanlıqların komplekt şəklində gətiriləcəyini bildirmiş, aralarında razılaşmışlar, həmin vaxt o, iddiaçıya müqavilə bağlamağı təklif etmiş, lakin iddiaçı onların uzun müddətdir ki, işlədiklərini, bu səbəbdən ona inanmağı bildirmişdir. Bundan sonra o, İ.Xanişiyevə razılaşdıqları məbləğin böyük hissəsini ödəmişdir. Onların razılığına əsasən iddiaçı xx.xx.2016-cı il tarixdə həmin avadanlıqları sifariş verməli, 25 gün ərzində isə avadanlıq gəlməli idi, lakin həmin qurğu 109 gün sonra gəlmişdir. O, qurğunun vaxtında gələcəyini hesab etmiş, buna görə də fəaliyyətini dayandıraraq köhnə İddiaçıtoloji qurğunu çıxarıb, yeni qurğu üçün hazırlıq görmüşdür. İddiaçı ona söz verdiyi vaxtda qurğunu gətirməmiş, buna görə də o, iki ay fəaliyyətsiz qalmışdır. Bununla da o, iki aylıq gəlirindən məhrum olmuşdur. İddiaçı avadanlığı gətirəndə ağız suyu soran və elektrik motorunun olmadığını görmüş və iddiaçıya bunu bildirmiş, o isə borclu qaldığı 1600 ABŞ dollarını versə, onu da gətirəcəyini bildirmişdir. O, iddiaçıya həmin hissələri gətirdikdən sonra pulu verəcəyini demiş, lakin iddiaçı bundan imtina etmişdir. Bundan sonra o, məcbur qalıb “Kaspident” firmasından iddiaçı tərəfindən çatdırılmayan ağız suyu soran və elektrik motorunu 1700 avroya almaq məcburiyyətində qalmışdır. Bu səbəbdən qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, o, iddiaçıyla elə razılığa gəlmişdir ki, İddiaçıtoloji avadanlıq bütün komponentləri ilə tam şəkildə gəlməli idi. Buna baxmayaraq iddiaçı avadanlığı həm gec gətirmiş, həm də əskik gətirmişdir. Buna görə də o, məcbur qalaraq “Kaspident” firmasından 1700 avro ödəməklə, iddiaçının ona çatdırmadığı ağız suyu soran və elektrik motorunu almalı olmuşdur. Eyni zamanda cavabdeh qeyd etdi ki, iddiaçı həmin avadanlığı ona çox baha satmışdır, sonradan eşitmişdir ki, həmin avadanlıq iddiaçı tərəfindən başqa şəxslərə 8 min ABŞ dollarına satılmışdır. Cavabdeh həmçinin, məhkəməyə hazırkı iş üzrə “dəymiş zərər və əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etdiyini, lakin qarşılıqlı iddia icraata qəbul edilmədiyindən həmin tələblə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etdi. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İ.Xankişiyev apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, bu işlə peşəkar şəkildə iyirmi ildir ki, məşğuldurlar, cavabdehlə İddiaçıtoloji avadanlığın gətirilməsi barədə 15000 ABŞ dollarına razılaşmış və müqavilə bağlamışlar, sonradan 300 ABŞ dolları endirim etmiş, cavabdeh ona 13100 ABŞ dolları ödəniş etmiş, qalan pulu avadanlıq gətirildikdən sonra verəcəyini bildirmiş, lakin onların razılaşmasında avadanlıqla birlikdə cavabdehin dediyi ağız suyu soran və elektrik motoru yox idi. Nümayəndə güclü yağış nəticəsində ofislərini su basdığını və bütün kompüterlərin yandığını, müqavilələrin məhv olduğunu, bu səbəbdən, onları təqdim edə bilmədiyini qeyd etdi. O bildirdi ki, avadanlıq gətirildikdən sonra cavabdehə ağız suyu soran və elektik motorunu haradan ala biləcəyini göstərmiş, o da həmin hissələri əldə etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki materiallarına əlavə edilmiş **********9100 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı firması tərəfindən cəmi 117,96 manat ödənişlər edilmişdir. Bundan 10 manat malların rəsmiləşdirilməsinə görə gömrük yığımları, 29,73 manat idxal gömrük rüsumu, 42,83 manat əlavə dəyər vergisi, 30 manat elektron gömrük xidməti haqqı, 5,40 manat elektron gömrük xidməti üzrə ƏDV-dir. Gömrük bəyannamələrinin surətindən görünür ki, AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 19 ünvanında yerləşən İddiaçı firması Braziliyadan gətirilən İddiaçıtoloji, bərbərxana və ya analoji kreslolar, onların hissələri üçün gətirilən avadanlıqları gömrükdən keçirmiş və bunun üçün nəzərdə tutulan ödənişləri etmişdir. “GNATUS-8” firması tərəfindən verilmiş məktubdan müəyyən edilir ki, onların İddiaçıtoloji qurğularının qiymətinə nasos daxil deyildir. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli məktubdan (pretenziyadan) görünür ki, iddiaçı cavabdehdən öhdəliklərinin icrasını tələb etmiş, əks təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq müdafiə vasitələrindən istifadə olunacağı barədə xəbərdarlıq etmişdir. Cavabdeh məhkəməyə hazırkı iş üzrə “dəymiş zərər və əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır Cavabdeh tərəfindən Məhkəməyə təqdim olunmuş xx.xx.2016-cı il tarixli qaimə fakturasından görünür ki, cavabdeh bir ədəd elektrik motor üçün 1500 avro nəğd ödəniş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təminedilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli vəiddia təmin edilməməlidir. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halları aşağıdakılardır: 1) Tərəflər arasında İddiaçıtoloji avadanlıqların sifariş edilməsi barədə müqavilə olub; 2) Həmin müqavilə əsasında cavabdeh 13100 ABŞ dolları ödəniş etmişdir; 3) Ödənilməmiş qalan məbləğ 1600 ABŞ dollarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında mübahisə sifariş verilmiş İddiaçıtoloji avadanlığının tərkibində ağız suyu soran və elektrik motorunun olubolmaması ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o iddiaçıyla Braziliya istehsalı olan İddiaçıtoloji avadanlığın tam komplekt şəkildə gətirilməsi barədə razılaşmış, 13100 ABŞ dolları da ödəniş etmişdir, lakin iddiaçı avanlığı natamam gətirmiş, nəticədə o, əlavə 1700 avro ödəməklə çatışmayan hissələri almağa məcbur olmuşdur. Həmçinin mülki iş materiallarından məlum olur ki, cavabdeh məhkəməyə hazırkı iş üzrə “dəymiş zərər və əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh hazırda həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirir. İddiaçı həmin dəlilə etiraz edərək qeyd edir ki, onların razılaşmasında həmin hissələrin gətirilməsi nəzərdə tutulmayıb. Bununla bağlı müqavilənin olduğunu, lakin ofislərini su basdığı üçün kompüterlərin yandığını, müqavilələrin məhv olduğunu, buna görə də onları təqdim edə bilmədiyini qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin İddiaçıtoloji kabineti üçün 15000 ABŞ dolları dəyərində avadanlıq sifariş edərək üç ay onun təhvil verilməsini gözləməsi, bu müddət ərzində işləməməsi və yalnız iddiaçı tərəfindən həmin avadanlıqlar gətirilib quraşdırıldıqdan sonra çatışmayan həmin ağız suyu soran və elektrik motorunu başqa firmaya sifariş edərək, həm də baha qiymətə alması (işin mübahisəsiz halı) anlaşılan və ağlabatan deyil. Çünki ən sadə məntiq də həmin hissələrin də məhz iddiaçı firmaya sifariş olunmasını diqtə edir. Bu isə öz növbəsində cavabdehin iddia tələbinə etirazının, yəni iddiaçının müqavilə öhdəliyini həmin iki əşyaya münasibətdə yerinə yetirməməsi barədə dəlilinin əsaslı olduğunu göstərir. İddiaçı tərəf də məhkəmə iclasında bu xüsusatla bağlı inandırıcı və ağlabatan bir izah verə bilmədi. Belə ki, yuxarıda qeyd olunanlardan açıq-aşkar müəyyən olunur ki, iddiaçı bilavasitə sübutetmə yükü ilə bağlı olan iddia tələbini mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübut edə bilmir. Məhkəmə kollegiyasının iclasında iddiaçı aralarında bağlanmış müqavilənin ən azından elektron formada təqdim olunması təklif olunsa da, iddiaçı tərəf isə ona da təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli X4 Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar