Məhkəmə qərarları › İş №2(103)-1284/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1284/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1284/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1587/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 17775.91 ABŞ dolları-bundan 8381.47 ABŞ dolları əsas, 2754.15 ABŞ dolları faiz, 5443.17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1197.12 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 180.66 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 (birgə borcalanlar) və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1587/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 8381.47 ABŞ dolları məbləğində əsas borc və kredit müqaviləsi bitəndən sonra hesablanmış 1197.12 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9578.59 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 153.15 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,00 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, mübahisələndirilən hissələrdə (müqavilə müddəti üzrə faiz və cərimə borcları) iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, hazırda mübahisələndirilən qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyünə baxılması məqsədi ilə işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında digər Cavabdeh3 izahatında bildirmişdir ki, digər cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya icraatı zamanı eyni zamanda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən şikayət verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən təqdim edilən apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1587/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1587/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar